MәCLİs qurmarin qaydasi



Yüklə 10,9 Kb.
tarix19.11.2017
ölçüsü10,9 Kb.
#11114

MӘCLİS QURMARIN QAYDASI

Möhtәrәm oxucu, heç müsәlman mәclisindә oturub, danışanlara qulaq veribsәnmi? Mәn dә qulaq vermişәm görürsәn, әhli-mәclisdәn birisi durub elә söz danışır ki, bişmiş toyuğun gülmәyi tutur, amma bununla belә haman "qanacaqlı" hәrifi götürüb mәclisә üzv vә hәtta sәdr tikirlәr, çünki hәrçәnd hәrif ağıldan bir az ... kasıbdır, amma nә olsun, pulu çoxdur, ya da ki, qorxuram deyәm!


Yaxşı ki, bizim Bakıda belә deyil!
* * * * *
Mәclis dedim, yadıma bir fәqәrә düşdü. Rәfiqlәrimdәn birisi dünәn mәni görüb deyir ki, ay Filankәs, sәn allah, bunu qәzetinizdә yaz ki, budur tәmiz bir aydır ki, biz bir mәclis qurmuşuq, o mәclisin üzvlәrini bir yerә yığa bilmәmişәm. Son allah, götür bir qәzetdә onların abır-hәyasını tök. Dedim, әfәndim, bu cürә cüzi әhvalatı qәzetdә yazıb, xalqın abır-hәyasını tökmәk lazım deyildir. Nә lazım, bәlkә onlar indi yığılmayıb, bir il bundan sonra yığılacaqlar, yaxşısı budur ki, qoy mәn sәnә bir fәqәrә söylәyim, gör sәnin dә ağlına batırmı? Rәfiqim dedi: De.
D e d i m: -- Sәdini tanıyırsan?
D ed i: -- Tanıyıram.
D e d i m: -- Heç toyuqlara dәn tökübsәn!
D e d i : -- Tökmüşәm.
D e d i m : -- Sәdi buyurubdur ki,
"Mürği cayi rәvәd ki, cinә, bәvәd

Nә bәcayi rәvәd ki, çe nәbәvәd".


Burada "mürğ" dәn murad--adamdır, "cinә"dәn dә murad yağlı plov vә yainki, bari heç olmasa şirin çaydır. Necә ki, sәn toyuqları bir yerә yığmaq üçün әlinә bir qәdәr dәn alıb "dü-dü-dü-dü" elәyәndә, toyuqlar qanadlarını çırpa-çırpa yüyürürlәr, hәmçinin, әgәr, evindә plov bişirib çay qoysan, mәclisin üzvlәri toyuqlardan da bәrk yüyürüb gәlәrlәr!
Gördüm ki, bu sözlәr rәfiqimin ağlına batıbdır. Bir qәdәrdәn sonrar rәfiqim baqqalla söhbәt elәyib yağın girvәnәsini xәbәr alırdı....
Yüklə 10,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə