Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə84/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   110

257 
 
arasında  hər  hansı  bir  məntiqi  əlaqə  qeyri-mümkündür. 
Aydındır  ki,  əxlaqi  kateqoriyalar  tarixi  xarakter  daşıdığı  üçün 
onlar  arasında  məntiq  baxımından  vəhdət  mümkündür. 
Kateqoriyaların mənaları sistemi əxlaqın strukturunu ifadə edir. 
Mənəviyyatın  əsas  tərəfləri  əxlaqi  fəaliyyət,  əxlaqi 
münasibətlər  və  əxlaqi  şüur  kateqoriyalarında  öz  ifadəsini 
tapır. Bunlardan hər biri isə bir çox digər anlayışları əhatə edir. 
Qeyd  edilən  tərəflər  əxlaqla  sıx  vəhdət  təşkil  edir,  eyni 
zamanda bəzi əxlaqi anlayışlar bütün kateqoriyalara aiddir, yəni 
əxlaqın bütün tərəfələrini əhatə edir (məsələn, əxlaqi norma və 
s.). 
  Etik nəzəriyyə və adi əxlaqi şüur həmin kateqoriyaların 
məzmununu  müxtəlif  ölçüdə  götürür.  Hər  bir  əxlaqi  təsəvvür 
(anlayış) normativ xarakter daşıyır. 
Əxlaqı  ideal  dedikdə  real  həyatda  təqlid  etmək  istəyini 
yaradan  yüksək  əxlaqi  mənəviyyat  və  əxlaqi  keyfiyyətlərin 
daşıyıcısı  olan  uca  əxlaqlı  şəxsiyyətin  obrazı  vasitəsilə  əxlaqi 
tələblərin qavranılması prosesi nəzərdə tutulur. 
  Hər  bir  tarixi  dövrün  öz  mənəvi  idealı  mövcud 
olmuşdur.  Həmin  ideal  haqqında  fikirlər  və  mülahizələr  öz 
əksini  fəlsəfi  təlimlərdə,  dini  ehkamlarda,  əbədi  əsərlərdə 
tapırdı.  Məsələn,  Aristotel  ideal  dedikdə  dünya  işlərindən, 
gündəlik həyatdan təcrid vəziyyətdə olaraq həqiqətin nə olması 
üzərində düşünən insanı nəzərdə tutur. Emmanuel  Kant  əxlaqi 
ideal  haqqında  düşünürdü  ki,  o,  hər  bir  kəsin  daxilində  olan 
“kamil insan”la ölçülən hərəkət və fəaliyyət üçün bir hökmdür. 
Insan həmin daxili hökmün təsiri altında yaşayır, yaradır, lakin 
onunla bir pillədə heç vaxt dura bilməz, onun səviyyəsinə ucala 
bilməz.  Hər  bir  filosof,  alim,  ilahiyyatçı  öz  idealını  yaşadır. 
Əxlaqi  ideal  həm  də  insanın  əxlaqi  tərbiyyəsinin  məqsədini 
dəqiqləşdirir.  Bu  ideala  nail  olmaq  üçün  insan  iradi  fəaliyyət 
göstərir ki, əxlaqi ideala nail olmaq arzusunu həyata keçirsin. 
  Əxlaqi ideal əxlaqi prinsiplər və normaların məzmununa 
da  təsir  göstərir.  Təsirlilik  dərəcəsi  insanın  maraq  dairəsindən 


258 
 
və  yaranmış  vəziyyət  və  şəraitindən  asılıdır.  Məsələn,  hərbçi 
üçün  əxlaqi  ideal  o  adam  sayıla  bilər  ki,  o,  comərd,  ləyaqətli, 
əzmlidir,  silahı  mükəmməl  bilir,  həm  də  ən  zəruri  hallarda 
vətənini,  əziz  və  yaxın  adamları  müdafiə  etmək  üçün  tətbiq 
edir. 
  Əxlaqi  ideal  haqqında  təsəvvürlər  bütöv  cəmiyyət 
səviyyəsində  də  olur.  Ictimai  şüurda  ali  ədalət  və  humanizm 
üzərində  qurulan  cəmiyyət  haqqında  xəyallar  həmişə  yaşayıb. 
Ictimai ideal elə bir kamil cəmiyyət haqqında təsəvvürlərdir ki, 
burada müəyyən social qrupun daha yaxşı ictimai quruluş və ali 
ədalətlilik haqqındakı təsəvvürlər öz əksini tapmışdır. 
  Əxlaqi  kateqoriya  olan  “ideal”  anlayışına  aşağıdakı 
tələblər  var:  bütün  nemətlərin  insanlar  arasında  bərabər 
paylanılması,  insanın  hüquq  və  vəzifələri  arasında  tarazlığın 
olması,  insanın  öz  bacarıq  və  qabiliyyətlərinə  uyğun 
cəmiyyətdə  yerin  tutması,  hər  kəsə  gətirdiyi  ictimai  fayda 
baxımından  qiymətin  verilməsi,  şəxsi  və  ictimainin,  xeyirxah 
həyat  və  xoşbəxtliyə  nailolma  imkanı  arasında  uyğunluğun 
olması  və  s.  Ideala  nail  olmaq  yolunda  yalnız  yüksək  əxlaqi 
dəyərlərdən bəhrələnərək addımlamaq lazımdır. 
Siseron hesab edirdi ki, vəzifə və borc haqqında o kəslər 
fikrini bildirə bilərlər ki, onlar mənəvi gözəlliyə daima can atır. 
Bunlar  sırasında  stoiklər,  peripatetiklər  və  akademikləri 
göstərmək  olar.  Siseron  etiraf  edir  ki,  stoiklərin  mövqeyinə 
üstünlük verir: insan və hər bir canlı öz həyatını qoruyur (özünü 
qorumaq  instinktinə  uyğun  olaraq).  Buna  görə  də  zərərli 
olandan hamı qaçır, özü üçün lazım olanı axtarıb tapır. Hər bir 
canlı həm də öz nəslini davam etdirməlidir. İnsan, ağıllı varlıq 
olaraq,  məqsədyönlü  şəkildə  fəaliyyət  göstərir,  səbəb-nəticə 
əlaqələri  yaradır,  indiki  ilə  gələcəyi  əlaqələndirir.  İnsanlar 
ünsiyyət  vasitəsilə  ictimai  birliklər  yaradır
1
.  O  çalışır  ki, 
həqiqəti  əldə  etsin.  Həm  də  başçılıq  etmək,  birinci  olmaq 
istəyir.  Belə  halda  insan  kimə  tabe  olur?  Ümumi  fayda 
                                                 
1
 Цицерон. Афоризмы. http://www.wisdoms.ru/ 


259 
 
baxımından onu öyrədə biləcək adama rəğbət bəsləyib ona tabe 
ola  bilər.  O,  yalnız  insan  gözəlliyini,  harmoniyanı  dərk  edə 
bilər.  Müdriklik,  ağıl  insana  mənəvi  cəhətdən  gözəl  olanı 
qavramağa köməklik edə bilər.  
Siseron, Platonu xatırlayaraq, onun belə ifadəsini gətirir: 
bu  dünyaya  biz  yalnız  özümüz  üçün  gəlmişik.  Bizim 
varlığımına  “qatılanlar”  var  –  dostlarımız,  vətənimiz...  Biz 
əmək  bölgüsündə  iştirak  edir,  cəmiyyəti  yaşadırıq.  Ədalətin 
əsasını  sədaqət  təşkil  edir.  Sədaqət  nədir?  Öz  sözünə  əməl 
etmək,  doğruluğu  gözləmək.  Haqsızlığın  iki  cürəsi  var. 
Birincisi  biganəlikdir  (ədalətsiz,  qanunsuz  hərəkərlərə  qarşı 
çıxış  etməmək).  Qərəzli  şəkildə  görülən  haqsız  əməllər 
qorxaqlıq zəminində  baş  verir.  Bəzən  də  bunun  səbəbi  nəyəsə 
nail olmaq, nəyisə əldə etmək arzusu olur. İkincisi, daha tez-tez 
təsadüf  edilən  haqsızlıq  kiməsə  yardım  etməmək,  kimisə 
müdafiə etməməkdir. Xeyli adam var ki, onlar öz işini görür və 
bununla da heç kəsə zərər vurmurlar. Doğrudan da onlar birinci 
növ  haqsızlığa  əməl  etməsələr  də,  ikincidə  günahkar  sayıla 
bilərlər. 
  Beləliklə,  həyatda  bəzən  elə  bir  vəziyyət  yaranır  ki, 
əvvəllər layiqli,  normal  sayılan bir şey özünün əksinə çevrilir. 
Məsələn,  ağıldan  kəm  olan  adama  qabaqlar  ondan  saxlamaq 
üçün  götürdüyümüz  bir  əşyanı  qaytarmaq  düzgün  olmazdı. 
Burada verdiyimiz sözü pozmaq olar. Beləliklə, verilən sözə o 
zaman  əməl  etməmək  olar  ki,  bu,  söz  verdiyi  adama  ziyan 
gətirə bilər. 
Siseron göstərirdi ki, qeyri-qanuni əməllərin əsası qanun 
pozuntusudur. Ən böyük ədalətsizlik yalan üzərində qurulandır. 
Həmin adamlar hətta özlərinin vicdanlı olduğu barədə təsəvvür 
yaratmağa çalışırlar. Yaxşılıq edəndə qorx ki, bununla həm də 
zərər gətirəsən. Yaxşılığı imkana baxıb etmək lazımdır. Bəzən 
xeyriyyəçi  bu  adı  lovğalıqdan  qazanmaq  istəyir.  Bəzən  də 
tələsib yaxşılıq etməklə buna fəzilət deyirik
1

                                                 
1
 Yenə orada 




Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə