Mart Soyqırımı və ya Mart Hadisələri



Yüklə 117,71 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü117,71 Kb.
#52372


Mart Soyqırımı  və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 apreltarixləri arasında Bakı  şəhərində  və Bakı 

quberniyasının müxtəlif bölgələrində, eləcə  də  Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, 

Qarabağ, Naxçıvan və digər  ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı  dəstələrinin azərbaycanlılara qarşı 

törətdikləri qırğın. Rəsmi mənbələrə  əsasən soyqırımın nəticəsində 50 minə yaxın azərbaycanlı  qətlə yetirilmiş., on 

minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart 

Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur. 



Tarixi faktlar 

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı 

Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl 

məbləğində ilkin yardım alan  Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin 

əməkdaşlığını təmin etmişdir.  

9 mart, 1918-ci ildə, Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün

general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir Məhəmməd Tağıyev Lənkəran şəhərində baş 

verən ixtilafda rus-erməni silahlı  dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə  təyin 

edilmişdir  

General Talışinski Bakıya gəlmədən bir neçə gün əvvəl, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı 

məzmunda teleqram yollamışdır: 

Hörmətli yoldaş Şaumyan:  

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin 

daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza 

əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr 

nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostalara 

xoş arzular və salamlar. V. Ulyanov (Lenin) 

Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının 

üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə  şəhərdə yaşayan azərbaycanlılar Sovetə qarşı 

müqavimət göstərməyə başlamışlar Nəticədə baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-də  qədər Bakıda 

davam etmişdir və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır  

Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı 

versə  də,  əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə 

vurdu. 


Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın 

sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir 

göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ 

vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini  əsas götürməyə, "Müstəqil 

Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi. 

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət 

mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim 

edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr 

zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə 

Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünülüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, 

Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi. 

Hadisələrin gedişi 

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni 

millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər 

keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk 

atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və 

başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə  hərbi gəmilər bombalamağa 

başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri  şəhərdə azərbaycanlılar rusları  qırıblar. Matroslar bunun 

yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş  məhəllələrdə ölənlərin sayı-

hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə  rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə  dərhal qətlə 

yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət 

edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus 

məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta  İçəri  şəhərə hücum zamanı 




A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq 

abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" 

məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. 

Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış  vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı 

altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı  həyata keçirməyə 

başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı 

altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən

bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. 

Təpədən dırnağa qədər silahlanmış erməni  əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları  vəhşicəsinə 

öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən 

qulaqları, burunları  kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov Erməni 

vəhşilərinin törətdikləri qətliamlar haqqında belə  bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. 

Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara 

bilmədilər". 

Milli sülhə  və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla Bakı 

bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə  və istehkamına" çevirmək 

yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il 

mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı 

milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi 

sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A. 

Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.  

Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə  hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman 

korpusunun komandiri general Talışinskinin həbsi  şəhərin türk-müsəlman  əhalisində ciddi qəzəb doğurmuşdu. 

Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman 

Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu 

məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu 

təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün 

bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində  Lənkərandan Bakıya 

gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini 

dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş 

verdi. Buna etiraz edən yerli əhali isə küçələrə  çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc 

əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının 

hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. 

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri 

ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. 

S.Lalayansın dəstələri 3-16 aprel tarixində  Şamaxı  əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin 

köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 

8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə  uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan 

Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi. 

Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu 

sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə  Təcili Araşdırma komissiyasının başçısı 

A.Xasməmmədovun Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi başçısına  Şamaxı  şəhəri və ona qonşu kəndlərin 

dağıdılması  və müsəlman  əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin 

komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar 

şəxslərlə bağlı  məhkəmə  işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli 

qərarını göstərmək olar. 

Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 

səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha 

göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ 

yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni 

əsgəri Şamaxıya göndərilmişdi. 

Quba qəzasında da hadisələr eyni istiqamətdə  cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak 

dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər 

dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir" Onun başçılıq etdiyi daşnak 

dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər 

adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 

30 minə yaxın adam öldürüldü. 



Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib 

Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 

Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu. 

Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı 

olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı  məktubunda etiraf etmişdi: "Biz süvari 

dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı 

min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar 

da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin 

buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik". 

1918-ci ilin mart-aprel aylarında Bakı,  Şamaxı, Quba, Lənkəran və digər  ərazilərdə erməni faşistləri 50 min 

azərbaycanlını  qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının 

tarixinə qara hərflərlə yazılmışdır. 



 

Yüklə 117,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə