Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   110

263 
 
Əxlaqi  azadlıq  insanın  müstəqil,  fəal  və  yaradıcı 
şəxsiyyət  olmaq  imkan  və  bacarıqları  problemini  özündə  əks 
etdirən əxlaqi kateqoriyadır. Bu zaman insan əxlaqi fəaliyyətdə 
öz əsil insani mahiyyətini ifadə etmək imkanını qazanır. Əxlaqi 
azadlıq fəlsəfi fikir tarixində birmənalı qiymətləndirilməmişdir. 
Bəzi  yanaşmalarda  qeyd  olunurdu  ki,  insana  bu  qabiliyyət 
təbiət  və  yaxud  allah  tərəfindən  fitri  bacarıq  kimi  bəxş 
edilmişdir. Guya insanın bu fitri keyfiyyəti onun əxlaqlı olması 
üçün  vacib  müqəddəm  şərtdir.  Yalnız  azad  insan  öz 
hərəkətlərinə  cavab  verə  biləcək  əxlaqi  varlıq  ola  bilər.  Belə 
yanaşmada şübhəsiz, müəyyən abstraktlılıq dərəcəsi var. 
  Müasir  əxlaqi  nəzəriyyələrdə  əxlaqi  azadlıq  insanın 
xarici (təbii və sosial) mühitdən azadolunma kimi başa düşülür. 
Burada hər hansı bir əvvəlcədən düşünülmüş və nəzərdə tutulan 
məqsədlərdən asılı olmayaraq, yalnız öz məqsəd və qərarlarına 
uyğun  hərəkət  etmək  imkanı  nəzərdə  tutulur.  Belə  yanaşmada 
özbaşnalığın  da  yeri  var.  Tarixi  inkişaf  göstərir  ki,  insan 
azadlığı  konkret  tarixi  şəraitdə  nəzərdən  keçirilməli  və  bu 
zaman  onun  sosial  və  mənəvi  inkişaf  səviyyəsi  nəzərə 
alınmalıdır. Şübhəsiz, B.Spinozanın məşhur kəlamının (azadlıq 
dərk edilmiş zərurətdir) da burada  yeri var.  İnsan və cəmiyyət 
arasında  olan  ziddiyyətlərin  kəskinlik  dərəcəsi  mənəvi  azadlıq 
bacarığı  və  dərəcəsinə  birbaşa  təsir  göstərir.  Burada  insan 
şüurluluğu,  onun  tərbiyəsi  və  özünütərbiyəsi  olduqca 
əhəmiyyətlidir. 
Xeyir  -  əxlaqi  şüurun  ən  ümumi  anlayışlarından  biri  və 
etikanın başlıca kateqoriyalarından biridir. Əksiliyi olan şər ilə 
yanaşı  xeyir  cəmiyyətdə  əxlaqlı  olan  və  olmayanın 
fərəqləndirilməsi  üçün  istifadə  olunur.  Xeyir  və  şər  vasitəsilə 
mənfi  və  müsbət  əxlaqi  məna  axtarılır,  mənəvi  olana  cavab 
verən məzmun müəyyən edilir. Xeyir dedikdə, insanlar burada 
vacib,  təqdirə  layiq  olan  haqqında  abstrakt  əxlaqi  ideya 
şəklində  çıxış  edən  özünün  ən  ümumi  maraqlarını, 
mənafelərini,  azru  və  ümidlərini  ifadə  edir.  Xeyir  ideyası 


264 
 
vasitəsilə  insanlar  öz  ətrafında  baş  verənləri  qiymətləndirir, 
onlara öz münasibətini bildirirlər. 
  Qiymətləndirilən  sahəsindən  asılı  olaraq  xeyir  anlayışı 
daha  konkret  anlayışlar  şəklini  alır,  məsələn  xeyir  əməl, 
yaxşılıq, ədalətlilik və s. Etikada xeyir anlayışının nəzəri təhlili 
aparılır,  onun  məzmunu,  təbiəti  və  mənşəyi  müəyyələşdirilir. 
Məlumdur ki, dini etikada xeyir Allahın iradəsi və yaxud zəkası 
kimi (neoprotestantizm, neotomizm) qiymətləndirilir. Bəzi etik 
cərəyanlarda  xeyir  dərk  edilə  bilməz  “mahiyyət”lə,  kosmik 
qanunla və yaxud dünya ideyası ilə eyniləşdirilir (Hegel), insan 
təbiətində,  yəni  onun  ləzzətə,  xoşbəxtliyə,  emosional  marağa 
olan  meyllərdə  axtarılır  (hedonizm,  evdonizm,  maraqlar 
nəzəriyyəsi). 
  Xeyir  kateqoriyası  tarixi  xarakter  daşıyır,  yəni  bunu 
insanların  həyat  fəaliyyətinin  konkret  şəraitindən  irəli  gələrək 
qiymətləndirmək  lazımdır.  İntuitivizm  nümayəndələri  xeyiri, 
ümumiyyətlə,  qeyri-mümkün  olanı  hesab  edirlər,  göctərilir  ki, 
xeyir bütövlükdə fərdin şəxsi marağından asılıdır. 
Şər  –  öz  məzmununa  görə  xeyirin  əksi  olan  əxlaqi-etik 
kateqoriyadır.  Əxlaqi  şüurda  şər  anlayışı  əxlaqsız,  əxlaqın 
tələblərinə zidd olan, qınanmalı olanı haqqındakı təsəvvürlərin 
ümumiləşdirilmiş  ifadəsidir.  Bu,  həm  də  insanların  nifrət, 
yalan,  riyakarlıq,  alçaqlıq,  qorxaqlıq  və  s.  kimi  mənfi  əxlaqi 
keyfiyyətlərinin  ən  ümumi  və  abstrakt  xarakteristikasıdır. 
Əxlaqi  şər  sosial  şərdən  fərqlidir  (sonuncu  yaxşılığın  əksidir) 
və  cəmiyyətin  şəxsiyyətə  münasibətini  bildirir.  Əxlaqi  şər  ya 
ayrıca  götürülmüş  şəxsin,  ya  da  bir  qrup  şəxsin  iradəsinin 
ifadəsi  olaraq  labüd,  zəruri  olandan  kənara  çıxması  kimi 
qiymətləndirilir. 
  Onu  da  qeyd  etmək  lazımdır  ki,  əxlaqi  şərin  daha 
ümumi  əsasını  məhz  sosial  şər  təşkil  edir  (məsələn,  sosial 
ədalətsizlik, siniflər və qrupların qeyri-bərabər vəziyyəti və s.). 
Beləliklə,  insan  həəyatındakı  əxlaqi  nöqsanları  aradan 
götürmək  üçün  onları  yaradan  sosial  şəraiti  dəyişdirmək 


265 
 
lazımdır.  Əxlaqi  şərin  aradan  qaldırılması  üçün  müxtəlif 
təkliflər  irəli  sürülür.  Məsələn,  dini-etik  təlimlərdə  şər  insan 
mövcudatının  qaçılmaz  zəruriliyinin  olması  göstərilir  (ilkin 
günah  məsələsi).  Bəzən  şərin  Allahın  ali  hökmünün  olması 
bildirilir  (teodiseya).  Kant  da  öz  təlimində  göstərir  ki,  şər 
insanın  emosional  təbiətinin  zəruri  nəticəsidir.  Maarifçilər  isə 
şəri  insan  tərəfindən  öz  əsil  təbiətinin  necə  olmasının  başa 
düşməməsi  ilə  bağlayır,  çıxış  yolunu  maarifləndirmədə 
görürlər. 
Ümumiyyətlə, 
şər 
real 
şəraitin 
mənfi 
qiymətləndirilməsi üçün istifadə olunur. 
  Incildə  gətirilən  “qızıl  qayda”  ehkamında  deyilir:  “O 
şeydə ki, sizə qarşı müəyyən hərəkətin edilməsini gözləyirsiniz, 
həmin  hərəkəti  onlara  da  qarşı  edin”
1
.  Burada  insan  tarixində 
ilk  dəfə  olaraq  mənəviyyata  qarşı  bərabərlik  prinsipi  tətbiq 
edilmişdi. Əslində bu ifadə birgəyaşayış qaydalarından biridir: 
“əgər  istəmirsən  ki,  sənə  qarşı  pislik  etsinlər,  özün  də  bunu 
etmə”.  Kant  əxlaqda  bərabərlik  prinsipini  daha  geniş 
götürmüşdü;  onun  qəti  hökmündə  deyilir  ki,  insan  gərək  elə 
hərəkət  etsin  ki,  bu  hərəkət  bütün  qalanlar  üçün  məqbul 
olsun”
2

Yaşamağın  mənası  dünyagörüşünü  səciyyələndirən 
anlayışı  bildirir  və  insan  həyatının  müqəddəratını,  son 
məqsədini ifadə edir. Yaşamağın mənasının məzmunu fərdlərin 
sosial  vəziyyəti,  onların  maraqları  və  mənafeləri,  arzu  və 
istəkləri,  davranış  prinsipləri  və  normaları  şəklində  ifadə 
olunur.  Hər  bir  ictimai  dövrdə  yaşamağın  mənası  haqqında 
özünəməxsus  təsəvvürlər  olub,  bununla  belə  burada  müəyyən 
oxşarlıq  da  var.  Əxlaqi  ideyalar  tarixində  “insan  təbiəti” 
abstrakt  şəkildə  izah  olunurdu;  burada  gah  fövqəl  hissi 
mahiyyət axtarılır, gah da hər bir şey antropologiya baxımından 
                                                 
1
 Müqəddəs Kitab. Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 
2009 
2
 Учение Канта о категорическом императиве // http://filosof.historic.ru/ 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə