Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   110

278 
 
yandırmaq,  cəmiyyətdə  mövcud  olan  eybəcərliklərə  görə 
xəcalət  çəkmək;  vətənin  tarixi  keçmişinə,  burada  formalaşmış 
adət-ənənəyə  hörmət  etmək  və  rəğbət  bəsləmək,  yaşadığı 
əraziyə  (şəhərə,  kəndə,  vilayətə,  regiona,  bütövlükdə  ölkəyə) 
bağlı  olmaq.  Vətənpərvərlik,  sosial  hadisə  olaraq,  ilk  növbədə 
sosial  psixologiya  sahəsinə  aid  olsa  da,  öz  ifadəsini  həm  də 
cəmiyyətin  əxlaqi  şüurunda  tapır.  Məhz  buna  görə 
vətənpərvərlik  mənəviyyatın  prinsiplərindən  biri hesab  olunur. 
Vətənpərvərlik  insanların  millətə  münasibətini  bildirir.  Vətənə 
sevgi  adətən  həm  də  düşmənə  nifrəti  bildirir.  Bu  sevginin 
əhalinin  müxtəlif  təbəqələrində  müəyyən  əhəmiyyəti  var. 
Vətənpərvərliyi vaxtilə beynəlmiləlçiliklə də əlaqələndirirdilər.  
  Keçmişin  qalıqları  insanlar  arasında  köhnədən  qalıb 
yaşayan  qaydalar,  vərdişələr  və  baxışlara  deyilir.  Bunlar 
tədricən aradan qaldırılır, yeniləri ilə əvəzlənir.  
Fanatizm  (latınca  “fanatikus”,  hədsiz  özündən  çıxan 
deməkdir)  insanların  davranışı  və  əqidəsinin  xarakterini 
qiymətləndirmək  üçün  istifadə  olunan  anlayışdır.  Fanatizm 
dedikdə  qəbul  olunan  ideyaya  qarşı  kor-koranə,  tənqidin 
üzərində  qurulmayan  inam  və  meyl  nəzərdə  tutulur.  Bütün 
yerdə  qalan  ideya  və  nəzəriyyələrə  düşünülmüş  yanaşma 
burada istisna olunur. Davranış  prinsipi olaraq fanatizm  başqa 
cürə düşünənlərə qarşı tam dözümsüzlüyü nəzərdə tutur, burada 
hətta qəddarlıq (bəzən son həddində, işgəncə), güdülən məqsəd 
naminə insanları qurban vermək halları da özünə yer tapır.  
İdeya  münaqişəsinin  həllində  inandırma  vasitələrindən 
istifadə  etməkdən  imtina  olunur.  Fanatizm  adətən  dini 
inanclarla,  burada  hökm  sürən  ehkamçılıq  və  digər  din 
nümayəndələrinə qarşı təqiblərlə bağlı olur. Dini fanatizm dini 
institutların  mövqelərini  bir  növ  möhkəmləndirir.  Tarixdən 
məlumdur ki, dini fanatizm dəfələrlə qanlı münaqişələrə gətirib 
çıxarmışdır.  Humanizm  fanatizmə  qarşı  çıxış  edir.  Futbol 
azarkeşlərin  bəzilərinə  də  “fanat”  deyilir  (adətən  bunlar  öz 
futbol  komandasına  dayaq  durur,  digər  futbol  klubu 


279 
 
nümayəndələrinə  yabançı  münasibət  bəsləyirlər,  çox  vaxt 
münaqişələr də baş verir). 
Eqoizm  (latınca  “ego”  “mən”  deməkdir)  insanı, 
cəmiyyətə  və  digər  insanlara  münasibəti  baxımından 
xarakterizə edən həyati prinsip və əxlaqi keyfiyyətdir. Eqoizm 
insanın  davranışda  öz  maraqlarına  (digərlərin  maraqları  ilə 
nisbətdə) 
üstünlük 
vermək 
deməkdir. 
Əslində 
bu, 
fərdiyyətçiliyin  ifrat  ifadəsidir.  Mənəvi  şüur  tarixində  eqoizm, 
əxlaqi  keyfiyyət  olaraq  adətən  mənfi  qiymətləndirilirdi.  Buna 
baxmayaraq,  eqoizmdə  müsbət  məna  da  görürdülər.  Eqoizm 
cəmiyyətin müəyyən inkişaf mərhələsində yaranmışdır. Xüsusi 
mülkiyyətin  yaranmasından  sonra  onun  üzərində  formalaşan 
ictimai münasibətlər eqoizm hissinin də əmələ gəlməsinə səbəb 
olmuşdur.  Eqozimin  faydalı  olması  haqqında  da  bir  neçə 
nəzəriyyə  var.  Eqoizm  insan  mənliyinin,  ləyaqətin 
qorunmasında  müsbət  rol  oynadır.  Eqoizmin  formalaşması 
müəyyən sosial şəraitdə keçir və tarixi xarakter daşıyır. 
 
Müstəqil iş 
Suallar  
1.Etik kateqoriyalar (borc, vəzifə, vicdan, namus, qeyrət, 
ləyaqət,  xoşbəxtlik,  əxlaqi  məqsəd,  əxlaqi  sərvətlər,  əxlaqi 
normalar, əxlaqi ziddiyyətlər, əxlaqi məsuliyyət, əxlaqi azadlıq 
və s.) nədir?  
2.  Etik  prinsiplər  (fərdiyyətçilik,  xəyanət,  hümanizm, 
fərdiyyətçilik, amoralizm, asketizm, irrasionalizm və s.) nədir? 
 
Tapşırıq 
 
Deyl Karneqinin “Həyat dərsliyi” tapşırığı 
Deyl  Karneqi  9  qayda  göstərir  ki,  insan  onlara  riayət 
edərək,  başqalarında  inciklik  hissini  yaratmadan,  təhqir 
etmədən onlara təsir edə bilər. 


280 
 
1.  İnsan  hərəkətinin  düzgün  olmadığına  işarə  etməzdən 
əvvəl,  onu  tərifləyin  və  onun  müsbət  tərəflərini  səmimi  etiraf 
edin. 
2.  Başqa  insanların  səhvlərini  düz  yox,  dolayısı  ilə 
göstərin. 
3.  İnsanı  tənqid  etməzdən  əvvəl  öz  səhvləri  haqqında 
danışın və misal gətirin. 
4. İnsana birbaşa əmr vermək əvəzinə ona sual verin. 
5.  Insanlara  öz  nüfuzunu  xilas  etmək  imkanını  vermək 
lazımdır. 
6.  İnsanlara,  onların  ən  kiçik  uğuru  haqqında  müsbət 
fikrinizi  bildirin  və  hər  bir  müvəffəqiyyəti  qeyd  edin.  Bu 
qiymətləndirilmədə səmimi olun və tərifdə səxavət göstərin. 
7. İnsanlar haqqında yaxşı fikir yaradın ki, onlar da buna 
uyğun özünə bəraət qazandırmağa çalışsınlar. 
8.  Dəstək  verin.  Təəssürat  yaradın  ki,  sizin  düzəlmiş 
görmək  istədiyiniz  səhv  asan  düzəldilə  biləndir;  belə  edin  ki, 
insanları təhrik etdiyiniz hər bir şey onlara asan görünsün. 
9.  Çalışın  ki,  sizin  təklif  etdiyiniz  çıxış  yolunu  insanlar 
sevinclə  qəbul  etsin.  Bunun  üçün  insana  onun  istədiyindən 
danışmaq  və  ona  arzu  olunana  nail  olmaq  yollarını  öyrətmək 
lazımdır. 
Yuxarıda  göstərilən  qaydaları  təhlil  edin.  Bu  qaydalara 
uyğun  olan  və  onları  pozan  davranış  nümunələrini  gətirin  və 
təhlil edin.  
 
 
 
 
 
Mövzu 10. Əxlaqi hisslər və əxlaqi praktika 
 


281 
 
Əxlaqi 
hisslər 
əxlaqi 
münasibətlərə 
emosional 
reaksiyadır.  Əxlaqi  hisslərin  təsnifatı  və  məzmunu.  Əxlaqi 
praktika. Əxlaqi fəaliyyət və sosial nəzarət formaları. 
 
10.1.
 
Əxlaqi hisslər haqqqında 
 
Əxlaqi  hisslər  şəxsiyyətin  mənəvi  fəaliyyətinin 
emosional tərəfidir. Hisslər, əqidə ilə  yanaşı insanın subyektiv 
əxlaqi  mövqeyini  xarakterizə  edir.  Öz  psixoloji  təbiətinə  görə 
hisslər insan şüurunda davamlı şərti-reflektor birləşmələridir ki, 
müxtəlif  situasiyalara  (vəziyyətlərə)  onun  affektiv  iradi 
reaksiyasını bildirirlər.  
Öz sosial məzmununa görə əxlaqi hisslər insanın ictimai 
varlığın müxtəlif tərəflərinə - insanlara, özü-özünə, bütövlükdə 
cəmiyyətə  -  subyektiv  münasibətini  bildirir.  Hisslərə  sevgi, 
nifrət,  qısqanclıq,  sevinc,  mərhəmət,  paxıllıq  və  s.  aiddir. 
Bunlar  insan  münasibətlərinin  subyektiv-psixoloji  ifadəsidir. 
İnsan özünə qarşı da fəxr, öyünmə, eqoizm kimi hissləri yaşaya 
bilər.  Sosial  hisslər  öz  mənşəyinə  və  mahiyyətinə  görə  sosial 
xarakter  daşıyır.  Əxlaqi  hisslərin  əksəriyyəti  əxlaqi  şüur 
tərəfindən müsbət və  ya mənfi olanlara bölünür. Bütün hisslər 
şəxsiyyətin  əxlaqi  simasını  xarakterizə  edir.  Bir  çox  əxlaqi 
prinsiplər var ki (məsələn, insansevərlik və s.), insan şüurunda 
həm  rasional,  həm  də  emosional  formada  özünü  ifadə  edir. 
Burada  mürəkkəb  komplekslər  yaranır.  Ümumiyyətlə, 
normalar,  qiymətvermələr,  ideallar,  ədalətlilik  kimi  hadisələri, 
xeyir  və  şər  anlayışlarını  insan  həm  rasional  məzmunu 
baxımından, həm də hissi formada qavrayır. 
Burada  simpatiya,  meyllər,  antipatiya  və  s.  kimi  hissi 
formalar yaranır. Şəxsiyyətin mənəvi özünüdərkin əxlaqi tərəfi 
də (borc, məsuliyyət, vicdan, ləyaqət, utancaqlıq və s.) müvafiq 
hissi təəssüratlanmalarda ifadə olunur. Keçirdiyi əxlaqi hisslərə 
uyğun  olaraq  insan  yaranmış  vəziyyətə  birbaşa  reaksiya  verir. 
Bu  zaman  bütün  yaşadığı  əvvəlki  hallar  onun  yadına  düşür, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə