“Mədəni-maarif”. 2009.№5 S. 51-55 Luvr Sabir ƏMİrxanov



Yüklə 192,25 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü192,25 Kb.
#65093


“Mədəni-maarif”.-2009.-№5/6.-S.51-55

Luvr

Sabir ƏMİRXANOV,

pedaqoji elmlər namizədi

İlqar HÜSEYNOV

kulturologiya elmləri doktoru

Luvr  adı  ilə  dünyada  məşhur  olan  əzəmətli  və  gözəl  saray  bir  çох  yüzilliklər  dövrünün  fəaliyyətdə

olan  muzey  kompleksidir.  XII  əsrin  axırları,  XIII  əsrin  əvvəllərində  yadelli  basqınlarından  qorunmaq

məqsədilə Site adasının şimal-qərbində bir qala tikilmişdir. XV əsrdə həmin qala öz hərbi funksiyasını itirir

və bunun nəticəsində şəhər ətrafında müdafiə xarakterli qala divarları ucaldılır.

Get-gedə  müvafiq  yenidənqurmalar  nəticəsində  qala  Kral  iqamətgahına  çevrilir.  Orta  əsrlərin  tikinti

nümunəsi olan bu qala, təəssüf ki, bu günə qədər qalmamışdır.

Hələ  XVI  əsrdə  I  Fransiskin  qərarı  ilə  yeni  saray  tikilərkən  qalanın  bir  hissəsi  dağıdılmışdır.  Fransız

İntibahının  xarakterik  abidəsi  olan  bu  qalanın  bütün  mərtəbələri  memarlıq  baxımından  yüksək  ustalıqla  tikilmiş,

gözəl  heykəl  və  barelyeflərlə  bəzədilmişdir.  Bir  çox  heykəltəraşlıq  nümunələri  memar  Pyer  Lesko  ilə  əməkdaşlıq

edən Jan Qujona məxsus olmuşdur. Lesko tərəfindən tikilmiş  Luvr binası ilə birlikdə Lemersye Saatlar Pavilyonu

Parisdə  XVI  -  XVII  əsrlərin  ən  gözəl  ansambllarından  biri  hesab  edilir.  1667-ci  ildə  Klod  Perronun  layihəsi

əsasında sarayın şərq hissəsində klassik ruhda iş görülməyə başlandı. Nəhəng sütunlarla bəzədilən fasad hazırda da

çox  möhtəşəm  görünür.  Binanın  şərq  hissəsindəki  işlər  tamamlandıqdan  sonra  isə  Lesko,  Lemersye  və  Perro

tərəfindən tikilən saray öz dördkünclüyünü itirdi.

XIX  əsrdə  I  Napoleonun  sərəncamı  ilə  şimal  hissədə  iki  binanın  tikintisinə  başlanıldı.  Ansambl  İkinci

imperiyanın dövründə tamamlandı. Viskontinin layihəsi əsasında şimal hissə binaya əlavə olaraq ucaldıldı.  Ona və

cənub  hissəyə  əlavə  olaraq  iki  qalereya  birləşdirildi.  Hazırda  qalereyanın  yan  tərəflərinin  birindən  muzeyə  giriş

vardır.

Luvr  sarayında  Kariatid  salonu  və  Apollon  qalereyası daha  maraqlıdır.  Sarayın  Lesko  hissəsinə  birləşən



Kariatid salonu (XVI əsr) Luvrun ən qədim salonu hesab edilir. Salon öz adını Jan Qujonun dörd Kariatin işindən

götürmüşdür.  Onlara  tamaşa  edən  zaman  antik  nümunələrin  renessans  Fransası üçün  nə  qədər  böyük  əhəmiyyətə

malik  olduğunu  dərk  edirsən.  Bizim  eradan  əvvəl  V  əsrin  sonlarına  aid  yunan  heykəltəraşlığı  nümunələri  olan

dahiyanə qadın fiqurları yüksək sənətkarlığın inkişafından xəbər verir, qadın cazibədarlığı və gözəlliyinin cizgiləri

ustalıqla  tərənnüm  edilir:  mülayim  sifət  görünüşü,  düzgün  bədən  mütənasibliyi  və  digər  cizgilər  bir  daha  bunu

təsdiq edir.

Apollon  qalereyası XVII  əsr  saray  həyatını əks  etdirir.  1661-ci  ildə  baş  vermiş  yanğından  sonra  qalereya

Levo tərəfindən bərpa edilmiş, daxili hissənin qaydaya salınması isə saray rəssamı, dövrünün tanınmış ustası Şarl

Lebren  tərəfindən  həyata  keçirilmişdir.  Muzeyin  tavan  hissəsində  ornamentli  motivlər  arasında  dörd  dekorativ

panno  işlənilmişdir  ki,  bunlar  antik  Günəş  Allahı Apollona  həsr  edilmişdir.  Lebren  üç  tavanın  bəzək  və  naxışını

işləmiş, dördüncü tavan isə XIX əsrin ortalarında Delakrua tərəfindən tamamlanmışdır.

Qalereyanın  mərkəzi  hissəsində  şüşə  vitrinlərdə,  məxmər  döşəkcələrin  üzərində  qiymətli  daş-qaşla

bəzədilmiş taclar, üzüklər, qılınclar və digər əşyalar qoyulmuşdur. Bu hissə kralın məşhur və qiymətli kolleksiyaları

hesab edilir. Buraya Hindistandan gətirilmiş 137 karatlıq "regent"-almaz da daxildir. Apollon qalereyasında tətbiqi

incəsənət  nümunələri  zövq  oxşayır,  həmçinin  antik  heykəltəraşlıq  nümunələri  nümayiş  etdirilən  Kariatid  zalı  da

yüksək sənətkarlıqla tərtib edilmişdir.

Bədii  muzeyin  yaradılması  və  onun  geniş  xalq  kütlələrinin  üzünə  açılması  fikri  Fransada  XVIII  əsrdə

yaranmışdır.  Bu  ideyanın  reallığa  çevrilməsində  inqilabın  böyük  köməyi  oldu.  1791  -  ci  il  iyul  ayının  26-da

çağırılmış  fövqəladə  yığıncaq,  elm  və  incəsənət  abidələrinin  Luvrda  cəmləşdirilməsi  haqqında  və  1792-ci  il

sentyabr  ayının  27-də  Konvent  əvvəlki  kral  iqamətgahında  muzey  yaradılması  haqqında  qərarlar  qəbul  etdi.

Nəhayət,  1793-cü  il  noyabr  ayının  18-də  muzey  fəaliyyətə  başlamışdır.  Yeni  yaradılan  muzey  müasir  Luvr

səviyyəsində  olmasa  da,  getdikcə  zənginləşən  kolleksiyalar  ayrı-ayrı  salonlarda  yerləşdirilməyə  başlanıldı  və

hazırda bu, dünyanın məşhur muzeylərindən birinə çevrilmişdir.

Eksponatların  əsasını  əvvəlki  kral  toplantıları  və  tanınmış  ailələrə  mənsub  kolleksiyalar,  kilsələrdən

gətirilmiş müxtəlif nümunələr təşkil edir.

Taxt-tac sahiblərinin toplantılarından danışarkən ilk növbədə I Fransiskanın adı qeyd edilməlidir. Rəfaelin

dörd işi, Leonardo da Vinçinin üç (o cümlədən "Cokonda") məşhur əsəri və hazırda Luvru bəzəyən digər şedevrlər

onun  vasitəsilə  əldə  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  XIV  Lüdovikin  dövründə  kolleksiyaçılıq  çox  intensiv

şəkildə  inkişaf  etmişdir  (kardinal  Mazarininin,  bankir  Yabaxın  və  İtaliyanın  bir  sıra  digər  tacirlərinin  dəyərli

kolleksiyaları).  XVIII əsrin  əvvəllərində  "Kral  kabineti"ndə  200  əsər  olduğu halda,  tez  bir  zamanda  bunların sayı

2500-ə çatdırıldı.

Napoleon yürüşləri  zamanı Luvr  toplantılarının  sayı sürətlə  artırdı.  Artıq 1798-ci  ildə  Luvra  gənc  general

tərəfindən əldə edilmiş antik və İntibah dövrləri abidələri daxil olmağa başladı. Doğrudur, bu gedişat uzun sürmədi,



imperiya ləğv edildikdən sonra 1815-ci ildə kolleksiya nümunələri geri qaytarılmışdır.

Hazırda Luvr kolleksiyalarının sayı 250 mindən artıqdır. Cəsarətlə qeyd etmək olar ki, dünyanın ən məşhur

muzeyləri  arasında  ancaq  Luvr,  Qərbi  Avropa  və  Şərq  incəsənətinin  inkişafı  haqqında  tam,  dolğun,  məlumatla

zəngin, yeganə muzeydir.

Luvrda əsasən altı şöbə fəaliyyət göstərir:

1. Rəngkarlıq;

2. Qədim Misir;

3. Qədim Şərq;

4. Yunanıstan və Roma;

5. Heykəltəraşlıq (orta əsrlərdən XIX əsrə qədər);

6. Tətbiqi incəsənət.

Bundan  başqa  muzeydə  xususi  rəsm  kabineti  fəaliyyət  göstərir.  Kolleksiyalar  birinci,  ikinci  və  üçüncü

mərtəbələrdə,  heykəltəraşlıq  əsərləri  isə  bi rinci,  rəngkarlıq  və  tətbiqi  incəsənət  nümunələri  ikinci  və  üçüncü

mərtəbələrdə yerləşir.

Bir çox dünya muzeylərində olduğu kimi, Luvr ekspozisiyalarında da xronoloji prinsip və milli sənətkarlıq

məktəbləri nümunələri nəzərə alınmışdır.  Qeyd olunmalıdır  ki, bu qaydaya hər yerdə riayət olunmamışdır.  Demək

olar ki, bərabər ölçülü və eyni dövrü əhatə edən Enqr portretlərini müxtəlif zallarda ikinci və üçüncü mərtəbələrdə

görmək  olar.  Eləcə  də  Delakruanın  əsərləri  müxtəlif  mərtəbələr-də  və  zallarda  qoyulmuşdur.  İş  burasındadır  ki,

ayrı-ayrı adamlar tərəfindən muzeyə hədiyyə verilmiş şəxsi kolleksiyalar Luvrda pərakəndə şəkildə yox, tam halda

yerləşdirilmişdir,  əsərlər  ayn-ayrılıqda  müxtəlif  salonlara  verilməmişdir.  Baysteqyu,  Tom-Teri,  Moro-Nelaton,

Sosar və XIX əsrə aid digər şəxslərin kolleksiyaları da bu qayda ilə yerləşdirilmişdir. Əlbəttə, burada mühüm cəhət

odur ki, kolleksiyalara toxunmamaq şərtilə muzey onu toplayan şəxslərin böyük hörmətini saxlayır.

Luvr  muzeyində  bəzi  şöbələr  hətta  axşamlar  da  açıq  olur.  Tətbiqi  incəsənət  əsərləri  elektrik  işığında  öz

təsirliliyini  daha  da  artırır.  Buradakı heykəllər  bütünlüklə  işıqlandırıldığına  görə  hər  bir  cizgi  tamaşaçıda  böyük

maraq  doğurur  və  heykəl  ilə  hərtərəfli  tanış  olmaq  məcburiyyəti  yaranır.  Beləliklə,  müasir  texniki  avadanlığın

köməyi, tətbiqi sayəsində tamaşaçı ilə əsər arasında geniş əlaqə yaranır ki, bu da əsər haqqında hərtərəfli təəssüratın

 əldə olunmasına xidmət edir.

"Antik  incəsənət"  şöbəsi  əvvəllər  "Antik  mu zey"  adlandırılmış  və  1800-cü  ildə  açılmışdır.  Hazırda  bu

şöbədə  24  mindən  artıq  əsər  nümayiş  etdirilir.  Kolleksiyalar  birinci  mərtəbənin  salonlarında  yerləşdirilmişdir.

Ekspozisiya  xronoloji  ardıcıllıq  əsasındadır.  Salonlar  muzeydəki  əsərlərin  düzülüşünə  görə  adlandırılmışdır.

(Fidiya, Poliklet,  Praksitel  salonları və  s.).  Digərləri  isə  Roma  imperatorlarının şərəfinə  adlandırılmaqla, müxtəlif

tarixi dövrlər  haqqında  təsəvvür  yaradır  (Avqusta,  Septimiya,  Severa  zalları və  s.).  Üçüncüləri  - Luvrun  tarixi  ilə

əlaqələndirirlər  (Kariatid,  Sfınk  və  s.  zalları).  Dördüncülərin  adları  orada  nümayiş  etdirilən  şedevrlərə  görə

qoyulmuşdur (Parfenon salonu, Venera salonu və s.). Əgər manejə daxil olmamışdan girişdən sola tərəf çevrilsək,

uzun  qalereyanın  dərinliyini  görürük,  başlanğıcda  isə  b.e.əvvəl  III  -  II  əsrlərə  aid  Nika  Samofrakiyskayanın

mərmərdən  hazırlanmış  heykəli  ilə  rastlaşırıq.  Heykəltəraşlıq  nümunəsinə  yaxınlaşarkən  qətiyyən  tələsmək  lazım

deyil, sagdan və soldan diqqəti ayırmamaq şərtilə heykələ fikir vermək lazımdır. Axşamlar isə bu heykəl çox güclü

işıq seli ilə hər tərəfdən işıqlandırılır. Əsər çox güclü təsir bağışlayır. İlk baxışdan adama elə gəlir ki, Nika gələcəyə

böyük inamı olan bir insanın gözəl simvolu kimi verilmişdir. Bu, ondan irəli gəlir ki, eksponat üçün muzeydə çox

münasib  yer  seçilmiş, onun  cazibədarlığını daha  da  artıran  şərait  yaradılmışdır.  Qanadlı Nika  elə  bil  ki,  gəminin

buran  hissəsinə  yenicə  enmişdir  və  hər  zaman  uçmağa  hazırdır.  Heykəl  çox  böyük  sənətkarlıqla  hazırlanmışdır.

Nika heykəlinin çoxsaylı hissələri 1863-cü ildə fransız arxeoloqları tərəfindən Samofrakiya adasından tapılmışdır.

Bu  qalıqları çox  ehtiyatla  toplamışlar,  lakin  baş  hissəsi  və  əllərin  tapılması bu  günə  qədər  mümkün  olmamışdır.

Lakin heykəl o qədər əzəmətli verilmişdir ki, bir anlığa baş hissəsi və qollarının olmamasını belə unudursan.

Nika Samofrakiyskaya-Luvr antik əsərlərinin ən nadir kolleksiyalarından biridir. Bu heykəl bir daha sübut

edir ki, qədim yunan ustalan insanın təsvirində ən yüksək zirvə fəth etmişlər. B.e.əvvəl V əsr yunan mədəniyyətinin

çiçəklənməsi  dövrü  olmuşdur.  Yunan-fars  müharibələrinin  qalibiyyətlə  başa  çatmasından  sonra  Afinada  ticarət,

sənaye, elm və incəsənətin sürətlə yüksəlişi başlandı.  Bu cür yüksəliş  özünü incəsənətdə də göstərməyə bilməzdi.

İnsan fəaliyyətinin müxtəlifliyi, bədii münasibliyi və dinamikası yunan heykəltəraşları tərəfindən çox yüksək zövqlə

tərənnüm edilmişdir.

Qədim Yunanıstanda ən məşhur əsərlərdən sayılan, Olimpiada yerləşən Zevsin məbədi öz dövrünə görə çox

möhtəşəm  olmuşdur.  Hazırda  bu  məbəd  tamamilə  dağılmış,  onun  heykəltəraşlıq  nümunələrinin  bir  hissəsi  şəhər

muzeyində  saxlanılır.  Məbədin  iki  hissəsinin  nümunəsi  Luvrda  saxlanılır.  Bunlar-Krit  öküzü  ilə  ölüm-dirim

savaşında olan Heraklın təsviri, digəri isə Afina allahlarıdır.

Luvrda  saxlanılan b.e.  əvvəl  II əsrə  aid  Afrodita  Milosskaya  heykəli  də  çox  nadir  sənət  nümunəsi  sayılır.

Doğrudur,  məhəbbət  ilahəsinin  qolları  olmasa  da,  bu  çatışmazlıq  nəzərə  çarpmır  və  zədələnmələr  də  diqqətdən

kənar qalır. Çox yaraşıqlı, incə boğaz üzərindəki baş yüngülcə əyilmişdir, çiyinlərdən biri bir az yuxarı, o birisi isə

bir  az  aşağıdır.  Zərif  bədən  dərisinin  yumşaqlığı və  incəliyi  nəzərə  çarpacaq  dərəcədə  qabarıq verilmişdir.  Bütün

bunlarla yanaşı, incə lirizmlə zinətləndirilən çox cazibədar,  gözəl  qadın obrazından  gözünü  çəkə  bilmirsən,  əhsən

belə sənətkarlığa-deyirsən.




Məhəbbət ilahəsinin yanından keçərkən tamaşaçı yenidən b.e.əvvəl IV əsrə "düşür". Bu dövrdə Yunanıstan,

Makedoniya çarları tərəfindən istila edilmişdir.  Makedoniyalı İsgəndərin sevimli rəssamı Lisipp əsərlərinin Roma

təkrar nüsxələri bizi yeni dövrə-ellinizmə (b.e. əvvəl 111-1 əsrlər) aparır ki, muzeydə bu dövrə aid birinci dərəcəli

əsərlər saxlanılır.

Luvrda  qorunan  Roma  ekspozisiyası hissəsi  çox  maraqlıdır.  Burada  portretlər,  heykəltəraşlıq  nümunələri,

Romadakı  müxtəlif  dövrlərə  aid  bina  bəzəkləri  və  s.  aiddir.  İmperiya  dövrünün  əsərlərindən  natiq-Oktavianın,

Oktavian Avqustun heykəlləri, Avqustun arvadı-Liviyanın portreti və s. nümunələr b.e.əvvəl 11-1 əsrlərə aiddir.

Luvrda  etrusk  incəsənətinin  çox  nadir  nümunələri  saxlanılır.  Bu  nümunələr  arasında  etrusk  incəsənətinin

çiçəklənməsi dövrünə təsadüf edən b.e.əvvəl  VI əsrdə san gildən hazırlanmış monumental qəbirüstü abidə diqqəti

cəlb  edir.  Yataqda  balınca  dirsəklənmiş  şəkildə  kişi  və  qadın  uzanmışdır.  Qadın  çox  inamlı  şəkildə  kişiyə

söykənmişdir, kişi isə sol əlilə balın ca dirsəklənərək söykənmiş, sağ əlini isə qadının boynundan çiyninə salmışdır.

Görünür ki, bu adamlar həyatda biri-birinə çox yaxın olmuş ər və arvaddır. Fiqurların həyatiliyi sənətkar tərəfindən

tünd-qırmızı, ağ və qara rənglər vasitəsilə canlandırılmışdır.

Heykəltəraşlıqdan  fərqli  olaraq,  antik  dünya  rəngkarlığı  qeyri-qənaətbəxş  şəkildə  bizə  gəlib  çatmışdır.

Luvrda bir neçə birinci dərəcəli rəngkarlıq ustalarının əsərləri nümayiş etdirilir. "Feniks" salonunda bizim eranın V

əsrinə  aid  mozaika  vardır  ki,  burada  Feniksın  əfsanəvi  quşlarının  ölümü  və  dirilmə  təsvirləri  verilmişdir.  Quşlar

yaşıl-qəhvəyi dağlar üzərində, gül-çiçəklə əhatə olunmuş gözəl mənzərədə verilmişdir. Luvrda həm də bizim eranın

I - IV əsrlərinə aid Fayum portretləri də saxlanılır ki, bunlar ağac lövhələr üzərində həkk olunmuş və bu günə qədər

çox yaxşı qorunmuşdur.

Qiymətli  daş-qaşlar  salonunda  gümüş  və  qızıl  məmulatlar,  sikkələr  nümayiş  etdirilir.  Bunlar,  Bos-koreal

(Pompey yaxınlığı) adlandırılmış, 1895-ci ildə tapılıb muzeyə verilmişdir.

Kampana  qalereyasında  müxtəlif  gül  qablan:  vazlar,  kiçik  heykəllər  saxlanılır.  Belə  qabların  üzərindəki

yazılar  o  dövrün  həyatı haqqında  məlumat  verməklə  yanaşı qədim  rəngkarlığın  inkişafı barədə  də  geniş  təsəvvür

yaradır.


Luvr gil kolleksiyalarının qəhrəmanı qadındır. Bu, yunan ilahəsi Demetranın baş (6,5 sm.) hissəsidir.

Onun  başı  yaylığa  bükülmüş  halda,  üzü,  gözləri  və  burnu  görünür.  Gözləri  doluxsunmuş  vəziyyətdədir,

kədərli olmasına baxmayaraq, onun gözəlliyi aydın sezilir. Demetra, yeraltı çarlıq allahı tərəfindən oğurlanmış qızı

üçün göz yaşı tökür. Qeyd etmək lazımdır ki, bu cür heykəllərin yaradılması Yunanıstanda b.e.əvvəl IV əsrdə daha

geniş şəkil almışdır. Bunun mərkəzi Tanaqra olmuşdur.

Qədim  Şərq  İncəsənəti.  Luvrun  Şərq  incəsənətinə  məxsus  kolleksiyaları,  dünyada  ən  zəngin  və  böyük

şöhrətə  malik  olmuşdur.  XIX  əsrin  ortalarından  etibarən  çoxsaylı  incəsənət  abidələri  muzeyə  daxil  olmağa

başlamışdır ki, bu abidələr qədim Xorsabad, Mesopotamiya, Yaxın Asiya və Şimali Afrikanın bir sıra rayonlarından

gətirilmişdir. Buna görə də "Misir muzeyi" (1847) tərkibində xüsusi bölmənin yaradılması məsələsi ortaya çıxdı və

1881-ci ildə "Şərq bölməsi" yaradıldı.  Elə bu şöbədə maraq yaradan Luvra gətirilmiş  Hind, Çin, Yapon incəsənəti

kolleksiyaları aid edilmişdi. "Şərq bölməsi"ndə İran incəsənəti nümunələri  də  geniş  şəkildə  nümayiş  etdirilir.  Suz

şəhəri abidələrinin nümunələri burada saxlanılır. 1884-cü ildə fransız arxeoloqları bu rayonda qazıntılar aparmış və

bu  iş  XX  əsrdə  də  davam  etdirilmişdir.  Suz  şəhəri  b.e.əvvəl  539-330  -  cu  illərdə  böyük  Əhəmənilər  dövlətinin

paytaxtı olmuşdur.  Bu  şəhərdə  möhtəşəm memarlıq  ansamblları tikilmiş  və  bu  komplekslər  zəngin  heykəltəraşlıq

nümunələri,  müxtəlif  bəzəklərlə  tərtib  edilmişdir.  Luvr  kolleksiyaları  qədim  fars  sarayları  haqqında  tamaşaçıda

müəyyən qədər təsəvvür yaradır.  Beləliklə, zallardan birinin mərkəzində 6 metr hündürlüyü olan mərmər sütunlar

qoyulmuşdur. Lakin hündürlüyü 20 metrə çatan sütunlar daha valehedicidir. Belə sütunlar 36 ədəddir və təntənəli

mərasimlər salonunda qoyulmuşdur.

"Ölümsüzlər"  fraqmenti  (b.e.  əvvəl  VIII  əsrə  aid)  və  digər  abidə  nümunələri  müxtəlif  dövrlərdəki  İran

incəsənəti haqqında müəyyən təsəvvür yaradır.

Suriya və Livan zallarında saxsı, xırda suvenir və bürünc silahların tarixi b.e. əvvəl Vlll-VII əsrlərə təsadüf

edir.  XIX  əsrin  40-cı illərində  arxeoloqlar  tərəfindən  aşkar  edilmiş  Nineviya,  Xorsabad  və  Nimrud  saraylarının

qalıqları, bir sıra digər əsərlər maraq doğurur.



Qədim  Misir  İncəsənəti.  Fransada  qədim  Misir  incəsənətinə  maraq  XIX  əsrin  əvvəllərində  yaranmağa

başlamışdır. İncəsənət abidələrinin sürətli şəkildə artımı, artıq 1826-cı ildə müstəqil Misir muzeyinin yaranması ilə

nəticələndi.  Burada  saxlanılan  eksponatlar  içərisində  1850-ci  ildə  fransız  arxeoloqu  Mariett  tərəfindən  tapılmış

kiçik ölçülü oturmuş yazar heykəli, b.e. əvvəlki dövrə aid ağacdan düzəldilmiş  qız heykəli, Yeni çarlıq dövrünə aid

(b.e. əvvəl XVI-XII əsrlər) 30 sm. ölçülü ağac qaşıq, Liviya şahzadəsi Karomamın heykəli (b.e. əvvəl 860-cı il) və

bir sıra digər abidə nümunələri böyük maraq doğurur.



XII-XIX əsrlər Qərbi Avropa heykəltəraşlığı. Luvrun heykəltəraşlıq şöbəsi yalnız 1893-cü ildən müstəqil

şöbə kimi fəaliyyətə başlamış, ilk kolleksi yalar isə XIX yüzilliyin əvvəllərindən toplanılmağa  başlamışdır.  Xarici

sənətkarlıq  məktəblərindən  bu rada  İtalyan  kolleksiyaları  fərqlənir.  Heykəltəraşlıq  rəngkarlıqdan  ayrı  şəkildə

nümayiş  etdirildiyindən hər hansı bir dövr haqqında hərtərəfli təsəvvürün əldə edilməsində çətinlik yaransa da, bu

metod özünü doğrultmuşdur. Heykəltəraşlıq nümunələri qalereyanm birinci mərtəbəsində yerləşdirilmişdir.

Qeyd  etmək lazımdır  ki,  orta  əsrlərin  istər  Misir,  istərsə  də  yunan  bədii  sənət  plastikası o  qədər  də  güclü

təsir qüvvəsinə malik deyildir. Maraqlı cəhət burasıdır ki, fransız orta əsr sənətkarlığının valehedici nümunələri ilə



Parisdə  Sent-Şapeldə,  Sen-Jermen  de  Preda  və  yaxud  Notrdamda  tanış  olmaq  olur  ki,  burada  heykəltəraşlıq

memarlıq və rəngkarlıqla birgə vəhdət təşkil edərək güclü təsir yaradır.

Renessans  dövrünə  aid  Luvrda  zəngin,  eyni  zamanda  müxtəlif  dövrləri  əhatə  edən  kolleksiyalar-büstlər,

qəbirüstü abidələr və heykəllər saxlanılır.

Mişel  Kolumbun  (1430/31  -  1512)  Luvrda  saxlanılan  "Müqəddəs  Georginin  əjdaha  ilə  döyüşü",  XVI  əsr

heykəltəraşları  Pyer  Bontan  (1507-1550),  Lije-Rişe  (1500-1567),  Jan  Nujon  (1510  -  1566/68),  Jerman  Pilonun

(1535-1590)  əsərləri  də  yüksək  tamaşaçı şöhrəti  qazanmışdır.  Mikelancelo,  Pyer  Pyuje  (1620-1694),  Jan  Antuan

Qudon (1741-1828) və digər ustaların bir sıra şedevrləri bu qəbildən olan sənətkarlıq nümunələridir.

"Tətbiqi  incəsənət"  şöbəsi  1893-cü  ildə  yaranmışdır.  Burada  qiymətli  ləvazimatlar-gümüş,  bürünc,  fil

sümüyü,  ağac,  şüşədən  və  s.  müxtəlif  dövrlərdə  hazırlanmış  qiymətli  əşyalar  saxlanılır.  Dyuran,  Kampana,

Kamondo, Viskonti və digər şəxslərin kolleksiyaları da şöbə eksponatlarının zənginləşməsinə kömək etmişdir.

"Qərbi Avropa rəngkarlığı" şöbəsi də dünya şöhrətli sənətkarların nadir sənət inciləri ilə zəngindir.

Burada italyan, ispan, flamand, holland, fransız rəngkarlığı da yüksək şəkildə nümayiş etdirilir. Qeyd etmək

lazımdır ki, bu nümunələr içərisində fransız incəsənəti ekspozisiyası böyük bir dövrü-XVI-XIX əsrləri əhatə edir.

Muzeydə  XIII-XVIII  əsrlər  italyan  rəngkarlığı  öz  zənginliyinə  görə  fransız  rəngkarlığından  sonra  birinci

yeri  tutur.  Milliyyətcə  italyan  olan  Kardinal  Mazarini,  ingilis  kralı  I  Karldan  bir  sıra  İtaliya  sənətkarlarının

əsərlərini  əldə  etmişdir.  Sonralar  bu  əsərlər  XIV  Lüdovik  tərəfindən  alınmışdır  ki,  bunlar  89  ədəd  Roma  və

Florentin, 102 ədəd Venesiya və 178 ədəd isə lombardlıların bədii sənətkarlıq əsərlərindən ibarətdir.

XIV-XVI əsrlər İtaliya rəngkarları Paolo Uçello, Andrea Mantenye, Antonello da Messina, Covanni Bellini,

Sandro Botticelli, Leonardo da Vinçi, Rafael, Tisian, Mikelancelo, Corcone, Veroneze, Tinto retto, Korrecco kimi

məşhur sənətkarların şedevrləri şöbədə saxlanılır.

XVII-XVIII  əsrlərin  tanınmış  incəsənət  ustaları-Karavacco,  Covanni  Battisto  Tepolo,  Lonqi,  Kanaletto,

Qvardi əsərlərinin nümunələri geniş tamaşaçı şöhrəti qazanmışdır.

XV-XVII  əsrlər  ispan  rəngkarlığı  italyan  sənətkarlıq  məktəbinə  nisbətən  Fransada  az  məşhurdur.  İspan

ustaları El Qreko, Velaskes, Surbaran, Murilo, Qoya sənətkarlığı burada qorunur, nümayiş etdirilir.

XVII əsr Flamand və Holland incəsənəti ustaları Yan Van Eyk, Roqir Van der Veyden, Kventin Masseys,

Piter  Paul  Rubens,  Van  Deyk,  Yakob  İordans, Frans  Sneyders,  Yakob  Reysdal,  Yan  Sten,  Qabriel  Metsyu,  Frans

Xals, Vermeyer Delftskiy və digər sənətkarların əsərləri muzeyin bədii dəyərlərini qat-qat artırır.

XIV-XIX əsrlər Fransa incəsənəti nümayəndələri Jan Fuke (1420-1480), Jorj de Latur (1593-1652), Nikola

Pussen  (1594-1665),  Fransua  Buşe  (1703-1770),  Jan-Simeon  Şarden  (1699-1779),  Jak-Lui  David  (1748-1825),

Teodor  Jeriko  (1791-1824),  Ejen  Delakrua  (1798-1863),  Kamill  Кого  (1796-1875),  Teodor  Russo  (1812-1867),

Jyül Dyupre (1811-1889) kimi sənətkarların əsərləri də rəğbət qazanmışdır.



Yüklə 192,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə