Maqnit kəşfiyyatı



Yüklə 43,5 Kb.
səhifə1/2
tarix26.05.2022
ölçüsü43,5 Kb.
#88079
  1   2
Maqnit kəşfiyyatı


Maqnit kəşfiyyatı
Maqnit kəşfiyyatı - Yerin maqnit sahəsinin öyrənilməsinə əsaslanan kəşfiyyat geofizikasının kompleks metodları olub, süxurların müxtəlif maqnit xassələrinin əsaslanır. Magnit kəşfiyyatı yerüstü geofizika metodudur, bu səbəbdən də çox dərin yataqlardan geniş miqyasda məlumat almağa imkan vermir. Lakin, bu metod dərinlikdə olan maqnit mineralları haqqında başqa üsullara nisbətən daha çox məlumat verə bilər. Bu da onun ilə əlaqəlidir ki, bu yeganə üsuldur ki, vektorun maqnitlənmənin qiymətinin ölcüsünü təyin edir.
Maqnit kəşfiyyatında Yerin maqnit sahəsi ölçülür və təhlil olunur. Hələlik Yerin maqnit sahəsinin mənşəyi tam aydın olmamasına baxmayaraq bu üsul praktiki məqsədlər üçün, faydalı qazıntı yataqlarının kəşfiyyatı və axtarışı, geoloji məsələlərin həllində geniş istifadə olunur. Bu onunla əlaqədardır ki, bütün geoloji kütlələr, xüsusilə filiz yataqları maqnit minerallarından ibarətdir və Yerin maqnit sahəsinin təsirindən maqnitlənir. Beləliklə, bunları Yerin alt qatlarında Yerləşən nəhəng sabit maqnitlər kimi qəbul etmək olar.
Məsələn elektrik kəşfiyyatı - görünən müqavimətin böyüklüyünə, qravimetrik kəşfiyyatı – ağırlıq qüvvəsinin sürətinin artmasının moduluna (Δg), seysmik kəşfiyyatı – dalğa surətinin moduluna (v) məlumatlarından əsaslanır. Bütün bu qiymətlər skalyardır. Maqnit kəşfiyyatında isə süxurun maqnitlənməsinin qiyməti ilə bərabər, həm də maqnitlənmənin istiqamətini almağa imkan verir.
Maqnit kəşfiyyatı aşağıdakı məsələləri həll edir:
- geotktonik rayonlaşdırma və iri strukturların ayrılması, eləcə də neft-qaz üçün perspektivli
- əsas və ultra əsas süxurların konturlanması və ayrılması, tektonik pozulmaların izlənilməsi və ayrılması, müxtəlif maqnit xüsusiyyətərinə görə əmələ gəlməsi, süxurların dərinliyinin təyini, kristallik fundamentdə tektonik elementlərin ayrılması.
- güclü maqnit dəmirin və titanomaqnetit filizlərinin axtarışı və kəşfiyyatı
- tərkibində maqnit mineralları(maqnetit, pirrotin və b.) olan metal (sulfidli mis-nikel, qalay, polimetalik və digər filizlər) və qeyri metal faydalı qazıntılarının axtarışı və kəşfiyyatı
- maqnitliyi olmayan faydalı qazıntıların axtarışı
- arxeoloji ərazilərdə maqnitlənmiş nümunələrin axtarışı.
Yerindən asılı olaraq, aşağıdakı maqnit tədqiqat işləri aparılır:
- yerüstü, hansı ki, piyada, avtomobil ilə aparılan maqnit tədqiqatları
-hava – təyyarə və helekopterlələ
- hidromaqnit
-yeraltı – quyu və şaxtalarda.
Maqnit kəşfiyyatını 3 əsas hissəyə bölmək olar: 1. Maqnit sahəsinin xüsusiyyətinin ölcülməsi; 2. Müşahidənin nəticələrinin işlənilməsi; 3. Nəticələrin geoloji izahı.

Yüklə 43,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə