Мцстягил елми-практик independent



Yüklə 33,5 Kb.
tarix08.09.2018
ölçüsü33,5 Kb.
#66966

МЦСТЯГИЛ ЕЛМИ-ПРАКТИК INDEPENDENT

ЩЦГУГ МЯРКЯЗИ PRACTICAL SCIENTIFIC

LEGAL CENTER




Цнван: Бакы ш., Möhsün Sənani кцч.7B Address:Mohsun Senani 7B,Baku

Телефон: (+994 12) 4956175 Telephone: (+994 12) 4956175

Факс: (+994 12)5964713 Fax: (+994 12) 5964713

E-mail: isplc_org@yahoo.com E-mail: isplc_org@yahoo.com

04 dekabr, 2007-ci il
Press-Reliz
İnsan Hüquqlarının Müdafiəsi ilə Bağlı

Elmi Konfrans
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində Ümumdunya İnsan Hüquqları Bəyannaməsinin 59-cu ildönümü münasibətilə elmi konfrans keçirilmişdir. Konfransda MEPHM-in prezidenti, AR İnsan Hüquqları Müvəkkili (Ombudsman) yanında Ekspertlər Şurasının sədri Aydın Kərimov “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrasında Mülki Cəmiyyət İnstitutlarının iştirakı”, “Polisə yardım” İB-in sədri, istefada olan polis polkovniki Şəmsəddin Əliyev “Polis və insan hüquqları”, BMT QAK-ın Hüquqşünaslar Şəbəkəsinin əməkdaşı Leyli Quliyeva “Azərbaycanda qadınlara qarşı zorakılığın azaldılmasının qanunvericilik əsasları”, Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin IV kurs tələbəsi Selcan Verdiyeva “İnsan Hüquqlarının müdafiəsində Beynəlxalq Hüququn problemləri”, Müstəqil Hüquq Mərkəzinin sədri Nigar Atabəyli “Qadın hüquqları və gender bərabərliyi”, “Azərbaycan-Skandinav Əməkdaşlığı” İB-in sədri Rasim Şərifli “Azərbaycanda İnsan hüquqlarının qorunmasında Skandinav ölkələrinin təcrübəsi”, hüquqşünas Günay Şimiyeva “Uşaq hüquqlarının müdafiəsində qəyyumluq və himayəçilik məsələləri”, hüquqşünas Murad Yəhyayev “Qaçqın hüquqlarının qorunması ilə bağlı AR-in qoşulduğu beynəlxalq konvensiyalar” mövzularında məruzələrlə çıxış etmişlər.
On doqquz nəfər hüquqşünas, pedaqoq, hüquq müdafiəçisi, tələbə və QHT fəalının iştirak etdiyi konfransda qərara alınmışdır ki, bütün dünyada həyata keçirilən qadınlara qarşı zorakılığın əleyhinə kompaniyada fəal iştirak edilsin, insan alveri və zorakılıq qurbanlarına hüquqi və psixoloji yardım göstərilməsində fəal iştirak edilsin.
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin mətbuat xidməti
Yüklə 33,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə