Mdb-nin qərb qrupu ölkələri



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix01.02.2018
ölçüsü0,49 Mb.
#23186
  1   2   3   4   5   6   7   8   9   ...   18


 



                      



MDB-nin qərb qrupu ölkələri 

Qeyd olunduğu kimi bu qrupa Belorusiya, Ukrayna və Moldova 

respublikaları daxildir.  

                                        Belorus Respublikası 

 

Sahəsi 207, 6 min km



2

, əhalisi 9,7 mln. nəfərdir. (2007).  Paytaxtı 

Minsk şəhəridir.  

MDB-nin qərbə gedən yolları üzərində əlverişli mövqe tutur.  

 

İ

xtisaslaşmış  təsərrüfat  sahələri:  k/t  maşınqayırması,  yük 



avtomobilləri,  kimya  yüngül  və  yeyinti  sənayesi,  heyvandarlıq 

məhsulları istehsalı, kətançılıq və kartofçuluqdur.  

 

Təbii  şəraiti  və  ehtiyatları.  Düzən  ərazilər  üstünlük  təşkil  edir, 

çoxlu  yağıntı  alır,  geniş  sahələrdə  bataqlıqlar  yayılıb,  podzol  torpaqları 

vardır. Təbii sərvətlərindən –kalium və xörək duzları, az miqdarda neft,  

tikinti qumları və materialları, su və meşə ehtiyatlarından ibarətdir.  

 

Ə

halisinin 80%-dən çoxunu beloruslar təşkil edir, digər xalqlardan 

polyaklar, ruslar, yəhudilər və b. yaşayırlar. Təbii artımı azalmağa doğru 

gedir.  2006-ci  ildə  ölkə  əhalisi  36  min  nəfər  azalmışdır.  Şəhər  əhalisi 

üstünlük  təşkil  edir.  Miqrasiya  soldosu  müsbətdir.  Əhalinin  orta  sıxlığı 

hər km

2

 47 nəfərdir. Əmək ehtiyatları ilə təmin olunub.  



 

Təsərrüfatı.Təsərrüfatın  ixtisaslaşmasına  və  strukturuna  əmək 

ehtiyatlarının  bolluğu,  RF-dən  daha  ucuz  yanacaq  və  metal  alması  və 

yerli təbii ehtiyatları müsbət təsir göstərir.  

 

Maşınqayırmanın  ixtisaslaşmış  sahələri-hesablama  maşınları, 



cihazqayırma, 

məişət 


maşınqayırması-soyuducular, 

paltaryuyan 

maşınlar,  k/t  maşınları  və  yük  avtomobilləridir(Minsk,  Jodino, 

Mogilyov). 

 

Kimya  sənayesi  əsas  istiqaməti-süni  kauçuk,  şin,  plastik  kütlələr 



(Mogilyov, Qrodno, Polotsk). Kalium gübrələri (Soliqorsk), meşə emalı 

və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b. ). 

 

Yüngül  sənayedə  əsas  yeri  kətan  parça,  ayaqqabı  istehsalı  və  b. 



tutur.  Yeyinti  sənayesi  əsas  sahələrdəndir,  yerli  xammallarla  təmin 

olunub.Aparıcı  sahələri  yağ,  süd-pendir,  ət  məhsulları  istehsalı,  kartof-

kraxamal istehsalı və b.  

 

Yanacaq-energetikanı  yerli  torf,  Rusiyadan  aldığı  neft-qaz  təşkil 



edir.  

 

Kənd  təsərrüfatı.  Əsa  yeri  heyvandarlıq  tutur,  südlük-ətlik 

istiqaməti  və  donuzçuluq  əsas  yer  tutur.  Əkinçilikdə  yem  istehsalının 

xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas 

yeri  çovdar  əkinləri  tutur.  Kartofçuluq  Belorusiyanın  əsas  sahəsi  hesab 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




 

olunur.  Mərkəz  hissəsində  geniş  yayılıb.  Sıx  nəqliyyat  şəbəkəsinə 



malikdir.  2007-ci  ildə  Azərbaycana  olan  ixracı  77  mln.  dol.,  idxalı  2,3 

mln. saldo-75 mln dol. əlbəttə heç də yaxşı hal hesab olunmamalıdır.  

                                     Ukrayna Respublikası 

 

Sahəsi  603,  7  min  km

2

,  əhalisi  46,3  mln  nəfər  (1/2007).  Paytaxtı 



Kiyev ş.  

 

MDB-nin  cənubi-qərbində  yerləşir.  Qara  və  Azov  d.  sahillərində 



ə

lverişli coğrafi mövqe tutur. Ukrayna GUAM ölkələri birliyinə daxildir. 

Ukrayna  MDB  ərazisinin  2,7%,  əhalisinin  16%əhatə  edir,  ÜDM  8,3, 

sənaye məhsulları 73, k/t məhsulları 17%-i verir.  

İ

xtisaslaşmış  təsərrüfat  sahələri-daş  kömür-metallurgiya,  sənayesi, 



maşınqayırma,  xüsusilə  kənd  təsərrüfatının  –taxılçılıq,  şəkər  çuğunduru 

sahələridir.  K/t  məhsulunun  emalı  məhsulları  da  aparıcı  rol  oynayır. 

Kurort-turizm sahələri də inkişaf etmişdir.  

 

Təbii  şəraiti  və  ehtiyatları.  Üstün  yeri  qara  torpaqlarla  örtülmüş 

geniş düzənliklər tutur, torpaq ehtiyatlarının 70%-ni o,  təşkil edir. Şimal 

və cənubi-qərbinin kontinental şəraiti vardır. Krımda subtropik əkinçilik 

inkişaf edibdir.  

 

Ş



imaldan  cənuba  meşə,  meşə-çöl  və  çöl  zonları  biri-birini  əvəz 

edir.  Şimalında  rütubətin  çoxluğu,  cənubda  quraqlığın  olması  k/t 

inkişafına  mənfi  təsir  göstərir.  Əsas  təbii  ehtiyatları-daş  kömür 

(Donbas),  dəmir  filizləri  (Krivoy  Roq),  manqan,  az  miqdarda  neft-

qazdır. Ölkə zəngin xörək duzu ehtiyatlarına malikdir.  

 

Ə



halisi.  Əhalinin  təbii  artımı  aşağıdır.  2006-cı  ildə  onun  əhalisi 

283,  5  min  nəfər  azalmışdır.  Saldo  miqrasiyası-110  mindir.  Ən  çox rus 

ə

halisi köçüb gedir 



Ə

halisinin  75%-i  ukrayınlar  təşkil  edir.  Əsasən 

mərkəz  və  qərb  hissələrində  məskunlaşmışlar.  Şərq  və  cənub 

hissələrində ruslar (əhalinin 21%) və qeyri millətlərlə məskunlaşmışdır. 

Hazırda (2008) buradakı rus əhalisindən Ukrayna dövlətininə qarşı təziq 

göstərilir  ki,  o,  Şim.  Atlantika  İttifaqına  qoşulmasın.  Krım  Muxtar 

Respublikasında tatarlar və qeyri millətlər yaşayır.  

 Əhalisinin  orta  sıxlığı  çox  yüksəkdir-hər  km



  77  nəfər.  Mərkəz 

hissəsi  və  Donbas  rayonu  sıx,  şimalı  və  cənubi  seyrək  məskunlaşıbdır. 

Şə

hər əhalisi 70%-i təşkil edir.  



 

Təsərrüfatı.  Təsərrüfatı  mürəkkəb  sahə  və  ərazi  quruluşuna 

malikdir.  

 

Yanacaq-energetika  kompleksi  kömür,  yerli  neft-qaz  və  ən  çox 

kənardan  aldığı  neft-qaz  yanacağına  əsaslanır.  Donbas  iri  daş  kömür 

rayonudur.  Çoxlu  istilik  elektirik  stansiyaları  və  bir  neçə  AES-ləri 

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə