“Maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi” fənnindən



Yüklə 0,54 Mb.
səhifə1/4
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20712
  1   2   3   4


Maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi” fənnindən

TEST SUALLARI
1. Elektrik emal üsulunun neçə növü vardır?

A) üç növü: elektro-fiziki, elektro-kimyəvi və kombinə edilmiş

B) bir növü: elektro-fiziki və mexaniki

C) iki növü: elektro-fiziki və elektro-kimyəvi

D) iki növü: elektro-kimyəvi və kombinə edilmiş

E) iki növü: elektro-fiziki və kombinə edilmiş


2. Elektro-fiziki emal üsulunun neçə növü vardır?

A) iki növü: elektrik qığılcımı və anod mexaniki

B) bir növü: mexaniki

C) bir növü: elektrik qığılcımı

D) bir növü: anod mexaniki

E) bir növü: üst diyirlətmə


3. Elektroerroziya prosesi nəyə deyilir?

A) Hissəciklərin elektrik qığılcımı vasitəsi ilə dağılma prosesinə

B) Hissəciklərin kəski vasitəsi ilə dağılma prosesinə

C) Hissəciklərin kimyəvi üsulla dağılma prosesinə

D) Hissəciklərin dağılma prosesinə

E) Hissəciklərin parçalanma prosesinə


4. Elektrik qığılcımı ilə emalın mahiyyəti necədir?

A) Volta qövsü nəticəsində metalın katoddan anod üzərinə yığılmasıdır

B) Metalın katod üzərinə yığılmasıdır

C) Metalın kimyəvi parçalanmasıdır

D) Metalın elektro-kimyəvi yığılmasıdır

E) Metalın kimyəvi yığılma prosesidir


5. Metalların elektrik qığılcımı ilə emal prosesi hansı iş şəraitində aparılır?

A) Xüsusi tutum (vanna) içərisində maye mühit daxilində

B) Quru mühit daxilində

C) Elektrolit mühit daxilində

D) Kimyəvi-qələvi mühit daxilində

E) Qələvi məhlul daxilində


6. Metalların elektrik qığılcım üsulu ilə emalında elektrik dövrəsi hansı növ gərgin­lik­lə qidalandırılır?

A) sabit

B) dəyişən

C) sabit və dəyişən

D) fərqi yoxdur

E) dəyişən 110 voltdan kiçik

7. Elektrik emalı ilə emal prosesində dövrənin açılıb-qapanması necə həyata keçirilir?

A) xüsusi mexaniki quruluş və maqnit mexanizmi vasitəsi ilə

B) mexaniki quruluş vasitəsi ilə

C) maqnit mexanizmi vasitəsi ilə

D) əl ilə idarə olunma vasitəsi ilə

E) dövrənin açılıb-qapanmaya ehtiyacı yoxdur


8. Metalların elektro-fiziki üsulla emalının müsbət xüsusiyyətləri hansılardır?

A) səthdə say qatın alınmaması və emal dəqiqliyinin yüksək olması

B) sadə olması

C) məhsuldar olması

D) səthin forma ölçüsünün mürəkkəb olması

E) emalın tez yerinə yetirilməsi


9. Metalların elektro-fiziki emalında hansı maye məhluldan geniş istifadə olunur?

A) duru yağ və ağ neftdən

B) qatı yağ və benzindən

C) qatı yağdan

D) sulfat turşusundan

E) duzlu məhluldan


10. Elektrik qığılcımı ilə emal üsulunda pəstah dövrənin hansı qütbünə bərkidilir?

A) katod, müsbət qütbünə

B) anod, mənfi qütbünə

C) bərkidilmir, yalnız məhlula toxundurulur

D) yalnız məhlula salınır

E) bərkidilməsinin hansı qütbdə olması rol oynamır


11. Alətlərin elektrik qığılcımı ilə itiləmə prosesi necə aparılır?

A) itiləmə dəzgahında mm bürünc dairə vasitəsi ilə

B) itiləmə dəzgahında anoda toxundurmaqla

C) itiləmə dəzgahında katoda toxundurmaqla

D) katod və anodun yaxınlaşdırılması ilə

E) katod qütbünün yaxınlaşdırılması ilə

12. Elektrik qığılcım üsulu ilə itiləmənin digər itiləmə üsullarından üstün cəhətləri hansılardır?

A) məhsuldarlığı yüksək və dəqiq, istismar müddəti böyük olur

B) itiləməyə sərt olunan vaxt kiçik olur

C) itiləmədə əməliyyat vaxtı kiçik olur

D) itiləmə daha dəqiq aparılır

E) istismar müddətində təkrar itiləmələrə ehtiyac qalmır

13. Maşınqayırmada elektromexaniki emal üsulunun neçə növü vardır?

A) iki növü: yonma və diyirlənmə

B) bir növü: yonma

C) bir növü: diyirlənmə

D) iki növü: yonma və doğrama

E) bir növü: doğrama


14. Yonma elektromexaniki emal üsulunun mahiyyəti necədir?

A) kəsmə zonasına yüksək cərəyan şiddəti (300÷1000) A verməklə qızma şəraitində yerinə yetirilir

B) kəsmə zonasına alçaq cərəyan şiddəti verməklə yerinə yetirilir

C) kəsmə zonasına kimyəvi məhlul verməklə yerinə yetirilir

D) kəsmə zonasına elektrolit verməklə yerinə yetirilir

E) kəsmə zonasına soyuducu məhlul verməklə yerinə yetirilir


15. Diyirlənmə elektromexaniki emal üsulu hansı hallarda tətbiq olunur?

A) səthdə kələ-kötürlüyün azaldılması, hamarlanması

B) səthdə kələ-kötürlüyün çoxaldılması

C) səthdə zay qatın götürülməsi

D) səthdə möhkəmliyin azaldılması

E) səthdə bərkliyin azaldılması


16. Diyirlənmə elektromexaniki emal üsulu ilə səthin hansı keyfiyyət göstərici­ləri­ni necə dəyişmək olar?

A) səthin bərkliyi, yeyilməyə və sürtünməyə davamlılığı artır

B) səthin mikroçatları kiçilir

C) səthin ovularaq dağılması çoxalır

D) səthin nahamarlığı artır

E) səthin korroziyaya qarşı davamlılığı artır


17. Ultrasəs emalının əsasını nə təşkil edir?

A) materialda 16÷30 kHs tezlikli titrəmələrin əldə olunması

B) materialda güclü titrəmələrin əldə olunması

C) materialda titrəmələr hesabına onun ovulması

D) materialda titrəmələr hesabına zərrəciklərin qopması

E) materialda titrəmələr hesabına atomların parçalanması


18. Bu sxem hansı emal üsulunun növünə aid olunur?

A) ultrasəs


B) qaynaq

C) elektro-kimyəvi

D) kombinə olunmuş

E) mexaniki


19. Yüksək tezlikli titrəmə ilə ultrasəs emal üsulundan hansı materialların emalında daha geniş istifadə olunur?

A) bərk xəlitəli, mineral-keramik, şüşə və saxsı

B) yalnız polad materialların

C) yalnız çuqun materialların

D) yalnız kövrək materialların

E) əlvan materialların


20. Lak-boya və örtüklərin çəkilməsindən əvvəl aparılan texnoloji əməliyyat necə adlanır?

A) hissə və detalların təmizlənməsi

B) hissə və detalların çıxdaş edilməsi

C) hissə və detalların nəzarətdən keçirilməsi

D) hissə və detalların yararlılıq dərəcəsinin təyini

E) hissə və detalların rənglənməsi


21. Maşınqayırmada hissələrin təmizlənmə əməliyyatına uğradılmasında əsas məqsəd nədir?

A) hissələri üzərindəki toz, yağ, turşu və kiçik qırıntılardan azad etmək

B) hissələrin uzunömürlülüyünü artırmaq

C) hissələrin yararlılıq səviyyəsini öyrənmək

D) hissələrin uzun müddət saxlanmasını təmin etmək

E) hissələrin nəql olunmasını asanlaşdırmaq


22. Maşınqayırmada təmizləmə əməliyyatı neçə üsulla aparılır?

A) iki: mexaniki və kimyəvi

B) iki: fiziki və mexaniki

C) bir: fiziki

D) bir: kimyəvi

E) iki: kimyəvi və fiziki-kimyəvi


23. Maşınqayırmada örtüklərin çəkilməsi əməliyyatının səciyyəvi xüsusiyyətləri nədir?

A) estetik-dizayn xarici görünüşünün və mexaniki xassələrinin dəyişdirilməsi

B) yeyilməyə qarşı davamlılığının yüksəldilməsi

C) korroziyaya qarşı davamlılığının artırılması

D) səthdə kələ-kötürlülüyün örtülməsi

E) səthdəki nahamarlığın qarşısının alınması


24. Maşınqayırmada neçə növ örtükçəkmə üsulları vardır?

A) üç: lak-boya, qalvanik oksidləşdirmə və plastik kütlə


B) üç: lak-boya, qalvanik nikelləmə və xromlama

C) iki: nikelləmə və misləmə

D) iki: xromlama və plastik kütlə

E) iki: xromlama, nikelləmə və misləmə

25. Lak-boya qalvanik örtüklərin çəkilməsində əsas məqsəd nədir?

A) metal səthləri korroziya, sürtünmədən, ağac materialları xüsusən nəmlikdən qorumaq

B) estetik-dizayn etmək üçün

C) metal səthlərin gözəyatımlı olması üçün

D) ağac materialların çürüməməsi üçün

E) materialların möhkəmliyini artırmaq üçün


26. Maşınqayırmada hansı rəngləmə üsullarından istifadə olunur?

A) əl və tozlandırma

B) əl

C) tozlandırma



D) batırma

E) sürtmə


27. Quruma prosesi hansı üsullarla aparılır?

A) təbii və süni

B) qızmış buxar ilə

C) qızmış hava ilə

D) isti hava püskürtməklə

E) günəş şüası vasitəsilə


28. Quruma prosesi nəyə deyilir?

A) həlledicinin buxarlanması və oksidləşmə boyaq təbəqəsinin polimerləşməsi prosesinə deyilir

B) həlledicinin buxarlanması prosesinə deyilir

C) oksidləşmə boyaq təbəqəsinin polimerləşməsi prosesinə deyilir

D) həlledicinin ələ yapışmaması prosesinə deyilir

E) həlledicinin səthdən qopmaması prosesinə deyilir


29. RPİ dedikdə nə başa düşülür?

A) emalın verilən parametrlərinin işləmə alqoritminə müvafiq əmrlərin proqram­laş­dır­ma dilində məcmuəsi başa düşülür

B) emalın verilən parametrlərinin avtomatik idarə olunması başa düşülür

C) emalın verilən parametrlərinin qanun üzrə tənzimlənməsi başa düşülür

D) emalın verilən parametrlərinin optimallaşdırılması başa düşülür

E) emalın verilən parametrlərinin xüsusi diqqətlə saxlanılması başa düşülür


30. RPİ dəzgahlarından maşınqayırma sənayesində neçə istiqamətdə inkişaf etdirilir?

A) iki


B) üç

C) bir


D) dörd

E) beş


31. RPİ dəzgahlar sistemi konstruksiyasına görə neçə növə bölünür?

A) iki: dövrü proqram rəqəmli və rəqəmli idarəli

B) bir: dövrü proqram rəqəmli dəzgahlar

C) bir: rəqəmli idarəli dəzgahlar

D) iki: torna və frez dəzgahlar

E) iki: revolver və frez dəzgahlar


32. RPİ-dəzgahlar işçi orqanlarının hərəkətinin xarakterinə görə neçə qrupa bölü­nür­lər?

A) iki: mövqeli (koordinatlı) və konturlu (kəsilməz)

B) iki: əl və avtomatlaşdırılmış

C) iki: avtomat və yarımavtomatlaşdırılmış

D) bir: mövqeli (koordinatlı)

E) bir: konturlu (kəsilməz)


33. RPİ-dəzgahlarında işçi orqanların hərəkətinin proqramlaşdırılması hansı koor­di­nat sistemində layihələndirilmişdir?

A) fəza koordinat

B) müstəvi koordinat

C) fəza və müstəvi koordinat

D) X və Y koordinat

E) koordinat sisteminin heç bir fərqi yoxdur


34. RPİ-dəzgahlarında neçə hesablama üsulları mövcuddur?

A) iki: mütləq və nisbi

B) iki: riyazi və cədvəl

C) bir: riyazi

D) bir: cədvəl

E) iki: riyazi və nisbi


35. Maşınqayırmada texnoloji əməliyyat nəyə əsasən təyin olunur?

A) hissənin işçi cizgisinə

B) hissənin ən böyük qabarit ölçüsünə

C) hissənin ən kiçik qabarit ölçüsünə

D) hissənin ən böyük diametrinə

E) hissənin ən kiçik diametrinə


36. Pəstahalma üsulu necə seçilir?

A) detalın forma-ölçüsü, materialı və istehsalın tipi nəzərə alınmaqla

B) detalın forma-ölçüləri nəzərə alınmaqla

C) detalın materialı və diametri nəzərə alınmaqla

D) detalın sayı və materialı nəzərə alınmaqla

E) istehsalın tipi nəzərə alınmaqla

37. Emal payı nəyə deyilir?

A) Yonqar çıxarılması nəzərdə tutulan qatın qalınlığına

B) Kəski alətlə çıxarılan qatın qalınlığına

C) Kəskinin bir dəfədə çıxara biləcəyi qatın qalınlığına

D) Yonqarın çıxarılan qalınlığına

E) Yonqarın en kəsik sahəsinə


38. Texnoloji əməliyyat üçün lazım olan dəzgahların sayı necə hesablanır?

A) Əməliyyata sərf olunan əsas maşın vaxtına görə

B) Əməliyyata sərf olunan köməkçi vaxta görə

C) Əməliyyata sərf olunan ədədi vaxta görə

D) Əməliyyatın adına görə

E) Əməliyyata sərf olunan köməkçi və fasilə vaxtına görə


39. Mexaniki sex sahələrində dəzgahların yerləşdirilməsi ardıcıllığı nəyə əsasən aparılır?

A) əməliyyatlar ardıcıllığına

B) əməliyyatlardakı dəzgahlar çoxluğuna

C) əməliyyatların çətin və asanlığına

D) fərq etməz

E) yerləşdirmənin əsası yoxdur


40. Texnoloji əməliyyat üçün avadanlığın (dəzgahın) tipi necə seçilir?

A) detalın qabarit ölçüləri və emala sərf olunan gücə görə

B) detalın qabarit, ən böyük ölçüsünə görə

C) detalın qabarit və çəkisinə görə

D) detalın dəzgahda yerləşdirilməsi nəzərə alınmaqla

E) detalın material və çəkisi nəzərə alınmaqla


41. Kəsici alətin materialı əsasən necə seçilir?

A) emal olunan material və onun mexaniki xassələri nəzərə alınmaqla

B) emal olunan materialın fiziki xassələri nəzərə alınmaqla

C) emal olunan materialın fiziki-kimyəvi xassələri nəzərə alınmaqla

D) emal olunan material xüsusi çəkisi nəzərə alınmaqla

E) emal olunan materialın qabarit ölçüləri nəzərə alınmaqla


42. RPİ-dəzgahlarda emalın proqram qruplarının sayı neçədir?

A) üç: başlanğıc verilənlər bloku, prosessor və postprosessor

B) bir: başlanğıc verilənlər bloku

C) bir: prosessor

D) bir: postprosessor

E) iki: prosessor və postprosessor


43. RPİ-dəzgahlarında başlanğıc verilənlər bloku hansı funksiyanı yerinə yetirir?

A) informasiyanı giriş dilindən maşın dilinə çevirir
B) material haqqında məlumatlar toplayır

C) işçi cizgisi haqqında məlumatlar toplayır

D) kəsici alət haqqında məlumatlar toplayır

E) dəzgahın texniki imkanları haqqında məlumatlar toplayır


44. RPİ-dəzgahlarında prosessor hansı funksiyanı yerinə yetirir?

A) idarəedici proqram üçün informasiya hazırlayır

B) idarəedici proqram üçün əlavə gücləndirici funksiyasını

C) başlanğıc verilənləri təhlil edir

D) idarəedici proqramın dilini təhlil edir

E) idarəedici proqramın mətnini aydınlaşdırır


45. RPİ-dəzgahlarında postprosessor hansı funksiyanı yerinə yetirir?

A) dəzgahın idarə olunması üçün çıxış məlumatlar lazımi formaya çevirməkdir

B) dəzgahın idarə olunmasını idarə etməkdir

C) dəzgahın idarə sistemidir

D) dəzgahın xidmət resurslar mərkəzidir

E) dəzgahın dayanmaları haqqında məlumat ötürür


46. RPİ-dəzgahlarında mexaniki emal prosesinin layihələndirilməsinin hansı ilk etapı yerinə yetirilir?

A) mexaniki emalın əməliyyatlar ardıcıllığı

B) mexaniki emalın iş rejimləri

C) mexaniki emalın kəsmə dərinliyinin təyini

D) mexaniki emalın dəqiqlik kvaliteti

E) mexaniki emalın müsaidələrinin qiymətləri


47. RPİ-dəzgahlarında mexaniki emal prosesində işçi orqanların əsas hərəkətləri nədən ibarətdir?

A) bilavasitə emala sərf olunan hərəkətlər

B) bilavasitə pəstahın bağlanması və asılması hərəkətləri

C) bilavasitə kəskilərin bağlanması və asılması hərəkətləri

D) bilavasitə işə salınması hərəkəti

E) bilavasitə dəzgahın dayandırılması hərəkəti


48. RPİ-dəzgahlarında mexaniki emal prosesində köməkçi hərəkətlər nədən ibarətdir?

A) alətin kəsmə zonasına daxil edilməsi, işçi vəziyyətə gətirilməsi, kütləşmiş alətin dəyişdirilməsi

B) alətin kəsmə zonasına daxil edilməsi, emaldan sonra əvvəlki vəziyyətə gətirilməsi

C) alətin işçi vəziyyətə nizamlanması

D) alətin kütləşmədən sonra dəyişdirilməsi

E) alətin kütləşmədən sonra dəyişdirilməsi

49. Mexaniki emal prosesində əsas maşın vaxtı nəyə deyilir?

A) bilavasitə emal prosesində yonqarın çıxarılmasına sərf olunan vaxta

B) bilavasitə emal prosesində kəskinin kəsmə zonasına daxil edilməsinə sərf olunan vaxta

C) bilavasitə emal prosesində sazlanmaya sərf olunan vaxta

D) bilavasitə emal prosesində əməliyyata sərf olunan vaxta

E) bilavasitə emal prosesində kəskinin dəyişdirilməsinə sərf olunan vaxta


50. RPİ-dəzgahlarında kəsici alətin hərəkət trayektoriyası necə təyin olunur?

A) emal olunan detalın profilinin formasına əsasən

B) emal olunan detalın profilinin ən böyük ölçüsünə əsasən

C) emal olunan detalın profilinin ən kiçik ölçüsünə əsasən

D) emal olunan detalın ölçüləri heç bir rol oynamır

E) emal olunan detalın ölçü müsaidəsinə əsasən


51. RPİ-dəzgahlarında hansı səthlərin mexaniki emal prosesi daha əlverişli məqsə­də­uyğun sayılır?

A) əyrixətli və fəza konturu ilə məhdudlanan mürəkkəb səthlərin

B) əyrixətli fəza və müstəvi səthlərin

C) əyrixətli fəza və dairəvi səthlərin

D) yalnız düz müstəvi səthlərin

E) yalnız yastı profilli səthlərin


52. Mexaniki emal prosesində dəzgahların bazalaşdırılmasının əsas prinsipləri hansı­lardır?

A) bazalaşdırma üç qarşılıqlı perpendikulyar müstəviyə, müstəvi və iki dəqiq yuvaya görə aparılır

B) bazalaşdırma üç qarşılıqlı müstəviyə görə aparılır

C) bazalaşdırma müstəvi və iki dəqiq yuvaya əsasən aparılır

D) bazalaşdırma iki perpendikulyar müstəviyə görə aparılır

E) bazalaşdırma müstəvi və bir dəqiq yuvaya görə aparılır


53. Mexaniki emal deşmə proseslərində RPİ-dəzgahlarında alətin sərtliyinin artırıl­ma­sı necə həyata keçirilir?

A) uzunluğunun mümkün azaldılması hesabına

B) uzunluğunun mümkün böyüdülməsi hesabına

C) diametrinin mümkün böyüdülməsi hesabına

D) yuvanın diametrinin kiçildilməsi hesabına

E) yuvanın dərinliyinin mümkün azaldılması hesabına

54. Mexaniki emal prosesində frezləmədə alətin məcburi titrləmələrinin azaldıl­ma­sı necə həyata keçirilir?

A) frezin dişləri simmetrik hazırlanır

B) frezin dişləri cüt olmaqla hazırlanır

C) frezin dişləri kiçik ölçüdə hazırlanır

D) frezin dişləri bərk və möhkəm materialdan hazırlanır

E) frezin dişlərinin ucları iti itilənməlidirlər

55. RPİ-dəzgahlarında istifadə olunan deşmə kəsici alətləri hansı parametrlərə görə təyin olunurlar?

A) materialı, itilənmə bucağı və dişlərin sayına

B) materialına

C) itilənmə bucağına

D) ən böyük diametrinə

E) ən kiçik diametrinə


56. RPİ-dəzgahlarında emal olunan səthin dəqiqlik kvalitetinə təsir edən əsas faktorlar hansılardır?

A) dəzgahın, alətin və RPİ-dəzgahında əmrlərin icra dəqiqliyi

B) RPİ-dəzgahının dəqiqliyi

C) kəsən alətin dəqiqliyi

D) emal olunan səthin forması

E) emal olunan səthin ölçüsünün müsaidəsi


57. Mexaniki emal prosesində hansı səthlərin ilkin əməliyyatlarda emalına üstünlük verilir?

A) müstəvi səthlərin

B) daxili fırlanma səthlərin

C) xarici fırlanma səthlərin

D) mürəkkəb profilli səthlərin

E) əyrixətli konturlu səthlərin


58. Frezləmə əməliyyatlarında nə üçün böyük diametrli frez kəsici alətindən isti­fa­də edilməsi arzuedilməzdir?

A) titrəmələr baş verir və dəyişdirilməsi çətinlik yaradır

B) bərkidilməsi çox vaxt aparır

C) itilənmə prosesi mürəkkəbdir

D) iş prosesində titrəmələrə səbəb olur

E) böyük diametrli frezin çəkisi ağır olduğundan


59. Böyük qabaritli pəstahları nə üçün köhnəltmə əməliyyatına uğradırlar?

A) pəstahlama prosesində yaranan çatışmamazlıqları müəyyən etmək üçün

B) ambarlarda saxlamaq mümkün olmadıqda

C) qabariti böyük olan pəstahları daşımaq çətin olduğu üçün

D) bu əməliyyatın faydası yoxdur

E) böyük qabaritli pəstahları emal etmək çətin olduğu üçün


60. İri qabaritli pəstahlarda daxili gərginliyi aradan qaldırmaq, mikroçatları, deformasiyaları müəyyən etmək üçün hansı əməliyyatdan istifadə olunur?

A) köhnəltmə əməliyyatından

B) torna əməliyyatından

C) frezləmə əməliyyatından

D) torna və frezləmə əməliyyatından

E) pardaqlama əməliyyatından

61. Pəstahların köhnəltmə əməliyyatı neçə üsulla aparılır?

A) iki: təbii və süni

B) iki: soyutmaq və qızdırmaqla

C) bir: soyutmaq

D) bir: qızdırmaq

E) iki: təbii və soyutmaq


62. RPİ-dəzgahlarında yuvaların mexaniki emal prosesində kodlaşdırılmış proq­ram­la eyni burğu ilə müxtəlif diametrli dəliklərin açılması mümkündürmü?

A) mümkün deyil

B) mümkündür

C) qismən mümkündür

D) proqramın dəqiqliyindən asılıdır

E) dəliklərin açılma diametrindən asılıdır


63. RPİ-dəzgahlarında müxtəlif diametrli yuvaların kəski ilə genişləndirilməsi mexaniki emal prosesi kodlaşdırılmış proqramla mümkündürmü?

A) mümkündür

B) mümkün deyil

C) dəliklərin diametrindən asılıdır

D) dəliklərin dərinliyindən asılıdır

E) qismən mümkündür


64. Maşınqayırmada elektro-kimyəvi üsulunun neçə növü mövcuddur?

A) üç: elektrolit, cilalama və hidravliki

B) üç: elektro-fiziki, elektro-qığılcım və elektro-qövs

C) iki: elektro-qığılcım və elektro-qövs

D) iki: hidravliki və elektro-qövs

E) iki: elektro-qığılcım və hidravliki


65. Maşınqayırmada metalların elektrik qığılcımı ilə emal prosesində qopan qırıntılar necə yığılır?

A) maye daxilində qabın dibinə yığılır

B) xüsusi sorma vasitəsilə yığılır

C) elektromaqnit qüvvəsi hesabına yığılır

D) anod üzərinə yığılır

E) katod üzərinə yığılır


66. Elektrik-qığılcımı ilə emal prosesində elektrik dövrəsinin açılıb-qapanması ne­cə həyata keçirilir?

A) çevirmə quruluşları vasitəsilə

B) xüsusi yağ açarları vasitəsilə

C) əl ilə

D) mexaniki açarlar vasitəsilə

E) avtomat xətlər vasitəsilə

67. Elektrik-qığılcımı ilə emal üsulundan hansı təmir işlərində geniş istifadə olu­nur?

A) qırılıb qalmış bolt, burğu, yiv burğusu, sancaq və sair çıxarılmasında

B) qırılıb qalmış işgillərin çıxarılmasında

C) təminatlı gərilmə ilə oturtmaların çıxarılmasında

D) dişli çarxın valdan çıxarılması

E) muftanın valdan çıxarılması


68. Anod mexaniki emal prosesində elektrik dövrəsindəki gərginliyin növü və qiyməti necə götürülür?

A) , dəyişən gərginlikli

B) , dəyişən gərginlikli

C) , sabit gərginlikli

D) , dəyişən gərginlikli

E) , sabit gərginlikli


69. Anod-mexaniki itiləmənin digər itiləmə üsullarından hansı üstün xüsusiyyətləri vardır?

A) itiləmə daha dəqiq, keyfiyyətli və məhsuldardır

B) itiləmə məhsuldardır

C) itiləmə daha dəqiqdir

D) itiləmənin istismar müddəti böyükdür

E) istismar müddətində itiləmələrin sayı minimumdur


70. Anod-mexaniki itiləmə prosesinin mahiyyəti necədir?

A) itiləmə, diskin fırladaraq elektrolit məhlula batırılması ilə aparılır

B) itiləmə, disk vasitəsi ilə aparılır

C) itiləmə, alətin elektrolitə batırılması ilə aparılır

D) itiləmə, elektrolit vasitəsilə aparılır

E) itiləmə, elektrolitin səpələnməsi hesabına aparılır


71. Maşınqayırmada metalların elektro-mexaniki üsulla emal texnoloji prosesinin mənfi xüsusiyyətləri hansılardır?

A) emal prosesi yüksək dərəcədə qızma ilə aparıldığından, səthin struktur quruluşunu dəyişdirir

B) emal prosesi yüksək dərəcədə qızma ilə aparıldığından, səthi korlayır

C) emal prosesi yüksək dərəcədə qızma ilə aparıldığından, səthdə çat yaranır

D) emal prosesi yüksək dərəcədə qızma ilə aparıldığından, səth yanır

E) emal prosesi yüksək dərəcədə qızma ilə aparıldığından, səth öz keyfiyyətini itirir

72. Elektro-mexaniki emal üsulunda hansı kələ-kötürlük sinfində səth almaq mümkündür?

A) 8 və 9

B) 1 və 3

C) 2 və 3

D) 4 və 5

E) 5 və 6
73. Metalların elektrik-kimyəvi emal üsulunun neçə növü vardır?


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə