Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
  1   2   3   4   5   6   7   8   9   ...   32



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
MAGİSTRATURA MƏRKƏZİ 
 
                                                                               Əlyazması hüququnda 
 
Nuriyeva Ayla Eldəniz qızı 

Dünya böhranı və ekoloji problemlər 
mövzusunda 
 
 
MAGİSTR DİSSERTASİYASI 
 
İstiqamətin şifri və adı:    060213 “Beynəlxalq münasibətlər” 
İxtisaslaşma:                     “Beynəlxalq münasibətlər və diplomatiya” 
 
 
Elmi rəhbər:                                      Magistr proqramının rəhbəri:            
T.e.n., dos. Bayramov Z.R.              T.e.n., dos. Qurbanov R.M. 
 
 
Kafedra müdiri:                                   
T.e.d., prof. Abdullayev B.M. 
 
B A K I - 2015 
 



 
MÜNDƏRİCAT 
Giriş ....................................................................................................................... 3-5 
 
I Fəsil. Dünya böhranları ekoloji problemlərin yaranmasında əsas faktor kimi 
     1.1 Dünya böhranları (1929-1933-cü illər; 2008-ci il) və onların yaranma  
       səbəbləri......................................................................................................... 6-17 
     1.2 Dünya böhranlarının vurduğu ziyanın ətraf mühitin istismarı hesabına  
        aradan qaldırılması. Liberalist və neoliberalist mövqe. ............................. 18-22 
 
II  Fəsil.  Müasir  sivilizasiyanın  inkişafına  təhlükə  yaradan  qlobal  ekoloji 
problemlər
      2.1 Qlobal ekoloji problemlər İEÖ və İEOÖ konteksində  .......................... 23-43 
      2.2 “İqlim mühaciri” anlayışı  ...................................................................... 44-48 
      2.3 Qlobal ekoloji problemlərin geosiyasi aspekti. “Su diplomatiyası” ...... 49-56 
 
III  Fəsil.  Qlobal  ekoloji  problemlərdə  Azərbaycanın  yeri,  beynəlxalq  ekoloji 
standart və normaların qəbulunda iştirakı
      3.1 Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi “ekoloji terror   
      siyasəti”........................................................................................................57-68 
      3.2 BMT-nin “İqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Kioto     
      Protokolu” və Azərbaycanın bu protokola qoşulması..................................69-75 
      3.3 “İDEA İctimai Birliyi”-nin ekoloji problemlərin həllində rolu ............. 76-86 
 
 
Nəticə və təkliflər .............................................................................................. 87-88 
İstifadə olunmuş ədəbiyyat siyahısı ................................................................ 89-94 
 



 
                                                                
GİRİŞ 
        Tədqiqat  işinin  aktuallığı.  Dünya  iqtisadi  sisteminin inkişafında  iqtisadi və 
maliyyə  böhranları  müxtəlif  dövrlərə  təsadüf  etmişdir.  Böhranlar  ərəfəsində  
investorlar  öz  kapitalları  ilə  bazara  tam  əminliklə  daxil  olur,  qiymət  artımından 
bəhrələnmək  istəyir  və  bu  artımı  daha  da  gücləndirirlər.  Qiymətlər  nisbətən 
sabitləşdikcə  və  aşağı  düşdükcə,  onlar  bazardan  qaçmağa  üz  tuturlar.  Beləliklə, 
böhran başlayır və qiymətlər daha da aşağı düşür. Bu proseslər müxtəlif kanallarla 
makroiqtisadiyyatı silkələyir.  
        Eyni zamanda, dünya böhranlarının əsasında çox vaxt kredit bazarı dayanır və 
bu  halda  bir-birinin  ardınca  maliyyə-kredit  müəssisələri,  banklar  çətinliklərlə 
üzləşir,  kredit  ehtiyatları  sürətlə  tükənir  və  mərkəzi  bank  sistemlərinin  valyuta 
ehtiyatları bank-maliyyə-kredit sisteminin iflasa uğramasının qarşısının alınmasına 
yönəldilir.  İri  fond  birjaları,  fond  bazarları,  ipoteka  bankları,  qiymətli  kağızlar 
bazarı  bir-birinin  ardınca  iflasa  uğrayır.  Nəticədə  iqtisadi  xaos  yaranır.  Bir  çox 
ölkələrin maliyyə sektorlarının dünya maliyyə sisteminə inteqrasiyası isə böhranın 
qısa zamanda qlobal səviyyəyə keçməsinə səbəb olur. 
        Maliyyə  böhranlarının  qarşısını  təbiətin  istismarına  yönələn  strategiyalarla 
almaq  istəyi  qlobal  ekoloji  problemlərin  yaranmasına  səbəb  olur.  Bütün  bunların 
nəticəsidir  ki,  bugün  dünya  ölkələri  ekvator  zonasında  planktonların  məhvi 
nəticəsində  okeaların  biogenezinin  dağılması,  sənaye  tullantıları  vasitəsi  ilə  hidro 
ehtiyatların  çirkləndirilməsi, səhralaşma, torpağın deformasiyası, qlobal  istiləşmə, 
ozon  qatının  deşilməsi  kimi  dünyanın  mövcudluğunu  təhdid  edən  təhlükələrlə 
qarşı-qarşıyadırlar.  Problemin  geosiyasi  aspekti  isə  sülh  və  təhlükəsizliyin  təmin 
olunmasında təhlükəli vəziyyət yaradır. 
        Tədqiqatın məqsədi.
 
Tədqiqatın işinin məqsədi aşağıdakılardır: 
-
 
 Baş  vermiş  qlobal  maliyyə  böhranlarının  (1929-33-cü  illər;  2008-ci  il) 
yaranma 
səbəblərini, 
səciyyəvi 
cəhətlərini, 
ortaq  xüsusiyyətlərini 
əsaslandırmaq; 



 
-
 
 İqtisadi böhranların nəticələrini ekosistem konteksində həllinin səbəb olduğu 
qlobal ekoloji problemləri nəzərə çatdırmaq. 
        Tədqiqatın vəzifələri. Tədqiqat işinin başlıca vəzifələri aşağıdakılardır: 
-
 
Qlobal  maliyyə  böhranlarının  dünya  ölkələrinin  iqtisadiyyatlarına  vurduğu 
ziyanı müəyyənləşdirmək; 
-
 
Problemin həlli istiqamətində irəli sürülən strategiyaları öyrənmək; 
-
 
İqtisadi durğunluğun səbəb olduğu ekoloji problemləri araşdırmaq; 
-
 
Azərbaycanın  hər  iki  problemdə  yeri,  hər  iki  problemin  həllində  konstruktiv 
mövqeyinin şərhini vermək. 
        Tədqiqat işinin obyekti. Qlobal maliyyə böhranları və onların ekoloji aspekti 
tədqiqat işinin obyektini təşkil edir.  
        Tədqiqat  işinin  predmeti.  Hər  iki  problemin  yaranma  səbəblərinin  təhlili, 
dövlətlərin,  regional  və  beynəlxalq  təşkilatların  hər  iki  problemin  həlli 
istiqamətlərini  axtarması,  layihələrin,  forum  və  konfransların  keçirilməsi,  bir  çox 
beynəlxalq  əhəmiyyətli  sənədlərin  imzalanması  tədqiqat  işinin  predmetini  təşkil 
edir. 
        Tədqiqatın  işinin  quruluş  və  həcmi.  Dissertasiya  işi  giriş,  8  paraqrafdan 
ibarət 3 fəsil, nəticə və təkliflər, ədəbiyyat siyahısından ibarətdir. 
        I  fəsildə  dünya  böhranları  (1929-33-cü  illər;  2008-ci  il)  və  onların  yaranma 
səbəblərindən,  ABŞ-ın  hər  iki  maliyyə  böhranının  baş  verməsində  rolundan  bəhs 
edilmişdir. Eyni zamanda, büdcədə yaranmış kəsri aradan qaldırmaq üçün bir sıra 
strategiyaların  hazırlanması,  liberal  və  neoliberal  cərəyan  nümayəndələrinin 
problemin həllində mövqeyi göstərilmişdir. 
       II  fəsildə  maliyyə  böhranlarının  səbəb  olduğu  ekoloji  problemlər,  İEÖ  və 
İEOÖ  konteksində  problemin  həll  yolunun  axtarılmasından  bəhs  olunmuşdur. 
Bundan  başqa,  ekoloji  problemlərin  geosiyasi  aspekti,  bu  aspektdə  mühüm  yer 
tutan “su diplomatiyası” anlayışı da fəsildə diqqət yetirilmiş əsas problemlərdəndir. 
       III  fəsildə  qlobal  ekoloji  problemlərdə  Azərbaycanın  yeri,  beynəlxalq  ekoloji 
standart və normaların qəbulunda iştirakı, Ermənistanın Azərbaycan ekologiyasına, 
milli genofondunun məhvinə yönəlmiş “ekoloji terror” siyasəti öz əksini tapmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə