Makroiqtisadiyyatın predmeti və metodu.Əsas makroiqtisadi göstəricilər.İqtisadi fəaliyyətin nəticələrinin ölçülməsi



Yüklə 16,84 Kb.
tarix16.11.2017
ölçüsü16,84 Kb.
#10552

Makroiqtisadiyyatın predmeti və metodu.Əsas makroiqtisadi göstəricilər.İqtisadi fəaliyyətin nəticələrinin ölçülməsi.
Müasir iqtisadi nəzəriyyə iqtisadiyyatın bütövlükdə fəaliyyətinə aid olan problemlərin öyrənilməsini nəzərdə tutur. Onlar əsasən hər bir subyektə toxunur, çünki işsizlk, inflyasiya, valyuta kursu, iqtisadi konyuktura və s. problemlər bizim heç birimizdən yan keçmir. İqtisadi nəzəriyyənin bir hissəsi olduğundan makroiqtisadiyyat tamamilə təcrid olunmuş nəzəri fənn deyil, o mikroiqtisadi hadisələrlə kifayət qədər çox bağlıdır. Eyni zamanda, iqtisadi nəzəriyyənin möstəqil bölməsi olduğundan, makroiqtisadiyyatın özünün tədqiqat predmeti və nəzərdən keçirdiyi problemlər dəsti var. İqtisadiyyatın fəaliyyət qanunauyğunluqlarının dərk etmə üsullarının da müəyyən spesifik xüsusiyyətləri var. Bu fəsilə biz makroiqtisadiyyatın tədqiqat predmetini və makroiqtisadi proseslərin öyrənilməsinin özəlliklərini müəyyənləşdirəcəyik.

Makroiqtisadiyyat- iqtisadi nəzəriyyənin iqtisadiyyatın bütövlükdə fəaliyyət mexanizmini öyrənən hissəsidir. O bir çox mühüm problemləri- məşğulluq, milli gəlirin səviyyəsi, inflyasiya, aplyuta kursu, tədiyyə balansı- qarşılıqlı əlaqədə nəzərdən keçirir. Bir müstəqil fənn kimi makroiqtisadiyyatın meydana gəlməsi Con Meynard Keynsin adı ilə bağlıdır. Makroiqtisadiyyatın iqtisadi nəzəriyyənin müstəqil hissəsi kimi formalaşmasına XX əsrin 20-30-cu illərdəki iqtisadi dəyişikliklərin, o cümlədən Böyük depressiyanın gücü təsiri olmuşdur. İstehsalda azalma, işsizlik, bazarın iqtisadiyyatdakı ümumi müvazinəti bərpa etmək iqtidarında olmaması- bütün bunlar makroiqtisadi nəzəriyyələrin formalaşması üçün başlanğıc oldu. Makroiqtisadiyyat iqtisadiyyatda yaranan problemlərin həllindən “toxunmuşdur”. C.M.Keynsin “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi” kitabında onlardan XX əsrin 40-70-ci illərində tədqiqarların əsasını təşkil edənlər müəyyənləşdirilmişdir. Makroiqtisadi problemlərin öyrənilmə mexanizmi aşağıdakı problemlərin nəzəri həllindən ibarətdir:

1. Məşğulluq səviyyəsini müəyyənləşdirən amillərin aşkar edilməsi.

2. İşsizliklə mübarizə metodlarının müəyyənləşdirilməsi.

3. Pulun rolunun və pulla tələbi müəyyənləşdirilməsi.

4. Nemətlər və pul bazarları arasında qarşılıqlı əlaqəni təmin edən əsas vasitəçi kimi faiz dərəcəsinin rolunun təhlil edilməsi.

Müasir iqtisadi nəzəriyyə iqtisadi dinamika, inflyasiya, dövlət borcu, dövlətin, digər institutların iqtisadi siyasəti, beynəlxalq iqtisadiyyatın problemlərini tədqiq etməklə bu siyahını genişləndirdi.

Makroiqtisadiyyat mikroiqtisadiyyatla kifayət qədər sıx bağlıdır. Elmin müstəqil bölməsi kimi makroiqtisadiyyat mikroiqtisadiyyatdan azı yarım əsr gec formalaşmışdır, lakin iqtisadi nəzəriyyənin bu iki bölməsi arasında müəyyən qarşılıqlı əlaqə var. O tarixən müəyyənləşir və onun praktik əsaslandırılması var. Alfred Marşallın dövründən iqtisadi nəzəriyyədə mikroiqtisadiyyat hökmranlıq edib və avtomatik olaraq nəzərdə tutulurdu ki, fərdi bazar müvazinəti prinsipi bütün iqtisadiyyata şamil edilir. Böyük depressiyanın bütün Amerika iqtisadiyyatı üçün destruktiv nəticələri bu postulatı dağıtdı və bütövlükdə iqtisadiyyatın özünün mexanizminin əsaslandırılmasını tələb etdi.

Mikroiqtisadiyyatla makroiqtisadiyyatın tədqiqat predmetləri və metidları arasında xeyli fərq var. Mikroiqtisadiyyatda ayrılıqda götürülmüş bazarda qiymətin müəyyənləşdirilməsi mexanizmi öyrənilir, istehlakçının davranışı və istehsalçının istehsalın həcmi barədə qərar qəbul etməsinin motivasiyası öyrənilir.

Makroiqtisadiyyatda iki əsas bazar: əmtəə və xidmətlər bazarı və pul bazarı nəzərdən keçirilir. Lakin mikroiqtisadi tədqiqatdan fərqli olaraq makroiqtisadiyyat iqtisadiyyatda müvazinət mexanizmini əmtəə və pul bazarlarında ümumi müvazinət və onların qarşılıqlı əlaqəsi vasitəsilə müəyyənləşdirməyə çalışır. Mikroiqtisadiyyatda olduğu kimi, makroiqtisadiyyatda da bu müvazinət mücərrəd və idealdır. İşsizliyin, inflyasiyanın, dövlət borcunun, milli istehsal həcmində artıb-azalmaların meydana gəlməsi müvazinətin pozulmasının təzahürüdür. Makroiqtisadiyyat əsasən müvazinətin pozulmasının nəticələrini öyrənir, onları qiymətləndirir, onların mənfi təsirinin azaldılması üsullarını təklif edir.

Lakin makroiqtisadiyyat iqtisadi nəzəriyyənin mikroiqtisadiyyatdan tamamilə ayrı olan təcrid olunmuş hissəsi deyil. Makroiqtisadiyyatda elə mikroiqtisadiyyatda fəaliyyət göstərən subyektlər: firmalar, ev təsərrüfatları və dövlətlər fəaliyyət göstərirlər. Onların bir çox hərəkətləri, qəbul edilmiş ümumi qərarların nəticələri yalnız ayrı-ayrı subyektlərin iqtisadi fəaliyyətinə deyil, həm də bütün iqtisadiyyata təsir edəcək. Məsələn, istehsalın ümumi azalması şəraitində investisiyalar üçün həvəsləndirmə olmur. Ayrıca bir firma üçün bu, daha az istehsal həcmində gəlirin yeni maksimallaşdırılması nöqtəsinin tapılması, bütün iqtisadiyyat üçün isə milli istehsalın yenə də azalması deməkdir. Ev təsərrüfatları daha az gəlir əldə edəcəklər, iqtisadiyyat üçün bu, istehsal olunmuş əmtəənin bir hissəsinin satılmaması deməkdir. Buna görə də makroiqtisadi tədqiqatlarda mikroiqtisadi problemlər də özünə yer alır.

Bütövlükdə makroiqtisadiyyatda aşağıdakı əsas tədqiqat istiqamətlərini fərqləndirmək olar;

1. İstehlak nəzəriyyəsi istehlak xərclərinin dinamikasını müəyyənləşdirən əsas amili fərqləndirir.

2. İnvestisiya qərarları qəbul edilməsi nəzəriyyəsi iqtisadiyyatda investisiya tələbləri həcminin dəyişməsi haqqında qərarların qəbul edilməsində xüsusi firmaların maraqları nədən ibarətdir, sualına cavab verir.

3. Pul nəzəriyyəsi pula tələbin nə ilə müəyyənləşməsi və müasir iqtisadiyyatda pulun rolu necədir sualına cavab verir.

4. Məşğulluq nəzəriyyəsi yol verilən işsizlik səviyyəsini, məcburi işsizliyin səbəblərini, işsizliyin ÜDM-in dinamikasına təsirini öyrənir.

5. İqtisadi aqrtım nəzəriyyəsi iqtisadi artımın optimal tempini, onun mənbəə və nəticələrini müəyyənləşdirir. İqtisadiyyat inkişafda olma səciyyəli olduğundan makroiqtisadiyyat iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə keçməsi şərtlərini, yəni iqtisadi artım şərtlərini aşkarlamalıdır.

6. İqtisadi tsikllar nəzəriyyəsi inkişafın fazalarını, onların parametrlərini, böhranlı hadisələrinin yaranma səbəblərini tədqiq edir.

7. İqtisadi siyasi nəzəriyyəsi. Makroiqtisadiyyatda prinsipial məsələlər həll olunur: dövlət iqtisadiyyatı tənzimləməlidirmi, iqtisadiyyatı dövlət tənzimlənməsinin prinsipləri, metodları və hədləri necədir.

8. Beynəlxalq iqtisadiyyatın nəzəriyyəsi. XX əsrin 90-cı illərinin sonunda qliballaşma problemlərinin tədqiqi xüsusi rol oynamağa başladı.

9. Keçid iqtisadiyyatı nəzəriyyəsi. Makroiqtisadiyyarın bu bölməsinin yaranması sabiq sosialist ölkələrində “yeni” iqtisadiyyatın formalaşması ilə bağlıdır.

İqtisadiyyatın fəaliyyət konsepsiyası bir neçə problemin həllindən ibarət olmalıdır:

Milli məhsulun dəyər etibarı ilə dəyərləndirilməsi.

Məşğulluğun optimal səviyyəsinin əldə edilməsi.

İnflyasiya.

İqtisadi artım.

İqtisadi tsikl.

Dövlət siyasəti, onun istiqamətləri və səmərəliliyi.



Bir elm kimi makroiqtisadiyyat müxtəlif məktəblərlə təmsil olunub və onların nümayəndələrinin əsas problemlərə baxışları fərqlidir. Makroiqtisadi tədqiqatların mikroiqtisadi tədqiqatlardan bir fərqi də bundadır. Mikroiqtisadiyyatda tədqiqata yanaşmalarda bir-birindən əsaslı şəkildə fərqlənən yanaşmalar yoxdur.

Beləliklə, makroiqtisadiyyatın problematikası bazar iqtisadiyyatının fəaliyyət göstərməsinin müxtəlif məktəblərin nümayəndələrinin nəzəri baxışlarına əsaslanan bitkin konsepsiyasının yaradılması ilə bağlıdır.
Yüklə 16,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə