MakroiQTİsadiyyat



Yüklə 23,82 Kb.
tarix27.03.2018
ölçüsü23,82 Kb.
#35154

MAKROİQTİSADİYYAT”DAN İMTAHAN SUALLARI


  1. Adi avtomobilin, yoxsa dəbdəbəli avtomobilin istehsalı ÜDM-ni daha çox artırar? Nə üçün? İzah edin.




  1. Bir neçə il bundan əvvəl Turqut özünə musiqi kolleksiyası toplamaq üçün 500 dollar pul sərf etmişdi. Bu gün o öz kolleksiyasını işlənmiş mallar bazarında 100 dollara satdı. Bu satış cari ÜDM-yə necə təsir göstərər? İzah edin.




  1. Nə üçün iqtisadi rifahı qiymətləndirmək məqsədilə nominal ÜDM-dən daha çox real ÜDM-dən istifadə edilməlidir? İzah edin.




  1. 2001-ci ildə iqtisadiyyatda 100 ədəd çörək istehsal edildi və hər biri 2 dollara satıldı. 2002-ci ildə isə iqtisadiyyatda 200 ədəd çörək istehsal edildi və hər biri 3 dollara satıldı. Hər bir il üçün real ÜDM-ni, nominal ÜDM-ni və ÜDM deflyatorunu hesablayın (2001-ci ili baza ili kimi götürün.). Bir ildən növbəti ilə bu üç statistik göstəricinin neçə faiz artdığını göstərin.




  1. Ölkənin yüksək ÜDM-sinin olması nə üçün müsbət hal hesab olunur? ÜDM-nin artmasına səbəb olan, lakin arzuolunmaz hala aid bir-iki bisal göstərin.




  1. ÜDM-nin “dövlət xərcləri” komponenti sosial müdafiə üçün transfer ödənişlərə çəkilən xərcləri özünə daxil etmir. ÜDM-nin tərifindən istifadə edərək, transfer ödənişlərin nəyə görə ÜDM-yə daxil edilmədiyini izah edin.




  1. Sizcə nə üçün yeni mənzilin alınması ÜDM-nin istehlak komponentindən daha çox investisiya komponentinə daxil edilir? İzah edin.




  1. Əgər qiymətlər qalxırsa, əhalinin məhsul satışından gələn gəlirləri də artır. Real ÜDM isə bu gəlirləri nəzərə almır. Belə olan halda, nə üçün iqtisadçılar real ÜDM-ni iqtisadi rifahın əsas meyarı kimi götürürlər? İzah edin.




  1. Evdə istehsal olunub istehlak edilən məhsulların, məsələn evdə bişirilən xörəyin dəyəri ÜDM-yə daxil edilmir. Sizcə nə üçün? İzah edin.




  1. İstehlakçının qiymət indeksinin yaşayış minimumunun hesablanması üçün natamam ölçü vahidi olduğunu şərtləndirən üç problemi göstərin.




  1. Gəminin qiymətinin qalxması istehlakçının qiymət indeksinə, yoxsa ÜDM deflyatoruna daha çox təsir göstərər? Nə üçün?




  1. Nominal faiz dərəcəsi və real faiz dərəcəsinin mənasını izah edin. Onlar bir-biri ilə hansı formada əlaqəlidirlər?




  1. Hər hansı bir ölkənin ÜDM səviyyəsi nəyi ölçür? ÜDM-nin artım səviyyəsi nəyi ölçür? Siz ÜDM səviyyəsi yüksək, onun artım səviyyəsi isə aşağı olan ölkədə, yoxsa ÜDM səviyyəsi aşağı, onun artım səviyyəsi isə yüksək olan ölkədə yaşamaq istərdiniz? Cavabınızı əsaslandırın.




  1. Daha yüksək əmanət səviyyəsi müvəqqəti, yoxsa daimi yüksək iqtisadi artıma səbəb olur? Nə üçün?




  1. Hökumətin texnoloji tərəqqini stimullaşdırma yollarını təsvir edin.




  1. Bütövlükdə Almaniya vətəndaşlarına məxsus avtomobil şirkətinin Cənubi Karolina ştatında yeni bir zavod açdığını fərz edin. Bu hansı növ xarici investisiyanı təmsil edir? Bu sərmmayənin ABŞ ÜDM-si üzərində nə kimi təsiri ola bilər?ABŞ ÜDM-si üzərində bu təsir böyük, yoxsa kiçik ola bilər? İzah edin.




  1. İqtisadiyyatdakı maliyyə sisteminin bir hissəsi olan iki cür bazara misal gətirin və bunları təsvir edin.




  1. İqtisadiyyatda iki cür maliyyə vasitəçisini misal gətirin və təsvir edin.




  1. İstiqraz və səhm sahibi olan şəxslər üçün diversifikasiya etmək nə üçün vacibdir?




  1. Milli əmanət nədir? Dövlət əmanəti nədir? Bu iki dəyişən bir-biri ilə necə əlaqəlidir?




  1. Vergi məcəlləsində edilə biləcək hansı dəyişiklik, fərdi əmanətlərin artmasına səbəb ola bilər? Belə bir dəyişikliyin borc kapitalı bazarına təsiri necə ola bilər?




  1. Dövlət büdcəsi kəsiri nə deməkdir? Büdcə kəsiri faiz dərəcəsi, investisiya və iqtisadi inkişafa necə təsir edir?




  1. Hansı qiymətli kağız daha çox faiz ödəyər: ABŞ hökumətinin istiqrazı, yoxsa Şərqi Avropa hökumətlərindən birinin istiqrazı? Nə üçün?




  1. Hansı qiymətli kağız daha çox faiz ödəyər: əsas məbləği 2015-ci ildə ödənilməli olan istiqraz, yoxsa əsas məbləği 2030-cu ildə ödənilməli olan istiqraz? Nə üçün?




  1. Səhm bazarında qiymətlərin düşməsinin bəzi hallarda gələcək dövrlərdə həqiqi ÜDM-nin azalacağına işarə etdiyi düşünülür. Sizcə bu nə üçün doğru ola bilər?




  1. 1998-ci ildə Rusiya hökuməti xarici dövlətlərə olan borcunu ödəməkdən imtina etdikdə, bir çox digər inkişaf etməkdə olan ölkələrin buraxdığı istiqrazların faiz dərəcələri yüksəlmişdi. Sizcə bu nə üçün baş vermişdi?




  1. Bir çox işçilər öz işlədikləri müəssisələrin səhmlərini çoxlu miqdarda alırlar. Sizcə müəssisələr nə üçün bu cür davranışı dəstəkləyirlər? Sizcə hər hansı bir şəxs işlətdiyi müəssisənin səhmlərinə nə üçün sahib olmaq istəməyə bilər?




  1. Təsəvvür edin ki, ÜDM 8 trilyon, vergilər 1,5 trilyon, fərdi əmanətlər 0,5 trilyon, dövlət əmanətləri isə 0,2 trilyon dollardır. Bu iqtisadiyyatın qapalı olduğunu nəzərə alaraq, istehlak, dövlət xərcləri, milli əmanətlər və investisiya göstəricilərini hesablayın.




  1. Statistika Komitəsi işçi qüvvəsini, işsizlik dərəcəsi və əhalinin işə yararlı hissəsini necə hesablayır?




  1. Nə üçün friksional işsizlik qaçılmazdır?Dövlət friksional işsizliyin həcmini necə azalda bilər?




  1. Həmkarlar İttifaqları işsizliyin təbii dərəcəsinə necə təsir göstərir? İzah edin.




  1. Həmkarlar ittifaqlarının tərəfdarları, həmkarlar ittifaqlarının iqtisadiyyat üçün xeyirli olduğunu sübut etmək üçün hansı arqumentləri irəli sürürlər?




  1. Bir ölkədə Statistika xidməti 2014-cü ilin dekabr ayı üçün bütün əhalinin 138 547 000-nin işlədiyini, 6 021 000-nin işsiz olduğunu, 67 723 000-nün isə işçi qüvvəsinə daxil olmadığını elan etmişdir. İşçi qüvvəsinin sayı nə qədərdir? Əhalinin işə yararlılıq dərəcəsi nə qədərdir? İşsizlik dərəcəsi nə qədərdir?




  1. Qiymət səviyyəsindəki artımın pulun real dəyərinə necə təsir etdiyini izah edin.




  1. Pulun miqdarı nəzəriyyəsinə əsasən pulun miqdarındakı artımın təsiri nədən ibarətdir?




  1. Nominal və real dəyişənlər arasındakı fərqi izah edin və hər birinə aid bir misal göstərin. Monetar neytrallıq prinsipinə görə pulun miqdarındakı dəyişikliklər hansı dəyişənlərə təsir göstərir?




  1. İnflyasiya hansı mənada vergiyə bənzəyir? İnflyasiyanın vergi kimi qəbul edilməsi hiperinflyasiyanı izah etməyə necə yardımçı olur?




  1. Fişer effektinə görə inflyasiya dərəcəsindəki artım real faiz dərəcəsinə və nominal faiz dərəcəsinə necə təsir edir?




  1. İnflyasiyanın doğurduğu mənfi nəticələr hansılardır? İzah edin.




  1. Ölkədə inflyasiya dərəcəsinin kəskin şəkildə artdığını təsəvvür edin. Pulu olanların üzərinə düşən inflyasiya vergisi ilə nə baş verər?




  1. Ölkədə inflyasiya dərəcəsinin kəskin şəkildə artdığını təsəvvür edin. Nə üçün əmanət hesablarında olan vəsaitlər, inflyasiya vergisindəki dəyişikliyin təsirinə məruz qalmır?




  1. Mərkəzi Bankları hakimiyyətin qalan hissəsindən asılı olmayaraq müstəqil fəaliyyət göstərən ölkələrdə hiperinflyasiyalara nadir hallarda rast gəlinir. Sizcə bunun səbəbi nədir? İzah edin.




  1. Xatırladığınız kimi pul iqtisadiyyatda üç funksiyanı yerinə yetirir. Bu funksiyalar hansılardır? İnflyasiya pulun bu üç funksiyasının hər birini icra etmək qabiliyyətinə necə təsir edir?




  1. Xalis ixracatın və xalis kapital axınının tərifini verin. Onların necə və nə üçün əlaqəli olduğunu izah edin.




  1. Əmanət, investisiya və xalis kapital axını arasındakı əlaqəni izah edin.




  1. Əgər bir Yapon avtomobili 500 000 yenə, oxşar bir ABŞ avtomobili 10 000 dollara başa gələrsə və bir dollar 100 yen ala bilirsə, onda nominal və real valyuta məzənnələrini tapın?




  1. Əgər Mərkəzi Bank çoxlu sayda manat çap etməyə başlayarsa, onda manatın ala biləcəyi dollar sayında nə baş verər? İzah edin.




  1. Əgər ABŞ dolları dəyər qazanarsa, ABŞ-a gəlməyə hazırlaşan Avstriyalı turistlər xoşbəxt, yoxsa bədbəxt olardı? İzah edin.




  1. Əgər ABŞ dolları dəyər qazanarsa, xaricdə mülk almaq istəyən Amerikalı xoşbəxt, yoxsa bədbəxt olardı? İzah edin.




  1. Ölkənin xalis ixracının müsbət olması, həmin ölkə iqtisadiyyatı üçün hansı müsbət təsirləri doğura bilər?

Yüklə 23,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə