Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi



Yüklə 133,59 Kb.
Pdf görüntüsü
tarix17.11.2017
ölçüsü133,59 Kb.
#11023


 

  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 28 noyabr 2008-ci il tarixli  

28 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 



 

 

MƏDƏ VƏ ONİKİBARMAQ BAĞIRSAĞIN 



XORA XƏSTƏLİYİ ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2008 

 

2



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




  

 

54.132 



M 45 

 

 



 

 

 



 

 

 



 

 

 



M  45   Mədə  və onikibarmaq bağırsağının xora xəstəliyi üzrə 

klinik protokol – 20 səh.  

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  tədbirlər proqramı 

əsasında tərtib və çap olunmuşdur. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

R.Ağayev – ATU-nun II Cərrahi xəstəlikləri kafedrasının 

professoru, t.e.d. 

A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri 

G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-metodisti 

L.Orucova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-metodisti 

K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin 

Gücləndirilməsi Layihəsi, həkim 

 

Rəyçilər:  

B.Ağayev – M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin 

direktoru, akademik 

M.Kərimov – Səhiyyə Nazirliyinin baş cərrahı, t.e.d. 

Ə.Hidayətov – SN baş qastroenteroloqu, ATU-nun 

pediatriya fakültəsi Daxili xəstəliklər kafedrasının müdiri, 

ə.e.x., professor 

 

 



 

 

 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

4

İxtisarların siyahısı: 

 

HP – Helicobacter pylori 

PNİ – proton nasosunun inhibitoru 

QSİP – qeyri-steroid iltihab əleyhinə preparatlar 

DV – dərman vasitələri 

EÇS – eritrositlərin çökmə sürəti 

XBT – Xəstəliklərin Beynəlxalq Təsnifatı 

RKT – randomizasiya olunmuş klinik tədqiqat 

 

 

Sübutların etibarlılıq dərəcəsi  

və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan 

(RKT) alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

6

Protokol ilkin səhiyyə xidmətləri göstərən həkimlər üçün 



nəzərdə tutulmuşdur. 

 

ÜMUMİ MÜDDƏALAR 

Xora xəstəliyi kəskinləşmə  və remissiya dövrlərinin  əvəz 

olunması ilə gedən xronik residivverən xəstəlik olub, əsas 

əlaməti mədə  və onikibarmaq bağırsaq divarında selikaltı 

qişaya nüfuz edən defektin (xoranın) əmələ gəlməsidir. 

Müxtəlif ölkələrdə xora xəstəliyinin yaşlı insanlar arasında 

yayılması 5-dən 15%-ə qədər təşkil edir (orta hesabla 7-10%). 

Həzm orqanları  xəstəlikləri ilə  əlaqədar stasionar müalicəsi 

alan pasiyentlər arasında, xora xəstəliyi təxminən xəstələrin 30-

35%-ində  təyin edilir. Avropanın, Amerikanın və Asiyanın 

inkişaf etmiş ölkələrində yaşlı  əhalinin 2-3%-ə  qədəri xora 

xəstəliyindən  əziyyət çəkir. Onikibarmaq bağırsaq xoraları 

mədə xoralarından 4 dəfə  çox rast gəlinir. Duodenal xorası 

olan xəstələr arasında kişilər qadınlara nisbətən xeyli üstünlük 

təşkil edir, halbuki mədə xorası qadın və kişi pasiyentlər 

arasında təxminən eyni nisbətdə aşkar olunur. 

Xora xəstəliyinin 

etiologiyası sona qədər 

aydınlaşdırılmamışdır və hazırda o polietioloji xəstəlik hesab 

olunur. Xəstəliyin  əmələ  gəlməsində bir çox amillər rol 

oynayırlar. 



Etiopatogenetik amillər: 

 



Helicobacter pylori-nin mövcud olması (onikibarmaq 

bağırsaq xorası olan xəstələrin 90-95%-də, mədə xorası olan 

pasiyentlərin 70-85%-də aşkar olunur); 

 



mədə  şirəsi sekresiyasının artması  və selikli qişanın 

müdafiə amillərinin (mukoproteinlər, bikarbonatlar) 

aktivliyinin azalması (aqressiya və müdafiə amilləri arasındakı 

tarazlığın vaxtaşırı pozulması). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Risk amilləri:



 

 



QSİP (qeyri-steroid iltihab əleyhinə preparatlar) və 

uzunmüddətli qəbulu mədənin selikli qişasının 

zədələnməsinə  səbəb olan digər preparatların qəbul 

edilməsi; 

 

zərərli vərdişlərin olması (siqaret çəkmə, alkoqollu 



içkilərdən sui-istifadə və s.); 

 



psixoemosional gərginliklər (istirahət və yuxunun kifayət 

qədər olmaması, normalaşdırılmamış    iş günü, stress 

vəziyyətləri), həddindən artıq fiziki gərginlik; 

 



irsi və konstitusional amillər. 

 

XBT-10 ÜZRƏ TƏSNİFAT: 

 

K25   mədə xorası 

K26   onikibarmaq bağırsaq xorası 

Əlavə kodlarla: 



.0 –   kəskin, qanaxma ilə;  

.1 –   kəskin, deşilmə ilə;  

.2 –   kəskin, qanaxma və deşilmə ilə;  

.3 –   kəskin, qanaxma və deşilmə olmadan;  

.4 –   xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə;  

.5 –   xroniki və ya dəqiqləşdirilməmiş, deşilmə ilə;  

.6 –   xroniki  və ya dəqiqləşdirilməmiş, qanaxma və 

deşilmə ilə;  



.7 –   xroniki, qanaxma və ya deşilmə olmadan;  

.8 –   dəqiqləşdirilməmiş  kəskin və ya xroniki, 

qanaxma və ya deşilmə olmadan. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8

MƏDƏ VƏ ONİKİBARMAQ BAĞIRSAĞIN  



XORA XƏSTƏLİYİNİN DİAQNOSTİKASI

 

Şikayətlər: 

 



Epiqastral və/və ya piloroduodenal nahiyədə  bəzən döş 

qəfəsinin sol yarısına, onurğanın döş  və bel hissələrinə 

yayılan yandırıcı lokal ağrı (göstərilən  şikayətləri olan 

xəstələrin 50%-dən az olmayan hissəsində peptik xora 

diaqnozu təsdiq edilir). Ağrının intensivliyi, davametmə 

müddəti, baş vermə tezliyi müxtəlif ola bilər. 

 

Dispepsik pozğunluqlar (reflüksun olmasını göstərir, 



ezofagitin inkişafı mümkündür), turş  gəyirmə (xəstələrin 

50%-dən az olmayan hissəsində), qıcqırma (40-80%), 

ürəkbulanma, qusma (ağrıların zirvəsində), qəbizlik (50%). 

 



Ağrı antasidlərin, antisekretor və spazmolitik preparatların 

təsirindən və ya qida  qəbulundan sonra azalır. 

 

Ağrının baş vermə ritmi qida qəbulu və xoranın 



lokalizasiyası ilə  əlaqədardır. Ağrılar qida qəbulundan 

dərhal sonra (mədənin kardial və subkardial şöbələrinin 

xoraları zamanı), yeməkdən yarım saat-bir saat sonra (mədə 

cisminin xoraları zamanı) baş verir. Pilorik kanalın və 

soğanağın xoraları zamanı adətən gecikmiş  ağrılar (qida 

qəbulundan 2-3 saat sonra), acqarına baş verən və qida 

qəbulundan sonra ötüb keçən acqarına ağrılar, həmçinin 

gecə ağrıları müşahidə olunur. 

 

Xora xəstəliyinin simptomsuz gedişi də mümkündür (bu 



cür halların tezliyi 30%-ə çata bilər), bu zaman onun 

kəskinləşməsinin ilk əlaməti qanaxma olur.   

 

Mövsümlə (yaz və payız)  əlaqədar ağrıların və dispepsik 



pozğunluqların güclənməsi müşahidə olunur. 

 



Xəstəliyin kəskinləşməsi zamanı çox vaxt arıqlama qeyd 

olunur, çünki iştahanın olmasına baxmayaraq, xəstələr 

ağrıların güclənməsindən ehtiyat edərək özlərinə yeməkdə 

məhdudiyyət qoyurlar (mədə xoraları üçün daha 

xarakterikdir). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

9

Obyektiv müayinə: 

 

Kəskinləşmə dövründə qarnın palpasiyası zamanı epiqastral 



nahiyədə ön qarın divarı  əzələlərinin rezistentliyi ilə 

müşayiət edilən lokal ağrı aşkar  olunur.  

 

X döş, I bel fəqərələri nahiyəsində onurğa sütununu 



sıxdıqda, onurğanın sol və ya sağ tərəfində ağrı qeyd edilə 

bilər. 


 

Laborator müayinələr: 

 



Xora xəstəliyi zamanı səciyyəvi laborator əlamətlər yoxdur.  

 



Xora qanaxmasını istisna etmək üçün  aşağıdakı 

müayinələri aparmaq lazımdır: 

 

qanın ümumi analizi 



 

nəcisin gizli qana görə analizi 

 

Helicobacter pylori-nin aşkar edilməsi: 

Müalicə taktikasını müəyyən etmək üçün selikli qişada 

Helikobakteriyaların aşkar edilməsi müstəsna  əhəmiyyətə 

malikdir. 

 

İnvaziv testlər – endoskopik müayinə zamanı selikli 



qişadan götürülmüş bioptatda Helicobacter pylori-nin aşkar 

edilməsi: 

 

Histoloji materialın morfoloji müayinəsi 



 

Biokimyəvi müayinə (bioptatda sürətli ureaza testinin 

aparılması) 

 



Qeyri-invaziv testlər  endoskopik müayinə aparılmadıqda 

yerinə yetirilir: 

 

Seroloji müayinə üsulları – qanda HP-yə qarşı IgG 



anticisimlərin aşkar edilməsi (bu müayinənin nəticəsi yalnız 

aktiv infeksiya zamanı deyil, keçmişdə HP-nin eradikasiyası 

müalicəsini almış pasiyentlərdə də müsbət ola bilər) 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

10

 



Tənəffüs-ureaza testi – pasiyentin daxilə qəbul etdiyi 

13

C və 



ya 

14

C izotoplu sidik cövhəri preparatının Helicobacter pylori 



tərəfindən parçalanmasından sonra nəfəslə verilən havada 

nişanlanmış CO2 qazının səviyyəsinin müəyyən olunması 

 

Nəcisdə HP antigeninin aşkar edilməsi 



  

İnstrumental müayinələr: 

 



Qastroduodenoskopiya başlıca müayinə üsulu hesab olunur.  

Bu müayinə xora defektinin mövcudluğunu təsdiq edir

onun lokalizasiyasını, dərinliyini, formasını, ölçülərini 

dəqiqləşdirir, xoranın dibinin və  kənarlarının vəziyyətini 

qiymətləndirməyə, selikli qişanın yanaşı  dəyişikliklərini, 

qastroduodenal motorikanın pozulmasını  aşkar etməyə  

imkan verir. Xora mədədə yerləşdikdə biopsiya edilir, HP-

nin aşkar olunması və bədxassəli şişin istisna edilməsi üçün 

(xüsusilə qoca yaşlı  xəstələrdə) götürülmüş materiallarda 

müayinələr aparılır.  

 

Rentgenoloji müayinə zamanı xora xəstəliyinin birbaşa 



əlaməti – selikli qişanın konturunda və ya relyefində 

“taxça” simptomu və  xəstəliyin dolayı  əlamətləri – mədə 

divarının xoraya nisbətən  əks tərəfində  “şəhadət barmağı” 

şəklində  əzələ liflərinin yerli sirkulyar spazmı, selikli qişa 

büküşlərinin “taxça”ya konvergensiyası, mədə  və 

onikibarmaq bağırsaq soğanağının çapıqlaşmış xora 

deformasiyası, acqarına hipersekresiya, qastroduodenal 

motorikanın pozulması aşkar olunur. 

 

DİFFERENSİAL DİAQNOSTİKA 

 



İlk növbədə  mədə  xərçənginin birincili xora forması ilə 

differensial diaqnoz aparmaq lazımdır. Xərçəngin bu 

forması müəyyən müddət xoşxassəli xora “maskası” altında 

davam edə bilər. Xoranın bədxassəli xarakterdə olmasını 

göstərən  əlamətlərə onun böyük ölçüdə olması (xüsusilə 

gənc pasiyentlərdə), xora defektinin mədənin böyük 

əyriliyində yerləşməsi, EÇS-in yüksəlməsi, histaminə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

davamlı axlorhidriya aiddir. Mədə xərçənginin xora forması 



zamanı rentgenoloji və endoskopik müayinədə  kələ-kötür 

və qabarıq kənarları olan qeyri-düzgün formalı xora defekti 

aşkar edilir; xora ətrafında olan selikli qişa infiltrasiyaya 

uğramışdır, xora olan yerdə  mədə divarı rigiddir. Xoranın 

bəd və ya xoşxassəli xüsusiyyəti  haqqında son nəticə 

bioptatın histoloji müayinəsindən sonra verilir. 

 

XORA XƏSTƏLİYİNİN MÜALİCƏSİ

 

Ağırlaşma müşahidə edilməyən xəstələrdə  əksər hallarda 

konservativ müalicə aparılır. 

 

Müalicənin məqsədləri: 

 

Mədənin selikli qişasında Helicobacter pylori aşkar 



edildikdə, HP-nin eradikasiyası 

 



Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi 

 



Davamlı remissiyanın əldə olunması 

 



Ağırlaşmaların inkişafının qarşısının alınması 

 



Həyat keyfiyyətinin yüksəldilməsi 

 

Xora xəstəliyinin farmakoterapiyasının ümumi 



prinsipləri:

 



 

Mədə  və onikibarmaq bağırsaq xoralarının müalicəsinə 

eyni yanaşma  

 



Bazis antisekretor terapiyanın mütləq aparılması 

 



Mədədaxili pH>3 səviyyəsini sutka ərzində 18 saata qədər 

saxlayan antisekretor preparatın seçilməsi (bu şərtə PNİ 

preparatları – omeprazol, lansoprazol, rabeprazol və s. – 

cavab verirlər) 

 

Antisekretor preparatın dəqiq müəyyən edilmiş dozada 



təyin olunması 

 



Ahıl və qoca yaşlı xəstələrdə qan təchizatını, regenerasiyanı 

və selikli baryerin müdafiə xüsusiyyətlərini yaxşılaşdıran 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

12

əlavə terapiyanın aparılması  və xora əleyhinə olan 



vasitələrin adi dozalarının azaldılması. 

 

Helikobakter infeksiyasının müalicəsi: 

 

Xəstəliyin gedişi və  mərhələsindən asılı olmayaraq, 



Helicobacter pylori-nin aşkar edildiyi  hallarda xoranın 

sağalması üçün HP-nin uğurlu eradikasiyasının aparılması 

kifayət edir.  

 



HP-nin müvəffəqiyyətli eradikasiyası  hər il xora 

xəstəliyinin residiv hallarını 95%-dən 5%-ə  qədər azaldır 



(A)

 



HP-nin eradikasiya terapiyası antibakterial və antisekretor 

preparatların tətbiqindən ibarətdir (A)

 

Müalicə sxem əsasında, bir neçə preparatın kombinasiyası 



vasitəsilə aparılır: 

 

Proton nasosu inhibitorları (omeprazol, lansoprazol, 



rabeprazol və s.) 

 

Antibiotik – amoksisillin, klaritromisin, tetrasiklin 



 

Antimikrob preparatı – metronidazol (trixopol) 

 

Bismut preparatları 



 

 



Əksər hallarda HP ilə  əlaqəli xora xəstəliyində  mədə 

turşuluğunun uzun müddətli azaldılması  məqsədəuyğun 

deyil (B)

 



HP-nin eradikasiyasına 80%-dən artıq hallarda nail olmağa 

imkan verən, 7-14 gün müddətində  tətbiq edilən sxem 

effektiv hesab olunur. 

 



Antihelikobakter terapiyanın effektivliyi onikibarmaq 

bağırsaq xoralarında 4-6 həftədən sonra, mədə xoralarında 

isə 6-8 həftədən sonra yoxlanmalıdır (D)

 



Bu yoxlama tənəffüs testi və ya nəcisdə HP antigeninin 

müəyyən edilməsi, yaxud endoskopik müayinə vasitəsilə 

aparılır (A). Seroloji testlər yoxlama üçün əhəmiyyətsizdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13



 

Antihelikobakter terapiyanın qeyri-effektivliyi zamanı eyni 

kurs təkrar təyin edilmir. 

 



Antihelikobakter terapiya sxemlərinin əksəriyyətinə proton 

nasosunun inhibitorları daxildir, onlar mədə 

möhtəviyyatının pH-nı artıraraq HP-nin həyat fəaliyyəti 

üçün  əlverişsiz  şərait yaradır və bundan başqa bir çox 

antibakterial preparatların təsir gücünü artırırlar. 

HP-nin eradikasiyasının birinci sıra üçlü sxemi (7-14 gün) 

 Preparatın adı Dozası 

1.  Proton nasosu inhibitorları –  

-

 

omeprazol və ya 



-

 

lansoprazol və ya 



-

 

rabeprazol   



 

20 mq x gündə 2 dəfə 

30 mq x gündə 2 dəfə 

20 mq x gündə 2 dəfə  

2. 

klaritromisin 



500 mq x gündə 2 dəfə 

3. amoksisillin 

və ya  

metronidazol* 



1000 mq x gündə 2 dəfə

 

500 mq x gündə 2 dəfə 



 

*Hal-hazırda metronidazolu eradikasiyanın birinci sıra üçlü sxeminə 

daxil etmək tövsiyə olunmur, çünki metronidazola qarşı Helicobakter 

pylori-nin rezistentliyi çox sürətlə inkişaf edir (bu preparatı 

kvadroterapiya müalicəsi ehtimalı üçün ehtiyatda saxlamaq 

lazımdır). 

 



 

“Maastrixt-3, 2005” tövsiyələrinə görə 14 günlük 

eradikasiya kurslarının effektivliyi 7 günlük kurslardan 

12% artıqdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

14

Birinci sıra preparatlarının effektiv olmadığı hallarda təyin 



edilən ikinci sıra dördlü sxemi (kvadroterapiya) 

 Preparatın adı Dozası 

1.  Proton nasosu inhibitorları –  

-

 

omeprazol və ya 



-

 

lansoprazol və ya 



-

 

rabeprazol 



 

20 mq x gündə 2 dəfə 

30 mq x gündə 2 dəfə 

20 mq x gündə 2 dəfə 

2. Bismut 

preparatları – 

-

 

bismut trikalium disitrat 



 

120 mq x gündə 4 dəfə 

3. 

Metronidazol 



500 mq x gündə 3 dəfə 

4. Amoksisillin 

və ya  

tetrasiklin  



1000 mq x gündə 2 dəfə 

 

500 mq x gündə 4 dəfə 



 

 



Birinci və ikinci sıra müalicə sxemləri effekt vermədikdə, 

“Maastrixt-3, 2005” tövsiyələrinə görə 14 gün ərzində 

amoksisillin (750 mq x gündə 4 dəfə), PNİ preparatları, 

rifabutin (300 mq/sut) və ya levofloksasin (500 mq/sut) 

kombinasiyası təyin olunur. 

 

HP-mənfi xoranın müalicəsi: 

 

Əgər pasiyentdə  Helicobacter pylori  aşkar olunmayıbsa, 



belə halda antihelikobakter eradikasiya kursu təyin edilmir. 

 



HP-mənfi xoralarda HP-müsbət xoralara nisbətən 

qanaxmalara daha çox təsadüf edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

15

Ağırlaşmamış HP-mənfi xoranın müalicəsində aşağıdakı 



preparatlardan istifadə oluna bilər: 

Preparatın adı Dozası 

Proton nasosu inhibitorları –  

-

 

omeprazol və ya 



-

 

lansoprazol və ya 



-

 

rabeprazol və ya 



-

 

pantoprazol 



 

20 mq x gündə 2 dəfə 

30 mq x gündə 2 dəfə 

20 mq x gündə 2 dəfə 

40 mq x gündə 1 dəfə 

H

2



-reseptorların antaqonistləri –  

-

 



ranitidin və ya 

-

 



famotidin və ya 

-

 



ranitidin bismut sitrat 

 

150 mq x gündə 2 dəfə 



20 mq x gündə 2 dəfə 

400 mq x gündə 2 dəfə 

Selikli qişanın qoruyucu preparatları –  

-

 



bismut trikalium disitrat       

(de-nol)  və ya 

-

 

sukralfat (venter) 



 

240 mq x gündə 2 dəfə 

 

1 q x gündə 4 dəfə 



Sorulmayan antasid preparatlar –  

-

 



vikair (vikalin) və ya 

-

 



fosfalyugel və ya 

-

 



almagel və ya 

-

 



maaloks 

 

 



standart dozalarda 

 



Mədədə turşuluq səviyyəsinin yüksək olması hallarında 

PNİ preparatlarının təyin edilməsi daha effektivdir. 

 

Mədə turşuluğu səviyyəsini  əhəmiyyətli dərəcədə 



azaltmağa ehtiyac olmadıqda (xüsusilə ahıl və qoca yaşlı 

pasiyentlərin müalicəsində), H

2

-reseptorların antaqonistləri 



ilə sorulmayan antasid preparatların kombinasiyasından, 

yaxud selikli qişanın qoruyucu preparatlarından istifadə 

etmək olar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

16



 

HP-neqativ (mənfi) xəstələrdə xora defektinin 

çapıqlaşmasına endoskopik nəzarət 2 həftə fasilələrlə 

aparıla bilər (2, 4, 6, 8 həftədə) 

 

Onikibarmaq bağırsaq xorasının müalicəsi 4-6 həftə, mədə 



xorasının müalicəsi isə 6-8 həftə müddətində aparılır. 

 

QSİP qəbulu nəticəsində əmələ gəlmiş simptomatik 



xoraların müalicəsi: 

 



QSİP qəbulu nəticəsində əmələ gəlmiş simptomatik xoralar 

zamanı həmin preparatların qəbulu dayandırılmalıdır (B).  

 

Yüksək risk qrupuna daxil olan (anamnezində xora 



xəstəliyi olan) və QSİP qəbuluna ehtiyacı olan 

pasiyentlərdə  mədənin selikli qişasını qoruyan preparatlar 

təyin edilir və ya siklo-oksigenaza-2 selektiv QSİP-in təyin 

edilməsi nəzərdən keçirilir (A).  

 

QSİP qəbulu nəticəsində əmələ gəlmiş xoraların müalicəsi 



HP-müsbət və ya HP-mənfi olmaqlarından asılı olaraq, 

yuxarıda göstərilmiş terapiya sxemləri əsasında aparılır. 

 

XORA XƏSTƏLİYİNİN AĞIRLAŞMALARI  

 



Xora qanaxması xora xəstəliyi olan xəstələrin 15-20%-

ində, çox vaxt mədədə yerləşən xoralar zamanı müşahidə 

olunur. 20-25% hallarda qanaxma xora xəstəliyinin ilk 

təzahürü olur. O, “qəhvə  xıltı”  şəklində qusma 

(hematemezis) və ya qara qatranabənzər nəcis (melena) ilə 

özünü büruzə verir. Massiv qanaxma zamanı  və xlorid 

turşusunun sekresiyası  aşağı olduqda, həmçinin xora 

mədənin kardial şöbəsində yerləşdikdə qusuntu kütləsində 

dəyişilməmiş qan qatışığı qeyd oluna bilər. Bəzən xora 

qanaxmasının klinik mənzərəsində ilk növbədə ümumi 

şikayətlər (zəiflik, huşun itirilməsi, arterial təzyiqin aşağı 

düşməsi, taxikardiya) önə  çıxır, halbuki melena yalnız bir 

neçə saat keçdikdən sonra əmələ gələ bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17



 

Xoranın perforasiyası (deşilməsi) xora xəstəliyi olan 

xəstələrin 5-15%-ində, çox vaxt kişilərdə rast gəlinir. 

Həddindən artıq fiziki gərginlik, alkoqol qəbulu, artıq 

qidalanma onun əmələ  gəlməsinə  şərait yaradır. Bəzən 

perforasiya qəflətən, xora xəstəliyinin simptomsuz (“lal”) 

gedişi fonunda baş verir. Xoranın perforasiyası klinik olaraq 

epiqastral nahiyədə çox kəskin (“xəncərvari”) ağrılarla, 

kollaptoid vəziyyətin əmələ gəlməsi ilə təzahür edir. Xəstənin 

müayinəsi zamanı ön qarın divarı  əzələlərinin “taxtavari” 

gərginliyi və qarnın palpasiyası zamanı  kəskin ağrı, müsbət 

Şyotkin-Blümberq simptomu aşkar olunur. Perkussiyada qara 

ciyər kütlüyünün itməsi, rentgenoloji müayinədə qarın 

boşluğunda qara ciyər üstü sahədə  sərbəst hava zolağının 

olması qeyd edilir. Bəzən aldadıcı yaxşılaşma dövründən 

sonra yayılmış peritonitin mənzərəsi inkişaf edə bilər. 

 



Penetrasiya  dedikdə  mədə  və ya onikibarmaq bağırsaq 

xorasının ətraf toxumalara –mədəaltı vəziyə, kiçik piyliyə, 

öd kisəsinə  və s. nüfuz etməsi başa düşülür. Xoranın 

penetrasiyası zamanı qida qəbulu ilə  əvvəl mövcud olan 

əlaqəsini itirmiş arasıkəsilməz ağrılar  əmələ  gəlir, bədən 

hərarəti yüksəlir, qan analizində EÇS-in artması  aşkar 

olunur. Xoranın penetrasiya etməsi rentgenoloji və 

endoskopik olaraq təsdiq edilir. 

 

Mədə  çıxacağının stenozu, adətən pilorik kanalda və ya 



onikibarmaq bağırsağın başlanğıc hissəsində yerləşən 

xoralar çapıqlaşdıqdan sonra formalaşır. Çox vaxt bu 

ağırlaşmanın  əmələ  gəlməsinə  həmin nahiyədə deşilmiş 

xoranın tikilməsi  əməliyyatı  şərait yaradır. Mədə 

çıxacağının stenozunun daha  səciyyəvi  əlamətləri bir gün 

əvvəl yeyilmiş qida ilə qusma, həmçinin “lax” yumurta iyi 

verən gəyirmədir. Qarnın palpasiyası zamanı epiqastral 

nahiyədə “gecikmiş şappıltı küyü” aşkar etmək olur, bəzən 

mədənin peristaltikasını görmək mümkündür. Mədə 

çıxacağının dekompensasiya edilmiş stenozu zamanı 

xəstələr get-gedə üzülür, arıqlayır, buna elektrolit 

pozğunluqları əlavə olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

18

Xora xəstəliyinin ağırlaşmalarına  şübhə olduqda cərrahın 



konsultasiyası  məsləhət görülür. Ağırlaşmaların cərrahi 

müalicəsi zamanı klinik situasiyadan asılı olaraq radikal və ya 

palliativ əməliyyatlar həyata keçirilir. 

 

STASİONAR MÜALİCƏSİNƏ GÖSTƏRİŞLƏR 

 

Xəstələr stasionarın qastroenteroloji və ya ümumi terapiya 



şöbələrinə hospitalizasiya edilir: 

 

Xora xəstəliyinin kəskinləşməsi (onikibarmaq bağırsağın 



xora xəstəliyinin kəskinləşməsi dövründə 10 günlük, 

mədənin xora xəstəliyinin kəskinləşməsi dövründə 20-30 

günlük stasionar müalicəsi məsləhət görülür) 

 

Xoşxassəli xora ilə  mədə  xərçəngi arasında differensial 



diaqnozun aparılmasını  tələb edən mədə yaralarının aşkar 

edilməsi 

 

Yanaşı xəstəliklərlə müşayiət olunan xora xəstəliyi 



 

Anamnezdə, xüsusilə  də  mədənin sekretor funksiyasında 

azalma olan ahıl yaşlı  xəstələrdə  kəskinləşmə residivlərinin 

və ağırlaşmaların olması 

 

Cərrahi müalicəyə göstərişlər (adətən xora xəstəliyinin 



ağırlaşmaları zamanı): 

 

Diaqnozu qoyulmuş deşilmiş qastroduodenal xora 



 

Uğursuz konservativ müalicə fonunda qastroduodenal 

xoralardan qanaxma 

 

Ağırlığından asılı olmayaraq anamnezdə təkrari qanaxmalar 



 

Xoranın perforasiyasından və onun tikilməsindən sonra xora 

xəstəliyinin residivi 

 

Mədənin evakuator funksiyasının pozulması  əlamətləri ilə 



piloroduodenal stenoz 

 

Xoranın penetrasiyası 



 

Onkoloji müayinə və müalicəyə göstərişlər: 



 

Xoranın maliqnizasiyasına  şübhə olduqda və ya onun 

bədxassəliyə çevrilməsi elementlərinin aşkar edilməsi 

zamanı 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

19

Ədəbiyyat: 

1.

 

Peter Malfertheiner, Francis Megraud, Colm O'Morain, 



Franco Bazzoli, Emad El-Omar, David Graham, Richard 

Hunt, Theodore Rokkas, Nimish Vakil and Ernst Kuipers. 

Current concepts in the management of Helicobacter pylori 

infection - The Maastricht III Consensus Report. Gut 

published online 14 Dec 2006. 

2.

 

Mark Fendrick, Randall T. Forsch, R. Van Harrison, James 



M. Scheiman. Peptic ulcer disease. Guidelines for Clinical 

Care. University of Michigan Health System; updated May 

2005. 

3.

 



Talley NJ, Vakil N. Practice Parameters Committee of the 

American College of Gastroenterology. Guidelines for the 

management of dyspepsia. Am J Gastroenterol. 2005 

Oct;100(10):2324-37.  

4.

 

National Institute for Clinical Excellence (NİCE). 



Dyspepsia: management of dyspepsia in adults in primary 

care. Developed by the Newcastle Guideline Development 

and Research Unit. Issue date: August 2004. 

5.

 



Dyspepsia. A national clinical guideline. Edinburgh 

(Scotland): Scottish Intercollegiate Guidelines Network 

(SIGN); 2003 Mar. 27 p. (SIGN publication; no. 68). 

6.

 



Caselli M, Parente F, Palli D, Covacci A, Alvisi V, 

Gasbarrini G, Bianchi Porro G; Cervia Working Group. 

"Cervia Working Group Report": guidelines on the 

diagnosis and treatment of Helicobacter pylori infection. 

Dig Liver Dis. 2001 Jan-Feb;33(1):75-80.  

7.

 

Rubin G, Meineche-Schmidt V, Roberts A, de Wit N. The 



use of consensus to develop guidelines for the management 

of Helicobacter pylori infection in primary care. European 

Society for Primary Care Gastroenterology. Fam Pract. 

2000 Aug;17 Suppl 2:S21-6. Review 

8.

 

Makola D, Peura DA, Crowe SE. Helicobacter pylori 



infection and related gastrointestinal diseases. J Clin 

Gastroenterol. 2007 Jul;41(6):548-58. Review.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20

9.



 

Graham DY, Yamaoka Y. One- or two-week triple therapy 

for Helicobacter pylori: questions of efficacy and inclusion 

of a dual therapy treatment arm. Gut. 2007 Jul;56(7):1021-

3; author reply 1022-3. Review. 

10.

 

Adamsen S, de Muckadell OB. Treatment of bleeding 



gastroduodenal ulcer] Ugeskr Laeger. 2007 Apr 

23;169(17):1551-5. Review. Danish.  

11.

 

Leontiadis GI, Sreedharan A, Dorward S, Barton P, 



Delaney B, Howden CW, Orhewere M, Gisbert J, Sharma 

VK, Rostom A, Moayyedi P, Forman D. Systematic reviews 

of the clinical effectiveness and cost-effectiveness of proton 

pump inhibitors in acute upper gastrointestinal bleeding. 

Health Technol Assess. 2007 Dec;11(51):iii-iv, 1-164. 

Review.  

12.


 

B.A.Ağayev “Cərrahi xəstəliklər” Bakı-2007. 

13.


 

Ивашкин В. Т. Научно-практическое издание 

"Клинические рекомендации. Гастроэнтерология", 

2006. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

21

Klinik protokolla bağlı  təklif və iradlarınızı 



Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Yüklə 133,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə