Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 54,79 Kb.
tarix10.11.2017
ölçüsü54,79 Kb.
#9150

Kimya məktəbdə




AROMATİK KARBOHİDROGENLƏR”İN TƏDRİSİ

TƏCRÜBƏSİNDƏN
Murşüd Fərəcov

pedoqoqika üzrə fəlsəfə doktoru, dosent

Sevda Axundova

Səbail r-nun 49 saylı məktəbin kimya müəllimi

İradə Babaxanova

Xəzər r-nun 156 saylı məktəbin kimya müəllimi

Mütəllim Abbasov

AMEA NKPİ-nin aparıcı elmi işçisi, p.e.d.

Məqalədə benzolun elektron quruluşu ilə bağlı görkəmli alimlərin fikirləri, onun alınması üsulları, fiziki və kimyəvi xassələri barədə bilik və bacarıqların şagirdlər tərəfindən müstəqil olaraq öyrənilməsinin interaktiv üsulları təsvir edilir.

2011-ci ilin iyun ayında Bakı şəhəri məktəblərinin kimya müəllimləri üçün təşkil olunan ixtisasartırma kurslarında apardığımız anket sorğularından məlum olmuşdur ki, tədris prosesində müəllimlər nə kimi çətinliklərlə rastlaşırlar, Sorğulara verilən cavablarda onlar məktəbdə “İlk kimyəvi anlayışlar”a aid mövzuların, eləcə də aromatik karbohidrogenlərin tədrisində heç bir əyani vəsaitdən istifadənin mümkün olmadığını qeyd edirlər. Ümumiyyətlə, kimya dərslərinin gedişində nümayiş təcrübələrinin, praktik və laborator işlərinin aparılması üçün reaktiv və digər təchizatın azlığı, çox hallarda olmaması müəllimin çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin peşəsinə hörmət edən hər bir kimya müəllimi istənilən mövzuda olan dərsində minumum səviyyədə olsa da əyanilikdən istifadə etməlidir.

İndiki şəraitdə kimya müəllimləri əyanilikdən istifadə işini qismən yaxşılaşdırmaq üçün kompyuterin imkanlarından da istifadə edə bilərlər. “Aromatik karbohirdogenlər” bölməsinə aid dərs mövzularını öyrəndikdə bu imkanları nəzərdən keçirək

“Aromatik karbohidrogenlər” tədris vahidininin öyrənilməsini aşağıdakı kimi planlaşdırmaq olar.


Tədris vahidi

Mövzu


saat

Təlim forması və strateqiyası

Resurslar

Aromatik karbohidro-

genlər


1.Benzol. Onun molekulunun elektron quruluşu.

2.Benzolun yaxın homoloqları, izomerlik və nomenklatura


3.Benzolun və onun homoloqlarının alınması, fiziki xassələri.

4. Benzol və toluolun kimyəvi xassələri (əvəzetmə reaksiyaları)

5.Benzol və onun homoloqlarının oksidləşmə və birləşmə reaksiyaları, yan.zəncirdə reaksiyalar.
6.Benzolun və toluolun tətbiqi

7.Karbohidrogenlər arasında genetik əlaqə


8.Karbohidrogenlərə aid ümumi təkrar və yoxlama yazı işi.

1


1

1
1


1

1


1
2

Qruplarla iş,

Dialoji şərh,

Venn diaqramı

Problemli-dialoji şərh,

Qruplarla iş,

Venn diaqramı,

BİBÖ sxemi,

Dialoji şərh


Qruplarla iş. Tədqiqatçılıq üsulu.

Kiçik qruplarda iş.Müstəqil iş.


Problemli şərh,müstəqil işlər.

Müstəqil işlər




Benzol molekulunun quruluşu,

benzolun rezonans quruluşu(internetdən)


Bəzi birnüvəli arenlərin fiziki xassələrini göstərən cədvəl
İnternetdən istifadə

Nitrat turşusu, benzol, bromlu su, KMnO4, KOH, distillə suyu, sınaq şüşəsi və kolba


Benzol,toluol

sulfat turşusu, KMnO4,sınaq şüşələri, spirt lampası


Aromatik

k/h-lərin digər üzvi birləşmələrlə

genetik əlaqə cədvəli


“Aromatik karbohidrogenlər” tədris vahidinə aid dərslərdə benzol və onun homoloqlarının fiziki və kimyəvi xassələrinin onların molekul quruluşu ilə əlaqəllərə diqqəd cəlb olunmalıdır. Şagirdlərin daha dərin biliklərə yiyələnməsi üçün fəndaxili əlaqə, Venn diaqramın, BİBÖ cədvəli və internet imkanlarından istifadə olunmasını tövsiyə edirik.

“Aromatik karbohidrogenlər”ə aid birinci və ikinci dərsdə “benzol molekulunun elektron quruluşu, homoloqlarının nomenklaturası və izomerlərinə aid məlumatın mənimsənilməsi nəzərdə tutulur.

Benzolun və izomerlərinin quruluşu ilə bağlı şagirdlərdə aydın təsəvvür yaratmaq üçün internetdən bəzi əyanilikləri nümayiş etdirmək olar. Dərslikdə şəkil 24-də verilən benzol molekulunda siqma və pi rabitələrinin əmələ gəlməsi ilə bağlı internetdə maraqlı məlumatlar vardır.:



http://www.youtube.com/watch?v=0Xe_gkV7xAw&feature=related

http://www.youtube.com/watch?v=bSLxoX27Gt4&feature=related

Benzolun və homoloqlarının quruluşu haqqında şagirdlər ətraflı məlumata yiyələndikdən sonra onun fiziki və kimyəvi xassələrinin mənimsənilməsi asanlaşır.

Aromatik karbohidrogenlərə aid bir dərs mövzusunun aktiv/interaktiv üsullarla gedişini izləyək.

Mövzu: Benzol və toluolun kimyəvi xassələri.( əvəzetmə reaksiyaları)

Məqsəd: 1.Benzolun əvəzetmə reaksiyalarnı öyrənmək.

2.Toluolun əvəzetmə reaksiyaları barədə məlumat vermək.



Təlim strateqiyası: Problemli şərh,müstəqil iş, iş vərəqələri ilə tədqiqat.

Resurslar: neft, benzol, toluol, spirt lampası, bromlu su, nitrat və sulfat turşusu, sınaq şüşələri (ştativdə), kolbalar.,

İş forması: kiçik qruplarla iş, cütlərlə iş.
Dərsin gedişi

Sinfin təşkilindən sonra müəllim, keçən dərsin mənimsənilməsini müəyyən etmək məqsədi ilə şagird cütlərinə aşağıdakı sualları verir. .

1.Tsikloheksandan benzolun alınmasının şəraitini izah edin və reaksiyanın tənliyini yazın.

2.Heksandan benzolun alınmasının reaksiya tənliyini yazın.

3.Benzolun fenoldan alınmasının reaksiya tənliyini tərtib edin.

4.N.D.Zelinski və V.A.Kazanski benzolu hansı üsulla almışdır? Reaksiyanın tənliyini yazın.

5. Arenlərin homoloqlarının alınması ilə bağlı daha hansı üsullar vardır?

6.Arenlərin alınması ilə bağlı akademik Y.Məmmədəliyevin nə kimi xidmətləri olmuşdur?

Şagirdlər 15 dəqiqə ərzində suallar ətrafında bildiklərini kimya dəftərlərinə qeyd edirlər. Sonra müəllim hər cütdən növbə ilə bir şagirdə lövhədə suala cavab yazmağı tapşırır. Müəllim dərsi yekunlaşdırır və

Y.H.Məmmədəliyevin aromatik karbohidrogenlərin alınması ilə bağlı işləri barədə bir qədər ətraflı məlumat verir. Onun müxtəlif karbohidrogenlərin alkilləşməsi sahəsində apardığı tədqiqatları dünya neft-kimya elminin inkişafında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayır və qeyd edir ki, SSRİ Elmlər Akademiyasının akademiki Şuykin onu “alkilləşmənin”kralı adlandırmışdır.

Sonra, müəllim yeni mövzunun öyrənilməsi məqsədi ilə şagirdlərə lazımı məsləhətlərini bildirir və aşağıdakı məzmunlu iş vərəqlərini qruplara verir.

Qrup-1 Benzol

1. Arenlərin bromla əvəzetmə reaksiyasının tənliyini yazın.

2. Nə üçün toluol 3 mol nitrat turşusu ilə əvəzetmə reaksiyasına asanlıqla daxil ola bilir?

3.II növ əvəzedicilər hansılardır? Onlar benzol nüvəsinə necə təsir edirlər?



Qrup-II. Toluol

1.Benzolun mürəkkəb maddələrlə reaksiya tənliklərini yazın.

2.Toluolun xlorla əvəzetmə reaksiyasının tənliyini yazın.

3. I. Növ əvəzedicilər hansılardır? Onlar benzol nüvəsinə necə təsir edirlər?



Qrup-III. Ksilol .

1.Benzolun bəsit maddələrlə (Cl2 , Br2) reaksiyasının tənliklərini yazın

2.Benzolun mürəkkəb maddələrlə( H2SO4 və HNO3) reaksiyasının tənliklərini yazın.

3. 2,4,6-trinitrotoluolun alınmasını göstərən reaksiyanın tənliyini yazın.

İş vərəqlərində göstərilən tapşırıqlar əsasında şagirdlər dərslik və vəsaitlərdən müstəqil olaraq istifadə edirlər, lazımı qeydlərini aparırlar.

Müəllim benzolun və toluolun xassələri ilə bağlı şagirdlərin tapşırıqlara necə hazırlaşdıqlarını araşdırır.Qrupun liderləri sualların cavabları ətrafında məlumat verirlər, lakin şagirdlərin bəzi tapşırıqlar ətrafında zəif hazırlaşdıqlarını nəzərə alan müəllim daha ətraflı məlumat verməli olur.

Məsələn, 1-ci qrupun 3-cü və 2-ci qrupun 3-cü sualı ətrafında müəllim qeyd edir ki,yadda saxlamalıyıq ki, bütün əvəzedicilər benzol halqasında öz istiqamətləndirici təsirinə görə iki qrupa bölünür. II. növ əvəzedicilər benzol nüvəsindən elektron sıxlığını özlərinə tərəf cəzb edən atom qruplarıdır. Onlar yeni əvəzedicini meta-(3,5) vəziyyətinə göndərir. I növ əvəzedicilərdən fərqli olaraq II növ əvəzedicilərdə ikiqat rabitənin və müsbət yükün olması xarakterikdir. Üçüncü qrupun sualı ilə əlaqədar olaraq bildirilirki, benzol molekulunda bir hidrogen atomu bəsit maddələrin bir atomu ilə əvəz olunduğu kimi nitrat və sulfat turşusu ilə reksiyasında da benzolun bir hidrogen atomu nitro (-NO2) və sulfo (-SO3H) qrupla əvəz olunur. Nəticədə nitrobenzol və benzolsulfoturşu alınır. Müvafiq reaksiya tənliklərini şagirdlər lövhədə yazırlar.

“Aromatik karbohidrogenlər” tədris vahidinin 5 və 6-cı mövzularında benzolun homoloqlarının oksidləşməsi, benzolun və toluolun tətbiqinə aiddir.

5-ci mövzunun öyrənilməsində toluolun oksidləşməsinin KMnO4 (KOH iştirakı ilə) ilə aparılan təcrübələri göstərmək maraq doğurur. Bu təcrübədə məhlulun rəngi tədricən rəngsizləşir. Buna səbəb toluol molekulundakı metil qrupunun oksidləşərək karboksil qrupuna çevrilməsidir.

Bu təcrübəni benzolun homoloqları olan butilbenzol və dimetilbenzol ilə də aparmaq olar.


Mövzu ilə bağlı olan daha ətraflı məlumatları internetdən əldə etmək olar. http://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BD%D0%B7%D0%BE%D0%BB

http://www.youtube.com/watch?v=Dmb-CpqQbIA&NR=1(insektididin-

C6Cl6- alınması)



http://www.youtube.com/watch?v=uaWnEm9mPbw (benzolun xlorlaşması )

http://www.youtube.com/watch?v=X0T5Sjwe7F0 (benzolun nitrolaşması)

http://www.youtube.com/watch?v=bPSDl19tfd8(benzolun yanması) http://www.youtube.com/watch?v=0Xe_gkV7xAw&feature=related (benzolun rezonans formulu)

http://www.youtube.com/watch?v=Wly-fwyfkOI&NR=1(benzolun kimyəvi rabitələri)

http://www.youtube.com/watch?v=bSLxoX27Gt4&feature=related (benzolun rezonans formulu)

“Arenlər” tədris vahidinə aid 7-ci dərs mövzusu şagirdlərdə xüsusi maraq doğurur. Bu dərsdə əsas məqsəd doymuş,doymamış və aromatik karbohidrogenlər arasında genetik əlaqə yaratmaqdır. Dərsin gedişində dərslikdə verilən sxem 3 böyüdülmüş şəkildə lövhədən asılır və aşağıdakı suallarla şagirdlər axtarış edirlər.



  1. Doymuş karbohidrogenlərin ixtiyari beş nümayəndəsinin empirik və quruluş formullarını yazın.

  2. Doymamış karbohidrogenlərin (alken,alkadien,alkin misalında) ixtiyari üç nümayəndəsinin empirik və quruluş formullarını yazın.

  3. Etilen→ asetilen→ benzol çevrilməsinin reaksiya tənliklərini tərtib edin.

  4. Asetilen→ benzol→nitrobenzol çevrilməsinin reaksiya tənliklərini tərtib edin.

  5. Benzol→benzolun halogenli törəmələri arasında çevrilmə

reaksiyasının tənliklərini tərtib edin.

  1. Pentan, penten, pentadien, tsiklopentanın quruluş formullarını göstərin.

  2. Heksan, tsikloheksan və benzol molekullarında gedən əvəzetmə reaksiyalarına aid nümunə göstərin.

  3. 200 qr. heptanı toluola çevirdikdə neçə litr(n.ş.) hidrogen alınar?

  4. Metan→ asetilen→ benzol→toluol→benzoy turşusu çevrilməsinin reaksiya tənliklərini tərtib edin.

Göstərilən suallar üzərində kiçik qruplarda şagirdlər üzvi kimyadan öyrəndikləri bilik və bacarıqlara əsaslanmaqla yanaşı dərslikdən də isifadə etməklə cavablarını hazırlamalıdırlar.

Əlavə olaraq, şagirdlərin bilik və bacarıqlarını möhkəmləndirmək məqsədi ilə evə aşağıdakı tapşırıqlar verilə bilər.


Məsələlər

  1. 20 qr benzol və toluol qarışığının KMnO4 məhlulu ilə oksidləşməsindən alınan turşunun kütləsi 12,2 qr olarsa, başlanğıc qarışıqda benzolun kütlə payını təyin edin.

  2. Benzol və stirol qarışığınının 10 qramına 200 qr 4%-li bromlu su ilə təsir edilmişdir. Başlanğıc qarışıqda benzolun kütlə payını təyin edin.



İstifadə edilmiş ədəbiyyat:


1. Abbasov V.M. və b. Ümumtəhsil məktəbləri üçün kimya dəsliyi X sinif. Təhsil Nəşriyyatı, Bakı, 2010

2. R.Y.Əliyev, Ə.T.Əzizov, Kimyanının tədrisi metodikası, Bakı, “Universitet Nəşriyyatı” Bakı-2005.

3. M.S.Fərəcov, Ş.Ə.Əliyeva, Kimyanın tədrisində müasir təlim texnologiyası, ”Nurlan”, Bakı, 2008

4. B.A.Pavlov,Kurs orqaniçeskoy ximii, Qosximizdat,Moskva-1958

5. V.M.Potapov, Q.P.Xomçenko, Ximiya, Moskva,” vısşaya şkola”,1985




Из опыта обучения «Ароматических углеводородов»

M. Фараджов, С. Ахундова, И. Бабаханова, М.Аббасов



АННОТАЦИЯ
Арены являются одним из важных отраслей нефтяной химии,по этому считаем целесообразным более глубокое изучение этой темы. Для глубокого усвоения материала, для самостоятельной работы на уроках ученикам раздаются рабочие листы. В статье даны несколько примеров рабочих листов, также даны рекомендации для проведения урока на тему генетической связи между углеводородами.

Mетодической точки зрения статью считаем положителъно




From the experiece of teaching arens

M.Farajov, S.Akhundova, I.Babakhanova, M.Abbasov
SUMMARY
Arena is one of important brunch of oil-chemistry, that is why we consider expediently learning this subject in order to learn deeply the material? Freelyworking at the lessons working sheets are given to the children. Some examples of working sheets are given in the articl?also are given suggestions for the using at the lesson on the subject genetic contection betwen hydrocarbon.

From the methodical point of view we consider this atticle useful.



Açar sözlər: Aromatik karbohidrogenlər, arenlər, benzol, molekul quruluşu, elektron qurulun, kimyəvi rabitə, kimyəvi xassə, toluol, ksilol, аlkan, alken, aren, elektron buludu, homoloq ,izomer, nomenklatura, genetik əlaqə.
Key words: Aromatic hydrocarbon, Arens, benzol?molecular structure, Electron structure, Chemical contact, Chemical property, Toluol, Ksilol, Alkan, electron cloud, nomenclature,gomolog electronic contact.
Ключевые слова: Ароматические углеводороды, арены, бензол, строение молекулы, электронное строение, химическая связь, химическое свойство,толуол, ксилол, алкан, алкен, арен, электронное облако, гомолог, изомер, номенклатура, генетическая связь.






Yüklə 54,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə