Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
  1   2   3   4   5   6   7   8   9   ...   24


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

MAGİSTRATURA MƏRKƏZİ 

 

Əlyazması hüququnda 

 

 

 

Zeynalov Anar Abbas oğlu 

 

 

 



―İnnovasiyalı iqtisadiyyatın formalaşması və inkişafında dövlətin iqtisadi rolu‖ 

mövzusunda

 

 

 



 

MAGİSTR DİSSERTASİYASI 

 

 

 



İxtisasın şifri və adı:      060404 ―İqtisadiyyat‖ 

 

İxtisaslaşma:                  İqtisadi nəzəriyyə 

 

 

 



Elmi rəhbər:                                                   Magistr proqramının rəhbəri: 

 

i.e.d., prof.Ə.P.Babayev                                  



 

i.e.d., prof.Ə.P.Babayev



                                  

 

 



 

 

Kafedra müdiri : i.e.d., prof.Ə.P.Babayev                                   

 

 

 

 

BAKI - 2016 


 

 



Mündəricat 

Giriş .............................................................................................................................. 3 



 

I FƏSİL. İnnovasiyalı iqtisadiyyatın formalaşmasının nəzəri və metodoloji əsasları. 8 

1.1    İnnovasiyalı iqtisadiyyatın formalaşdırılmasının  obyektiv zəruriliyi  və səciyyəvi 

xüsusiyyətləri  .............................................................................................................. 8 

1.2  Elmi, texniki innovasiyaların yeni iqtisadiyyatdakı rolu .................................... 20 



 

II  FƏSİL.  İnnovasiyalı  iqtisadiyyatın  perspektiv  inkişaf  istiqamətləri  və  dövlətin 

investisiya-innovasiya siyasəti ................................................................................... 33 

2.1  Dövlətin investisiya-innovasiya siyasəti və onun formaları ............................... 33 

2.2  İnnovativ inkişaf strategiyası və onun işlənib hazırlanmasında dövlətin rolu .... 41 



 

III FƏSİL. Müasir dövrdə cəmiyyətin innovasiyalı inkişafının səmərəliliyi ............ 55 

3.1  İnnovasiya iqtisadi rəqabətin və inkişafın əsasıdır .............................................. 55

 

3.2  İnsan kapitalı innovasiyalı iqtisadiyyatın əsas amili kimi ................................... 63 



 

NƏTİCƏ VƏ TƏKLİFLƏR ....................................................................................... 73 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT ........................................................................ 76 

РЕЗЮМЕ ................................................................................................................... 80 

SUMMARY ............................................................................................................... 81 

 

 



 

 

 

 


 

 



Giriş 

 

Tədqiqat  mövzusunun  aktuallığı.  İnnovasiya  fəaliyyəti  deyərkən  istehsal, 

kommersiya, idarə etmə və sosial proseslərin səmərəliyini artıran elmi tədqiqatların və 

təcrübi-konstruktor  işlərinin  (ETTKİ)  nəticələrinin  praktiki  tətbiqi  nəzərdə  tutulur. 

İnnovasiya prosesi nəticəsində yeni və ya təkmilləşmiş məhsul, xidmət təklif olunur. 

Eyni  zamanda  innovasiya  texnoloji  prosesləri,  idarə  və  təşkil  etmə  proseslərində 

tətbiq  oluna  bilər.  İnnovasiya  fəaliyyəti  cəmiyyətin  intellektual  fəaliyyətinin 

təkmilləşdirilməsinə yönələn nəticədir. 

İnnovasiya  –  layihənin  hazırlanmasında,  planlaşdırılmasında,  istifadəsində 

keyfiyyət üstünlüklərinə malik olan yeni məhsul, xidmət və texnologiyalar və ya yeni 

təşkilati  -  iqtisadi  forma  şəklində  ifadə  olunan,  əvvəlki  məhsul  və  ya  təşkilati 

formalarla  müqayisədə  əlavə  iqtisadi  və  ya  ictimai  mənfəəti  təmin  edən  innovasiya 

fəaliyyətinin nəticəsidir. 

Bir  ölkənin  iqtisadi  inkişafı,  istehsalda  istifadə  faktorların  qədərliyi  və 

xarakterindən asılıdır. Bu səbəblə əmək, sərmayə və təbii qaynaq miqdarı ilə bərabər 

texnoloji  inkişaf,  təşkilati  faktorlar  və  bəşəri  sərmayə  təcrübəsi  kimi  məhsuldarlığı 

artıran  amillərində  nəzərə  alınması  lazımdır.  Ən  inkişaf  etmiş  ictimai  səviyyənin 

"İnformasiya  Cəmiyyəti"  olaraq  adlandırılmasının  arxasında  əsas  səbəb,  məlumatın 

strateji  üstünlüyündən  qaynaqlanmaqdadır.  Digər  istehsal  faktorlarına  görə  böyük 

üstünlüklər  təmin  edən  məlumat  faktoru,  iqtisadi  inkişafın  ən  fundamental  itələyici 

gücünü təşkil edir. 

İnnovasiya  proseslərinin  tənzimlənməsi  Azərbaycan  Respublikasında  dövlətin 

sosialiqtisadi siyasətinin əsas tərkib hissəsi olan innovasiya siyasəti vasitəsilə həyata 

keçirilir.  Bu  siyasətə  uyğun  olaraq  ölkədə  investisiya  mühitinin  daha  da 

yaxşılaşdırılması  üçün  müvafiq  innovasiya  strukturlarının,  başqa  sözlə  innovasiya 

mərkəzlərinin,  texnoloji  biznes-inkubatorların,  texnoparkların  yaradılması  nəzərdə 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə