285
xoşbəxtlik
rahatlıq,
soyuqqanlıq
və
iztirabların
olmamasındadır.
Təmkinlik də əxlaqi keyfiyyətdir. Bu, bir növ dözümün,
özünüsaxlamanın müəyyən tərəfidir; buraya daxildir: öz
hisslərinə nəzarət etmək bacarığı, öz hərəkətlərini, yaranmış
çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş məqsədə nail
olmağa yönəltmək, yeri gələndə inadkarlıq göstərmək, seçilmiş
ideallara və prinsiplərə, məhrumiyyətlər və çətinliklərə
baxmayaraq sadiq olmaq, açıq və ya gizlli düşmən tərəfindən
edilən təzyiqlərə baxmayaraq mətanətli olmaq, digərlərin
yanında özündə əsəbiliyə, bədbin, bəlkə də avantürist əhval-
ruhiyyəni boğmağı bacarmaq və s. Bu keyfiyyətlər rəhbər
kadrlar üçün xüsusilə vacibdir.
Lovğalıq və yaxud iddialanma mənfi əxlaqi keyfiyyət
olaraq, insanın digər insanlara təşəxxüslü, nəzakətsiz
münasibəti bildirir. Bu zaman lovğalıq göstərən insan öz qədr-
qiymətini çox şişirdir, eqoizmi nümayiş etdirir. Bunun əksi olan
keyfiyyətlər təvazökarlıq və insanlara göstərilən hörmətdir.
Lovğalığın sosial bazası da (xüsusilə cəmiyyətdə sosial
təbəqələr arasında ziddiyyətlər çoxdursa) var.
Fəxr etmək, fəxr hissi elə bir əxlaqi-sosial hissdir ki,
burada insanın özü-özünə hörməti ifadə olunur. Ləyaqət hissi
kimi, fəxr hissi də insan davranışını tənzimləyir və idarə edir.
Fəxr etmək hissi insandan elə bir hərəkətləri tələb edir ki, onlar
onun özü haqqındakı təsəvvürlərinə cavab verir və ləyaqəti
alçalda biləcək hərəkətlərdən çəkindirir. Fəxr hissi adətən
insanın şəxsi xidmətlərilə, xüsusi sosial qrupa aid olması ilə
(məs., millətə, peşəyə), müəyyən mülkiyyətə sahib olması və s.
ilə bağlıdır.
Fəxr hissi həm də insanın əxlaqi aləmin necə olmasını
bildirir, onun davranışına təsir edir. Fəxr hissi milli
özünüdərkin və milli şüurun vacib tərkib hissələrindən biridir.
Günah, günahkarlıq hissinin ilk növbədə dini mənası
nəzərdən keçirilməlidir. Günahın yuyulması da dini mənada
286
istifadə olunur. Din tələb edir ki, günahın ağırlığından asılı
olaraq, onların bəzilərini peşman olmaq, günahı boynuna
götürməklə, ibadət etməklə, xeyirli işlər görməklə aradan
qaldırmaq olar. İlkin günah bütün bəşər övladlarına aiddir. Bu
günahın kökünü Adəm və Həvvanın günaha batması ilə
bağlayırlar. Hesab olunur ki, bütün sonrakı çətinliklər
ümumiyyətlə şər həmin ilkin günahla bağlı olmuşdur.
Günahkarlıq hissinin əxlaqi mənası ondadır ki, hər bir insan
əməllərindən, hərəkətlərindən asılı olmayaraq günahkar sayılır,
buna görə də o itaətkar olmalıdır ki, həmin ilkin günahın
məsuliyyətini öz üzərindən qismən olsa da, götürə bilsin.
Qayğı və maraq sevginin digər aspektinə gətirib çıxarır –
məsuliyyətə. E.Fromm məsuliyyət hissinin digər əxlaqi
hisslərlə bağlı olduğunu vurğulayır: “sevginin mahiyyəti kimin
üçünsə əziyyət çəkmək və onun inkişafına köməkdir, sevgi və
əmək ayrılmazdır. Hər kəs əmək sərf etdiyi şeyi sevir və hər
kəs sevdiyi şey üçün çalışır.
Bu gün məsuliyyət çox vaxt məcburi vəzifə, kənardan
vadar edilən bir şey kimi başa düşülür. Lakin məsuliyyət sözün
əsil mənasında əvvəldən axıra qədər könüllü aktdır. Bu, mənim
insan varlığının ifadə olunan və olunmayan tələblərinə
cavabımdır. “Məsuliyyətli” olmaq “cavab verməyə qadir
olmaq” deməkdir. İona Nineviya sakinləri üçün məsuliyyət hiss
etmirdi. O, qalib kimi soruşa bilərdi: «Məgər mən mənim
qardaşıma keşikçiyəm?” Sevən insan özünü məsuliyyətli hiss
edir. Onun qardaşının həyatı təkcə qardaşın özünün deyil, həm
də onun işidir. O, özü üçün məsuliyyət hiss etdiyi kimi, bütün
yaxınları üçün də məsuliyyət hiss edir. Bu məsuliyyət ana və
uşaq nümunəsində götürsək, ananı qayğıya məcbur edir. Yetkin
insanlar arasında sevgi ilk növbədə digər insanın psixi
tələbatlarına aid olur”
1
.
1
Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. Psixoanaliz və din. E.Fromm.
Sevmək sənəti. Bakı: 2013
287
Sevgi - insanlar arasında ümumiliyi və yaxınlığı bildirən
və onların qarşılıqlı maraq və meyllərinə əsaslanan
münasibətləri bildirir. Sevginin bir çox ifadələri var: cinslərin
insanlar arasında simpatiya və dostluğun ifadəsi, təbiətə,
həqiqətə, həyata sevgi və s. Etikada və fəlsəfədə sevgi insanlar
arasında elə bir münasibəti bildirir ki, bir adam digərini özünə
yaxın və əziz bilir, bununla da onu özü ilə eyniləşdirir, çalışır
ki, onunla öz maraq və meyllərini eyniləşdirsin, könüllü olaraq
özünü fiziki və mənəvi mənada başqasına verir və çalışır ki, bu
qarşılıqlı olsun. Sevginin əksi nifrətdir. Sevgi kateqoriyası
əxlaqi təlimlər tarixində böyük rol oynamışdır. Sevgi insan
nəslinin əxlaqi şüurunda xüsusi birlik növü kimi formalaşaraq
insanların bir-birindən təcrid olunmasına qarşı çıxış edir.
Tarixən inkişaf belə istiqamətdə gedib ki, sevgi
insanların şəxsi münasibətlər sahəsinə çevrilmişdir (qan
qohumluğu olanlar, ailə-nikah münasibətləri, dostluq əlaqələri
və s.). Özgələşmə, düşməniçlik tez bir zamanda insanlar
arasında sosial həyatın bütün sahələrində humanist sevgiyə nail
olmaq arzusunu formalaşdırmışdır.
İncildə sosial həyatdakı sevgi belə bir ehkamçı kəlamda
ifadə olunmuşdur: “Öz yaxınını özünü sevdiyin qədər istə”.
Xristian etikasında bu ifadəni bütün insanların allah tərəfindən
yaradıldığına görə dini mənada izah etməyə başladılar.
Cəmiyyət inkişaf etdikcə sevgi və dostluq da getdikcə mənəvi-
əxlaqi məzmunla əhatə olunurdu. Bütövlükdə sevgini insanlar
arasında
sosial
münasibətlərin
ali
nümunəsi
kimi
qiymətləndirməyə başladılar.
Sevgi haqqında ən dolğun və hərtərəfli tədqiqatın
müəllifi olan E.Fromm bunu belə təsvir edir
1
:
“ Vermə aktı kimi başa düşülən sevgi qabiliyyətinin
insanın xarakterindən asılı olduğunu qeyd etmək bir qədər artıq
olardı. O, yaradıcı orientasiyanın yüksək səviyyəsinin əldə
1
Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. psixoanaliz və din.
E.Fromm.Sevmək sənəti. Bakı: 2013
Dostları ilə paylaş: |