MəDƏNİYYƏt dünyasi



Yüklə 76,64 Kb.
Pdf görüntüsü
tarix04.12.2017
ölçüsü76,64 Kb.
#13857
növüСборник


172 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVII buraxılış, Bakı, 2014 

 

МИР

 КУЛЬТУРЫ 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVII выпуск, Баку, 2014 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVII edition, Baku, 2014 

 

UOT 1 

Fəridə Cəbrayılova 

 AMEA-nın Fəlsəfə, Sosiologiya və  

Hüquq İnstitutunun doktorantı 

AZ1143,  Bakı ş., H.Cavid pr., 31 

Email: phillaw@phill.ab.az  

 

MƏDƏNİYYƏTLƏRARASI MÜNASİBƏTLƏRDƏ 

MULTİKULTURALİZMIN

 SOSİAL-FƏLSƏFİ  MAHİYYƏTİNƏ DAİR 

 

Xülasə:Məqalədə  mədəniyyətlərarası  münasibətlər,  multikulturalizm, 

mədəni  müxtəliflik  sosial-fəlsəfi  cəhətdən  təhlil  edilmişdir.  Müəllif  ayrı-

ayrı  ölkələrdə  multikulturalizm  siyasətinin  vəziyyətini  müqayisə  edərək 

onu  ümumbəşəri  dəyər  kimi  səciyyələndirmişdir.  Əsərdə  multikulturalizm 

tolerantlığın  aspektlərindən  biri  kimi  göstərilmiş,  mədəni  müxtəliflik  və 

plüralizm,  mədəni  siyasətdə  multikulturalizmin  yeri  və  rolu  məsələləri 

araşdırılmışdır. Müəllif  Azərbaycanda  multikulturalizm  modelini  dünyanın 

ən mütərəqqi modeli kimi təqdim etmişdir. 



Açar  sözlər:  Multikulturalizm,  mədəniyyətlərarası    münasibətlər, 

mədəniyyətlərin  müxtəlifliyi,  amerikanizm,  tolerantlıq,  mədəni  inteqrasiya, 

mədəniyyətlərarası dialoq, demokratiya, identiklik, mədəni hegemonluq. 

 

Fəlsəfi  lüğətlərdə  multikulturalizm  (“multi”–“çox”,  “çoxluq”,  “müx-



təliflik”,  “kulturalizm”  isə  “mədəniyyət”  deməkdir)  mədəniyyətlərarası 

münasibətlərdə  mədəniyyətlərin  müxtəlifliyi  və  çoxçalarlılığı  mənasında 

işlənir. Əsasını liberal demokratik dəyərlər, qloballaşma, yanaşı yaşama və 

inteqrasiya  şəraitində  mədəni  müxtəlifliyin  qorunması  təşkil  edən 

multikulturalizm “prinsip  etibarilə  nəzəriyyə  və praktika, tarix  və  nəhayət, 

siyasət  kimi”  (15,  130)  Qərb  ictimai-siyasi  və  fəlsəfi  fikrində,  Qərb 

məkanında  meydana  gəlmişdir.  Tədqiqatçılar  multikulturalizmin  öncə 

Şimali Amerikada–əvvəlcə Kanadada, sonra isə ABŞ-da meydana gəldiyini 

iddia  edirlər.  “Qlobal  mədəniyyət”  mənşəcə  Amerika  mədəniyyətidir. 

Amerikanizmin qlobal mədəniyyət kimi meydana gəlməsinin səbəblərindən 

biri  ABŞ-ın  öz  mədəniyyətini  multikultural  mədəniyyət  kimi  qəbul 

etməsidir.  Avropada  multikulturalizm  ünsürləri  gec  yarandı.  ABŞ-da 

multikulturalizmin inkişafda əhəmiyyətini yaxşı anladılar (15, 128). 

İnkişaf etmiş dünya ölkələri multikulturalizm siyasəti sayəsində ciddi 

nailiyyətlər  əldə  etdilər,  cəmiyyətin  bütün  sahələrində,  milli  və  vətəndaş 

həmrəyliyinin  daha  da  möhkəmlənməsində  uğurlar  qazandılar.  “Multikul-




173 

 

turalizm  dövlət  siyasəti  kimi  qəbul  edildiyi  ölkələrdə  əhəmiyyətini 



saxlayır.  Lakin  bütün  hallarda  bu  ideya  yerli  insan  birliklərinin,  ictimai 

rəyin  dəstəyi  olmadan  həyata  keçirilə  bilməz.  Məhz  bu  halda  konkret 

səmərə  gözləmək  olar. Digər tərəfdən, sosial-mədəni  inteqrasiyanın uğurlu 

prosesə  çevrilməsi  siyasi-hüquqi  inteqrasiyadan  kənarda  başa  düşülə 

bilməz” (1, 102). 

Qərbdə,  eləcə  də  digər  ölkələrdə  demokratiyanın  inkişaf  səviyyəsi 

məhz  multikulturalizmin  nə  dərəcədə  həyata  keçməsindən  asılıdır. 

Mədəniyyətlərin 

müxtəlifliyinin, 

tolerantlığın, 

mədəni 

inteqrasiya, 



mədəniyyətlərarası  dialoqun  hökm  sürdüyü  ölkələrdə  demokratiya  özünün 

ən  yüksək  inkişaf  səviyyəsinə  çatır.  Multikulturalizm  siyasəti  təcridçiliyə 

(izolyasionizm),  assimilyasiya,  aparteidə,  münaqişələrə  qarşı  çıxır,  milli 

azlıqların  yaşadıqları  ölkələrin  qanunlarına  riayət  etmələrini,  eləcə  də 

mədəni  müxtəlifliyi,  qarşılıqlı  etimadı  və  həmrəyliyi  təmin  edir.  Dünyada 

multikulturalizmin  Qərb,  Avropa,  postsovet,  o  cümlədən  Azərbaycan 

modelləri mövcuddur. 

Professor  E.Nəcəfov  müxtəlif  ölkələrdə  multikulturalizm  siyasətini 

müqayisəli təhlil edərək belə qənaətə gəlmişdir: 

1.

 



Multikulturalizm  –    pozitiv  sosial  təzahürdür.  O,  cəmiyyətin  inkişafı 

üçün  münbit  şərait  yaradır;  etnik  münaqişələrin  qarşısını  alır  və  müxtəlif 

xalqlar arasında etimadı möhkəmləndirir; 

2.

 



Multikulturalizm  –  cəmiyyətin  mədəni  müxtəliflik  əleyhinə  etirazını 

səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir; 

3.

 

Demokratiya  multikultural  cəmiyyətin  formalaşmasında  ən  mühüm 



amillərdən biridir; 

4.

 



Bölgələrin  tarixi  inkişaf  xüsusiyyətləri  multikulturalizmin  fərqli 

modellərinin yaranmasını müəyyən etmişdir; 

5.

 

Multikulturalizmin  müxtəlif  modelləri  arasında  bəzi  fərqlərin  olmasına 



baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətin formalaşmasında və 

multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur 

(7). 

Multikulturalizmin  müxtəlif  ölkələrdə  fərqli  təzahürü  həmin 



ölkələrin  demokratik  durumundan,  ənənəsindən,  milli  mentalitetindən 

asılıdır.  Multikulturalizm  mədəni  universallaşma,  unifikasiya  proseslərinə 

duruş  gətirmək  üçün  yeridilən  siyasətdir.  Məhz  bu  siyasət  sayəsində 

mədəni  müxtəlifliyin  bütün  fenomenləri  –  dil,  din,  adət-ənənə,  sənət  və  s. 

qorunur,  ona  qayğı  göstərilir  ki,  nəticədə  bəşər  mədəniyyətində 

ahəngdarlıq yaradılır. 

Müasir  dövrdə  multikulturalizmin  sosial-fəlsəfi  tədqiqi  daha  da 

aktuallaşmış,  bu  problemə  kompleks,  hərtərəfli  yanaşma  artıq  bir  zərurətə 

çevrilmişdir.  Təkcə  siyasi,  beynəlxalq,  iqtisadi,  hüquqi  deyil,  ...  etik 

aspektlərə  də  malik  olan  multikulturalizm  həm  də  milli  indentiklə  də  sıx 

bağlı olan prosesdir. 

Ümumiyyətlə,  “identiklik”  ingilis  sözü  “identity”  sözündən  olub, 

sabitlik,  eynilik,  varislik  ideyalarını  özündə  əks  etdirir.  Elmdə  dini,  etnik, 

milli  identliklər  məlumdur.  Məlumdur  ki,  milli  indentlikliyi  də  dil,  din 

,adət-ənənə kimi amillər formalaşdırmışdır. 

Azərbaycan 

tədqiqatçısı, 

fəlsəfə 


elmləri 

doktoru, 

professor 

İ.Məmmədzadə  haqlı  olaraq  göstərir  ki,  multikulturalizm  probleminin 

fəlsəfi  tədqiqi  zamanı  onun  “ideoloji  kontekstinin,  gənc  nəslin  başqa 

mədəniyyətin 

vətəndaşlarına, 

identikliyə 

hörmət 

ruhunda 


tərbiyə 


174 

 

etməsinin,  özgə  mədəniyyətlərin  xüsusiyyətlərini  dərk  etməyin  zərurətinin 



aktuallığı” daha da artır (15, 132). 

Artıq  bütün  dünyada  “mədəni  imperializm”,  “mədəni  hegemonluq” 

cəhdləri  iflasa  uğramaqdadır.  Həm  Qərbdə,  həm  də  Şərqdə  vətəndaşlıq  və 

mədəni  identiklik  formalarının  birgə  mövcudluğu,  “mədəni  assimilya-

siyanın”  alternativ  yolu  kimi  multikultural  mühitin  formalaşması  bir 

zərurətə  çevrilməkdədir.  Qərbdə  XX  əsrin  50-ci  illərindən  başlayaraq 

mədəni assimilyasiya mədəni müxtəlifliyin qorunması – multikulturalizmlə 

əvəz  olunmağa  başladı  və  əksər  demokratik  ölkələrin  siyasi  praktikasına 

daxil oldu. 

Artıq  belə  bir  fikir  ciddi  şəkildə  formalaşmışdır  ki,  müasir  dövrdə 

demək  olar  ki,  “multikulturalizmin  alternativi  mövcud  deyildir”  (16,  36). 

Çünki  multikulturalizm  olmayan  regionlar  münaqişələrdən,  ziddiyyətlər-

dən,  qarşıdurmalardan,  siyasi  gərginliklərdən  “sığortalanmır”.  Multikul-

turalizm bütün millətlərin, milli azlıqların, etnik qrupların birgəyaşayışının 

milli  barışıq  və  vətəndaş  sülhünün  təminatçısıdır.  “Ən  ümumi  aspektdə 

multikulturalizm  siyasi  ideologiya  və  sosial-mədəni  praktika  kimi  milli 

dövlət üçün ümumi  olan siyasi, sosial  və  hüquqi  məkanı  dəstəkləyən  ideya 

kimi  qəbul  olunur.  Başlıca  məqsəd  çeşidli  mədəni,  etnik  və  dini 

orientasiyalara  malik  olan  insanların,  birlik  və  qrupların,  fərdlərin 

birgəyaşayışını  və inteqrasiyasını təşkil  etməkdir. Söhbət fərqli  dəyərlərin, 

təsəvvür  və  ənənələrin,  həyat  tərzlərinin  vətəndaş  cəmiyyəti  çərçivəsində 

bir araya gəlməsi mexanizmlərinin bərqərar olmasından gedir” (1, 91). 

Bir  vaxtlar  mədəni  plüralizm  və  mədəni  müxtəlifliyi  idarə  etmək 

üçün  multimilli,  multietnik,  multiirqi  seqmentlərdən  istifadə  edilmişdir. 

Lakin  XX  əsrin  ikinci  yarısında  Kanadada  meydana  gələn  “multikul-

turalizm”  termini  bu  məsələləri  daha  geniş  əhatə  edir.  Tədqiqatçılar 

multikulturalizmin  üç  əsas  kontekstdə:  siyasi,  empirik  (deskrutiv  və  ya 

analitik),  sosial  və  siyasi  kontesktdə  təqdim  olunduğunu  göstərirlər. 

Fəlsəfə  elmləri  doktoru  A.Rüstəmovanın  fikrincə,  siyasi  kontekst  dedikdə, 

multimədəni  siyasət,  bu  siyasətə  müvafiq  idarə  üsullarının  həyata 

keçirilməsinə  tərəfdar  və  müxalif  olanların  mövqeləri  nəzərdə  tutulur... 

Sosial  və  siyasi  fəlsəfəyə  aid  kontekst  mədəni  müxtəliflik  şəraitində 

insanın sosial, siyasi hüquqlarına aid məsələləri əhatə edir” (9, 100). 

Zənnimizcə,  sosial,  siyasi-fəlsəfi  təhlil  zamanı  hər  hansı  bir  ölkədə 

yaşayan  bütün  birliklərin  və  toplumların  mədəni-mənəvi  dəyərlərinin 

qorunması da diqqətdə saxlanır. 

Müasir  qloballaşma  şəraitində  mədəni  müxtəliflik  meyllərinin 

güclənməsi  multikulturalizmin  rolunu  daha  da  artırır.  Mədəniyyətlərin 

universallaşmasını,  millilik  və  ümumbəşəriliyin  vəhdətini  reallaşdıran 

multikulturalizm  cəmiyyətdə  çoxsaylı  mədəniyyətlərin  mövcudluğu 

ideyasından  ibarət  olan  polimədəniyyətdən  fərqlənir.  A.Rüstəmova 

multikulturalizmi 

mədəniyyətlərarası 

münasibətlərə 

daxil 

 

etmir, 



tədqiqatçılar  A.F.Yeremeyev  və  B.Ceyms  kimi  onu  mədəniyyətlərarası 

dialoqla  və  qarşılıqlı  əlaqələrlə  bağlayır:  “...multimədəniyyəti  yalnız 

mədəniyyətlərarası  bir  anlayış  kimi  də  qəbul  etmək  məqsədə  müvafiq 

deyil. Mədəniyyətlərarası  münasibətlər, əsasən,  qarışıq  etnik tərkibə  malik 

və  dinamik  miqrasiya  prosesləri  baş  verən  ölkələr  üçün  aktualdır. 

Mədəniyyətlərarası  münasibətlərin  əsas  ideyasını  millətlərarası  və 

beynəlxalq  kontekst,  müxtəlif  sferalarda  fərqli  mədəni  mühitin  qarşılıqlı 

əlaqələri  problemləri  təşkil  edir.  Multimədəniyyət  isə  (istər  tarixilik, 




175 

 

istərsə  də  müasirlik  baxımından)  mahiyyəti  etibarilə,  dialoq  və  qarşılıqlı 



əlaqələr nöqteyi-nəzərdən daha müvafiq və əhatəli anlayışdır” (9, 101). 

Zənnimizcə,  bütün  bu  yuxarıda  deyilənlərlə  razılaşmaq  şərtilə  onu  da 

qeyd  etmək  lazımdır  ki,  multikulrutalizm    mədəniyyətlərarası  münasibət-

lərdə  birləşdirici  funksiya  yerinə  yetirən  multimədəni  mühitlə  sıx  bağlı 

olan  anlayışdır.  İ.Məmmədzadənin  belə  bir  fikrilə  razılaşmaq  olar  ki, 

müasir  multikulturalizmin,  onun  mümkün  inkişaf  meyllərinin  və 

qloballaşma  şəraitində  kütləvi  şüurun  ona  reaksiyasının  spesifikasını 

anlamaq üçün bu sahədə eyni zamanda gedən üç proses: – mədəniyyətlərin 

differensiasiyasını,  lokallaşmasını  (buna  görə  də  bütün  mədəniyyətlərdə 

identiklik  böyük  əhəmiyyət  kəsb  edir)  və  bütün  sahələrə,  o  cümlədən 

ənənəviliyə  də  nüfuz  edən  onun  mədəniyyətlərin  inteqrasiyasını 

gücləndirən  alternativ  yol  olmasını  aydın  təsəvvür  etmək  vacibdir 

(14,134).  Multikulturalizmi  haqlı  olaraq  cəmiyyətin  daxilində  dialoq 

mədəniyyəti  kimi  səciyyələndirən  müəllif  multikulturalizmə  empirizmdə 

də,  nəzəriyyədə  də,  fəlsəfədə  də  ehtiyac  duyulduğunu  qeyd  edir. 

Azərbaycan  alimi  daha  sonra  yazır:  “Multikulturalizmin  fəlsəfəsi  ideyaca 

mədəniyyətdə,  insanların  şüurlarında,  rasionallığın  təsdiqinə  cəhddir, 

humanizm  ideallarının  müxtəlif  mədəniyyətlərdə  anlaşılmasının  genişlən-

məsi və müqayisə edilməsidir” (14, 135). 

Azərbaycanın  multikulturalizm  modeli  təkcə  Cənubi  Qafqazda, 

postsovet  məkanında  deyil,  Qərbdə  də  diqqəti  cəlb  edən  modellərdən  biri 

hesab  olunur.  XX  əsrin  sonlarında  Cənubi  Qafqazda  millətlərarası 

münasibətlərdə 

münaqişələr, 

millətçilik 

tüğyan 


etməyə 

başladı. 

Azərbaycan  öz  tolerant  ənənələrinə  sadiq  qalaraq  mədəniyyətlərarası  və 

millətlərarası  gərginliyi  aradan  qaldırdı  və  multikultural  dəyərlərə  malik 

demokratik,  hüquqi  dövlətə  çevrildi.  Qərbdə  multikulturalizmdən, 

demokratiyadan  millətçiliyə  keçidin  baş  verdiyindən,  ksenofobiya, 

islamofobiyadan  bəhs  edildiyi  bir  zamanda  belə  Azərbaycanın  multikul-

turalizm  modeli  dünyaya  örnək  sayılır.  Ölkəmizdə  multikulturalizm  milli 

və  ümumbəşəri  dəyərləri,  mədəni  bərabərliyi,  ədalət  və  mərhəməti, 

tolerantlığı,  mədəni  müxtəlifliyi  və  plüralizmi,  birgəyaşayışı  özündə  əks 

etdirir.  Ulu  Öndər  Heydər  Əliyev  “qədimlərdən  bu  torpaqda  yaşayan,  öz 

taleyini,  öz  həyatını  bu  torpağa  “bağlayan  müxtəlif  millətləri” 

“respublikamızın  ən  başlıca  sərvəti  kimi  səciyyələndirərək  yazırdı:  “Ölkə 

nə  qədər  çox  xalqı  birləşdirsə,  bir  o  qədər  də  zəngin  olar”  (4).  Özünə-

məxsus  multikultural  dəyərlərə  malik  qədim  Azərbaycan  özünü  Şərqlə 

Qərbin,  mənəvi-mədəni  sərvətlərin  müxtəlif  sivilizasiyaları  və  mədəniy-

yətləri  ilə  birləşdirir.  Buna  görə  də  Azərbaycanın  spesifik  multukul-

turalizmi  mahiyyət    etibarilə  xalqımızın  tarixi  “yol  yoldaşı”  olmuş  müasir 

dövrdə  isə  ölkəmizdə  praktiki  əhəmiyyət  kəsb  etmiş,  demək  olar  ki,  artıq 

həyat tərzinə çevrilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyev 

çıxışlarının birində məhz bu barədə belə demişdir: “Multikulturalizm bizim 

həyat 

tərzimizdir. 



Nisbətən 

yeni 


anlayış 

olmasına 

baxmayaraq, 

multikulturalizm  əsrlər  boyu  xalqımıza  xas  olan  bir  dəyərdir  (5).  Dövlət 

başçısı  Azərbaycanda  hökm  sürən  ictimai-siyasi  quruluşdan  asılı 

olmayaraq,  bütün  dövrlərdə  ölkəmizin  multikulturalizm  və  tolerantlıq 

məkanı  olduğunu,  indiki  müstəqil  Azərbaycanın  öz  siyasətini  həmin  təməl 

üzərində qurduğunu göstərir. 




176 

 

Müstəqil  Azərbaycanda  azərbaycançılıq  multikulturalizm  forması 



kimi 

reallaşmışdır. 

Azərbaycançılıq 

ölkəmizdəki 

bütün 

xalqların, 



etnosların,  birgəyaşayışını,  siyasi,  dini,  iqtisadi,  sosial,  mədəni  plüralizmi 

təmin edir. 

Multikulturalizm  mədəniyyətlərarası  münasibətlər  sistemində  milli 

identiklərin  mühafizəsini  təşkil  edir,  başqa  mədəniyyətlərə  və  sivilizasiya-

lara  hörmət  aşılayır.  Bəzi  tədqiqatçılar  Qərbsayağı  multikulturalizmi 

tənqid  edərək  Qərb  dəyərlərinə  əsaslanan  multikulturalizmin  universal 

model  kimi  təqdim  olunduğunu  və  bu  zaman  milli-mədəni  xüsusiyyətləri 

nəzərə  almadığını,  digər  mədəni-mənəvi  fəzilətləri  qəbul  etmədiklərini 

göstərirlər.  “Lakin  Qərb  təcrübəsinin  uğursuzluğu  multikulturalizmin 

tənəzzülü  və  ya  süqutu  demək  deyil.  Fərqli  sivilizasiya  və  mədəniyyət 

daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsini 

həyat  tərzi  kimi  qəbul  etmək  bəşəriyyətin  nicat  yoludur.  Multikulturaliz-

min  “Azərbaycan  modeli”  də  sübut  edir  ki,  fərqli  millətlərin  və  dinlərin 

təmsilçiləri  öz  identikliklərini  qorumaqla  və  digərlərinə  hörmətlə 

yanaşmaqla  inkişaf  etmək  iqtidarındadırlar.  Sadəcə  olaraq  bunu 

fərqlilikləri  assimilyasiya  etməyə  çalışan  həyat  tərzi  kimi  qəbul  etmək 

lazımdır...  Bəşəriyyət  var olduqca  multikulturalizm  də  mövcud  olacaqdır” 

(2, 161). 

Şübhəsiz  ki,  multikulturalizm  yalnız  həyat  tərzi  deyil,  siyasət, 

fəlsəfə, dialoq mədəniyyəti və ictimai psixologiyadır. 



 

Ədəbiyyat



Azərbaycan dilində 

1.

 



Аslanov  Р.  XXI  əsr:  Yeni  mədəniyyət  məkanına  inteqrasiya.  Bakı: 

Nurlan, 2007, 440 s. 

2.

 

Həbibbəyli  Ə.  Bəşəriyyət  yol  ayrıcığında:  multikulturalizm,  yoxsa 



sivilizasiyaların  toqquşması?  //  Qlobal,  siyasət:  təhdidlər,  çağırışlar, 

ümidlər. Bakı: Qanun, 2013-11-29 

3.

 

Xəlilov  S.S.  Şərq  və  Qərb:  ümumbəşəri  ideala  doğru  fəlsəfi  etüdlər. 



Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2003, 630 s. 

4.

 



Əliyev  H.Ə.  Milli  azlıqların  nümayəndələrilə  görüşdə  çıxışı.// 

Azərbaycan 5 iyun 2000-ci il 

5.

 

Əliyev  İ.H.  İkinci  Humanitar  Forumda  çıxışı.  Bakı,  2011.  // 



“Respublika” qəzeti, 23 may 2011-ci il 

6.

 



Mehdiyev R. Azərbaycan: qloballaşmanın tələbləri. Bakı: XXI əsr YNE, 

2004, 564 s. 

7.

 

Nəcəfov  E.  Müxtəlif  ölkələrdə  multikulturalizm  siyasətinin  müqayisəli 



təhlili // ru.wikpediya.org/wiki 

8.

 



Niftiyev 

H. 


Mediada 

azlıq 


anlayışı 

və 


multikulturalizm 

// 


ru.wikpediya.org/wiki / multikulturalizm 

9.

 



Rüstəmova A. İctimai inkişaf və dil. Bakı: Təknur, 144 s. 

 

Rus dilində 

10.


 

Глобализация и мультикультурализм.  Москва, 2005, 301 с. 

11.

 

Доклад  о  развитии  человека.  2004.  Культурная  свобода  в 



современном многообразном мире. Москва: АСТ, 2004, 190 с. 

12.


 

Диалоги  об  этичности  и  мультикультурализме.  Москва,  2005,  170 

с. 

13.


 

Каган М.С. Философия культуры. СПб: Петрополис, 1996, 576с. 




177 

 

14.



 

Мамед-заде И.Р. О философии (Современного подходы, тенденции 

и перспективы). Баку: Текнур, 2011, 240 с. 

15.


 

Мамед-заде  И.Р.  Опыт  интерпретации  морали.  Баку:  Муаллим, 

2006, 168 с 

16.


 

Мультикультурализм  и  трансформация  постсоветских  обществ. 

Москва: АСТ, 2002, 192 с. 

Фарида

 Джабраилова 

Социально

-философская-философскому сущность  

мультикультурализма

 в межкультурных отношениях 

Резюме

 

 

В 



статье 

анализированы 

межкультурные 

отношения, 

мультикультурализм, 

культурное 

разнообразие 

с 

социально-



философской  точки  зрения.  Автор  сравнивая  позиции  политики 

мультикультурализма  в  разных  странах,  охарактеризовал  его  как 

общечеловеческую  ценность.  Толерантность  в  статье  указан  как  один 

из 


аспектов 

мультикультурализма, 

исследованы 

культурное 

разнообразие и плюрализм. 

Ключевые

 слова: мультикультурализм, межкультурные отношения, 

разнообразие 

культур, 

американизм, 

толерантность, 

культурная 

интеграция, 

межкультурный 

диалог, 

демократия, 

идентичность,  

культурная гегемония. 

 

 

Farida Jabrailova 



Socio-philosophical essence of multiculturalism  

in intercultural relations 

Summary 

 

The article analyzed intercultural relations, multiculturalism, cultural 

diversity,  socio-philosophical  point  of  view.  Copyright  comparing  the 

position  of  multiculturalism  policy  in  different  countries,  described  it  as  a 

universal  value.  Tolerance  specified  in  the  article  as  one  of  the  aspects  of 

multiculturalism,  studied  cultural  diversity  and  pluralism,  the  role  and 

place  of  multiculturalism  in  cultural  policy.  The  author  presents  a  modek 

of  multiculturalism  in  Azerbaijan as the  most progressive  of the  models  in 

the world. 

Keywords:  multiculturalism,  intercultural  relations,  cultural  diversity, 

Americanism, tolerance, cultural integration, intercultural dialogue, democracy, 

identity, cultural hegemony. 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 15.04.2014 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 22.04.2014 

Məqalənin çapa qəbul olunma tarixi: 13.05.2014 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə 

üzrə elmlər doktoru, professor Əlikram Tağıyev 



ADMİU

-nun Elmi Şurasının 03 iyul 2014-ci il, 09 saylı qərarı ilə çap 

olunur. 

Yüklə 76,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə