«Magistratura Mərkəzi» Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 



«Magistratura Mərkəzi»  

Əlyazması hüququnda 

 

 

İsrafilov Rəşad Ənvər oğlu 

 

«Auditdə və idarəetmə təhlildən istifadə olunması və onun təkmilləşdirilməsi 



yolları» mövzusunda  

 

MAGİSTR DİSSERTASİYASI 

 

 



 

İxtisasın şifri və adı                                          İİM-060402 «Mühasibat uçotu və audit» 

Magistr proqramının rəhbəri:                                    prof. Daşdəmirov Ə.İ. 

Elmi rəhbər:                                                                prof. Hacıyev R.Ş. 

 

Kafedra müdiri: 



 

 

 

 

 

prof. Səbzəliyev S.M. 

 

 

 

 

BAKI – 2015 

 


 

2

MÜNDƏRİCAT 



 

GİRİŞ 



I FƏSİL 

AUDİTDƏ İSTİFADƏ EDİLƏN ANALİTİK 

PROSEDURALARIN NƏZƏRİ VƏ PRAKTİKİ ƏSASLARI 

1.1  Analitik proseduralar-auditor yoxlamalarının təşkilinin mühəm 

elementi kimi 

1.2. 

Auditdə istifadə edilən analitik proseduraların növləri 

13 

1.3.  Auditor yoxlamaları zamanı istifadə olunan analitik proseduraların 

tətbiqi alqoritmi 

 

16 

II FƏSİL  AUDİTOR YOXLAMALARI ZAMANI ANALİTİK 

PROSEDURALARDAN İSTİFADƏ EDİLMƏSİ VƏ ONUN 

TƏKMİLLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ 

24 

2.1.  Biznes-plan mərhələsində istifadə olunan analitik proseduralar və 

onların təkmilləşdirilməsi istiqamətləri 

24 

2.2.  Auditin yekun mərhələsində tətbiq edilən analitik proseduralar və 

onların yaxşılaşdırılması problemləri 

 

35 

2.3.  Analitik prosedurların tətbiqi əsasında rentabelliyin təhlili və 

qiymətləndirilməsi 

 

68 



NƏTİCƏ  

73 

ƏDƏBİYYAT SİYAHISI 

76 

 

 



 

 

 


 

3

GİRİŞ 

 

Mövzunun  aktuallığı.  Məlumdur  ki,  bazar  münasibətlərinə  keçidlə  əlaqədar 

olaraq  təsərrüfat  subyektlərinin  istehsal  və  kommersiya  fəaliyyətinin  idarə 

edilməsində yeni iqtisadi kateqoriya və terminlərdən istifadə olunur, köhnə anlayışlar 

başqa  məzmun  daşıyır.  Belə  bir  şəraitdə  idarəetmənin  mühüm  funksiyalarından  biri 

sayılan  nəzarət  bazar  iqtisadiyyatının  əsas  elementi  kimi  öz  rolunu  saxlayır  və 

menecmentin  bütün  səviyyələrini  zəruri  informasiya  ilə  təmin  etməyə  imkan  verən 

dövlət  və  auditor  nəzarət  formalarından  istifadə  edilir.  Aydındır  ki,  maliyyə 

informasiyalarından  düzgün  və  səmərəli  istifadə  kapital  bazarının  fəaliyyətinin 

effektliyini yüksəltməyə, müxtəlif iqtisadi qərarların nəticələrini qiymətləndirməyə və 

proqnozlaşdırmağa  imkan  verir.  Məhz  bu  məqsədlə  həyata  keçirilən  auditor  nəzarəti 

təsərrüfat  subyektlərinin  istehsal  və  kommersiya  fəaliyyətinin  məzmunu  və  məqsədi 

haqqında  məlumat  əldə  etmək  üçün  iqtisadi  təhlilin  müxtəlif  metodikalarından  və 

alqoritmlərindən istifadəni nəzərdə tutur. 

Xarici ölkələrdə  və  respublikamızda auditin  inkişaf təcrübəsi  göstərir ki,  müasir 

bazar  münasibətləri  şəraitində  auditor  firmalarının  fəaliyyətində  analitik  işlərin  rolu 

artır və kompleks xarakter daşıyır. Aydırdır ki, təsərrüfat subyektlərinin fəaliyyətinin 

idarə  olunmasında  ödəmə  qabiliyyəti,  dövriyyə  kapitalının  dövr  sürəti,  sahibkarlıq 

subyektlərinin  işgüzar  fəallığı,  maliyyə  sabitliyi  və  s.  haqqında  ətraflı  informasiyaya 

obyektiv  zərurət  yaranır.  Bundan  başqa,  müasir  dövrdə  sahibkarları  və  investorları 

yalnız müəssisənin cari və perspektiv maliyyə vəziyyəti deyil, eləcə də qəbul edilmiş 

idarəetmə  qərarlarının  gözlənilən  nəticələri  və  strateji  məqsədlərə  çatmaq  imkanları 

maraqlandırır.  Məhz  buna  görə  də,  təsərrüfat  təcrübəsində  auditor  yoxlamalarının 

aparılması  zamanı  iqtisadi  təhlilin  bir  növü  kimi  maliyyə  təhlilindən  geniş  istifadə 

olunur.  Məlumdur  ki,  auditdə  maliyyə  təhlili  dedikdə  təsərrüfat  subyektlərinin 

maliyyə  mexanizminin  dərk  edilməsi,  onun  operativ  və  investisiya  fəaliyyəti  üçün 

resursların  yaradılması  və  istifadəsi  metodu  başa  düşülür.  Praktikada,  auditin 

təşkilinin  planlaşdırma,  auditor  yoxlamalarının  aparılması  və  onun  nəticələrinin 

rəsmiyyətə salınması kimi müxtəlif mərhələlərində maliyyə təhlili həyata keçirilir. 




 

4

Qeyd  etmək  lazımdır  ki,  bazar  münasibətləri  şəraitində  Azərbaycan 



Respublikasında auditin təşkilinin hüquqi və normativ bazası tam formalaşdırılmışdır. 

Ona  görə  də  müasir  dövrdə  respublika  ərazisində  fəaliyyət  göstərən  daha  böyük 

auditor 

təşkilatları 

özlərinin 

firmadaxili 

standartlarının 

tətbiq 


edilməsini 

məqsədəuyğun  sayır.  Nəzəriyyə  və  praktikada  həmin  standartlardan  bəziləri  maliyyə 

təhlilinin  analitik  proseduralarını  əhatə  edir.  Xüsusi  vurğulamaq  yerinə  düşər  ki, 

dissertasiya  işində  öyrənilər  bir  sıra  nəzəri  və  praktiki  problemlər  indiyə  qədər 

ölkəmizin  xüsusi  ədəbiyyatlarında  və  elmi-tədqiqat  işlərində  geniş  müzakirə 

olunmamışdır. 

Bununla 

yanaşı 


iqtisadi 

ədəbiyyatlarda 

maliyyə 

təhlilinin 

metodikasının  yüksək  səviyyədə  işlənib  hazırlanmasına  baxmayaraq  onun  auditor 

fəaliyyəti  ilə  əlaqəsinin  xarakterinin  açılması  metodoloji  və  praktiki  problem  olaraq 

qalır. 

Məlumdur  ki,  maliyyə  təhlilinin  nəzəri  və  praktiki  problemləri  Bakanov  M.İ., 



Efimova O.V., Kreynina M.N., Novruzov V.T., Neqaşev E.V., Mahmudov İ.M., Paliy 

V.F., Sayfulin R.S., Səbzəliyev S.M., Stoyanov  E.A., Stoyanova E.S., Şeremet  A.D., 

İsmayılov N.M. kimi iqtisadçı alimlərin tədqiqat predmetini təşkil edir. Bundan başqa 

auditin təşkilinin  metodologiyası və metodikası Arens E.A., Karmaykl D.R., Lobbek, 

Robertson  K.R.  və  digər  xarici  ölkə  müəlliflərinin  əsərlərində  geniş  şərh  edilmişdir. 

Ölkəmizin  və  Rusiyanın  tanınmış  iqtisadçılarından  Novruzov  V.T.,  Şeremen  A.D., 

Aedreyev  V.D.,  Danilevski  Y.A.,  Stukov  S.A.  və  başqalarının  əsərlərini  buna  misal 

göstərmək olar. 

Yuxarıda  adları  sadalanan  müəlliflərin  audit  və  iqtisadi  təhlilin  problemlərini 

birgə tədqiq etmiş və bir qayda olaraq buna auditor işinin yekunu və ya əlavə xidmət 

kimi  baxılması  məqsədəuyğun  sayılmışdır.  Bundan  başqa  əksər  iqtisadi 

ədəbiyyatlarda maliyyə iqtisadi təhlilin nəticələri yalnız son mərhələ kimi deyil, eləcə 

də  auditor  yoxlamalarının  planlaşdırılması  üçün  vasitə  kimi  nəzərdən  keçirilir. 

Yuxarıda  sadalanan  problemlər  magistr  buraxılış  dissertasiya  işi  mövzusunun 

seçilməsini şərtləndirmiş, onun aktuallığını və tədqiqatın əsas istiqamətlərini müəyyən 

etmişdir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə