Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   110

253 
 
16.Siz əminsiniz ki, başqası üçün özünü gücə salmaq lazım 
deyil? 
17.Siz  ən  çox  işinə  həqiqətən  aludə  ola  biləcək  insanlara 
hörmət edirsinizmi? 
 18.Siz  tez  -  tezmi  narahat  şəraitə,  vaxt  çatışmazlığına, 
kənardan maneələrə        baxmayaraq, işinizi başa çatdırırsınız? 
19.Adətən  sizin  özünüzə  nə  vaxtınız,  nə  də  gücünüz 
çatmır? 
20.Sizə başqası üçün nə isə etməyə özünüzü məcbur etmək 
çətindir? 
21.Siz  tez  -  tez  eyni  vaxtda  çox  işi  başlayırsınız  və  onları 
sona çatdıra bilmirsiniz? 
22.Siz  düşünürsüz  ki,  həyatda  uğur  əldə  etmək  üçün 
yetərincə gücünüz var? 
23.Siz  çalışırsınız  ki,  başqaları  üçün  bacardıqca  çox  şey 
edəsiniz? 
24.Siz  əminsiniz  ki,  başqalarının  qayğısını  çəkmək  çox 
vaxt sizə zərər vurur? 
25.Siz  işinizə  o  dərəcədə  aludə  ola  bilərsiniz  ki,  özünüzü 
və vaxtı tamam unudasınız? 
26.Siz tez- tezmi başladığınız işi başa çatdıra bilirsiniz? 
27.Siz əminsiniz ki, həyatda ən qiymətli şey – başqalarının 
maraqları ilə yaşamaqdır? 
28.Özünüzü xüdbin adlandıra bilərsiniz? 
29.Olurmu  ki,  detallara  həddindən  çox  daldığınız  üçün, 
başladığınız işi qurtara bilmirsiniz? 
30.Siz  işgüzar  keyfiyyətləri  olmayan  insanlardan  uzaq 
olmağa çalışırsınızmı? 
31.Sizi fərqləndirən cəhət – təmənnasızlıqdır? 
32.Asudə vaxtınızı öz maraqlarınıza sərf edirsinizmi? 
33.Siz  tez-tezmi  öz  məzuniyyətinizi  və  ya  istirahət 
gününüzü  başqasına  söz  verdiyiniz  hər  hansı  bir  işi  görməyə 
sərf edirsiniz? 
34.Siz öz qeydinə qala bilməyən insanları qınayırsınız? 


254 
 
35.Sizin  üçün  başqasının  zəhmətini  öz  mənafeyiniz  üçün 
istifadə etmək çətindir? 
36.Siz tez-tezmi öz maraqlarınızı güdərək başqalarından nə 
isə etməyi xahiş edirsiniz? 
37.Hər hansı bir işə razılaşanda, siz daha çox onun sizə nə 
dərəcədə maraqlı olduğunu düşünürsünüz? 
38.Hər  bir  işdə  nəticəyə  can  atmaq  sizin  fərqləndirici 
xüsusiyyətinizdirmi? 
39.Sizin  fərqləndirici  cəhətiniz  başqalarına  kömək  etmək 
bacarığınızdırmı? 
40.Siz  ancaq  yaxşı  mükafatlandırmaya  görə  maksimal 
çalışqanlığa qadirsiniz? 
 
Protokol nümunəsi: 
 



1

1

2

2

2

3

3



1

1

1

2

2

3

3

3



1

1

1

2

2

3

3

3



1

1

2

2

2

3

3

4

 
Göstəricilərin işlənməsi və interpretasiyası: 
Göstəricilərin  işlənilməsi  protokolun  üfüqi  sırası  ilə 
aparılır (nümunəyə bax) 
«Altruizm-xüdbinlik»,  «proses-nəticə»  yönlü  durumları 
aşkarlama     metodikasının açarları: 
1. Birinci sıranın «müsbətlərinin» cəmi – suallar: 1, 5, 9, 
13, 17, 21, 25, 29, 33, 37- «prosesə meyllilik». 
Adətən insanlar prosesə daha çox istiqamətlidirlər, nəticə 
əldə  edilməsi  barəsində  az  düşünürlər,  çox  vaxt  işin  təhvil 
verilməsini  yubadırlar,onların  prosesə  yönlü  olması  yaxşı 
nəticələr əldə etməyə maneəçilik törədir; onlara işə olan maraq 


255 
 
təkan  verir,  yaxşı  nəticə  əldə  etmək  üçün  çoxlu  yorucu  işlər 
görülməlidir  ,  onlar  isə  belə  işləməyə  qarşı  olan  mənfi 
münasibətlərinin öhdəsindən gələ bilmirlər. 
2.  İkinçi  sıranı  «müsbətlərinin»  cəmi  –  suallar  2,  6,  10, 
14,  18,  22,  26,  30,  34,  38  –  «nəticəyə  meyllilik».  Nəticəyə 
istiqamətlənən  insanlar  –  ən  etibarlı  olanlardan  biri  sayılırlar. 
Onlar  maneə  və  çətinliklərə  baxmayaraq,  öz  fəaliyyətlərində 
yüksək nəticələr əldə edə bilirlər. 
3.  Üçüncü  sıranın  «müsbətlərinin»  cəmi  –  suallar  3,  7, 
11, 15, 19, 23, 27, 31, 35, 39  –  «altruizmə meyllilik». Altruist 
dəyərlərinə  yönlənən  insanlar  çox  vaxt  ziyan  çəksələr  də, 
ətrafdakıların hörmətini qazanır. Bu insanların qeydinə qalmaq 
lazımdır. Altruizm – ən qiymətli ictimai mövqedir ,onun olması 
yetkin  insanı  fərqləndirir  .  Altruizm  hədsiz  ziyan  versə  də, 
məntiqsiz görünsə xoşbəxtlik gətirir. 
4.  Dördüncü  sıranın  “müsbətlərinin”  cəmi-  suallar  4,  8, 
12, 16, 20, 24, 28, 32, 36, 40  -  «xudbinliyə meyllilik». Hədsiz 
dərəcədə  xudbin  insanlara  az  rast  olunur.  Müəyyən  dərəcədə 
«məntiqli xudbinlik» insana zərər verməz. Onun yoxluğu daha 
çox  ziyandır,  həm  də  ki,  buna  «ziyalı  ixtisaslı»  insanlar 
arasında daha çox rast gəlinir.  
 
Beləliklə,  etika  elminin  istər  nəzəri,  iztərsə  də  tətbiqi 
sahələrinin olduqca böyük predmet sahəsi və tədqiqat imkanları 
vardır. Buna görə də bu elmin inkişaf perspektivləri böyükdür. 
Sosial  və  humanitar  elmlərin  qovşağında  formalaşan  bu  elmi 
nəzəriyyə  insan  cəmiyyətinin  bütöv  bir  canlı,  tərəqqiyə  doğru 
inkişaf edə biləcək sistem kimi fəaliyyətində olduqca böyük rol 
oynamış və oynayacaqdır.  
 
Müstəqil iş 
 
Suallar 
1.
 
Etikanın tədqiqat metodları hansılardır? 


256 
 
2.
 
Etikada sosioloji tədqiqatlar. 
3.
 
Etikada psixoloji tədqiqatlar. 
4.
 
Bədii yaradıcılıqda etik ideyalar. 
 
Mövzu 9. Etikanın kateqoriyaları və prinsipləri 
 
Etik  kateqoriyalar  (borc,  vəzifə,  vicdan,  namus,  qeyrət, 
ləyaqət,  xoşbəxtlik,  əxlaqi  məqsəd,  əxlaqi  sərvətlər,  əxlaqi 
normalar, əxlaqi ziddiyyətlər, əxlaqi məsuliyyət, əxlaqi azadlıq 
və  s.).  Etik  prinsiplər  (fərdiyyətçilik,  xəyanət,  hümanizm, 
fərdiyyətçilik, amoralizm, asketizm, irrasionalizm, konformizm, 
riqorizm və s.) 
 
Etikanın kateqoriyaları (yunanca kateqoria – kateqoriya, 
yəni  anlayış  deməkdir)  etikanın  əsas  anlayışlarını  bildirir. 
Bunlar  əxlaqın  ən  vacib  tərəflərini  özündə  əks  etdirərək  etika 
elminin  nəzəri  aparatını  təşkil  edir.  Etikanın  kateqoriyaları 
bütöv  bir  sistem  təşkil  edir.  Bunların  konkret  məzmunu  və 
ümumi  sistemdə  yeri  tarixi  inkişaf  nəticəsində  tədricən 
formalaşmışdır. Burada mənəviyyatın təbiətinin mahiyyəti necə 
başa düşülməsi əhəmiyyətli olmuşdur. 
  Etika tarixində başlıca kateqoriyalar xeyir və şər sayılır, 
bundan  başqa,  buraya  fəzilət,  vicdan,  bir  sıra  digər 
kateqoriyalar  da  əlavə  olunmalıdır.  Etikada  rasionalizm 
nümayəndələri  çalışırdılar ki,  anlayışlar sistemini  qursunlar və 
burada  deduktiv  yolu  ilə  hər  bir  anlayış  vasitəsilə  mənaları 
müəyyən edilsin. Bəzi filosoflar burada əsas kateqoriyanı xeyir 
sayırdılar (Platon) və onun əsasında bütün qalanları xarakterizə 
edirdilər, digərləri isə burada borc anlayışına müraciət edirdilər 
(Kant). 
  Kateqoriyalar 
sisteminin 
qurulmasında 
yaranan 
çətinliklər  göstərir  ki,  burada  əslində  sistemyaradıcı 
kateqoriyalar  yoxdur.  Məsələn,  deontoloji  intuitivizm 
nümayəndələri  göstərirdilər  ki,  xeyir  və  borc  anlayışları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə