M.Ə. Rəsulzadənin, M. K. Atatürkün qoyduğu sistemlər üzündə dünyəvi



Yüklə 136,71 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü136,71 Kb.
#74654

background image
193 

 

M.Ə.Rəsulzadənin, M.K.Atatürkün qoyduğu sistemlər üzündə  dünyəvi 



dövlət quruculuğu uğrunda mübarizədir! Və bu belə də olacaq!, başqa 

cür də ola  bilməz!. Onda da deyidilər ki, ə bunnar hə deyəsən dini 

yaxına qoymurlar, bunlar filanlar, keçmiş, məsələn bu cür. Siz təsəvvür 

eləyin ki, mən, bizim ələyhimizə çıxmaq üçün, əleyhimizə çıxmağa 

çıxırdılar ha, ta çıxırmışlar deyək ki, görürdülər bizə daha güc 

çatmıyacaq, yanı məsələ aydındır, başlamışdılar M.K.Atatürkünən  

M.Ə.Rəsulzadəni təftiş eləməyə ki, bunlar kim olub? Bunlar da elə belə 

olubdu, filan olubdu. Təsəvvür eliyirsiniz? M.Ə.Rəsulzadəni. Siz hətta 

təsəvvür eləyin ki, bizim, bir qaraguruh başladı o zaman, bir qaraguruh 

başlatdırdılar ki, balet yığışdırılsın. İslam, deyək, İran burda əli olan 

qüvvələr məscidlərdə başladılar ki, balet yığışdırılmalıdır. Bu nədir? Bu, 

biz, islam əxlaqına, müsəlman əxlaqına ziddir. Belə şeylər başlamışdılar. 

Biz, bunun buna nə dəxli var? Din dövlətdən ayrıdır, gedin başqa işinən 

məşğul olun, bu işə başınızı soxmayın! Təbliğat aparırdılar burda ki

balet olmamalıdır. Bu, bəli. Açıblar məscidlərdə, bizim balet yazan 

demək  Fikrət Əmirova, başqalarına lənət oxutdururdular. Biz axırda 

məsələni belə qoyduq ki, siz indi məsələni belə qaldırırsınız, Fikrət 

Əmirovun yazdığı balet “Min bir gecə” baletidir, ona aiddir. “Min bir 

gecə” isə elə müsəlman dövründə yaranmış ərəb nağıllarıdır, sarayda 

yaranıbdır. Bunun islama nə ziddiyət axtarırsınız burda? “Peyğəmbər” 

əsərini səhnəyə qoymağa qoymurdular, qoymadılar. Ki, “Peyğəmbər” 

əsərini səhnəyə qoyulmasın. Halbuki onu başqa cür qoymaq olardı. 

Hökm deyil ki, peyğəmbər sürəti, səsi, o məsələ bir səs vermək olardı və 

yaxud deyək ki, səs verilməzdi. Necə məsələn Məhəmməd peyğəmbərin 

filmi çəkilib, orda Məhəmməd peyğəmbər görsənmir, dəvəsi görsənir, 

çəlik görsənir, özü görsənmir. Bunu elə də etmək olardı, məsəl deyək. 

Amma onu qoymadılar, burda ki, bu ola bilməz. Və yanı Azərbaycan çox 

ziddiyyətli ölkədir! Asiyaynan Avropanın çağlaşdığı bir məmləkətdir! Bu 

məmləkətdə yeni, Avropa düşüncəsiynən, həm də demirəm o birsi 

köhnədir, yox! O köhnə deyil! Mühafizəkar, amma sistemdir bu. 

Mühafizəkar bir sistem var. Biz onu da demirik ki, o da ləğv olsun, məhv 

olsun. Yox! Sadəcə olaraq iki böyük mədəniyyətin burada çağlaşması və  



Yüklə 136,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə