MəDƏNİYYƏt dünyasi



Yüklə 74,64 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü74,64 Kb.
#1840
növüXülasə


105 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVI buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVI выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013 

 

UOT 7  



 

İmaş Hacıyev

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent 

AMEA Memarlıq və İncəsənət İnstitutu

 

AZ 1143, Azərbaycan Respublikası, Bakı, H.Cavid pr., 31 

E-mail: mii_inter@yahoo.com  

 

 

 

 

LAYİHƏLƏNDİRMƏ: NƏZƏRİYYƏ VƏ METODOLOGİYA

 

 

 

Xülasə:  Dizayn  sosial-mədəni inkişafın  qanunauyğunluqlarına  əsasən  çoxsahəli 

yaradıcılıq  fəaliyyəti  olmaqla  yanaşı,  eyni  zamanda  cəmiyyətin  layihələndirmə 

mədəniyyətini  də  inkişaf  etdirir.  Müəllifin  fikrincə,  layihələndirmə  yaradıcı  fəaliyyət 

üzrə  intuisiya  aktına  və  ən  mükəmməl  təfəkkür  əməliyyatlarına  əsaslanan  hər  hansı 

ideya-məzmunun reallaşdırılması kimi xarakterizə edilə bilər.  

Açar  sözlər:  bədii  layihələndirmə,  metod,  sənaye  dizaynı,  funksionallıq, 

erqonomika.  

 

 

Müasir  dövr  qloballaşma  şəraitində  daha  geniş  müstəvidə  inkişaf  etməkdə  olan 

dizayn yaradıcılığı davamlı şəkildə zənginləşən elmi - nəzəri biliklər, həmçinin praktiki 

təcrübələr  əsasında  cəmiyyətin  sosial-mədəni  inkişafında  müstəsna  əhəmiyyət  kəsb 

edərək,  bu  inkişafın  vacib,  aparıcı  amillərindən  birinə  çevrilməkdədir.  Bu  mənada 

dizayn  sosial-mədəni  inkişafın  qanunauyğunluqlarına  əsasən  çoxsahəli  yaradıcılıq 

fəaliyyəti  olmaqla  yanaşı,  eyni  zamanda  cəmiyyətin  layihələndirmə  mədəniyyətini  də 

inkişaf etdirir.  

Məlum  olduğu  kimi,  dizayn  yaradıcılıq  fəaliyyəti  hazırlanan  məmulatın, 

qurğunun  və  yaxud  yaradılacaq  hər-hansı  bir  obyektin  bədii-texniki  layihələndirmə 

prosesini  həyata  keçirir.  Qeyd  etmək  lazımdır  ki,  dizayn-layihələndirmədəki  bədii 

yanaşmadan  fərqli  olaraq,  layihələndirmədən  ayrıca  fəaliyyət  sahəsi  kimi  mühəndis-

texniki, memarlıq-inşaat və s. işlərin reallaşdırılmasında geniş şəkildə istifadə edilir. Bu 

mənada  onun  mahiyyətini,  o  cümlədən  tələblərini,  məqsəd  və  vəzifələrini,  həmçinin 

dizayndakı rolunu nəzərdən keçirmək vacibdir.  



106 

 

İndiyədək layihələndirmənin müəyyənləşdirilməsi və izahı ilə əlaqədar müxtəlif 



fikirlər irəli sürülmüşdür. Onlardan bəzilərinə diqqət yetirmək maraqlı olar:  

“Fiziki strukturda hər hansı əhəmiyyətli komponentin axtarışı”; 

“Məsələnin həlli istiqamətində məqsədyönlü fəaliyyət”; 

“Nəzərdə  tutulan  fəaliyyətin  reallaşanadək  modelləşdirilməsi,  nəticə  etibarı  ilə 

əminlik əldə edilməyənədək onun təkrarlanması”; 

“Məmulatın insanlarla bilavasitə əlaqədə olan hissələrini müəyyənləşdirən amil”; 

“Real faktların gələcək tətbiq imkanlarına nikbin sıçrayış ”; 

“Əvvəllər mövcud olmayan, həyat üçün yeni və lazımlı hər hansı bir amillə bağlı 

yaradıcı fəaliyyət”; 

“Ən mükəmməl intuisiya aktının həyata keçirilməsi ” və s. [5, s. 21]. 

Layihələndirmə haqqında müxtəlif müəlliflər tərəfindən irəli sürülən yuxarıdakı 

fikirlər  subyektiv  olaraq  bu  və  ya  digər  formada  onun  mahiyyətini  səciyyələndirir. 

Lakin qeyd etmək lazımdır ki, müasir dövrdə layihələndirmənin məqsəd və vəzifələrinə, 

eləcə də metodlarına yanaşmalar xeyli dəyişmişdir.  

Bizim  fikrimizcə,  layihələndirmə  yaradıcı  fəaliyyət  üzrə  intuisiya  aktına  və  ən 

mükəmməl 

təfəkkür 

əməliyyatlarına 

əsaslanan 

hər 


hansı 

ideya-məzmunun 

reallaşdırılması kimi xarakterizə edilə bilər.  

Elmi ədəbiyyatda layihə (lat. projctus – irəli atma ) məmulatın (obyektin) texniki 

sənədləşməsinin  tərtibi  və  daha  sonrakı  istismarı  üçün  vacib  olan,  müvafiq  bədii 

konstruktor  sənədləşməsində  ara  və  ya  son  təsvir  kimi  xarakterizə  edilərək,  onun 

cəmiyyətin  elmi-texniki  inkişafının  hazırkı  mərhələsinə  xas  olan  müxtəlif  texniki, 

iqtisadi və sosial - mədəni problemlərin həlli üsulunu müəyyənləşdirdiyi qeyd edilir [3, 

s.65].  

Obyektin  layihələndirilməsi  üçün  sifarişçi  tərəfindən  təqdim  edilən  tələb  və 

tapşırıqların məcmusu layihə tapşırığı kimi səciyyələndirilir.  

Layihələndirmənin  məqsədi  insan  -  əşya  -  maşın  -  mühit  sistemlərində  müasir 

dövrün tələb və ehtiyaclarından irəli gələn problemlərin həllindən, o cümlədən məmulat, 

qurğu  və  avadanlıqların  yeniləşdirilməsinin,  təkmilləşdirilməsinin  daha  optimal  həlli 

variantlarının  tapılmasından  və  reallaşdırılmasından  ibarətdir.  Göstərilən  məqsədə 

müvafiq  olaraq,  layihələndirmə  prosesini  həyata  keçirən  dizaynerin  üzərinə  aşağıdakı 

vəzifələr düşür:  

-

 



qlobal 

məkanda 


yeni 

texnologiyaların 

yaradılma 

zərurətinin 

müəyyənləşdirilməsi; 

-

 



köhnəlikdən yeniliyə tədrici keçidin yaradılması (yəni həm funksional, həm də 

mənəvi baxımdan köhnəlmiş əşyanın, avadanlığın yeni mühitə və şəraitə uyğun olaraq 

harmonik cəhətdən yeniləşdirilməsi);  

-

 



 yeni  istehlak  mallarının  yaradılması  probleminin  makromühit  üzrə  hərtərəfli 

təhlili və öyrənilməsi;  

-

 

 məmulat  və  avadanlıqların  yaradılmasında  insan  amilinin  maksimum  nəzərə 



alınması;  

-

 



 məmulatların  layihələndirilməsində  erqoestetik  amillərin,  həmçinin  ekoloji 

tələblər və gigiyenik normalar üzrə beynəlxalq standartların nəzərə alınması;  

-

 

 layihələndirmədə  ən  səmərəli  üsul  və  vasitələrin,  o  cümlədən  kompüter 



proqramlarının seçilməsi və s. 

 Müxtəlif elm sahələrində olduğu kimi, layihələndirmə də üçpilləli proses kimi, üç vacib 

amili özündə cəmləşdirir:  

-

 



analiz;  

-

 



sintez;  


107 

 

-



 

qiymətləndirmə.  

Bu məsələ ilə əlaqədar mütəxəssislərin müxtəlif fikirləri vardır [5, s.77]. Qeyd 

etmək  lazımdır  ki,  layihələndirməyə  ümumi  aspektdən  yanaşdıqda  yuxarıda  göstərilən 

üçmərhələli proses öz aktuallığını bu və ya digər səviyyədə həmişə saxlayır. Düzdür, elə 

obyektlər  var  ki,  onların  layihələndirilməsinə  yanaşma  bir  qədər  fərqli,  yəni  ümumi 

xarakter daşıya bilər. Məsələn, mövcud olan bir obyektin strukturuna hər hansı bir detal 

əlavə edilə bilər. Lakin yeni əşya və avadanlıqların layihələndirilməsində yuxarıda gös-

tərilən mərhələli yanaşma onların əvvəlki prototiplərindən bir çox tələb və göstəricilə-

rinə görə (erqonomik, estetik, ekoloji və s.) fərqləndirilməsində əhəmiyyət kəsb edir.  

Layihələndirmə prosesində məmulatın təyinat istiqaməti üzrə texniki və iqtisadi 

cəhətdən  əsaslandırılmış  hesablamalar  aparılır,  onun  möhkəmliyi,  istismar  müddəti, 

ekoloji yararlılığı, həmçinin iqtisadi xərcləri nəzərə alınır. Bu məqsədlə müvafiq tələblər 

əsasında sxemlər, qrafiklər, çertyojlar və s. sənədlər hazırlanır. 

Ənənəvi layihələndirmədən fərqli olaraq, dizaynın layihələndirmə fəaliyyəti kimi 

mahiyyəti aşağıdakı kimi izah edilir:  

 “Dizayn  bədii  layihələndirmə  növü  kimi  nəzərdə  tutulan  obyektin  modelinin 

qurulmasına, onun strukturunun yaradılmasına və təsvir üsullarına elmi-texniki yanaşma 

ilə bədii-obrazlı yanaşmanı ifadə edir” [3, s.196]. 

Dizaynda  xüsusi  bədii  statusa  malik  olan  layihə  qrafikası  layihənin  aktiv  dili 

olaraq, layihə tapşırığının obrazlı həllində aparıcı rol oynayan ilkin cizgilərdən, axtarış, 

həmçinin nümayiş və ümumi görünüş rəsmlərindən, eləcə də obyektin həcm-fəza təhlili 

məqamlarının qeyd edilməsindən ibarətdir [yenə orada, s.66].  

Dizayn  -  layihələndirilmənin  əsas  vasitələrindən  biri  olan  layihə  təsnifatı  - 

obyektin  funksional,  morfoloji,  texnoloji,  sosial  -  mədəni  və  digər  əlamətlərinə  görə 

layihələndirmə materiallarının sistemləşdirilməsindən ibarətdir. Ümumi layihə təsnifatı 

obyektin təyinat sahələri (istehsalat, kütləvi xidmət, fərdi istehlak) üzərində qurulur və 

obyektə məqsədli tələblər verir [yenə orada, s.70].  

Funksiya  daşıyıcısı  olan  hər  hansı  bir  predmetin  və  yaxud  obyektin  layihələn-

dirilməsi  çertyoj  ləvazimatları,  həmçinin  müxtəlif  kompüter  proqramlarının  tətbiqi  ilə 

həyata  keçirilən  elmi-texniki  yaradıcılıq  fəaliyyəti  kimi  səciyyələndirilə  bilər.  Bu 

mənada,  əşya  və  avadanlıqların,  qurğuların,  maşın  hissələrinin  və  s.  yaradılması,  o 

cümlədən  hər  hansı  bir  obyektin  təşkili  məhz  elmi-texniki  yaradıcılıq  fəaliyyətinə 

əsaslanan  layihələndirmədə  öz  əksini  tapır.  Bədii  layihələndirmə  isə,  adından  da 

göründüyü  kimi,  obyektin  texniki-konstrukiv  həmçinin,  funksional  göstəricilərindən 

əlavə, onun xarici formasının, vizual ifadəsinin bədii-obrazlı həllini, estetik keyfiyyətini 

reallaşdırdığından,  həmin  yaradıcılıq  sahəsi  bədii  layihələndirmə  kimi  xarakterizə 

olunur.  Lakin  bununla  belə,  dizaynda  yuxarıda  göstərilən hər  iki  yanaşmanı  ayrı-ayrı-

lıqda təsəvvür etmək olmaz. Yəni, ilk növbədə predmetin funksional tələblərlə şərtlənən 

cəhətləri  –  texniki-konstruktiv  xüsusiyyətləri  müəyyənləşdirilir,  sonra  isə  onun,  qeyd 

etdiyimiz  kimi,  formayaranmasının  bədii-estetik  xüsusiyyətləri,  bədii-obrazlı  həlli 

imkanları  nəzərə  alınaraq  layihələndirmədə  öz  əksini  tapır.  Və  bu  mənada  həm  bədii 

layihələndirmə,  həm  də  bədii  konstruksiyaetmə  hər  iki  aspekti,  xüsusiyyətləri  özündə 

ifadə  etdiyindən,  onların  ümumi  şəkildə  “bədii-texniki  layihələndirmə”  [6,  s.  3;  7,  s. 

12],  “bədii-texniki  konstruksiyaetmə”  [1,  s.  123-126]  kimi  adlandırılması  daha  mü-

nasibdir. Bu baxımdan yuxarıda “bədii-texniki layihələndirmə” ifadəsini işlətmişik.  

Mənbələrdə  layihələndirmə  və  onun  metodları  haqqında  ədəbiyyatların  hələ 

1950-60-cı  illərdə  meydana  gəldiyi  göstərilərək  qeyd  edilir  ki,  o  dövrdə  memarların, 

mühəndislərin,  tətbiqi  sənət  üzrə  rəssamların  müştərilər  və  istehsalat  üçün  işlədikləri 

çertyojlar  layihələndirmə  fəaliyyəti  kimi  qəbul  olunurdu  [5,  s.21].  Təbii  ki,  sonrakı 




108 

 

dövrlərdə  ənənəvi  metodlardan  imtina  edilməsi  və  yeni  metodların  meydana  gəlməsi, 



həmçinin  təkmilləşdirilməsi  layihələndirmənin  ayrıca  fəaliyyət  sahəsi  kimi  mahiy-

yətinin daha konkret şəkildə müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.  

Yaşayış mühitinin, o cümlədən, əşya və avadanlıqların layihələndirilməsi müasir 

elmi ədəbiyyatda daha sistemli şəkildə şərh edilir. Burada layihə fəaliyyətinin intuisiya, 

informasiya  və  metodologiyaya  (elm  və  texnika)  əsaslanması,  incəsənət  və  faktlar 

arasında yaranan tarazlığın bu fəaliyyəti xarakterizə etdiyi qeyd edilir [4, s. 148].  

Iayihələndirmə, o cümlədən, bədii-texniki layihələndirmə sistemli fəaliyyət növü 

olduğundan  onun  metodlarının  müxtəlif  mərhələdən  ibarət  olduğunu  bir  daha  qeyd 

etmək lazımdır.  

Elmi ədəbiyyatların təhlilinə əsasən [4; 5], bu metodları ümumiləşdirilmiş şəkil-

də aşağıdakı ardıcıllıqla şərh etmək olar: 

-

 



sosial tələbat üzrə anket-sorğu; 

-

 



 istehlakçıların maraq və tələblərinin öyrənilməsi (müsahibə); 

-

 



layihələndirmə situasiyasının tədqiqi üzrə ədəbiyyatların araşdırılması;  

-

 



ideyanın axtarışı; 

-

 



layihələndirmədə mövcud olan təcrübələrin bu və ya digər səviyyədə tətbiqi; 

-

 



obyektin strukturunun ayrı-ayrı hissə və elementləri üzrə kompleks təhlili;  

-

 



utilitar-funksional analiz; 

-

 



 estetik analiz; 

-

 



 yaradılacaq məmulatın mövcud olan prototipləri ilə müqayisəli təhlili; 

-

 



qiymətləndirmə  –  dəyər  (erqonomik  tələblər,  estetik  keyfiyyət,  ekoloji 

yararlılıq, gigiyenik normalar, iqtisadi səmərə).  

Məmulatın layihələndirilməsində funksional analiz metodunun tətbiqi zamanı er-

qonomik tələblər daha aydın və ətraflı şəkildə müəyyənləşdirilə bilər. Bunu sadə əşyalar 

üzrə  nümunələr  əsasında  təsdiq  etmək  olar.  Məsələn,  stolüstü  telefon  aparatının 

funksional xüsusiyyətlərinə görə təhlili, həmin əşyanın erqonomikliyinin optimallılığını 

müəyyənləşdirə bilər.  

Elmi  ədəbiyyatda  göstərildiyi  kimi,  bütün  bunlardan  əlavə,  bəzən  yaradılmış 

məmulat sınaqdan (istifadədən) çıxarıldıqdan sonra ideyanın ən optimal variantı seçilir, 

formaya  korrektələr  təklif  olunur.  Bu  proses  məmulatın  ilkin  buraxılışından  sonra  da 

davam  etdirilir.  Belə  dərin  araşdırma  müxtəlif  layihə  mərhələlərində  marketinqlə  sıx 

bağlı olur [2, s. 147].  

Sənaye  dizaynı  üzrə  layihələndirmədə  ən  vacib  məqamlardan  biri  də  qlobal 

coğrafi məkanda bazar mühitinin kompleks təhlili, istehlak mallarına tələb və ehtiyacla 

əlaqədar maksimum informasiyanın əldə edilməsidir. Bununla əlaqədar olaraq xarici öl-

kələrin təcrübəsinə diqqət yetirmək maraqlıdır. Məsələn, xarici ölkələrdə istehsal edilən 

suvenir  məmulatlarının,  eləcə  də  digər  əşyaların  (boşqab,  fincan,  müxtəlif  dəftərxana 

ləvazimatı və s.) üzərində “Azərbaycan”, “Azerbaijan” sözlərinə, həmçinin dövlətimizin 

atributlarına,  memarlıq  abidələrinə  (“Qız  qalası”,  “Kiş  məbədi”)  və  s.  milli  motivli 

təsvirlərə  rast  gəlmək  olur.  Həmin  nümunələrdə  milli  elementləri  özündə  əks  etdirən 

dekorasiya  işləri  ilə  bağlı  yerlərdə  apardığımız  sorğulardan  belə  məlum  olmuşdur  ki, 

onların  bir  qismi  sifarişlə,  bir  qismi  isə  məqsədli  şəkildə  istehsal  edilir  və  ölkəmizin 

bazarlarına  ünvanlanır.  Düzdür,  göstərilən  məmulatların  əksəriyyətində  dünya  bazar-

larına çıxarılan ümumi nümunələrdən əsaslı şəkildə fərqlənən struktur dəyişikliyi olma-

sa  da,  dekorasiya,  tərtibat  işlərində  onların  daha  yaxşı  realizə  edilməsi  ücun  nəzərdə 

tutulan atributlara və s. milli motivli təsvirlərə üstünlük verilir. Əlbəttə ki, bu göstərici 

məqbul  hesab  edilə  bilər.  Məsələn,  Bakıda  “Hindistan  malları”  adlı  mağazada  satışda 

olan bir əşyanı nümunə kimi təhlil etmək maraqlıdır. Xüsusi ağac materialdan olan və 




109 

 

üzərində kəsmə üsulu ilə “Baku” sözü verilmiş kompozisiyada yerləşdirilmiş saat həmin 



əşyanın  həm  əl  işi,  həm  də  vaxt  göstəricisi  kimi  dəyərləndirilməsi  ilə  yanaşı,  onun 

müəyyən  olunmuş  regionda  realizə  imkanlarını  artırır.  Təbii  ki,  bu  da  kommersiya 

məqsədi  daşıyan  məqsədyönlü  təcrübədir.  Makromühit  üzrə  istehlak  mallarının 

kompleks təhlili dizayn-layihələndirmədə yeni ideyaların meydana çıxmasına bilavasitə 

şərait yarada bilər. Bu halda, yaradılacaq yeni məmulatın bir çox üstün cəhətlərinə görə 

istehsalı üçün hər hansı istehsal müəssisəsinə dizayner tərəfindən təklif verilə bilər. Bu 

mənada layihələndirmə fəaliyyəti ilə məşğul olan dizayner bazar iqtisadiyyatı şəraitində 

istehlak mallarının təkmilləşdirilməsi və müasirləşdirilməsini daim diqqətdə saxlamalı, 

cəmiyyətin elmi-texniki, sosial-mədəni tərəqqisinin aparıcı qüvvəsinə çevrilməlidir.  

Müasir  dövrdə  əşya  və  avadanlıqların  yaradılmasında  bazarın  tənzimlədiyi 

kompleks  tələblər  mühüm  amillərdən  biri  kimi  əhəmiyyət  kəsb  edir.  Onları  aşağıdakı 

kimi qeyd etmək olar: 

-

 

daha çox tələbat olan məhsulların istehsalının üstünlüyü; 



-

 

sifarişə əsaslanan mallar;  



-

 

məmulatın bir neçə funksiyanı yerinə yetirməsi;  



-

 

birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyaların istehsalının üstünlüyü;  



-

 

məmulatın hazırlanmasında minimum xammal sərfi;  



-

 

realizə məkanının daha geniş olması; 



-

 

rəqabətə davamlılıq;  



-

 

erqoestetik faktorlar; 



-

 

ekoloji və gigiyenik tələblər üzrə beynəlxalq standartlara uyğunluq və s.  



Ümumiyyətlə, müasir dövrdə istehlak mallarına olan tələbatın kompleks şəkildə 

araşdırılması  onların  hazırlanmasında  əsas  şərtlərdən  biri  kimi  qəbul  edilmişdir.  Bu 

istiqamətdə  müxtəlif  mütəxəssislərin  də  fəaliyyətinə  müraciət  edilir.  Məsələn,  məşhur 

“Microsoft Corporation” şirkəti müasir kompüter hissələrinə aid olan “siçan”ların mo-

delinin hazırlanmasından əvvəl mühəndislər, psixoloqlar və dizaynerlər qrupuna müra-

ciət  etmişdir.  Onlarca  müxtəlif  ölçülü,  formalı  və  konfiqurasiyalı  model  təklif  olun-

muşdur. Psixoloqlar ilk alıcıları nəzarət-yoxlamadan keçirdikdən sonra dizaynerlərə öz 

məsləhətlərini  vermişlər.  Məhz  bu  təcrübədən  sonra  məhsulun  alıcılıq  faizi  xeyli 

artmışdır [yenə orada].  

Beləliklə, sosial-mədəni inkişafın əsas tərkib hissəsi olan layihələndirmə fəaliy-

yəti  –  layihələndirmə  mədəniyyəti  insan  -  əşya  -  maşın  -  mühit  sistemlərində  istehlak 

malları  bolluğunun  yaradılmasını,  həmçinin  ümumi  yaşayış  səviyyəsinin  yüksəl-

dilməsini təmin etmiş olur.  

 

Ədəbiyyat



 

 

1.

 



Hacıyev  İ.A.  Azərbaycanda  bədii  konstruksiyaetmə  işinin  təşəkkülü  //  Mədəniyyət  dünyası,  elmi 

nəzəri məcmuə. XIX buraxılış. Bakı, ADMİU-nun nəşriyyatı, 2010, s. 123-126  

2.

 

Hacıyeva  Y.,  Həsənov  R.  M.  Dizaynın  əsasları.  “Giso  enterprise”,  Bakı,  2005;  “CBS  Polygraphic 



Production”, Bakı, 2008, 152 s., ill. 

3.

 



Həsənov R.M. Abdullayeva N.C., Bəkirova T.Ş. Dizayn terminlərinin izahlı lüğəti. Bakı, “Adiloğlu”, 

2005, 252 s. 

4.

 

Runge  V.F.,  Manoşeviç  Yu.P.  Dizayn  mühitində  erqonomika.  Moskva,  “Memarlıq-S”,  2005,  Bakı, 



2008, (tərcümə), 368 s., ill. 

5.

 



Джонс  Дж.К.  Инженерное  и  художественное  конструирование.  Москва,  «Мир»,  1976,  376  с., 

илл. 


6.

 

 Ковешникова Н.А. Дизайн: история и теория. Москва, «Омега-Л», 2007, 224 с., илл. 



7.

 

Рунге В.Ф. История дизайна, науки и техники. Москва, «Архитектура-С», 2006, 368 с., илл. 



 


110 

 

Имаш Гаджиев



 

Проектирование: теория и методология

 

Резюме

 

 

В  представленной  статье  говорится  о  сути,  целях  и  задачах  проектирования,  а  также, 

доводится  до  внимания  его  роль  в  развитии  социально-культурного  развития  общества.  Создание  и 

организация  систем  «человек  -  вещь  -  машина  -  среда»,  несомненно,  осуществляется  при  помощи 

проектирования.  В  статье  отмечается,  что  дизайн,  с  учетом  как  технических,  так  и  художественных 

особенностей  проектирования,  отражает  художественный  и  технический  подход  при  создании 

предметов и оборудований, как деятельность по их художественно-техническому проектированию. 

В  условиях  рыночной  экономики,  при  создании  потребительских  товаров  дизайнеру 

необходимо  учитывать  комплекс  требований  и  подход  к  обоим  аспектам  проектирования  на 

необходимом уровне. 



Ключевые  слова:

  художественное  проектирование,  метод,  промышленный  дизайн, 

функциональность, эргономика. 

 

 



Imash Hajiyev 

Projecting: theory and methodology 

Summary 

 

In  the  presented  scientific  work  is  given  the  explanation  of  the  essence,  purpose  and  position  of 

projecting  also  is  given  to  the  attention  its  role  in  the  social  and  cultural  development  of  the  society.  The 

creation  and  organization  of  human-thing-machine-environment  systems  of  course  is  realized  with  the 

projecting  activity.  Considering  both  technical  and  artistic  points  of  design-projecting  there  is  noted  the 

expression of artistic approach with the technical approach as its activity of artistic and technical projecting in 

the creation of things and equipment. 

Taking  into  the  consideration  the  complex  requirements  in  the  creation  of  consumer  goods  of 

designer under the condition of market economy there is important the necessary approach to both aspects of 

projecting. 



 Keywords: artistic projecting, method, industrial design, functionality, ergonomics.  

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 06.11.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 14.11.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 25.11.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə fəlsəfə doktoru, 

dosent Bayram Hacızadə  



ADMİU

-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur. 

Yüklə 74,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə