Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında



Yüklə 61,96 Kb.
Pdf görüntüsü
tarix11.06.2018
ölçüsü61,96 Kb.
#47965


“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli 

istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə 

bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

 



 

AZƏRBAYCAN 

RESPUBLİKASI 

NAZİRLƏR 

KABİNETİNİN 

QƏRARI


 

 

 



Azərbaycan  Respublikası  Prezidentinin  “Mədəni  bitkilərin  genetik 

ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsi  haqqında”  2011-ci  il  13 

dekabr  tarixli  273-IVQ  nömrəli  Qanununun  tətbiqi  barədə”  2012-ci  il  7 

fevral  tarixli  576  nömrəli  Fərmanının  1.4-1.8-ci  bəndlərinin,  “Mədəni 

bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  bağlı  əlavə  tədbirlər 

barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9-

cu  yarımbəndlərinin  icrasını  təmin  etmək  məqsədi  ilə  və  1.1-ci  bəndinə 

uyğun  olaraq  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti QƏRARA 

ALIR:

 

1.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  milli  kolleksiyalarının 



formalaşdırılması,  mühafizəsi  və  istifadəsi  Qaydaları”  təsdiq  edilsin  (1 

nömrəli əlavə).

 

2.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsinə  və  səmərəli 



istifadəsinə  dövlət  nəzarətinin  təşkili  Qaydaları”  təsdiq  edilsin  (2  nömrəli 

əlavə).


 

3.  “Azərbaycan  Respublikasına  məxsus  ənənəvi  mədəni  brend 

bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).

 

4.  “Azərbaycan  Respublikasına  məxsus  ənənəvi  mədəni  brend 



bitkilərinin  yayıldığı  areallarda  bu  cür  bitkilərin  becərilməsinin  davam 

etdirilməsi  və  sahələrin  genişləndirilməsi  Qaydası”  təsdiq  edilsin  (4 

nömrəli əlavə).

 

5.  “Ölkə  daxilində  genetik  modifikasiya  olunmuş  bitkilərin 



mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 

nömrəli əlavə).

 

6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların 



genetik  ehtiyat  nümunələrinin  Azərbaycan  Respublikasının  gömrük 

ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə).

 

7.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 



istifadəsi  üzrə  idarəetmə  sisteminə  daxil  olan  Elmi-Texniki  Şuranın 

Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə).

 



8.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 

istifadəsi  üzrə  idarəetmə  sisteminə  daxil  olan  ixtisaslaşdırılmış  ekspert 

şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə),

 

9.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 



istifadəsi  üzrə  idarəetmə  sisteminə  daxil  olan  prioritet  fəaliyyət 

istiqamətləri  üzrə  işçi  qruplarının  Əsasnaməsi”  təsdiq  edilsin  (9  nömrəli 

əlavə).

 

10.  “Mədəni  bitkilərin  genetik  ehtiyatları  banklarının  hüquq  və 



vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə).

 

11.  “Azərbaycan  Respublikasının  Milli  Genbankının  Əsasnaməsi” 



təsdiq edilsin (11 nömrəli əlavə).

 

12.  “Genetik  modifikasiya  olunmuş  bitkilərin,  eləcə  də  müasir 



biotexnoloji  və  gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd  təsərrüfatı 

bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə 

Azərbaycan  Respublikasına  idxalı  Qaydası”  təsdiq  edilsin  (12  nömrəli 

əlavə).


 

13. 


Azərbaycan 

Milli 


Elmlər 

Akademiyasının, 

Azərbaycan 

Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin,  Azərbaycan  Respublikası 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  və  Azərbaycan  Respublikası 

Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsinin  iştirakı 

ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi 

üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın.

 

14.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Genetik  Ehtiyatlar 



İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 13 noyabr 2012-ci il

 

               259



 

 

 



Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2012-ci il 13 noyabr



 

tarixli 259 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

  



2 nömrəli əlavə

 

 

 

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli 

istifadəsinə dövlət nəzarətinin təşkili

 

QAYDALARI

 



 

 

1. Ümumi müddəalar

 

 

 



1.1.  Bu  Qaydalar  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi 

və  səmərəli  istifadəsi  haqqında”  Azərbaycan  Respublikasının  2011-ci  il  13 

dekabr  tarixli  273-IVQ  nömrəli  Qanununun  tətbiqi  barədə”  Azərbaycan 

Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 

1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni 

bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsinə  dövlət 

nəzarətinin təşkili qaydalarını müəyyən edir.

 

1.2.  Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  (bundan  sonra  -  MBGE) 



mühafizəsi  və  səmərəli  istifadəsinə  dövlət  nəzarəti  MBGE  nümunələrinin 

toplanması, 

öyrənilməsi, 

sənədləşdirilməsi, 

qorunub 

saxlanması, 

mübadiləsi, paylanması və istifadəsi mərhələlərində keçirilir.

 

 



 

2. Dövlət nəzarətinin məqsədi

 

 



 

2.1. Dövlət nəzarətinin təşkilinin məqsədi MBGE-nin müəyyən edilmiş 

formalarda  etibarlı  mühafizəsinin,  hərtərəfli  öyrənilməsinin  və  səmərəli 

istifadəsinin təmin edilməsi, nadir və itmək təhlükəsində olan bitki növləri 

və  sortlarının  ölkədən  icazəsiz  ixracının,  insanların  həyatı,  sağlamlığı  və 

ətraf  mühit  üçün  təhlükə  törədə  biləcək,  xüsusilə  genetik  modifikasiya 

olunmuş  bitkilərin  ölkəyə  idxalının  və  istifadəsinin  qarşısının  alınması, 

respublikada  müvafiq  sahələrdə  aparılan  fəaliyyətlərə,  o  cümlədən  dövlət 

elmi  tədqiqat  və  seleksiya  proqramlarının  icrasına  şərait  yaradılması 

tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

 

2.2.  Mədəni  bitkilərin  və  onların  yabanı  əcdadlarının  genetik 



ehtiyatlarının öyrənilməsi, toplanması, xüsusi şəraitdə qorunub saxlanması, 

elmi  tədqiqat,  seleksiya,  təhsil  və  digər  məqsədlərlə  daxili  və  xarici 

mübadiləsi əməliyyatları MBGE üzrə fəaliyyət hesab edilir.

 

2.3. MBGE üzrə fəaliyyətlərə dövlət nəzarətini həyata keçirən orqanlar 



bu  ehtiyatların  tələblərə  uyğun  inventarlaşdırılması,  toplanması, 

saxlanması, 

dublikatlaşdırılması, 

genbanklarda 

qablaşdırılması, 

etiketləşdirilməsi və mübadiləsi şərtlərini müəyyən edən texniki, ekoloji və 

fitosanitar norma və qaydalara riayət edilməsinə nəzarəti təmin edirlər.

 

2.4.  MBGE-nin  mühafizəsi  və  səmərəli  istifadəsinin  təmin  edilməsi 



sahəsində  standartlara  və  tələblərə  əməl  olunmasına  dövlət  nəzarəti 


funksiyalarının 

həyata 


keçirilməsində 

Azərbaycan 

Milli 

Elmlər 


Akademiyasının müvafiq bölmə və strukturlarının iştirakı nəzərdə tutulur.

 

2.5.  MBGE-nin  toplanması,  daxili  və  xarici  mübadiləsi,  mühafizəsi, 



tədqiqi,  paylanması  və  istifadəsi  zamanı  aşağıdakı  tələblərə  riayət 

edilməlidir:

 

2.5.1. müvafiq normalara və qaydalara istinad edilməklə, təhlükəsizlik 



texnikasına və əmək gigiyenasına;

 

2.5.2.  bitki  nümunələrinin  genetik  tamlığını  və  həyat  qabiliyyətini 



təmin edən metroloji qaydalara və normalara;

 

2.5.3.  bitki  nümunələrinin  təbiətdən  toplanması  zamanı  Azərbaycan 



Respublikasının 

qanunvericiliyinə 

və 

Azərbaycan 



Respublikasının 

qoşulduğu beynəlxalq kodeks, konvensiya və sazişlərin tələblərinə.

 

2.6.  MBGE-nin  mübadiləsi,  genbanka  daxil  edilməsi  və  oradan  xaric 



olunması,  nümunələrin  sənədləşdirilməsi,  etiketləşdirilməsi  zamanı 

aşağıdakılara əməl edilməlidir:

 

2.6.1.  xaricə  göndərilən  nümunələrin  qablarının  üzərində  onların 



kataloq nömrəsi,  latınca  elmi  adları  (eyni zamanda, digər deskriptorlar  da 

yazıla bilər) göstərilməlidir;

 

2.6.2.  MBGE  kolleksiyalarının  sahibləri  bu  kolleksiyaları  beynəlxalq 



standartlara  uyğun  pasport  deskriptorları  əsasında  sənədləşdirməli  və 

onların kompyuter məlumat bazalarını yaratmalıdırlar;

 

2.6.3.  nümunələr  genbankda  saxlanma,  mübadilə,  paylanma  və  digər 



məqsədlərlə  qablaşdırılan  zaman  nümunələrin  qabları  üzərindəki 

etiketlərdə nümunənin əsas identifikatoru (milli nömrəsi), latınca elmi adı, 

genbanka qoyulma və ya reproduksiya ili və mənşə ölkəsi qeyd edilməlidir. 

Etiketdə  qeyd  edilən  bu  məlumatlar  həmin  nümunə  haqqında  məlumat 

bazasında olan məlumatlarla eyni olmalıdır.

 

2.7.  Ölkədə  mövcud  olan  və  müvafiq  şəkildə  qeydiyyatdan  keçmiş 



kolleksiyaların  məlumat  bazaları  Milli  Əlaqələndirici  İnstitutun  nəzdində 

fəaliyyət göstərən Mərkəzi Məlumat Bazasına inteqrasiya edilməlidir.

 

2.8.  MBGE-nin  mübadiləsi,  tədqiqat,  təlim,  seleksiya  və  digər 



məqsədlərlə paylanması zamanı lazım olan sənəd və formalar Azərbaycan 

dilində olmalıdır.

 

2.9. MBGE-nin xaricdən idxalı zamanı nümunələr aşağıdakı sənədlərlə 



müşayiət olunmalıdır:

 

2.9.1.  nümunələrin  gətirildiyi  ölkənin  müvafiq  orqanları  tərəfindən 



verilmiş fitosanitar sertifikatı;

 



2.9.2.  nümunələrin  genetik  modifikasiya  olunmadığını  təsdiq  edən 

sənəd;


 

2.9.3. nümunənin mənşəyini göstərən sənəd;

 

2.9.4. nümunələrin kommersiya dəyəri haqda sənəd;



 

2.9.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında 

Dövlət  Fitosanitar  Nəzarəti  Xidməti  tərəfindən  idxal  üçün  verilmiş  icazə 

sənədi;


 

2.9.6. idxal edilən nümunələrin siyahısı.

 

2.10.  Xarici  ölkələrdə  yerləşən  genbanklarda  saxlanılan  Azərbaycan 



mənşəli nümunələrin ölkəyə idxalı zamanı bu Qaydaların 2.9.2-ci, 2.9.3-cü, 

2.9.4-cü və 2.9.5-ci yarımbəndlərində sadalanan sənədlər tələb edilmir.

 

2.11.  MBGE-nin  ixracına  Elmi-Texniki  Şura  tərəfindən  verilmiş  icazə 



sənədi  Milli  Əlaqələndirici  İnstitutun  rəsmi  blankında  çap  edilir,  Elmi-

Texniki  Şuranın  sədri  tərəfindən  imzalanır.  İcazə  sənədinə  Milli 

Əlaqələndirici İnstitutun möhürü vurulur.

 

2.12.  MBGE-nin  xaricə  ixrac  edilən  nümunələri  Elmi-Texniki  Şuranın 



icazə  sənədi  ilə  (həmçinin,  qəbul  edən  ölkənin  tələblərinə  uyğun 

sənədlərlə) müşayiət olunur.

 

 

 



3. Dövlət nəzarətinin aparılması qaydaları

 

 



 

3.1. Dövlət nəzarətinin təşkili və keçirilmə formaları “Mədəni bitkilərin 

genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsi  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununa  və  qüvvədə  olan  digər 

qanunvericilik aktlarına uyğun həyata keçirilir.

 

3.2. Kolleksiyaların elmi rəhbərləri kolleksiyada aparılan elmi tədqiqat 



işləri,  nümunələrin  hərəkəti  və  mövcud  vəziyyəti,  məlumat  bazasında 

toplanmış  informasiya  və  digər  məsələlər  üzrə  yarımillik  və  illik  elmi-

texniki  hesabatları  hazırlayaraq  Milli  Əlaqələndirici  İnstituta  təqdim 

etməlidirlər.

 

3.3.  Milli  Əlaqələndirici  İnstitut  kolleksiyaların  saxlanma  vəziyyətinə, 



MBGE-nin  toplanması,  paylanması  və  MBGE  üzrə  digər  fəaliyyətlərin 

həyata keçirilməsinə tam nəzarət etmək üçün monitorinqlər keçirir.

 

3.4.  Müvafiq  nəzarət  və  monitorinq  funksiyalarını  icra  etmək  üçün 



Milli Əlaqələndirici İnstitut tərəfindən səlahiyyətli şəxs təyin edilir.

 

3.5. Səlahiyyətli şəxs aşağıdakı hüquqlara malikdir.



 

3.5.1.  Milli  Genbank  istisna  olmaqla,  MBGE  üzrə  fəaliyyət  göstərən 

elmi  tədqiqat  müəssisələrinin,  genbankların  və  kolleksiyaların  (bundan 



sonra  -  MBGE  subyektləri)  rəhbərliyini  və  ya  sahiblərini  3  (üç)  iş  günü 

əvvəl  məlumatlandırmaqla,  monitorinq  aparmaq  üçün  onların  ərazilərinə 

sərbəst daxil olmaq;

 

3.5.2.  onlardan  nəzarət  üçün  tələb  edilən  məlumatları  və  sənədləri 



almaq, məlumat bazalarını araşdırmaq;

 

3.5.3.  mühafizə  edilən  nümunələrdən  monitorinq  məqsədi  ilə  seçib 



götürmək.

 

3.6.  MBGE  subyektlərinin  rəhbərləri  dövlət  nəzarətinin  həyata 



keçirilməsi üçün müvafiq şərait yaratmalıdırlar.

 

3.7.  Dövlət  nəzarətinin  nəticələri  aktla  (arayışla  və  ya  inzibati 



protokolla)  rəsmiləşdirilir.  Aktda  nəzarətçinin  soyadı,  adı,  atasının  adı  və 

vəzifəsi  göstərilir.  Aktın  bir  nüsxəsi  MBGE  subyektinin  rəhbərinə  təqdim 

edilir. Aktda aşağıdakı məlumatlar göstərilir:

 

3.7.1.  hüquqi  və  ya  fiziki  şəxslər  haqqında  (müəssisənin  ünvanı, 



müəssisə  rəhbərinin  soyadı,  adı  və  atasının  adı)  və  nəzarəti  aparan 

səlahiyyətli şəxslər barədə məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı);

 

3.7.2. nəzarətin aparılmasının səbəbləri və müddəti;



 

3.7.3.  araşdırma  haqqında  məlumatlar,  sınaq  üçün  götürülən 

nümunələr və sınaq protokolu;

 

3.7.4. araşdırmanın nəticələri.



 

3.8. Dövlət nəzarətinin nəticələri barədə akt, arayış və protokol inzibati 

qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.

 

3.9.  Yoxlamaların  nəticələri  Elmi-Texniki  Şurada  müzakirə  edilir  və 



yuxarı orqanlar qarşısında vəsatət qaldırılır.

 

 



 

4. MBGE üzrə fəaliyyət formalarının dayandırılması

 

 



 

4.1.  Dövlət  nəzarətini  həyata  keçirən  səlahiyyətli  şəxs  aşkar  olunmuş 

pozuntular barədə MBGE subyektinin rəhbərinə xəbərdarlıq edir.

 

4.2.  Azərbaycan  Respublikasında  MBGE  üzrə  fəaliyyət  formalarının 



biri və ya bir neçəsi aşağıdakı hallarda dayandırılır:

 

4.2.1.  MBGE  nümunələrinin  toplanması  qanunvericilikdə  nəzərdə 



tutulmuş və ya Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş tələblərə uyğun 

aparılmadıqda;

 

4.2.2.  kolleksiyaların  saxlanma  şəraİti  lazımi  normativlərə  uyğun 



olmadıqda;

 



4.2.3.  MBGE  nümunələrinin  sənədsiz,  qüvvədə  olma  müddəti  bitmiş 

normativ  sənədlə  və  ya  müəyyən  olunmuş  qaydada  tanınmamış  sənədlə 

idxal və ya ixracına cəhd göstərildikdə;

 

4.2.4.  MBGE  üzrə  fəaliyyətin  (kolleksiyaların  inventarlaşdırılması, 



nümunələrin  hər  hansı  hərəkətinin  qeydiyyatı  və  s.)  sənədləşdirilməsi 

tələblərə uyğun aparılmadıqda;

 

4.2.5.  ölkədən  çıxarılması  və  ya  ölkəyə  gətirilməsi  qadağan  edilmiş 



bitki nümunələrinin ixracına və idxalına cəhd göstərildikdə;

 

4.2.6. MBGE kolleksiyaları və  onlarda olan  nümunələr  haqqında  Milli 



Əlaqələndirici  İnstituta  və  ya  Elmi-Texniki  Şuraya  tələb  olunan 

informasiyaları verməkdən imtina edildikdə;

 

4.2.7. 


Milli 

Genbankın 

əsasnaməsinə 

və 


MBGE-nin 

milli 


kolleksiyalarının  formalaşdırılması,  mühafizəsi  və  istifadəsi  qaydalarına 

əməl olunmadıqda.

 

4.3.  MBGE-nin  etibarlı  mühafizəsinin  və  səmərəli  istifadəsinin 



pozulmasında  təqsirkar  olan  şəxslər  qanunla  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar.

 

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər



 

Kabinetinin 2012-ci il 13 noyabr

 

tarixli 259 nömrəli qərarı ilə



 

təsdiq edilmişdir

 

 



Yüklə 61,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə