«Mədəni Maarif». 011.№1. S. Tarixi əlamətdar günlər



Yüklə 25,68 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü25,68 Kb.
#7932


«Mədəni Maarif».-2011.-№1.-S.5-7.

Tarixi əlamətdar günlər

Hörmətli həmkarlar!

Əziz mədəniyyət işçiləri!

Hər  dəfə  sizinlə  görüşəndə  bizi  sorğu-suala  tutur,  mədəniyyətimizin  inkişafı  və  təbliği  istiqamətində

fəaliyyətinizi  tənzimləmək,  uğur  qazanmaq  üçün  nədən  başlamağı,  işi  necə  qurmağı,  hansı  tədbirləri  həyata

keçirməyi öyrənməyə çalışırsınız.

Təbii ki, suallarınıza bir-iki sözlə dolğun cavab vermək qeyri-mümkündür. Belə ki, bu və ya digər müəssisə

fəaliyyətinin  təşkili  məqsədilə  əvvəlcə  iş  planı  tutmalı,  bu  zaman  həmin  ilə  xas  olan  tarixi-əlamətdar  hadisələri

nəzərə almalı, onun icrasına nail olmaq üçün müvafiq tədbirlər görməlidir.

Düşünürük ki, diqqətinizə verdiyimiz təqvim bu işdə gərəyiniz olacaqdır...

İşinizi yüksək səviyyədə qurmaq üçün redaksiyamız həmçinin təmsil etdiyiniz təşkilatı lazımi elmi-metodiki

məqalə, ssenari və digər tövsiyə xarakterli materiallarla təmin edəcəkdir. Odur ki, bizimlə əlaqə saxlayın, məktub

yazın, sizi maraqlandıran mövzu barədə "Mədəni-maarifə məlumat catdırın.

Yanvar

1. Yeni il bayramı (01.01.)

20. Ümumxalq Hüzn Günü (20.01.1990) 

25. Azərbaycan Respublikasının Avropa  Şurasına  tam  hüquqlu  üzvlüyə  qəbul  olunmasının (25.01.2001)  10

ili 

29. Gömrük İşçiləri Günü (29.01.1992)



Fevral

2.Gənclər günü (02.02.1997)

2. Gənclərin I Ümumrespublika Forumunun (02.02.1996) keçirilməsinin 15 ili 

5. Üç rəngli bayraq respublikanın dövlət bayrağı kimi təsdiq edilmişdir (05.02.1991) 

9. Beynəlxalq İnternet Təhlükəsizliyi Günü (09.02.2004) 

14. İlk dəfə TV vericisi vasitəsilə ultrayüksək tezlik diapazonunda (UHF) ağ-qara təsvirlə AzTV proqramının

yayımı təmin olunmuşdur (14.02.1956) 

14. Azərbaycan Hərbi Hava Qüvvələri günü (14.02.1992)

18. Azərbaycanda  ilk  rəsmi  telefon  xəttinin  ("Nobel  qardaşları  cəmiyyəti"  tərəfindən)  (18.02.1881)

çəkilməsinin 130 illiyi

21. Beynəlxalq Ana Dili Günü (21.02.1999)

26. Xocalı soyqırımı günü (26.02.1992)



Mart

1. Ümumdünya Mülki Müdafiə Günü (01.03.1972)

2. Azərbaycanın BMT-yə qəbul olunması günü (02.03.1992)

5. Bədən Tərbiyəsi və İdman Günü (05.03.2005)

7. Qızıl Aypara Günü (07.03.2008)

8. Beynəlxalq Qadınlar Günü (08.03.1910)

10. Milli Teatr Günü (10.03.1873)

12. Daxili Qoşunlar Günü (12.03.1995)

21. Beynəlxalq Novruz Günü (21.03.2010)

21. Beynəlxalq Poeziya Günü (21.03.)

21. İrqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq Mübarizə Günü (21.03.1966)

27. Beynəlxalq Teatr Günü (27.03.1948)

28. Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü (28.03.1997)

31. Azərbaycanlıların soyqrımı günü (31.03.1918)



Aprel

1. Ümumdünya Gülüş Günü (01.04.1964)

2. Kəlbəcər rayonunun işğalı günü (02.04.1993)

2. Beynəlxalq Uşaq Kitabı günü (02.04.1953)




7. Ümumdünya Sağlamlıq Günü (07.04.1950)

12. Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962)

15. Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)

17. Ümumdünya Hemofiliya Günü (17.04.1964)

18. Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)

22. Ümumdünya Yer Günü (22.04.1970)

23. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü (23.04.1996)

28. Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.1996) 

29. Beynəlxalq Rəqs Günü (29.04.1982)

May

3. Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü (03.05.1993)

8. Şuşa rayonunun işğalı günü (08.05.1992)

9. Faşizm Üzərində Qələbə Günü (09.05.1945)

10. Ümummilli lider Heydər Əliyevin Doğum Günü (10.05.1923-12.12.2003) 

15. Beynəlxalq Ailə Günü (15.05.1994)

17. Ümumdünya İnformasiya Cəmiyyəti Günü (17.05.2006)

18. Beynəlxalq Muzeylər Günü (18.05.1977) 

18. Laçın rayonunun işğalı günü (18.05.1992) 

21. Ümumdünya Dioloq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü (21.05.2001) 

23. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü (23.05.2007)

25. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (25.05.1936) yaradılmasının 75 illiyi

28. Respublika Günü (28.05.1918.) 

31. Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987)



İyun

1. Uşaqları Beynəlxalq Müdafiə Günü (01.06.1950) 

5. Ətraf Mühitin Mühafizəsi Günü (05.06.1972)

14. Beynəlxalq Qan Donor Günü (14.06.2001)

15. Milli Qurtuluş Günü (15.06.1993)

17. Səhiyyə İşçiləri Günü (17.06.2001)

18. İnsan Hüquqları Günü (18.06.2007) 

18. Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında fərman verilmişdir (18.06.2001) 

20. Ümumdünya Qaçqınlar Günü (20.06.2000) 

23. Beynəlxalq Olimpiya Günü (23.06.1967) 

23. Dövlət Qulluqçularının Peşə Bayramı (23.06.2006) Milli Silahlı Qüvvələr Günü (26.06.1918) 

26. Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü (26.06.1987)



İyul

2. Azərbaycan Polisi Günü (02.07.1998)

6. Bakı-Sabunçu-Suraxanı xəttində SSRİ-də ilk dəfə olaraq elektrik qatarının hərəkət etməsinin (06.07.1926)

85 illiyi

8. Məhəmməd Əleyhissalamın (s.) mövludu (08.07) günü

22. Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875)

23. Ağdam rayonunun işğalı (23.07.1993) günü

Avqust

1. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)

2. Azərbaycan Kinosu Günü (02.08.1898)

5. Hərbi Donanma Günü (05.08.1992)

12. Beynəlxalq Gənclər Günü (12.08.1999)

18. Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994)

19. Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)

23. Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü (23.08.2008).

23. Cəbrayıl rayonunun işğalı günü (23.08.1993)

23. Füzuli rayonunun işğalı günü (23.08.1993)




30. Ramazan bayramı (30-31.08.)

31. Qubadlı rayonunun işğalı günü (31.08.1993)



Sentyabr

15. BilikGünü (15.09.2004)

18. Milli Musiqi Günü (18.09.1995)

20. Neftçilər Günü (20.09.1994)

21. Beynəlxalq Sülh Günü (21.09.)

23. Gəncə şəhərinin 2505 illiyi (23.09.)

27. Beynəlxalq Turizm Günü (27.09.1970)

Oktyabr

1. Prokurorluq İşçiləri Günü (01.10.1998)

1. Beynəlxalq Ahıllar Günü (01.10.1992)

2. Xocavənd rayonunun işğalı günü (02.10.1992)

5. Müəllim Günü (05.10.1996)

9. Ümumdünya Poçt Günü (09.10.1970) 

18. Dövlət Müstəqilliyi Günü (18.10.1991)

20. Beynəlxalq Kulinariya Günü (20.10.2004)

24. Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)

30. Zəngilan rayonunun işğalı günü (30.10. 1993)



Noyabr

1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsi Günü (01.11.1991)

6. Televiziya və Radio İşçiləri Günü (06.11.)

6. Qurban bayramı (06-07.11.)

6. Azərbaycan radiosunun yaradılmasının (06.11.1926) 85 illiyi

9. Dövlət Bayrağı Günü (09.11.2009) 

12. Konstitusiya Günü (12.11.1995) 

14. Ümumdünya Diabet Günü (14.11.1991) 

17. Milli Dirçəliş Günü (17.11.1988)

21. Ümumdünya Salam Günü (21.11.1973)

22. Ədliyyə İşçilərinin Peşə Bayramı Günü (22.11.1999)

25. Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü (25.11.1999)

30. Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (30.11.1988)

Dekabr

1. QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1996)

3. Beynəlxalq Əlillər Günü (03.12.1992)

6. Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı (06.12.2006) 

12. Uşaqların Beynəlxalq Televiziya və Radio

Verilişləri Günü (12 dekabr) 

16. Sərhəd Qoşunları Günü (16.12.2000) 

16. Azərbaycan Respublikası Pensiya Fondunun (16.12.1991) yaradılması

25. Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edilmişdir (25.12.1991)

26.Xankəndinin işğalı günü (26.12.1991)



31. Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə