Мцндяриъат



Yüklə 1,07 Mb.
səhifə1/12
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39699
  1   2   3   4   5   6   7   8   9   ...   12

6fdde52e

Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Elmi-Tədqiqat

Aqromexanika” İnstitutunun Elmi Şuralarında bəyənilərək (protokol №25 04.2011-ci il və Protokol № 2 18.03.2011-ci il) nəşr olunması



məsləhət bilinmişdir

tex.e.d.prof. Xalid Hümbətəli oğlu Qurbanov

tex.e.f.d.prof. Kamil Hətəm oğlu Fətəliyev

Elmi-tədqiqat işlərinin tərtibi və nəticələrin riyazi işlənməsi

Gəncə “Aqromexanika” 2011-ci il səh.89

Rəy verən: Respublika əməkdar mühəndisi, tex.e.d.,

prof. Bayram Məmməd oğlu Bağırov
Hər bir elmi-tədqiqat işində elmi işləri xarakterizə edən aşağıdakı vacib elementlər öz əksini tapmalıdır: məqsəd, aktuallıq, dəqiqlik, yenilik və nəticə. Lakin, bir çox elmi hesabatlarda, dissertasiya işlərində və avtoreferatlarda bu məsələlər öz əksini lazımi şəkildə tapmır. Bu işdə təkcə müəllifləri günahlandırmaq olmaz. Çünki, bu və ya digər məsələləri əhatəli şəkildə izah edən vəsaitlər yox dərəcəsindədir.

Elmi-tədqiqat işlərinin aparılmasında qarşıya qoyulan əsas tələbatlar, elmi məqalələrin və hesabatların, dissertasiya işlərinin, avtoreferatların tərtib olunma qaydaları, sistemli metoddan (texniki və biotexniki) istifadə olunması, təcrübələrin aparılması, sadələşdirilmiş redresiya tənlikləri və onların əmsallarının təyinin üzrə

( çox faktorluqdan az faktorluğa keçmək) müəlliflər tərəfindən işlənmiş yeni üsul, paylanma qanunlarının mahiyyəti, onların qiymətləndirilməsində kriteriyaların seçilməsi, parametrlərin optimallaşdırılması, optimallaşmaya dair şəbəkə qrafikinin qurulması kitabçada öz əksini tapmişdır. Kitabçanın sonunda elmi-tədqiqat işlərində ən çox təsadüf olunan termin və ifadələrin mənası verilmişdir.

Vəsaitin tərtibində müxtəlif dövlət standartlarından və normativ sənədlərdən istifadə olunmuşdur.

Kitabçadan elmi-tədqiqat işləri ilə məşğul olan tədqiqatçılar, mağıstr, aspirant, dissertant və doktorant, tədris və elmi tədqiqat müəssisələrində çaləşan elmi işçilər və mütəxəssislər istifadə edə bilərlər.

Müəlliflər vəsaitin tərtibi ilə əlaqədar oxucular tərəfindən göstəriləcək hər bir irad və təkliflərə görə öz təşəkkürünü bildirirlər.



Mündəricat

Səh.

Giriş - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 5

I Fəsil

Elm və onun mahiyyəti - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 8
1.1.Elm haqqında əsas anlayışlar və bu haqda görkəmli şəxsiyyətlərin

mülahizələri - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 8

1.2.Axtarış və tətbiqi tədqiqatların əsas xüsusiyyətləri - - - - - - - - - - - - - - - - 12

1.3.Elmin cəmiyyətdə rolu - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 12


II Fəsil
Elmi-tədqiqat işlərinin növləri - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 14

2.1.Elmi işin əlamətləri - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 14

2.2.Elmi-tədqiqat işlərinin növləri - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 14

2.3.Elmi işin işlənilməsində fərqləndirici xüsusiyyətlər - - - - - - - - - - - - - - 17

2.4.Elmi istiqamətlərin və problemlərin əlaqəsi - - - - - - - - - - - - - - - - - - - 18

2.5.Nəzəri və eksperimental tədqiqatlar - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 19

2.6.Müasir elmdə nəzəriyyənin və eksperimentin nisbətləri - - - - - - - - - - - - 22
III Fəsil
Elmi-tədqiqat işlərinin proqnozlaşdırılması və aparılma şəraiti…………25

3.1.Elmi işlərin proqnozlaşdırılması - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 25

3.2.Elmi-tədqiqat işlərinin (ETİ) aparılmasının elmi-texniki şəraitləri- - - - - -- 25
IV Fəsil
Tədbiqi elmi tədqiqatların və təcrübə konstruktor işlərinin (TK)

planlaşdırılması - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 27
4.1.Elmi-tədqiqat işlərinin yerinə yetirilmə mərhələləri - - - - - - - - - - - - - - 27

4.2.Planlaşdırılmış işin elementlərinin mahiyyəti - - - - - - - - - - - - - - - - - - 32

4.3.Proqram və metodikanın tərtibinin əsas prinsipləri - - - - - - - - - - - - - - 35 4.4.Planlaşdırılmış ETİ-nin fraqmentləri - - - - - - - - - - - - - - - - - - - - - - - - 37
V Fəsil
Elmi-tədqiqat işlərinin hesabatının tərtibi - - - - - - - - - - - - - - - - - - -40
5.1.Hesabat və elmi-texniki informasiyanın dövlət sistemi - - - - - - - - - - - - 40

5.2. ETİ-nin hesabatının tərtibinə dair əsas tələblər - - - - - - - - - - - - - - - - - 40

5.3.Mövzuların seçilmə qaydası - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 47
VI Fəsil
Dissertasiyalara, aspirantların rəhbərlərinə yeni elmi işə başlayan

alimlərə olan tələbatlar - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 49
6.1.Dissertasiyalara tələblərin artırılması - - - - - - - - - - - - - - - -- - - - - - - -49

6.2.Elmi iş və dissertasiya haqqında - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -49

6.3. Dissertasiya işinə tələblər - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 49

6.4.Dissertasiyalara və avtoreferatlara dair ümumi qaydalar - - - - - - - - - - 51

6.5.Dissertasiyanın tərtibinə dair tələblər - - - - - - - - - - - - - - - - - - - - - - - 53

6.6.Dissertasiya işlərində biblioqrafik istinadlar - - - - - - - - - - - - - - - - - - -55

6.7.Nəşriyyat əsərlərinin biblioqrafik təsviri misalları - - - - - - - - - - - - - - 57

6.8.Dissertasiya işləri üçün mövzunun seçilməsi və elmi tədqiqat qurumunun

yaradılması şəraiti -- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 59
VII Fəsil

Sistemli elmi tədqiqat işləri və onun nəticələrinin riyazi

işlənməsi. - - - - -- - - -- -- - - -- - - - - - - - - - - - - - - - - - - - - 62

7.1. Tədqiqat işlərində sistemli metod və onun əlamətləri - - - - - - - - - - - 62

7.2. Tədqiqatın nəticələrinin riyazi işlənməsi - - - - - - - - - - - - - - - - - - - -68

7.3. Kəsilən və kəsilməyən riyazi paylanmalar - - - - - - - - - - - - - - - - - - 71

7.4. Paylanma qanunlarının göstəriciləri - - - - - - - - - - - - - - - - - - - - - - 78

7.5. Eksperimentin nəticələrinin optimallaşdırılması - - - - - - - - - - - - - - 79

7.6. Eksperimentin nəticələrinin qiymətləndirilməsi - - - - - - - - - - - - - - - 83

7.7. Eksperimentin sayının təyini - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 85

Elmi tədqiqat işlərində istifadə olunan müxtəlif sözlərin terminoloji anlayışı

( əlavə ) -- - - - - - - - - - - - - - - - -- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 87

İstifadə olunan ədəbiyyatlar - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 92

XX əsrdə Azərbaycan xalqının ən böyük ... Müasir dövlətin qurulması elmin

nailiyyətlərindən biri ölkəmizdə elmin inkişafı olmadan mümkün

sürətlə inkişaf etməsi olmuşdur. deyildir.

Ümumilli lider Heydər Əliyev Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev
R İ Ş

Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin inkişafında, davamlı iqtisadi və sosial tərəqqidə, milli təhlükəsizliyin təmin edilməsində elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycanda elmin zəngin tarixi və ənənələri vardır. Azərbaycan alimləri illər boyu qədim dünya elmi irsinin Avropaya çatdırılmasında yaxından iştirak edərək Şərqlə Qərb arasında körpü rolunu oynayaraq öz dəyərli töhfələrini verməklə böyük xidmətlər göstərmişlər. Azərbaycanda elmi fikir XIX əsrdən etibarən müasir elmi nəzəri düşüncənin nailiyyətləri ilə tam yeni mərhələyə qədəm qoymuşdur.

XIX əsrin 60- 80 – ci illərində dəfələrlə Azərbaycana gələn böyük rus kimyaçisi Mendeleyevin, Nobel qardaşları və digər sahibkarların ölkəmizdə o zaman neft sənayesinin inkişafında və Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuşdur. Həmin dövrdə burada əldə edilən çoxsaylı elmi və texniki nəticələr, o cümlədən 1847- ci ildə neftin sənaye üsulu ilə çıxarılması dünyada məhz ilk dəfə Azərbaycanda reallaşmışdır.

Azərbaycanda milli elmi fikir XX əsrin birinci yarısından etibarən öz inkişafının növbəti mərhələsinə qədəm qoymuş və bu dövrdə respublikada elm və təhsil sürətlə inkişaf etmişdir. 1945- ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edilmiş və bunula da elmi fəaliyyətin inkişafı tarixində ilk dəfə olaraq mükəmməl təşkilati struktura yaranmışdır. XX əsrin ikinci yarısında Azərbaycan Elmlər Akademiyası qədim və zəngin elmi ənənələri olan ölkəmizdə elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır. Xüsusilə Heydər Əliyevin 1969- 1982- ci illərdə Azərbaycana I dəfə rəhbərliyi dövründə Azərbaycan elminin uğurları daha çox olmuşdur. Həmin ərəfədə respublikadan kənarda keçmiş ittifaqın qabaqcıl təhsil ocaqlarında təhsil almış minlərlə gənc vətənə qayıdaraq elm ocaqlarında fədakarlıqla çalışmış və elmimizi vətəndən kənarda da layiqincə təmsil etmişlər.

Heydər Əliyev alimlərin yaradıcı əməyinə daim yüksək qiymət vermiş və onlara həmişə qayğı göstərmişdir.

1991-ci ildə Azərbaycan yeni müstəqillik əldə etdiyi vaxtlar ona rəhbərlik edən səriştəsiz və qabiliyyətsiz şəxslərin apardıqları qeyri-məqsədyönlü siyasətin nəticəsində başqa sahələr kimi elm və təhsil sahəsi də böhran vəziyyətində idi. Hətta 1992- ci ildə Akademiyanın bağlanması təklifləri də irəli sürülürdü. Əgər 1993- cü ildə Heydər Əliyevə xalqın təkidi ilə hakimiyyətə qaytarılmasaydı, yəqin ki, elmimizin taleyi də çox acınacaqlı bir vəziyyətə düşə bilərdi. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz Akademiyada olmuş və nəyin bahasına olursa olsun Akademiyanı saxlamaq, onun əvvəlki şöhrətini özünə qaytarmaq istəyi olmuşdur. Akademiyanın fəaliyyətinin genişləndirilməsi və elmi tədqiqatların iqtisadiyyatla, iqtisadi siyasətlə uzlaşması üçün konkret addımlar atıldı.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu il 4 may tarixli 225 nömirəli Sərancamı ilə «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı» qəbul edildi. Daha sonra onun 2009-cu il 21 Oktyabr tarixli 526 nömrəli sərancamı ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu» yaradıldı. Fondun yaradılmasında əsas məqsəd ölkədə fundamental elmi-tədqiqatların stimullaşdırılması, təbii sərvətlərimizin, mədəni və tarixi irsimizin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elmini layiqincə təmsil etməkdən ibarət olmuşdur.

Ölkə başçısının 26 Aprel 2011-ci il tarixdə AMEA-nın illik ümumi yığıncağında iştirakı zamanı onun Akademiyanın nəzdində Aqrar bölmənin yaradılması təklifi də zərurətdən yaranmışdır. Bununla əlaqədar Prezidentin 06.05.2011-ci il tarixdə Azərbaycanda aqrar sahədə idarəçiliyin təkimilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı xüsusi sərancamı olmuşdur.

Bu gün Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Elmin, ali təhsilin və iqtisadiyyatın birliyi yaradılmalıdır. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbətdə Azərbaycan elminin və elmi potensialının güclənməsinə böyük ehtiyac vardır.




I FƏSİL

ELM VƏ ONUN MAHİYYƏTİ

1.1.Elm haqqında əsas anlayışlar və bu haqda görkəmli şəxsiyyətlərin mülahizələri.

Hal- hazırda elm, elmi texniki tərəqqinin əsas hərəkətverici qüvvəsinə və xalq təsərrüfatının özünəməxsus sahəsinə çevrilib və ictimai istehsalatın effektivliyinin yüksəldilməsi üçün əsas vasitədir. Bu səbəbdən də dövlət tərəfindən elmin inkişafına bütün dövrlərdə xüsusi diqqət yetirilib və yetirilir.

Ensiklopedik məlumatlar əsasında belə nəticəyə gəlmək olar ki, elm təbiətin, cəmiyyətin və təzahürün inkişafı qanunları haqqında, təbiətə planlı təsir və təbiətdə baş verən hadisələrin cəmiyyətin xeyrinə dəyişdirilməsinə dair formalaşmış insan biliyinin sistemidir.

Elmin əsas xüsusiyyətlərinə gəldikdə isə:



-elm;- ətrafdakı həqiqətləri aşkar etmək və nəzəri olaraq sistemləşdirməkdən ibarət insanın fəaliyyət sahəsidir. Elmin əsas məqsədi tədqiqat sahəsi olan prosesləri və hadisələri öyrənməkdən, izah etməkdən, əvvəlcədən proqnozlaşdırmaqdan ibarətdir;

- elmi fəaliyyət;- yeni elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəldilmiş fəaliyyətdir. Buraya fundamental və tətbiqi elmi tədqiqatlar, elmi- texniki araşdırmalar, eksperimental işləmələr, elmi innovasiya və s. aid edilə bilər;

- fundamental elmi tədqiqatlar;- insanın, cəmiyyətin, ətraf təbii mühitin quruluşunun, funksiyasının və inkişafının əsas qanunauyğunluqları haqqında yeni biliklərin əldə edilməsinə yönəldilmiş nəzəri və eksperimental fəaliyyətdir;

- tətbiqi elmi tədqiqatlar;- əsasetibarilə praktiki məqsədlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin tətbiqinə yönəldilmiş fəaliyyətdir;

- elmi-texniki araşdırmalar;-texnoloji, texniki,iqtisadi, sosial, humanitar və digər problemləri həll etmək, elmin texnikanın və istehsalın vahid bir sistem kimi işlənməsini təmin etmək üçün yeni biliklərin əldə olunmasına və tətbiqinə yönəldilmiş fəaliyyətdir;

-eksperimental işləmələr;- elmi tədqiqatlar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunmasına, yeni material, məhsul, istehsal prosesi, qurğu, xidmət və üsulların yaradılmasına , onların təkmilləşdirilməsinə yönəldilmiş fəaliyyətdir;

- elmi innovasiya;- elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyətin ( elmi işləmələrin, ixtiraların, kəşflərin və s.) yaradılmasını, onların yeni əmtəə, tenologiyalar, sosial xidmətlər keyfiyyətində səmərə verən tətbiqini və bu prosesi təmin edən istehsalat şərtləri formaların özündə birləşdirən fəaliyyətdir;

- elmi nəticə;- elmi fəaliyyət nəticəsində əldə edilən, müvafiq məlumat daşıyıcısında qeyd olunmuş yeni biliklər və həllərdir;

- elmi məhsul; - istifadə üçün müəyyən edilmiş elmi, o cümlədən intellek-tual fəaliyyətin nəticəsidir.

Elm haqqında ən dəyərli fikirlər allahın elçisi Məhəmməd ( s ), Peyqəmbərə məxsusdur. O, elm haqqında demişdir:



  • Beşikdən məzara qədər elm öyrənin.

  • Elm Cində belə olsa, gedib öyrənin.

  • Elm, savad öyrənmək, qadınlı kişili bütün müsəlmanların borcudur.

  • Alimin yuxusu cahilin ibadətindən xeyirlidir.

  • Hər yerin bir yolu olduğu kimi, cənnətin də yolu elmdir.

  • Elm sahibinin dostu çox olar, mal sahibinin düşməni.

  • Elm istifadə olunduqca artar, mal isə azalar.

  • Elm qaldıqca qiyməti artar, mal isə qaldıqca qiymətdən düşər.

  • Elm qəlbə güc verər, mal isə qəlbi daşlaşdırar.

  • Elm insanı təvəzökar, mal isə lovğa edər.

  • Elmin oğrudan qorunmasına ehtiyac yoxdur, malı isə qorumaq lazımdır.

  • Elm rəhmət, mal isə düşmən qazandırır.

- Mənim ümmətimdən hər bir oğıl sahibinə bu dörd şey vacibdir: elmi eşit-

mək, onu öyrənmək, yaymaq və ona əməl etmək.

- Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.

- Alimin mürəkkəbi şəhidin qanı göylər üçün eyni rəngdədir.

- Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir.

Dahi mütəfəkki şair şeyx Nizami Gəncəvi elm haqda yazmışdır:

- Qüvvət elmdədir, başqa çür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Hər uca rütbədən biliniz fəqət

Alimin rütbəsi ucadır əlbət.

- Elm öyrənməyi ar bilən hər kəs,

Dünyada mərifət qazana bilməz.

- Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan

Elm haqqında Ulu Öndər Heydər Əliyevin də dəyərli fikirləri olmuşdur:

- Hansı iqtisadiyyat olursa olsun, elm inkişaf etməlidir.

- Elə etmək lazımdır ki, elmə həqiqətən onu zənginləşdirməyə, irəlilətməyə

qadir olan adamlar gəlsin.

- Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır.

- Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdır...Bu in-

sanlar ən böyük hörmətə layiqdir.

Elm haqqında digər görkəmli şəxsiyyətlərin dediklərindən:

- Bir nəfər elm adamından soruşurlar:

Elmdə bu dərəcəyə necə catdın ?

Dedi!

Bilmədiyim şeyi soruşmaqdan utanmadım.



- Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.

- Əsəri olmayan alim barsız agacdır. ( Məhəmməd Hadi )

- Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün

dünyanı fəth etmək naminə öyrənirlər. ( Kanfutsi, Çin mütəfəkkiri )

- Elmin hüdudları üfiq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o biz-

dən bir o qədər uzaqlaşacaq. ( Pyer Buast, Fransız yazıçısı )

- Elmdir cümlə-sənətin dəyəri,

Elmsiz sənətin nədir dəyəri? ( Abbas Səhhət )

- Elm öyrənmək heç vaxt gec deyil. ( İbn Sina )

- Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. ( Sokrat )

- Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır.

( Cavanni Viko, İtalyan filosofu)

- Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir.

( Bismark, Almaniyanın dövlət xadimi )

- Elm və təhsildə məqsəd texniki avadanlıq istehsal etmək deyil, insan ye-

tişdirməkdir. ( F.Rixter, Alman yazıçısı )

– Elm yaxşı zamanlarda sərvət, pis zamanlarda isə sığınacaq və gözəl yol

göstərəndir. ( Aristotel )

- Elm bütün qapıları açan açara bənzər. ( Anatol Frans, Fransız yazıçısı )

- Elmsiz adam, meyvəsiz ağac kimidir

- Elm səbəb, əməl isə nəticədir.

- O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o alimdir, ona ehtiram

edin.

O adam ki, bilir və biliyinə güvənmir, o özündən xəbərsizdir, onu tənqid



edin.

O adam ki, bilmir və öyrənməyə cəhd edir, o zəhmətkeşdir ona kömək edin.

O adam ki, bilmir və öyrənmək də istəmir, o ağılsızdır; ondan uzaq olun.

( Nəsrəddin Tusi )

Elm təbiətdə və cəmiyyətdəki hadisələri proqnozlaşdırmağa və dəyişməyə imkan verən bilik sistemidir. Alimlərin bir çoxu «elm» terminini açıqlayıb və hər bir açıqlama elmin təyinatlarını özündə əks etdirir. Məsələn, S.Q.Strumilin belə hesab edirdi: «Elm-həqiqəti əldə etmək üçün prosesdir… Elm bilik prosesi kimi öz loqik tamamlamasını onun nəzəriyyənin təcrübəyə tətbiqi zamanı tapır.

İ.P.Pavlov yazırdı: «Elm insanın özü-özlüyündə və əhatə dairəsində silahıdır».

P.N.Zaylin, A.İ.Şerbakov və M.A.Xudeleviç elmin tərifini özlərinə məxsus vermişlər

-Elm, təbiət, cəmiyyət, təzahür haqqında toplanmış biliklərin işlənmiş sistemi, onların inkişafıdır;

-Elm, insan fəaliyyətinin təbiətin, cəmiyyətin, təzahürün qanunlarının öyrənilməsi-nə, əldə olunmuş biliklərin texnika, texnologiya və ya təşkilatı tətbiqidir;

Riyaziyyatçıların fikrinə görə: -Elm təbiətdə və cəmiyyətdə baş verənləri proq-nozlaşdırmaq və dəyişməyə imkan verən bilik sistemidir.

Rus yazıçısı L.Tolstoyun fikirincə «Bilik o zaman bilik sayılır ki, zehinlə deyil şüurla əldə edilir» və yaxud:

-Əgər kiçik elmi işçi konkret problemdə akademikdən az baş çıxarırsa, deməli onun elmdə yeri yoxdur (V.V.Volevodskiy).

-Elmlə işdən kənar vaxtlarda, iş vaxtı isə əməyin elmi təşkili ilə məşğul olmaq lazımdır. (Svetkov).

-Elmin gücü və qüvvəsi hədsizdir. Onun insanın xeyrinə praktiki tətbiqi də hədsizdir.(A.N.Krılov)

Elmin özünə məxsus xüsusiyyətləri vardır, çünki, elm özünün daxili qanunları olan ictimai inkişaf qanunlarına tabedir.

Elmin xarici xüsusiyyətləri ondan ibarətdir ki, elmin inkişafı müasir cəmiyyətin özünəməxsus tələbləri ilə, onun xarakteri isə axırıncının qərəzliliyi ilə təyin olunur

Elmin daxili xüsusiyyətləri isə ondan ibarətdir ki, o, ayrı-ayrı sahələrdə yeni problemlərin aşkara çıxması nəticəsində başlanır və inkişaf edir, elmin bu sahələri nisbətən perspektivli hesab edilir.

Elm haqqında belə bir aforizm də vardır: «Elm əsl alimin xobbisidir».

Elm termininin tərifindən belə çıxır ki, insanların elmi fəaliyyətinin məqsədi biliklərin, anlayışların istehsalı onların inkişaf qanunlarının aşkara çıxarılmasıdır. Buna görə də insanların elmi fəaliyyəti arabir fiziki işlə müşahidə olunan əqli işdir.

Elmin məqsədləri haqqında D.İ.Mendeleyev demişdir: «…Elmin öyrənilməsinin iki əsas məqsədi var: qabağıgörmək və xeyir».

Elmi nailiyyətlərin realizə edilməsi insanların aşağıdakı fəaliyyəti nəticəsində həyata keçirilir:

a) biliklərin alınmasına, mənimsənilməsinə, işlənilməsinə, sistemləşdirilməsinə;

b) təbiətin, cəmiyyətin və dərrakənin qanunlarının dərindən öyrənilməsinə;

s) biliklərin texniki, texnoloji və ya təşkilatı tətbiqi.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə