Maniakal – depressiv psixoz zamanı baş verən cinayətlərin səciyyəsi



Yüklə 8,35 Kb.
tarix17.09.2017
ölçüsü8,35 Kb.
#374

Maniakal – depressiv psixoz zamanı baş verən cinayətlərin səciyyəsi

Depressiv və maniakal hallarla davam edən bu psixoz adətən bir – birinə əks fazalarla təkrarlanır. Fazalar arasında əmələ gələn yaxşılaşma işıqlı dövr adlanır. Bu dövrdə psixi qüsur, şəxsiyyət dəyişiklikləri qalmır.

Əsasən 35 – 40 yaşlarda təsadüf edir. Bəzən işıqlı dövr olmayan bir faza digəri ilə əvəz olunur və ya xəstəlik eyni fazaların təkrarlanması ilə davam edir.

Nadir hallarda qarışıq hər iki fazanın sindromlarından ibarət hərəki oyanıqla davam edən ajitələşmiş melanxoliya və əhval yüksəkliyi fonunda tormozlaşmış maniya rast gəlir.

Xəstəlik səbəbsiz və ya psixi sarsıntı , keçirilmiş infeksiya nəticəsində orqanizmi zəiflədən faktorlardan sonra meydana çıxır. Maniakal – depressiv psixoz fazalarının işıqlı dövründən sonra biri digəri ilə əvəz olunur. Bəzən də eyni fazalar – maniakal və ya depressiv təkrar olunur.

Yüngül hallarda affektiv pozuntular subdepressiv və hipomaniakal əlamətlərlə davam edirsə, bu siklotimiya adlanır, iş qabiliyyəti nisbətən saxlanılır.

Adətən maniakal faza axşam, depressiv faza isə səhər saatlarında güclənir. Depressiv faza üçün əhvalın enməsi, psixi proseslərin yavaşıması , fəaliyyətə doğru cəhdin azalması xarakterikdir. Başlanğıcda gizli depressiv faza bir sıra somativ əlamətlərlə maskalanmış davam edir: ümumi zəiflik, süstlük olub fiziki və əqli fəaliyyət çətinləşir, təəssürat reaksiyaları zəifləyir; ünsiyyət çətinləşir, nitq yeksənəq, cavablar alçaq səslə təkhecalı cümlələrdən ibarət olur. Depressiya güclənərsə özünü taxsırlandırma günahlandırma sayıqlama ideyaları ilə əlaqədar “günahlarının təmizlənməsi” özlərinə, hətta yaxın adamlarına qarşı ictimai təhlükəli hərəkətlər törədirlər. Dərinləşən depressiya əzabverici qəm-qüssə, təşvişlə müşaiət edərək xəstə çıxılmaz vəziyyətdə özünə qəsd edə bilər.

Maniakal depressiv psixoz az təsadüf edən xəstəlik olsa da, hər iki fazada, xüsusən maniakal fazada ictimai təhlükəli hərəkətlər təsadüf edilir.

Maniakal fazada qəzəbli hallarda xəstə aqressiv olub, əhatəsində olan adamlara ağır xəsarətlər yetirirlər. Seksual oyanıqlıqla əlaqədar zorlama, eksqibisionizm, hətta təcavüz rast gəlir. İctimai təhlükəli hərəkətlər törətmiş belə xəstələr özlərini idarə edə bilmədiklərindən məhkəmə psixiatriya ekspertizasında qiymətləndirilməsi anlaqsız sayılmaları üçün heç bir şübhə doğurmur. Cinayət xəstədə kəskinləşmə arası dövrdə baş verərsə də cavabdehdirlər.

Affektiv pozuntular subdepressiv və hipomaniakal hallarda mülayim keçir. Subdepressiv hallarda xəstələr əhvalın enməsindən, tez yorulma, fikirlərinin cəmləşdirilməsində çətinlik çəkmələrindən şikayət edirlər.



Hipomaniakal hallarda əhvalları şən, nisbətən yüksəlmiş olub psixomator fəallıq artır, özlərinə yüksək qiymət verirlər.

Subdepressiya hallarda özlərinə qəsd, hipomaniakal hallarda isə təsadüfi tanışlıq, tanımadığı adamlara pul, ev əşyalarından hədiyyə vermək kimi davranışları narazılıqla qarşılanır. 2 saylı klinik psixiatriya xəstəxanasına maniakal halda daxil olmuş xəstə M. hələ evdə ikən hipomaniakal halda qızıl qolbağı (əri zərgər idi) və qonşuluqda olan qadının evindən gümüş qab götürüb tanımadığı adama vermiş və məsuliyyətə cəlb olunmuşdur. Stasionar məhkəmə ekspertizasında anlaqsız sayılmışdır.
Yüklə 8,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə