«Mədəni Maarif». 2011.№11. S. 11-13. İnformatika elmi və onun informasiya cəmiyyətindəki rolu



Yüklə 130,45 Kb.
Pdf görüntüsü
tarix26.09.2018
ölçüsü130,45 Kb.
#70457


«Mədəni Maarif».-2011.-№11.-S.11-13.

İnformatika elmi və onun informasiya cəmiyyətindəki rolu.

Şahin KƏRİMLİ, ADMİU-nun informatika müəllimi

İnformasiya-kommunikasiya  texnologiyaları  (İKT)  cəmiyyətə  və  iqtisadiyyata  ciddi  təsir

göstərdiyindən sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur.

Hazırda  İKT-nin  əhatə  dairəsi  hökumət  təşkilatlarını,  qeyri-hökumət  və  özəl  qurumlan,  iqtisadi,  sosial,

elm-mədəniyyət, ictimai-siyasi, təhsil və digər sahələri əhatə edir. Bu baxımdan, cəmiyyətin lazımi informasiyalarla

təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur.

Məlumat  üçün  bildirək  ki,  informatika-informasiya  proseslərinin  kompüter  texnikası  vasitəsilə

avtomatlaşdırılması haqqında elmdir.

Hesablama  texnikası  vasitəsilə  informasiyanın  qəbulunu,  saxlanmasını,  ötürülməsini,  avtomatlaşdırılmış

məntiqi emalını öyrənir və bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olur. ABŞ, Kanada və

əksər ingilisdilli ölkələrdə bu elm Kompüter Science (hesablama texnikası haqqında elm) kimi də adlanır.

Bu  elmin  nəzəri  əsasını  informasiya,  alqoritm,  ehtimal  nəzəriyyəsi,  riyazi  statistika,  riyazi  məntiq,

kombinator  analiz,  formal  qrammatika  və  s.  özünün  məxsusi  bölmələrini  isə  əməliyyatlar  sistemi,  EHM

arxitekturası,  nəzəri  proqramlaşdırma,  verilənlər  bazası  nəzəriyyəsi  və  digərləri  təşkil  edir  (3).  İnformatikanın

əsasını təşkil  edən  bu  elm  sahələrini  çox  vaxt  hadjare  (aparat),  softjare  (proqram),  brainjare  (beyin)  təminatları

şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri:



İndi  heç  kəsə  sirr  deyil  ki,  müasir  şəraitdə  cəmiyyətin  ən  əsas  inkişaf  istiqamətlərindən  biri

həyatımızın bütün sahələrinin kompüterləş dirilməsi və informasiyalaş dırılmasıdır.

-

İnformasiya nəzəriyyəsi;



-

Yeni aparat vasitələrinin (hardjare) işlənməsi;

-

Proqram təminatının (softjare) işlənməsi;



-

Proqramlaşdırma dilləri;

-

Kompüter şəbəkələri;



-

Süni intellekt sistemləri və s.

Mövzu  ilə  bağlı  məlumatımızı  daha  da  zənginləşdirmək  üçün  informatikanın  inkişaf  tarixinə  qısa  nəzər

salmağa  zərurət  yaranır.  Xüsusi  vurğulamalıyıq  ki,  bəşər  sivilizasiyası  tarixində  informasiya  emalı  sahəsindəki

köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur.

Birinci  inqilab  yazının,  ikinci-kitab  çapının,  üçüncü-elektrikin,  teleqrafın,  telefonun,  radio-televiziyanın,

dördüncü-mikroprosessorların,  fərdi  kompüterlərin,  internetin  meydana  gəlməsi  ilə  əlaqədardır.  Bunları

ümumiləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək

informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı

ilə  başlayır.  İnformatikanın  tarixi  özünün  tərkib  hissəsi  olan  kompüterlərin  yaranması  və  inkişaf  mərhələlərini,

təsnifatını  və  arxitekturasını,  aparat  və  proqram  vasitələrini  əhatə  etdiyinə  görə  inkişaf  tarixi  və  kompüter

texnikasının inkişaf tarixinə uyğun- dur. Həmin tarixə qısaca nəzər salaq.

İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır.

1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır.

1830-cu  ildə  Çariz  Bebis  (İngiltərə)  proqramla  işləyən  hesablama  maşını  (analitik  maşın)  yaratmağa  cəhd

göstərmişdir. Bebisin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur.

1930-cu ildə A.Turinq (İngiltərə) və E.Rost (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri

əsasları inkişaf etdirilmişdir.

XX  əsrin  40-cı  illərində  Amerika  alimləri  Con  Fon  Neyman,  Q.Qoldsteyn  və  A.Beris  tərəfindən  müasir

kompüterlərin  əsas  iş  prinsipləri  verilmişdir.  Həmin  prinsiplər  1946-cı  ildə  ABŞ-da  ENİAK  adlı  universal

kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi

hesab  olunur.  Elə  həmin  vaxtdan  başlayaraq  kompüter  texnikası  və  texnologiyası  yüksək  sürətlə  inkişaf  etməyə

başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:

I nəsil  (1946-1958)-  elektron  lampalı  hesablama  maşınlan.  Onlardan  əsasən  riyazi  məsələlərin  həlli  üçün

istifadə olunurdu. Məs: MESM, BESM, Strella, M-3, Minsk-1, M-20 və s .

II nəsil  (1958-1964-cü  illər)-element  bazası  əsasən  yarımkeçiricilərdən  ibarət  olan  hesablama  maşın-ları.

Onların funksional imkanları xeyli artıq idi. Məs: VESM-4, Minsk-22, Ural-14 və s.

III nəsil (1964-1972-ci illər)-element bazası mikroelektronika və  inteqral  sxemlərdən  ibarət  olan  hesablama

maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu

nəsil  hesablama  maşınlarının  bir  nümayəndəsi  də  kiçik  (mini)  maşınlar  sinfinə  daxil  olan  ABŞ-ın  RDR,  VAX

kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/420 və s. maşınları idi.

IV nəsil  (1972-ci  ildən  sonrakı  dövr)  böyük  və  çox  böyük  inteqral  sxem  (BİC,  SBİS)  texnologiyası  ilə

yaradılan  mikro  və  mini  kompüterlər  .  Bu  nəsil  ayrıca  sinfi  fərdi  kompüterlərdir  (FK-PC).  Onların  yaradılması



prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və

vasitələri haqqında olan texniki bir fəndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya

və  informasiya  prosesləri  haqqında  olan  fundamental  elmə  çevirdi.  İnformatika  həmçinin  elmlər  sistemində

birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur.

İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox

informasiyaların  emalına  xüsusi  ehtiyac  yarandığından  informatika  ilə  iqtisadiyyatın  çox  cəhətli  əlaqələrinin

öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır.

Ona görə də burada iqtisadiyyat elminin  nümunəsində  informatikanın tətbiqi  məsələlərinin  təhlilinə  baxdır.

Riyaziyyatın  iqtisadiyyata  tətbiqi  ilə  bağlı  iqtisadi  riyaziyyatın,  iqtisadi-riyazi  üsul  və  modellərin  inkişafı  da

informatikanın iqtisadiyyatda  tətbiqinə  geniş  yol  açdı və  informatikanın  xüsusi  bölməsi  kimi  iqtisadi  informatika

formalaşdı. İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır.

Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi informatika yaranır.

Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq

iqtisadiyyat özü də bir elm kimi dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir.

Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin

yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq

bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır.

Bunlarla  yanaşı  iqtisadiyyat  özü  informatikaya  təsir  edir,  onu  öyrənir,  ona  iqtisadi  obyekt  kimi  baxır.

Bununla  bağlı  yaranan  problemlərin  öyrənilməsi  isə  informatikanın  iqtisadiyyatı  bölməsinin  üzərinə  düşür.  Son

illərdə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi

şəkildə  tətbiq  olunmağa  başlandığından  onun  sahələr  üzrə  tətbiqi  informatika  bölmələrini  formalaşdırmağa

başlamışdır.

Nəticədə  riyazi  informatika,  nəzəri  informatika,  texniki  informatika,  geoinformatika,  tibbi  informatika,

kimyəvi  informatika,  bioinformatika,  aqrar  informatika,  tarixi  informatika,  hüquqi  informatika  və  s.  kimi  sahələr

əmələ gəlmiş və inkişaf etmişdir. Bununla yanaşı əks proses də baş verməkdədir.

Yəni,  informatika  müxtəlif  sahələrə  tətbiq  olunaraq  həmin  sahənin  yeni  inkişaf  xüsusiyyətlərini,

problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni

problemləri yaradır.

Misal  üçün  informatikanın  cəmiyyətin  bir  çox  sahələrində,  o  cümlədən  hüquq-mühafizə  orqanlarında,

hüquqşünaslıqda,  hüquqi  proseslərdə  geniş  tətbiqi  informasiya  texnologiyalarının  özünün  hüquqi  problemlərini

yaratmışdır.

Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompüterlər çox yüksək məhsuldarlığa

və etibarlılığa  malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni

intellekt  sistemlərinin  təşkilinə,  istifadəçi  ilə  nitq  və  görmə  vasitəsi  ilə  ünsiyyəti  təmin  etməyə,  ən  yeni  proqram

vasitələrinin  yaradılması prosesini  sadələşdirməyə  və  s.  imkan  verirlər.  Yeni  arxitektura  və  texnologiyaya  malik

neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar.

İntellektual  imkanları  xeyli  üstün  olan  bioloji  və  optik  texnologiyaları  əsasında  bio  və  optik

neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Qeyd edək ki, adi kompüterlərin məhsuldarlığı bəzi

hallarda və sahələrdə tətbiq üçün kifayət etmədiyin-dən bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha

başa  gəldiyindən,  dünya  üzrə  sayları  da  çox  azdır  və  son  zamanlar  virtual  super  kompüterlərin  yaradılması

istiqamətində işlər də aparılır.

Qeyd  etdiyimiz  kimi  informatikanın  inkişaf  tarixi  də,  bir  elm  sahəsi  kimi  formalaşması  mərhələləri  də

yuxanda  təhlil  etdiyimiz  kompüter  texnikasının  inkişaf  tempinə  uyğundur.  Ona  görə  də  1960-cı  ildən  sonrakı

dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına

səbəb  olmuşdur.  Bundan  başqa  bir  çox  ölkələrin  ali  məktəblərində  informatikaya  aid  olan  çoxlu  sayda  yeni

ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.

Azərbaycanda  da  informatika  elmi  1960-cı ildən  inkişaf  etməyə  başlamışdır.  Məhz  həmin  illərdə  ilk  dəfə

Respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci ildən

başlayaraq  keçmiş  SSRİ  məkanında  olduğu  kimi  respublikada  bütün  nazirliklərin,  iri  müəssisələrin  hesablama

mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.  1980-ci illərdən başlayaraq isə

Respublika  üzrə  "RAİS-Azərbaycan"-ın  yaradılması  AEA-nın  AİS  şöbəsinə  həvalə  olunmuşdur.  Eyni  zamanda

bütün  nazirliklər  də  sahə  AİS-i  yaratmağa  başlamışdır.  Ölkənin  bir  çox  ali  məktəblərində  BDU-da,  ADİU-da,

ADNA-da,  ATU-da  informatika  profilli  kadrlar  hazırlanmağa  başlanılmışdır.  Sonrakı  illərdə  kompüter  texnikası

sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda

davam etdirilmişdir.

Nazirlər  Kabinetinin  qərarı  ilə  AMEA-nın  İnformasiya  Texnologiyaları  İnstitutunun  yaradılması

respublikada  informasiya  texnologiyalarının  tətbiqi  ilə  bağlı  problemlərə,  bu  istiqamətdə  tədqiqatlara,  yük-sək

ixtisaslı  kadrlara  olan  böyük  tələbatdan  irəli  gəlmişdir.  İnstitutda  informasiya  texnologiyalarının  ən  aktual

problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı




həyata keçirilir.

Hazırda  respublikada  internet  mühitində  virtual  iş,  təhsil,  elektron-kommersiya,  elektron  biznes  və  s.  kimi

şəbəkə  texnologiyalarının  müasir  imkanları  daim  araşdırdır.  Respublikada  İKT  bazarının  inkişaf  perspektivləri,

İC-in  və  biliklər  iqtisadiyyatının  formalaşması  məsələləri  təhlil  edilir,  müəyyənləşdirilir,  mətnlərin

avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür.

İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və

səmərəliliyinin  artırılması,  Veb  texnologiyası  əsasında  müxtəlif  təyinatlı  informasiya  resurslarının  yaradılması,

həmçinin  informasiya  təhlükəsizliyinin  təmin  olunması  problemlərinin  həlli  istiqamətində  məqsədyönlü  işlər

aparılır.

Ədəbiyyat

1. S. Kərimov, S. Həbibullayev, T. İbrahimzadə. İnformatika. Bakı - 2009.

2. R. Şıxəliyev.  Kompüter  şəbəkəsinin  şəbəkə  trafikinin  təhlili  və  təsnifatı.  "İnformasiya  texnologiyaları

problemləri" jurnalı - 2010, №2.

3. M. Xəlilov. İnformatika. Bakı - 2010.

4. R. Alquliyev. Cümlələri klasterləşdirmə və rəngləmə yolu ilə çoxluğunun referatlaşdırılması. "İnformasiya

texnologiyaları problemləri" jurnalı - 2010, №1.

5. İ. Cəlallı. Kompüter. Bakı - 2008.

6. Y. İmanverdiyev. İnformasiya təhlükəsizliyi risklərinin optimal idarə edilməsi modeli və onun genetik həll

alqoritmi. "İnformasiya texnologiyaları problemləri" jurnalı - 2010, №2.



Yüklə 130,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə