MaliYYƏ savadliliği layiHƏSİ



Yüklə 451,26 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü451,26 Kb.
#68469


MALİYYƏ SAVADLILIĞI LAYİHƏSİ

 

Maliyyə savadlılığı  maliyyə istehlakçılarının  öz rifah  hallarını yaxşılaşdıra bilmək üçün  maliyyə 

məhsulları  və  konsepsiyalarını  başa  düşmək,  maliyyə  risklərini  və  imkanlarını  qiymətləndirmək, 

məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur (İƏİT). 

İnkişaf  etmiş  və  etməkdə  olan  ölkələrin  əksəriyyətində  Maliyyə  Savadlılığı  (MS)  üzrə  müxtəlif 

hədəf  qrupları  üçün  orta  məktəblərdə  bu  mövzuya  həsr  olunmuş  müxtəlif  formatlarda  dərslər  keçirilir, 

MS-ə həsr olunmuş internet portalları yaradılır, KİV-də geniş miqyaslı kampaniyalar, bu sahədə təlimçilər 

üçün  treninqlər,  konfranslar,  dəyirmi  masalar  və  s.  aidiyyatı  tədbirlər  həyata  keçirilir.  Bütün  bu  işlər 

dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətləri tərəfindən yerinə yetirilir. 

Beynəlxalq  təcrübədən  görə  bilərik  ki,  bir  çox  ölkələrdə  MS  üzrə  dövlət  proqramları  və  ya 

strategiyalar  mövcuddur  və  eyni  zmanda  MS-in  təhsil  proqramına  əlavə  edilməsi  üzrə  işlər  aparılır. 

Mərkəzi  Banklar  və  kommersiya  bankları  fərqli  hədəf  qrupları  üçün  maarifləndirmə  kampaniyaları 

aparırlar.  Bəzi  ölkələrdə  hətta  MS  üzrə  məsləhət  mərkəzləri  də  mövcuddur.  MS-ə  dair  ictimaiyyət  üçün 

məlumatlandırıcı  tədbirlər,  təbliğat  kampaniyaları,  KİV-də  verilişlər  və  digər  müvafiq  fəaliyyətlər  icra 

edilir. Müxtəlif hədəf qrupları üçün müxtəlif növ resurslarla zəngin portallardan istifadə edilir.  

Bank əməkdaşları  məktəblərə səfərlər  edir  və ya şagirdləri banklara dəvət  edirlər, onlara qələm, 

bloknot,  şokolad,  pul  daxılları  kimi  kiçik  hədiyyələr  və  ya  əyani  dərs  vəsaitləri  və  maraqlı  kitabçalar 

verirlər. Həmçinin əsas dərs fənlərində istifadə  oluna biləcək  interaktiv oyunlar, quizlər, krossvordlar və 

s.  keçirirlər.  Bundan  başqa  banklar  tərəfindən  rəsm  və  ya  inşa  müsabiqələrinin  keçirilməsi  tədbirlərin 

daha  da  yaddaqalan  olmasına  xidmət  edir.  Sadaladığımız  bütün  bu  tədbirlər  maliyyə  savadlılığı 

məsələsinin vacibliyini bir daha vurğulayır. 

Bankların  bu  işdə  məqsədini  (a)  maliyyə  və  iqtisadi  baxımdan  daha  savadlı  və  bacarıqlı 

müştərilərin  yetişdirilməsi,  (b)  uşaqların  vasitəsilə  valideynlərin  də  maarifləndirilməsi,  (c)  insanların 

maliyyə davranışlarında dəyişikliyin edilməsi, (d) korporativ sosial məsuliyyət və (e) risklərin azaldılması 

kimi icmallaşdırmaq olar. 

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankı özünün təşkilati missiyasına 

əassən 2010-cu ildən Maliyyə Savadlılığı üzrə layihənin icrasına start vermişdir. Əsas məqsədlərdən biri 

kimi maliyyə və iqtisadi savadlılığın ictimai dəyər kimi tanıdılmasını qeyd etmək olar. 

MB  adından  bu  sahədəki  işləri  Tədqiqatlar  və  İnkişaf  Mərkəzinin  İnkişaf  Departamenti  həyata 

keçirir.  MS  Layihəsinin  əsas  hədəf  qrupları  məktəblilər,  geniş  ictimaiyyət,  iqtisadiyyat  üzrə  ixtisaslaşan 



jurnalistlər və MB-ın əməkdaşları, bank işçiləri, bank işi üzrə təhsil alan tələbələri göstərmək olar. 

 

İndiyə  kimi  İD  tərəfindən  MS  sahəsində  görülmüş  işlərə  beynəlxalq  təcrübənin  öyrənilməsi, 



donor  təşkilatlarla  münasibət  yaradılması,  tələbə  və  jurnalistlər  üçün  maarifləndirici  tədbirlərin 

aparılması,  Təhsil  Nazirliyi  ilə  birgə  məktəblərdə  görüşlərin  keçirilməsi,  kurrikulum  üçün  tövsiyələrin 

hazırlanması,  “Banklar  məktəblərə,  məktəblilər  banklara”  adlı  silsilə  tədbirlərin  keçirilməsi,  VISA 

təşkilatı və Vergilər Nazirliyi ilə birgə “İqtisadi futbol” interaktiv oyununun təşkil olunması, və ötən ilin 

sonlarında Beynəlxalq Əmanət Günü adlı tədbirin keçirilməsini göstərmək olar. 

MS sahəsində gələcək fəaliyyət istiqamətlərinə ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi



Azərbaycanda  bankçılıq  sisteminin  inkişafına  dəstək,  ölkədə  iqtisadi  və  maliyyə  savadlılığının  artması

maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında dəyişikliyi vurğulamaq 

olar.  Bu  fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  hazırlanmış  tədbirlər  planına  MS-ın  qiymətləndirilməsi 



üçün  əhali  arasında  sorğu  keçirilməsi,  MS  üzrə  Strategiyanın  hazırlanması,  orta  məktəblərdə  maliyyə-

iqtisadiyyat  sahəsində  tədrisin  təkmilləşdirilməsi,  IV–VIII  siniflər  üçün  maliyyə  təhsili    maliyyə 

bacarıqlarının  gücləndirilməsinə  dair  fakültativ  proqramların  hazırlanması  və  “Banklar  məktəblərə, 

məktəblər banklara” silsilə tədbirlərinin davam etdirilməsini qeyd etmək olar. 

 

Maliyyə  Savadlılığı  sahəsindəki  İnkişaf  Departamenin  tərədaşları  kimi  Azərbaycan  Kitabxana 



Konfederasiyası  (AKK),  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  (OECD),  Beynəlxalq  Kitabxana 

Assosiasiyaları Federasiyası (IFLA), Amerika Resurs Mərkəzi (ARC), Almaniya Beynəlxalq Əməkdaşlıq 

Cəmiyyəti  (GİZ),  PricewaterhouseCoopers (PWC),  Dünya  Bankı  (WB),  Almaniya  Əmanət  Banklarının 

Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Təhsil Nazirliyini (TN) vurğulamaq olar.  


30.11.2012: Mərkəzi Bankın təşəbbüsü ilə Beynəlxalq Əmanət Günü keçirildi 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  Tədqiqatlar  və  İnkişaf  Mərkəzinin  təşəbbüsü  ilə 

Almaniya  Əmanət  Banklarının  Beynəlxalq  Əməkdaşlıq  Fondu  (AƏBBƏF),  Əmanətlərin  Sığortalanması 

Fondu  və  bir  sıra  kommersiya  bankları  (Access  Bank,  UniBank,  Dəmir  Bank  və  Bank  Respublika) 

“Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq 31 oktyabr 2012-ci il tarixindən 

“Beynəlxalq Əmanət Günü” ilə əlaqədar tədbirlərin keçirilməsinə başlanılmışdır. 

30 noyabr 2012-ci il tarixində tədbirlərin nəticələrinə dair keçirilən mətbuat konfransında İnkişaf 

departamentinin direktor müavini Natəvan Məmmədova bildirdi ki, noyabrın 8-dək keçirilmiş tədbirlərin 

məqsədi  əhalinin  maliyyə  savadlılığının  artırılmasına  xidmət  etməkdir.  Əmanət  yığımları  üçün  qənaət 

mədəniyyətinin  aşılanması  kiçik  yaşlardan  başlanıldığı  üçün  bu  layihə  əsasən  məktəb  şagirdlərinə 

yönəlmişdir. 

Tədbir  çərçivəsində  bank  filiallarında,  məktəblərdə  uşaqlar  üçün  müxtəlif  yarışlar,  müsabiqələr, 

maarifləndirici  görüşlər  keçirilmiş,  promo  materiallar  paylanılmış,  iştirakçı  bankların  ATM-lərində 

videoçarxlar  yayımlanmışdır.  Ümumilikdə  40-dan  çox  məktəbdə  və  digər  tədris  ocaqlarında  6000-dən 

artıq məktəblinin əhatə olunduğu tədbirlər keçirilmişdir. 

Azərbaycan Respublikasının “Beynəlxalq Əmanət Günü”nün simvolik rəmzi əlində qəpiklə dolu 

küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilmişdir. Dələyə adın verilməsi isə məktəblilərin 

ixtiyarına  buraxılmış  və  bununla  bağlı  müsabiqə  elan  edilmişdir.  Bakı  məktəblisi  Tural  Kərimov  və 

Sumqayıt  məktəblisi  Elnur  Abdalov  müsabiqənin  qalibləri  olmuşlar.  Qaliblər  müxtəlif  hədiyyələrlə 

mükafatlandırılmışdır. 

Qeyd  edək  ki,  Beynəlxalq  Əmanət  Günü  ilk  dəfə  1924-cü  ilin  oktyabr  ayında  İtaliyanın  Milan 

şəhərində  29  ölkənin  nümayəndələrinin  Beynəlxalq  Konqresində  qeyd  olunmuşdur.  Bundan  sonra, 

Azərbaycanda  da  bunun  ənənə  halını  alacağı  və  bu  günün  hər  il  qeyd  olunması  planlaşdırılır. 

 

 



 

 

 




20.09.2012:VISA, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan 

Respublikası Vergilər Nazirliyi ilə birgə “İqtisadi futbol” layihəsini həyata keçirir

 

VISA,  FİFA-nın  rəsmi  sponsoru  olaraq  Azərbaycanda  “İqtisadi  futbol”  adlı  yeni  öyrədici 

interaktiv oyunu istifadəyə vermişdir. “İqtisadi futbol” oyunu gənclərin maliyyə savadlılığının artırılması 

istiqamətində  VISA-nın  qlobal  təşəbbüsünün  tərkib  hissəsidir.  Bu  dinamik  və  heyrətamiz  oyun  maliyyə 

biliklərini artırır, məsuliyyətli və şüurlu büdcə yığımını öyrədir və vergilərin ödənilməsinin əhəmiyyətini 

və  qaydalarını  izah  edir.  Layihə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  və  Azərbaycan  Respublikası 

Vergilər Nazirliyi ilə birgə həyata keçirilir. 

“İqtisadi  futbol”  oyunu,  dünyanın  ən  məşhur  idman  növü  olan  futbolu  VISA-nın  maliyyə 

savadlılığı  sahəsində  ən  son  texnologiyaları  ilə  əlaqələndirir.  Təqdim  olunan  oyun,  oyunçuların  pulun 

idarə  olunması  sahəsində  biliklərini  müəyyən  etməyə  imkan  verir.  Oyun  iştirakçıları  təqdim  olunan  bir 

neçə  variant  arasından  düzgün  olanını  seçərək  sualları  cavablandırır  və  FİFA  Dünya  Çempionatının 

virtual  meydançasında  istənilən  futbol  komandası  ilə  oynaya  bilir.  VISA-nın  FİFA  ilə  tərəfdaşlığı 

sayəsində bu oyun sadəcə bir neçə il ərzində bütün dünyada populyarlıq qazanmış və Rusiya, Ukrayna və 

Belarusiya kimi qonşu dövlətlər də daxil olmaqla 20-dən artıq ölkədə həyata keçirilmişdir. 

“Biz müəyyən etdik ki, maliyyə sahəsində savadlı cəmiyyət ölkənin sosial və iqtisadi inkişafının 

əsasıdır. VISA, nağdsız ödənişlər sahəsində bir lider  kimi, 10 ildən artıqdır ki, bütün dünyada insanların 

öz  maliyyələrini  daha  yaxşı  idarə  etməsi  və  nəticə  etibarilə  həyat  standartlarını  artırması  üçün  onların 

bilik  və bacarıqlarının  inkişaf  etdirilməsi  istiqamətində  maliyyə savadlılığı proqramları  hazırlamaqdadır. 

Azərbaycan  MDB  ölkələri  arasında  VISA-nın  ən  əsas  bazarlarından  biridir  və  biz  partnyorlarımız  olan 

Azərbaycan  Mərkəzi  Bankı  və  Vergilər  Nazirliyinə  dərin  minnətdarlığımızı  bildiririk.  Bu  qurumların 

dəstəyi sayəsində bu gün Azərbaycanda VISA-nın ilk maliyyə təhsili layihəsi – “İqtisadi futbol”-u təqdim 

etməyə nail olmuşuq.” – deyə Visa şirkətinin MDB və Cənub Şərqi Avropa üzrə başdirektoru Jean-Marc 

Tonti bildirib. 

“Ölkə  əhalisinin  maliyyə  savadlılığının  artırılması  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

əsas  prioritetlərindən  biridir.  Biz,  maliyyə  məhsulları  haqqında  məlumatlılığı  artırmaq,  iqtisadi  təhsili 

olmayan yetkin yaşlı insanların öz büdcələrini planlaşdırmalarına yardım etmək, bankçılıq və maliyyənin 

əsaslarını məktəb şagirdlərinə və tələbələrə öyrətmək, iqtisadiyyat və maliyyə haqqında xəbərləri düzgün 

və  professional  səviyyədə  paylaşmaları  üçün  KİV  nümayəndələrinə  təlimlər  keçmək  məqsədilə  böyük 

miqdarda  maliyyə  və  intellektual  resurslar  ayıraraq  müxtəlif  layihələr  həyata  keçiririk.  VISA  şirkəti  ilə 

birgə  həyata  keçirilən  bu  layihə  də  belə  layihələrin  tərkib  hissəsidir  və  biz  ümid  edirik  ki,  bu  layihə 

şagirdlər  və  tələbələr,  oğlanlar  və  qızlar,  həmçinin  yetkin  yaşlı  nəsil  arasında  böyük  marağa  səbəb 

olacaqdır.” deyə Mərkəzi Bankın İnkişaf departamentinin direktor  müavini Natəvan xanım Məmmədova 

bildirib. 

“Vergilər  Nazirliyinin  qarşısında  duran  vəzifələrdən  biri  də  informasiya  texnologoyalarından 

istifadə  etməklə  əhali  arasında  vergi  biliklərini  artırmaqdır  ki,  VİSA  şirkəti  ilə  birgə  həyata  keçirilən 

“İqtisadi  futbol”  layihəsinin  məqsədi  də  oyun  janrında  əhaliyə,  əsasən  gənc  nəslə  iqtisadi  biliklər,  o 

cümlədən vergilər barədə bilikləri təqdim etməkdir. 

Vergilər  Nazirliyinin  Vergi  ödəyicilərinə  Xidmət  Departamentinin  Direktoru  Elçin  Məmmədov 

isə bildirib ki, Vergilər Nazirliyi tərəfindən vergilərin tədrisi ilə əlaqədar şagird və tələbələr üçün bir neçə 

dərslik nəşr edilmiş, ümumtəhsil  məktəblərində  vergiləri tədris  etmək üçün 50-dən çox  metodiki kabinet 

təşkil edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetində “Vergi və vergiqoyma” kafedrası yaradılmışdır. 

Hər il “Vergilər uşaqların gözü ilə” uşaq rəsm müsabiqəsi, orta və ali təhsil müəssisələrində vergilərə aid 

bilik yarışları keçirilir. 

“Əminəm  ki, “İqtisadi futbol” bu tipli tədbirlər sırasında öz  layiqli  yerini tutacaq, gənclərimizin 

böyük marağına səbəb olacaq və onlar arasında vergi mədəniyyətinin artırılmasına kömək edəcək“- deyə 

Vergilər  Nazirliyinin  Vergi  ödəyicilərinə  Xidmət  Departamentinin  Direktoru  Elçin  Məmmədov 

vurğulayıb. 

Qeyd  edək  ki, “İqtisadi futbol”  yeniyetmələrə, orta məktəb şagirdlərinə və yetkin  yaşlı  insanlara 

istiqamətlənmiş  üç  çətin  mərhələdən  ibarətdir.  Suallar  və  mövzular  yığım  və  büdcə,  vergilər,  kredit  və 

digər  bank  xidmətlərindən  səmərəli  istifadə  olunmasını  əhatə  edir.  Oyun  həmçinin  özü-özünə  öyrənmə 

variantını  da  təklif  edir.  4  təlim  modulunu  bitirdikdən  sonra  oyunçular  yığım  və  büdcənin  əsaslarını, 

vergilərin  nə  üçün  ödənildiyini,  etibarlı  borcalan  olmağın  nə  demək  olduğunu  və  ödəniş  kartını  necə 

seçməyi öyrənirlər. Oyunçuların biliyini qiymətləndirmək məqsədilə hər bir modula testlər və çalışmalar 



daxildir.  “İqtisadi  futbol”-un  Azərbaycan  və  rus  dilində  versiyaları  mövcuddur.  “İqtisadi  futbol”  oyunu 

Azərbaycanda  əhali  arasında  maliyyə  savadlılığının  artırılması  məqsədilə  yaradılıb.  Tezliklə  oyunu 

onlayn şəkildə Azərbaycan və rus dillərində oynamaq mümkün olacaqdır. 

 

 



 


12.06.2012:“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: 

Gələcək Naminə 

Bərabər İmkanlar” mövzusunda Milli Konfrans keçirilib 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  və  Təhsil  Nazirliyi  Ümidli  Gələcək  Gənclər 

Təşkilatı,  UNİCEF-in  Azərbaycan  nümayəndəliyi,  Almaniyanın  Beynəlxalq  Əməkdaşlıq  üzrə  Əmanət 

Kassaları Fondu, “Əflatun” – Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində 

“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: Gələcək Naminə Bərabər İmkanlar” mövzusunda 

Milli Konfrans keçirib. 

“Hilton  Baku”  otelində  keçirilən  Konfransın  əsas  məqsədi  uşaqlara  erkən  yaşlarından  maliyyə 

bacarıqlarını,  düzgün  maliyyə  davranışını  aşılamaqla  onların  və  bəşəriyyətin  gələcək  rifahının 

yüksəldilməsidir. 

Konfransda  xüsusi  olaraq  vurğulanıb  ki,  son  zamanlar  bütün  dünyada  əhalinin  maliyyə 

savadlılığının  aşağı  səviyyədə  olması  ilə  bağlı  narahatlıqlar  getdikcə  artmaqdadır.  Davam  etməkdə  olan 

maliyyə  böhranı  şəraitində  dünya  ictimaiyyəti  tərəfindən  maliyyə  savadlılığı  əsas  həyat  bacarıqlarından 

biri kimi dəyərləndirilir, maliyyə və iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir. 

Tədbirdə  Mərkəzi  Bankın  və  Təhsil  Nazirliyinin  məsul  əməkdaşları,  UNİCEF-in  Azərbaycan 

ofisinin  rəhbəri,  “Əflatun”  –  Beynəlxalq  Uşaq  Sosial  və  Maliyyə  Təhsili  Şəbəkəsinin  Şərqi  Avropa  və 

Mərkəzi  Asiya  regionu  üzrə  proqram  rəhbəri,  Almaniyanın  Beynəlxalq  Əməkdaşlıq  üzrə  Əmanət 

Kassaları Fondunun nümayəndəsi, eləcə də, müxtəlif dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən yerli 

və  beynəlxalq  təşkilatların,  bank  və  digər  maliyyə  institutlarının  nümayəndələri  iştirak  ediblər.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


18.04.2012:Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirdi 

 

Mərkəzi  Bankın  Tədqiqatlar  və  İnkişaf  Mərkəzi  Almaniya  Əmanət  Banklarının  Beynəlxalq 

Əməkdaşlıq  Fondu  (AƏBBƏF)  ilə  birgə  “Maliyyə  savadlılığı”  layihəsi  çərçivəsində  Milli  Qəhrəman 

Mübariz  İbrahimov  adına  Biləsuvar  Liseyinin  bazasında  “Banklar  məktəblərə-məktəblər  banklara” 

mövzusunda  seminar  keçirib.  7-14  aprel  2012-ci  il  tarixlərində  keçirilən  seminarın  əsas  məqsədi 

gələcəkdə  məktəb  kurikulumlarında  maliyyə  maarifləndirilməsi aspektinin  gücləndirilməsi, bankların bu 

işə marağının artırılması, onların təkliflərinin öyrənilməsi olub. 

Seminar  tədbirlərində  Respublika  Təhsil  Nazirliyi  və  Təhsil  Problemləri  İnstitutunun  məsul 

işçiləri,  habelə  kommersiya  banklarının  əməkdaşları  və  Biləsuvar  Liseyinin  müəllimləri  iştirak  ediblər. 

Almaniyadan  dəvət  olunmuş  ekspert,  fəlsəfə  doktoru  Knut  Boykun  məşğələləri  seminar  iştirakçıları 

tərəfindən maraqla qarşılanıb. 

Seminarda  maliyyə  savadlılığı,  cib  xərcliyi,  büdcə  planlaşdırılması,  əmanətlər,  bank  məhsulları, 

sahibkarlıq  və  sair  mövzular  üzrə  məlumatların  müxtəlif  fənlərin  tədrisi  prosesində  istifadəsi,  həmin 

mövzuların  müxtəlif  fənn  kurikulumları  və  tədris  proqramlarına  inteqrasiyası  barədə  təqdimatlar 

keçirilmiş, interaktiv müzakirələr aparılıb. 

Lisey müəllimlərindən və kommersiya banklarının əməkdaşlarından ibarət yaradılan işçi qrupları 

tərəfindən cari ilin avqust ayına qədər əhalinin maliyyə savadlılığının artırılmasında istifadə oluna biləcək 

müxətlif alətlərin hazırlanması nəzərdə tutulub. 

Seminarın  yekununda  iştirakçılara  Mərkəzi  Bankın  strateji  fəaliyyət  istiqamətlərindən  biri  olan 

“Maliyyə  savadlılığı”  layihəsi  barədə  qısa  məlumat  verildi.  İştirakçılar  seminarda  əldə  olunmuş  uğurlu 

nəticələri yüksək qiymətləndirərək məktəb şagirdlərinin maliyyə maarifləndirilməsi işinin gücləndirilməsi 

üçün banklar və təhsil orqanlarının birgə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd ediblər. 

 

 

  



13.12.2011:Mərkəzi Bank və “Junior Achievement” təşkilatı tələbələrin maliyyə savadının 

artırılmasına dair növbəti treninqlərə başlayır

 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  və  “Junior  Achievement  Azərbaycan”  (JAA  ) 

təşkilatı  ölkə  məktəblərində  iqtisadiyyatın  tədrisi  proqramı  çərçivəsində  “Banklar  fəaliyyətdə”  adlı 

layihəsini  uğurla  davam  etdirir.  “Bankçılığın  əsasları  və  Mərkəzi  Bankın  bank  sistemində  rolu” 

mövzusunda olan treninqlər 2011-ci ilin 12-16 dekabr tarixlərində Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf 

Mərkəzində (TİM) keçiriləcəkdir. 

Mərkəzi  Bankın  Kommunikasiya  departamenti,  TİM  və  JAA-nın  təşkilatçılığı  ilə  keçirilən  bu 

treninqlərin  məqsədi  ali  məktəb  tələbələrinin  bank  sahəsi  üzrə  biliklərinin  artırılmasıdır.  Treninqlərdə 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti,  eləcə  də,  Bakı  Dövlət  və  Qafqaz  Universitetlərinin  iqtisadiyyat 

fakultələrinin müsabiqə yolu ilə seçilmiş 25 tələbəsi iştirak edəcəkdir. 

Mərkəzi  Bankın  mütəxəssisləri  tərəfindən  keçiriləcək  5  günlük  treninqlərdə  tələbələrə  mərkəzi 

bankçılıq,  bank  sisteminin  strukturu,  bankların  iqtisadiyyatda  rolu,  bank  tənzimlənməsi  və  s.  məsələlər 

haqqında  ətraflı  məlumatlar  veriləcəkdir.  Qeyd  edək  ki,  “Banklar  Fəaliyyətdə”  adlı  layihə  Azərbaycan 

Məktəblərində İqtisadiyyatın Tədrisi Proqramı çərçivəsində keçirilir və hazırki təlim bu çərçivədə həyata 

keçirilən artıq 3-cü tədbirdir. 

Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. 

 

 

 



 

 

 



 

 


14.09.2011:Mərkəzi Bank maliyyə savadlılığı üzrə Almaniyanın SBFIC Fondu ilə əməkdaşlıq 

barədə razılıq əldə edib 

Mərkəzi  Bankın  Tədqiqatlar  və  İnkişaf  Mərkəzi  maliyyə  savadlılığı  üzrə  Almaniya  Əmanət 

Banklarının  Beynəlxalq  Əməkdaşlıq  Fondu  (SBFIC)  ilə  əməkdaşlıq  barədə  razılıq  əldə  edib.  Fondun 

Azərbaycanda maliyyə savadlılığının artırılması tədbirlərində iştirak etməyə və Almaniya hökumətinin bu 

məqsədlə maliyyə vəsaiti ayırmağa hazır olduğu bildirilib. Bu əməkdaşlığın məqsədlərindən biri əhalinin 

əsassız  borclanmasının  qarşısını  almaq  üçün  gənc  yaşlarından  maliyyə  savadının  aşılanmasından 

ibarətdir. 

Əməkdaşlıq proqramına uyğun olaraq, Fondun dəstəyi ilə 2011/2012-ci və növbəti tədris illərində 

ölkənin seçilmiş (pilot) məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə tədbirlər nəzərdə 

tutulur. Bununla əlaqədar Azərbaycanın  orta məktəblərində şagirdlərin  maliyyə savadlılığının artırılması 

üzrə Təhsil Nazirliyi ilə birlikdə xüsusi layihə üzərində iş aparılır. 

Almaniyanın SBFIC Fondu ilə əməkdaşlıq ölkəmizin gələcək nəslinin erkən yaşlarda iqtisadiyyat 

və  maliyyə  biliklərinə  yiyələnməsinə  və  ölkə  əhalisinin  maliyyə  savadlılığının  səviyyəsinin 

yüksəldilməsinə xidmət edəcəkdir 



 

 26.08.2011:KİV nümayəndələri üçün “Mərkəzi Bankçılıq” mövzusunda təlim kursu başa 

çatıb

  

Azərbaycan Mərkəzi Bankında (AMB) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin 

iqtisadi  biliklərinin  artırılması  məqsədilə  keçirilən  “Mərkəzi  Bankçılıq”  mövzusunda  təlim  kursu  başa 

çatıb. 


AMB-nin  Kommunikasiya  Strategiyası  çərçivəsində  ilk  dəfə  keçirilən  və  iki  ay  davam  edən  on 

sessiyadan  ibarət  təlim  proqramında  20-yə  yaxın  media  nümayəndəsi  pul-kredit  siyasəti,  bank  nəzarəti 

kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında biliklərini artırıblar. 

Treninqlər  Mərkəzi  Bankın  mütəxəssisləri  tərəfindən  AMB-nin  Tədqiqatlar  və  İnkişaf 

Mərkəzində  keçirilib.  Jurnalistlər  pul  siyasətinin  məqsədləri,  çərçivəsi,  iqtisadiyyata  təsir  mexanizmi, 

valyuta  ehtiyatlarının  və  nağd  pul  dövriyyəsinin  idarə  olunması,  bank  nəzarəti  kimi  mərkəzi  bankçılığa 

aid  başlıca  mövzular  haqqında  ətraflı  məlumatlar  əldə  ediblər.  KİV  nümayəndələri  2  aylıq  treninqlərin 

sonunda xüsusi sertifikatlarla təltif ediliblər. 

Tam  kursu  başa  vuran  jurnalistlərə  sertifikatları  təqdim  edərkən  Mərkəzi  Bankın  sədr  müavini 

Aftandil  Babayev  bildirdi  ki,  Mərkəzi  Bankın  uğuru  onun  effektiv  kommunikasiyasından  çox  asılıdır. 

“Treninqlər jurnalistlərin Mərkəzi Bankın fəaliyyəti barədə daha dərindən maarifləndirilməsi məqsədi ilə 

keçirilib. Mərkəzi Bank pul-məzənnə və bank quruculuğu siyasətinin kommunikasiya hədəflərinə effektiv 

çatdırılmasında  medianın roluna çox böyük  önəm verərək bu tipli tədbirlərin  keçirilməsini bundan sonra 

da davam etdirəcəkdir”- deyə A.Babayev qeyd etdi. 

AMB-nin  Tədqiqatlar  və  İnkişaf  Mərkəzinin  direktoru  Emin  Hüseynov  isə  öz  çıxışı  zamanı 

maliyyə  və  iqtisadiyyat  sahəsində  çalışan  jurnalistlərin  öz  iqtisadi  biliklərini  artırmaqla  Azərbaycan 

iqtisadiyyatının inkişafinda daha fəal rol oynayacaqlarına əminliyini ifadə etdi. 



  

 

 



 08.06.2011: Mərkəzi Bank KİV nümayəndələrinin maliyyə savadlılığının 

artırılmasına dair treninq

 keçirilib. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  qəbul  etdiyi  Kommunikasiya  strategiyası 

çərçivəsində jurnalistlər üçün “Mərkəzi Bankçılıq” mövzusunda treninqlərə başlayır. 

İki ay davam edəcək treninqlərin keçirilməsinin əsas məqsədi jurnalistlərin iqtisadiyyat, maliyyə, 

bank  işi  sahəsində  biliklərinin  artırılmasına  yardım  etməkdir.  On  sessiyadan  ibarət  treninqlərdə  media 

nümayəndələrinə  pul-kredit  siyasəti,  bank  nəzarəti  kimi  mərkəzi  bankçılığa  aid  başlıca  mövzular 

haqqında ətraflı məlumat veriləcək və hər treninqin sonunda sual-cavab sessiyası təşkil ediləcək. 

İlk  treninqi  giriş  sözü  ilə  açan  Mərkəzi  Bankın  Tədqiqatlar  və  İnkişaf  Mərkəzinin  İnkişaf 

departamentinin  direktoru  Asif  Cahangirov  iştirakçıları  salamlayaraq  qeyd  etdi  ki,  treninqdə  Mərkəzi 

Bankın Azərbaycan iqtisadiyyatındakı rolu barədə məlumat verilməklə yanaşı KİV nümayəndələri başlıca 

makroiqtisadi  və  monetar  terminlər,  makroiqtisadi  diaqnostika  sistemi,  pul  siyasətinin  məqsədləri  və 

çərçivəsi,  ödəniş  sisteminin  iqtisadi  rolu,  Mərkəzi  Bankın  kommunikasiya  strategiyası  haqqında  da 

məlumatlar əldə etmək imkanı qazanacaqlar. 

Açılışda  Kommunikasiya  departamentinin  direktoru  Rüfət  Abbasov  da  çıxış  edərək  bildirdi  ki, 

iqtisadi sahədə yazan  jurnalistlərin bank-maliyyə  işi barədə biliklərinin artırılması  nəinki Mərkəzi  Bank, 

ümumilikdə  Azərbaycan  iqtisadiyyatı  haqqında  materialların  daha  peşəkar  hazırlanmasında  media 

mənsublarına kömək edəcəkdir. 

Treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

 

 

 



 

 

 



   

   


 

  

 

 

 

 


04.05.2011:“Banklar fəaliyyətdə” layihəsi çərçivəsində keçirilən təlimlərin ilkin 

mərhələsi başa çatib 

Azərbaycan  Mərkəzi  Bankının  (AMB)  “Junior  Achievement  Azərbaycan”  (JAA)  təşkilatı  ilə 

birgə  keçirilən  “Banklar  Fəaliyyətdə”  adlı  layihəsi  çərçivəsində  qırxa  yaxın  tələbə-iqtisadçı  mərkəzi 

bankçılıq və bank sisteminin quruluşu haqqında biliklərini artırıblar. 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti,  eləcə  də,  Bakı  Dövlət  və  Qafqaz  Universitetlərinin 

iqtisadiyyat fakültələrinin tələbələri 5 günlük treninqin sonunda xüsusi sertifikatlarla təltif ediliblər. 

“Fərəhli  haldır  ki,  biz  Azərbaycanın  maliyyə  və  iqtisadiyyat  sahəsində  təhsil  alan  və  müsabiqə 

yolu  ilə  seçilmiş  ən  istedadlı  tələbələri  üçün  treninq  keçiririk”  –  deyə  AMB-nin  Baş  direktoru  Emin 

Hüseynov  qeyd  edib.  O  bildirib  ki,  treninq  proqramı  üzərində  çoxlu  hazırlıq  işləri  aparılıb  və  bank 

sistemindəki yeni ideyaları və tendensiyaları əks etdirir. 

Treninqlər  AMB-nin  Tədqiqatlar  və  İnkişaf  Mərkəzinin  mütəxəssisləri  tərəfindən  keçirilib. 

Tələbələr pul siyasətinin  hədəfləri,  məzənnə sabitliyi, Mərkəzi Bankın vəzifə, funksiyaları və onun  milli 

iqtisadiyyatdakı rolu  haqqında ətraflı  məlumatlar əldə  ediblər. Tələbələr bank sisteminin  quruluşu, onun 

müxtəlif  iştirakçıları,  bankların  üzləşdiyi  risklər,  risk  idarəetməsi  mexanizmləri,  müxtəlif  maliyyə 

alətlərinin  mahiyyəti,  onları  müqayisə  etmək  üsulları  ilə  tanış  olublar.  Həmçinin  tələbələrə  Mərkəzi 

Bankda işə qəbul prosesi, o cümlədən AMB-nin internatura proqramı barədə ətraflı məlumat verilib. 

Tədbirdə  çıxış  edən  AMB-nin  Kommunikasiya  departamentinin  direktoru  Rüfət  Abbasov 

vurğulayıb  ki,  AMB  maliyyə  savadlığına  çox  böyük  önəm  verir  və  bu  tipli  tədbirlərin  keçirilməsi 

tələbələri  daha  çox  motivə  etməklə  onları  Azərbaycan  iqtisadiyyatının  inkişafinda  daha  aktiv  rol 

oynamağa sövq edəcək. 

Qeyd edək ki, “Banklar Fəaliyyətdə” adlı layihə Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi 

Proqramı çərçivəsində keçirilib. Proqramın əsas məqsədi iqtisadi və sahibkarlıq biliklərini gənclərə nəzəri 

və tətbiqi yollarla tədris edərək, gələcəyin biznes liderlərini və hazırlıqlı kadrlarını yetişdirməkdir. 

   


   

 

   



   

 25.04.2011:Mərkəzi Bank və “Junior Achievement” təşkilatı tələbələrin maliyyə 

savadının artırılmasına dair treninqlərə başlayır

 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  və  “Junior  Achievement  Azərbaycan”  (JAA) 

təşkilatı  ölkə  məktəblərində  iqtisadiyyatın  tədrisi  proqramı  çərçivəsində  “Banklar  fəaliyyətdə”  adlı 

layihəyə  başladı.  Layihənin  tərkib  hissəsi  olan  treninqlər  2011-ci  ilin  25-29  aprel  tarixlərində  Mərkəzi 

Bankda keçiriləcəkdir. 

Mərkəzi  Bankın  Kommunikasiya  departamenti,  Tədqiqatlar  və  İnkişaf  Mərkəzinin  və  JAA-nın 

təşkilatçılığı  ilə  keçirilən  bu  treninqlər  ali  məktəb  tələbələri  üçün  nəzərdə  tutulur.  Treninqlərdə 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti,  eləcə  də,  Bakı  Dövlət  və  Qafqaz  Universitetlərinin  iqtisadiyyat 

fakultələrinin 40-a yaxın tələbəsi iştirak edəcəkdir. 



JAA tərəfindən 2003-cü ildən etibarən uğurlu şəkildə həyata keçirilən bu proqramın əsas məqsədi 

iqtisadi  və  sahibkarlıq  biliklərini  gənclərə  nəzəri  və  tətbiqi  yollarla  tədris  edərək  gələcəyin  biznes 

liderlərini və hazırlıqlı kadrlarını yetişdirməkdir. Treninq proqramı çərçivəsində nəzərdə tutulan modullar 

iştirakçıların maliyyə savadının artmasına və gələcək karyera seçiminə imkan yaradacaqdır. 

Tələbələr  bank  sisteminin  quruluşu,  onun  müxtəlif  iştirakçıları,    Mərkəzi  Bankın  vəzifə  və 

funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Tələbələr həmçinin 

bankların üzləşdiyi risklər, risk idarəetməsi  mexanizmləri,  müxtəlif  maliyyə alətlərinin  mahiyyəti, onları 

müqayisə etmək üsulları ilə tanış olacaqlar. 

Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. 

 

 

27.01.2011:Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Maliyyə Savadlılığı üzrə 

Beynəlxalq Şəbəkəyə üzv olub 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  Tədqiqatlar  və  İnkişaf  Mərkəzi  (TİM)  İqtisadi 

Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  Maliyyə  Savadlılığı  üzrə  Beynəlxalq  Şəbəkəsinə  üzv  olub.  Bu 

şəbəkədə  hazırda  74  ölkədən  əksəriyyəti  mərkəzi  banklar  olan  135-dən  artıq  dövlət  təşkilatı  təmsil 

olunmaqdadır.  ABŞ,  Kanada,  Almaniya,  Fransa  kimi  dünyanın  aparıcı  dövlətlərinin  xüsusi  aktivlik 

göstərdiyi şəbəkəyə MDB ölkələrindən Azərbaycan üçüncü ölkə olaraq qoşulur. 

Maliyyə  Savadlılığı  üzrə  Beynəlxalq  Şəbəkənin  qarşıya  qoyduğu  əsas  məqsədi  üzv  ölkələrin 

aparıcı  qurumları  arasında  iqtisadi  və  maliyyə  savadlılığı  üzrə  informasiya  və  fikir  mübadiləsinin  təmin 

edilməsi,  habelə beynəlxalq aləmdə bu sahədə  mövcud  olan  qabaqcıl təcrübənin təbliğidir. Bu şəbəkəyə 

üzvlük həmçinin İƏİT-in zəngin elektron kitabxanasından istifadə imkanı verir. 

TİM geniş ictimaiyyətin, jurnalistlərin, tələbələrin maliyyə savadlılığının yüksəldilməsi, eləcə də 

bank-maliyyə  sahəsində  işləyən  mütəxəssislərin  bilik  və  bacarıqlarının  artırılması  istiqamətində  bir  sıra 

layihələrin  həyata  keçirilməsinə  başlamışdır.  Bu  layihələrin  həyata  keçirilməsi  nəticəsində  yaradılacaq 

inkişaf  resursları  ölkədə  iqtisadiyyat  və  maliyyə  savadlılığının  səviyyəsinin  yüksəldilməsinə  xidmət 



edəcəkdir. 

 

Yüklə 451,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə