MəDƏNİYYƏt dünyasi



Yüklə 69,91 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü69,91 Kb.
#1841
növüСборник


49 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVI buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVI выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013 

 

UOT 008:316 



Leylaxanım Atakişiyeva  

Azərbaycan Dövlət Mədəniyyət və 

 İncəsənət Universiteti 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  

Az -1065, Bakı, İnşaatçılar pr.39 

Email: admiu@mail.ru  

 

 

MƏDƏNİYYƏT – SOSİAL PROQNOZLAŞMA  

VƏ SOSİAL LAYİHƏLƏŞMƏ OBYEKTİ KİMİ 

  

Xülasə: Sosial proqnozlaşm və layihələşmə sosiomədəni problemlərin həllinin 

müxtəlif  variantlarının  hazırlanması  üzrə  məqsədyönlü  fəaliyyəti  nəzərdə  tutur.  Bu, 

köklü şəkildə dəyişilmiş mədəni proses və hadisələrin nizamlanması üzrə sosial plan və 

proqramların hazırlanmasını əhatə edir. 

Açar sözlər: sosial, proqnoz, layihələşmə, mədəniyyət  

 

  



XX  əsrdə  gələcəyin  problematikasına maraq,  təkcə  tədqiqatçılar  arasında  deyil, 

bütövlükdə  cəmiyyətlərdə  müşahidə  olunmağa  başladı.  Dünyanın  qloballaşması  sa-

yəsində  mədəniyyətin  yeni  amilləri  meydana  çıxmağa  başlamışdır.  Qərb  cəmiyyətlə-

rində  sosiomədəni  proqnozlaşmaya  artan maraq  qanunauyğunluq  kəsb  etməyə  başladı. 

XX  əsrin  II  yarısında  sosiomədəni  proqnozlaşma  sosil  fikit  tariində  yeni  bir  istiqamət 

kimi təşəkkül tapdı. Müasir dünyanın böhran xarakteri daşıyan problemli hadisələrinin 

müəyyənləşməsi  qərb  cəmiyyətləinin  qarşısına  bir  sıra  vəzifələr  qoydu.  Bunların  sıra-

sında  gələcəyi  düzgün  idarəetmək  məqsədilə  sosiomədəni  proqnozlaşma  metodlarının 

işlənilib-hazırlanması mühüm yer tutdu. Proqnozlaşma- proqnozların işlənilməsi prose-

sidir.  Soioməəni  proqnozlaşma  mədəniyyət  sahəində  baş  verə  biləcək  dəyişikliklərin 

öyrənilməsinə istiqamətlənmiş elmi tədqiqatdır.  

Mədəniyyət  sahəsində  proqnozlaşma  sosial  öncədəngörmə  ilə  bilavasitə  əlaqəli 

olan  bir  hadisədir

.  “Öncədəngörmə”  gələcək  problemlərin  həllinin  ehtimalını,  yaxud 

arzu olunan perspektiv vəziyyətlərinin təsvirini nəzərdə tutur. Sosiomədəni proqnozlaş-

manın digər aspektlərinə “öncədənxəbərvermə”, “qabaqcadan düşnülmüş”, “qabaqcadan 

hisetmə”  də  aiddir.  Qabaqcadanhissetmə  gələcək  haqqında  informasiyanı  intuisiya-

şüuraltı  səviyyəsində  nəzərdə  tutur.  Bəzən  “qabaqcadan  düşünülmüş”  termini  altında 




50 

 

elektron-hesablayıcı  maşınların  işinin  qabaqcadanxəbərvermə  nəticələri  başa  düşülür. 



Burada  terminlərin  daha  dəqiq  ayırmaları  tələb  olunur.  Bütün  bu  terminlər,  həm  də 

proqnoz, məqsədlər, plan, proqram, layihələrin işlənilməsi prosesləri kimi də müəyyən 

oluna  bilər.  Bu  nöqteyi-nəzərə  görə,  ”proqnoz”  perspektivlər  haqqında,  xüsusi  elmi 

tədqiqatlara  istinadən,  bu  və  ya  digər  hadisənin  gələcək  vəziyyətinin  ehtimal  mühaki-

mələri kimi dərk olunur. Qabaqcadanhissetmələrin elmi cəhətdən əsaslandırılmasının ən 

mühüm vasitələrinə sosial hadisələrin təhlili, diaqnozu və proqnozu aid edilir. Proqnoz, 

həm də qəbul edilən qərarların səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi tanınır. Məhz 

bunun  sayəsində  proqnozlaşdırma  sosial  proseslərin  planlaşdırılması  və  idarəolun-

masında geniş miqyas almış və mühüm rol oynamışdı. Sosial proqnozlaşma idarəetmə 

ilə  bilavasitə  vəhdət  təşkil  edir.  Sosial  proseslərin  proqnozlaşdırılması zamanı,  əslində 

şərti  öncədənxəbərvermələrin  xüsusi  növü  işlənilib-hazırlanır,  perspektiv,  paralel 

məqsədyönlülük, proqrqamlaşdırma, layihələndirmə və idarəetmə üzrə xüsusi işləmələr 

həyata keçirilir. 

Sosial  proqnozlaşma  gələcək haqqında  bütün  incəliklərin necə  olacağını  da nə-

zərdə  tuta  bilməz.  O  gələcək  hadisələrin  dialektik  determinizm  prinsiplərindən  çıxış 

edir.


  Planlaşma  ilə  müqayisidə  sosial  layihələşmə  şərti  direktiv  səciyyə  kəsb  edir:  bir 

qayda  olaraq,  layihənin  hazırlanması  müəyyən  təşkilatın  qərarı  ilə  bağlıdır.  Bununla 

yanaşı, layihənin həyata keçirilməsi üçün onun plan vəzifəsinə daxil olması da mühüm 

şərtdir.  Sosial layihələşmə  çox  vaxt  optimal məqsədin axtarışı  ilə  bağlıdır ki,  bunu  da 

əsaslandırmaqla  həyata  keçirtmək  lazım  gəlir.  Bu  nəzərdə  tutulan  məqsədlərin  həyata 

keçirilməsinin  vasitələrinin  nöqteyi-nəzərindən  sosial  proqnozlaşma  ilə  planlaşma 

arasında əlaqələndirici element kimi çıxış edir. Bu vasitələr proqnozlaşmada bir qayda 

olaraq,  ümumi  formada  iştirak  etdikləri  halda,  planda  isə,  maksimal  şəkildə 

konkretləşirlər.  Layihələşmə  müxtəlif  şəraitlərdə  vasitələrin  istehsalı,  yaxud  bir-birini 

əvəz  etməsi  imkanlarını  nəzərdə  tutaraq  onların  axtarılması  və  əsaslandırılmasına 

istiqamətləndirilir. Ona görə də, layihələşmə prosesi layihədənöncə sənədlərin hazırlığı-

nın  vacibliyi  ilə  bağlı  olur  ki,  məhz  bundan  sonra  layhələşmə  prosesinin  özü  həyata 

keçirilir. 

Qeyd  etdiyimiz  kimi,sosial  proqnozlaşma  və  sosial  layihələşmənin  əhatə  etdiyi 

mühüm  ictimai  sahələrdən  biri  də  mədəniyyətdir.  Mədəniyyət  sahəsində  sosial 

layihələşmə adı altında mövcud təşkilati strukturların (ayrıca müəssisə və onların tipləri, 

idarəetmə  sistemi,  fəaliyyət  prinsipləri  müstəqil  proqramlar,  xüsusi  xidmətlər  və  s.) 

yenisinin  yaradılması,  yaxud  yenidənqurulması  kimi  başa  düşülməklə,  ictimai 

təcrübənin bu sahəsinin özünəməxsusluğuna xüsusi diqqət verilməsi vacibdir. İstənilən 

layihə  prosedurlarının  işlənilməsi  zamanı  bütün  bunlar  nəzərə  alınmalıdır.  Bununla 

əlaqədar həmin xüsusiyyətlərdən bəzilərini seçmək istərdik: 

1.Fəaliyyətdə  olan  mədəniyyət  modellərinin  rəngarəngliyi.  Bu  sahədə 

mədəniyyət haqqında eyni vaxtda müxtəlif, bir-biri ilə müqayisə edilməyən təsəvvürlər 

sistemi  “çalışır”.  Arxasında  müxtəlif  nəzəri  modellər  duran  mədəniyyət  haqqında 

çoxsaylı  təssəvvürlər,  nöqteyi-nəzərlər,  izah  və  ümidlərin  şərti  olaraq  üç  qrupa  aid 

edilməsi tövsiyə olunur. 

Birinci  modeli  şərti  qaydada  ənənəvi  kateqoriyalarını  “məxaric”,  “rentabellik”, 

”kapital  qoyuluşu”,  ”planlaşma”,  ”səmərəlilik”  təşkil  edən  iqtisadi  amillər  kimi 

müəyyənləşdirmək olar. 

İkinci  modeli  humanitar  adlandırmaq  olar.  Sənətşünaslıqdan  tutmuş  fəlsəfəyə 

qədəri  əhatə  edən  bu  modelin  birmənalı  olmayan  versiyaları  çox  vaxt  bir-birinə  qarşı 

dururlar,  bununla  belə  onun  bütün  bələdçilərini  tərkibinə  “yaradıcılıq”,  ”həqiqət”, 

”sənətin keyfiyyəti”, ”insanın mənəvi inkişafı” anlayışları daxil olan dəyər koordinatları 



51 

 

birləşdirir.Nəhayət,mədəniyyət  haqqında  təsəvvürlərin  üçüncü  idarə  modeli  müəyyən 



hissəsi  “nəzarət”,  ”mərkəzləşmə”,  “hesabat”,  ”təminat”,  ”səyyarlıq”  anlayışlarla  əhatə 

olunan mənayaradıcı strukturlardan ibarətdir. Bu model öz məqsədlərinə görə mürəkkəb 

və çoxfunksiyalıdır. 

Beləliklə, mədəniyyət sahəsində bir tərəfdən nisbətən zəif, digər tərəfdən gərgin 

proseslərin  bu  üç,  yaxud  daha  artıq  modellərin  eyni  vaxtda  reallaşmasının  mümkün 

olduğunu ehtimal etmək olar. 

2.Mədəni  proseslər  haqqında  gerçək  informasiyanın  əldə  olunmasının 

çətinlikləri. Ola bilsin ki, mədəniyyətə çoxölçülü sistem prinsipindən yanaşma mümkün 

deyildi. Ədəbiyyatların təhlilləri mədəniyyətin funksiyaları, onu təşkil edən “element”, 

”tərəf”, ”sahə”, ”proseslər” və s. qarşılıqlı təsiri haqqında təsəvvürlərin qeyri-dəqiqliyini 

göstərir.  Bununla  eyni  vaxtda  mədəniyyətin  digər  cəmiyyət  sahələri-iqtisadiyyat, 

siyasət, sosial münasibətlər, texnoloji inkişafla əlaqələri haqqında etibarlı biliklərin əldə 

olunması da çətinlik törədir. 

3.Məqsədlərin  bir-birinə  zidd  olması.  Görünür,  mədəniyyətdə  əməliyyat  baxı-

mından fəaliyyət məqsədlərinin ümumi, yaxud qeyri-müəyyənliyi təsadüfü deyildi. 

Mədəniyyət üçün dəyər-normalar, dəyər məqsədlərin hərəkəti, mədəniyyətin in-

vestisiya siyasəti, əhalinin davranışına incəsənətin təsiri kimi xüsusiyyətlər səciyyəvidir. 

Hakim  dəyər  oriyentirlərini  mədəniyyətin  inkişafının  bütün  nəzəri  modelləri,  bu 

inkişafın  məqsədləri  müəyyənləşdirir.  Belə  deyək,  fərdiləşdirilmiş  tamaşaçıya  deyil, 

kütləyə  istiqamətlənmə,  paradoksal  görünsə  də,  mədəniyyət  nüəssisələrinə  getməyin 

aşağı  düşməsinə  gətirib-çıxarmışdı.  Təkliflərin  miqdarının  ekstensiv  şəkildə  artması 

bəzi sahələrdə defisitə, bəzisində isə, artıqlığa, bədii istehsalın aktual tələbəbatlarla uy-

ğunsuzluğuna  səbəb  olur  ki,  bu  da  artıq  mövcud  olmuş  disproporsiya  və  ziddiyyətləri 

daha da gücləndirir. 

4.Mədəni proseslərin açıq xarakteri. Mədəniyyətlə bağlı bir xüsusiyyət haqqında 

danışmaq olar; bu zaman yeni proseslərə qapalı və xüsusi bir hal kimi yanaşmaq olmaz. 

Mahiyyətcə  bu  proseslər  əvvəlcədən  mövcud  olduqları  ənənəvi  təşkilati-fəaliyyət 

strukturları ilə qaynayıb-qarışır, bunların köməkliyi ilə transformasiya  olunur. Konkret 

mədəni  proses,yaxud  hadisəsinə  təsir  göstərən  amillər  zəncirini  izləmək  çox  çətindir. 

Məsələn,  belə  deyək:  bu  və  ya  digər  ərazinin  əhalisinin  mədəni  fəaliyyətində  sosial 

infrastuktrunun  mədəni  komponentinin  (müxtəlif  tip  və  təyinatlı  uyğun  müəssisə  və 

təşkilatlarla  təminat)  “çəkisi”ni  necə  müəyyənləşdirməli?  Bu  zaman  çox  şeyin  nəzərə 

alınması,sadəcə  olaraq  mümkün  deyildi:  çünki  bir  qaydanın  arxasında  ikinci,  üçüncü, 

dürdüncü səviyyələr gizlənir ki, bunlar da eyni dərəcədə qiymətləndirilmir, çünki bunlar 

mahiyyətcə  və  mövcudluq  və  fəaliyyət  formalarına  görə  prinsipialca  fərqlidirlər.  Mə-

dəniyyətin iqtisadi, sosial, tarixi, etnik və cəmiyyətin digər sistemləri ilə qarşılıqlı fəa-

liyyətinin  bir  çox  mühüm  element,  tərəflərinin  kifayətqədər  üzə  çıxarılması  mədəniy-

yətin inkişaf şərtləri, eləcə də bu inkişafın müxtəlif nəticələrinin ölçülməsi və qeydiyyatı 

imkanlarını aşağı salır. 

Mədəniyyət sahəsində sosial layihələşmənin özünəməxsusluğu“nə qədər?”, ”kim 

üçün?” suallarının cavablandırması ilə deyil, “nə?”, ”nə üçün?”, ”niyə?” sualına cavabın 

düzgün verilməsi ilə izah edilir. Layihələşmə, məhz mədəni rifah və xidmətlərin tətbiq 

formaları, mövcud həyat tərzi strukturunun dəyər meyarları ilə bağlı olur. 

Demək  olmaz  ki,  sosial  layihələndirmə  hər  mənada  yeni,  əvvəllər  həyata 

keçirilməyən  bir  fəaliyyətdir.  Hələ  ötən  əsrin  20-ci  illərində  mədəniyyətin  inkişafının 

idarəolunmasında  sosial-layihə  yanaşmalarının  tətbiqinə  cəhdlər  göstərilmiş,  30-50-ci 

illərdə mədəniyyət sahəsində sosial-iqtisadi planlaşdırma metodikalarının yeni tətbiqinə 

başlanıldığı  halda,  sosial-mədəni  sahənin  obyekti  kimi,  hələ  ki,  yalnız  memarlıqda 




52 

 

(layihələndirilən  obyektlərin  sosial-funksional  xarakteristikası)  layihələndirmə  işi  ger-



çəkləşdi.  Mədəniyyətin  idarəolunmasının  müasir  şəraitində  yenidən  sosial  layihə-

ləndirmə metodlarına müraciətin əsas səbəbi nə ilə izah edilir? 

Mədəni prosesin daha səmərəli idarəolunması məqsədilə sosial layihələşdirməyə 

müraciət  mədəniyyətin  sosial  funksiyalarının  müasir  dövrdə  müşahidə  olunan  ten-

densiyalarla sıx bağlıdır. Sosial-mədəni sahənin hansı sistemini götürsək, bu və ya digər 

həyat fəaliyyəti mühitinin sosial və mədəni potensialının həyati təminatı, toplanılma və 

reallaşdırma sistemlərinin formalaşdırılması və təkmilləşdirilməsi ilə üz-üzə gələrik. 

Həyat  təminatı  sistemlərinin  tədqiqat  və  layihələndirməsinin  əsasını  insan 

ekologiyası (və mədəniyyət) təşkil edir. Bu elm təbiət və humanitar fənlərin qovşağında 

inkişaf  edərək təbii  və  süni,  maddi-energetik  və informasiyalı  mühitdə müxtəlif  insani 

populyasiya  davranışının  öyrənilməsi  ilə  məşğuldur.  İnsan  ekologiyası  həyatın 

humanistləşdirilməsinə, dünyanın  qorunmasına  və  insanların  birləşməsinə  kömək  edən 

maddi  və  mənəvi  bir  qüvvədir.  Məhz  bu  istiqamətlilik  mədəniyyətin  ekologiyasına  da 

xasdır. Çünki mədəniyyət də insanın mövcudluğu üçün hava, su,bitki və heyvanat aləmi 

kimi  vacibdir.  Mədəniyyət  toplanılmış  mənəvi  dəyərlərin  məkanı,  mühiti  olmaqla 

mənəvi inkişafın şəhadəti kimi insani tələbatları təmin edir. 

İnsan  və  mədəniyyət  ekologiyasının  göstəricilərinə  istinadən  sosial-mədəni 

sahənin inkişafının proqramlaşdırma prinsirlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. 

Sosial-mədəni sahənin inkişaf strategiyasını müəyyənləşdirən sosial siyasət cəmiyyətin 

yaradıcı potensialına əsaslanmaqla eyni vaxtda onun toplanılmasına istiqamətlənmişdi. 

”Sürətlənmə”, ”yenidənqurma”, ”yeniləşmə”, “idarəetmə səmərəliliyi” kimi istilahlar bu 

günki  cəmiyyətimiz  üçün  keyfiyyətcə  səciyyəvi  olan  anlayışlardır.  Bu  yeniliyin 

təzahürlərindən  biri  də  mədəniyyətin  sosial-iqtisadi  inkişafının  intensifikasiyası  amili 

kimi rolunun yüksəlməsi təşkil edir. 

Müasir mədəni şəraitin bir sıra xüsusiyyətlərini üzə çıxartmaq olar ki, bunlardan 

birincisinə, məsələn, abidələrin qorunması, yeni bədii dəyərlərin yaradılması, keçmişin 

və indiki klassik incəsənət əsərlərinin təbliği, asudə vaxtın təşkili, estetik tərbiyə və ətraf 

mühitin  bədii-estetik  cəhətdən  baxımlı  formalaşdırılması  kimi  mədəniyyətin  müxtəlif 

sosial  funksiyalarının  mütərəqqi  differensiasiyası  aiddir.  Buradan  mədəniyyətin  yeni 

bütöv  vəziyyətinin  sadalanan  funksiyalarının  inteqrasiyasının  dəyər  və  simvolik 

formalarının axtarılması zərurəti, həmçinin mədəni prosesin yeni üsullarla (qeyri-sahəvi 

və qeyri-inzibati) idarəolunması tələbatı meydana çıxır.  

İkincisinə,  müxtəlif  tarixi  vəziyyətlərin  üzə  çıxarılması,  eyni  zamanda  müasir 

demokratik  şəraitdə  mədəniyyət  üçün  əhəmiyyətli  hesab  edilənlərin  qeydiyyatının 

aparılması;  bir  nəslin  miqyası;  Azərbaycanda  müstəqilliyinin  mövculuq  dövrü;  Azər-

baycan mədəniyyətinin modernləşməsi (eyni zamanda ölkədə yaşayan digər millətlərin 

mədəniyyətlərinin  modernləşməsi).  Məhz  bu nöqteyi-nəzərdən  mədəni  varisliyin  dərki 

baş tutur və mədəni dəyərlərin əhəmiyyəti müəyyənləşir. 

Mədəniyyətin  sosial  rolunun  və  bu  sahədə  onunla  bağlı  olan,  spontan  fəallığı 

müşahidə  edilən  funksiyaların  differensiallığının  gücləndirilməsi  prosesinin  reallığı 

mədəni prosesin idarəolunması təşkilinin ənənəvi çərçivələrinə sığmır ki, bunu da qəbul 

olunan  bir  sıra  rəhbəredici  sənədlər  timsalında  (məsələn,  həvəskar  birliklərin,  marağa 

görə klubların statusu üzrə qərarlarla) sübut etmək olar. Bu qəbildən olan aktlar yalnız o 

zaman  səmərəli  hesab  olunur  ki,  burada  özfəaliyyət  yaradıcılığının  hamı  tərəfindən 

qəbul olunmiş mahiyyəti və ictimai əhəmiyyəti dəqiqləşdirilmiş olsun. 

Hazırkı  dövrdə  mədəni  fəaliyyətin  “ətraf  aləmin  çərçivələrinin  açılmasına”  kö-

mək edən, ”öz əqidəsinin həyata keçirilməsi, özünün daha fəal və birbaşa təsdiqini, ətraf 

aləmə  təsirini  təmin  edən”,  ”insanlar  arasında  sərbəst  və  etibarlı  səmimi  münasibət-




53 

 

lərin... qurulmasının” təmini kimi rəngarəng formalar daha populyardır. Bu xüsusiyyət, 



insanın  axtarış,  tələbatları ilə  bağlıdır.  Axtarış  fəallığı  şəxsiyyəti  bir  vəhdət  kimi  onun 

istənilən həyati və yaradıcılıq təzahürlərində səciyyələndirir. 

Mühit,  mədəni  ekoloji,  tərbiyə  obyektləri,  mədəni-maarif  proqramları,  mədəni 

xidmət, müxtəlif növ ekspozisiyaların layihələndirilməsi-mədəniyyətdə sosial layihələn-

dirmənin əsas nümunələrindən hesab edilir. Mühit layihələndirməsi (dizayn, memarlıq) 

iş, asudə vaxt, yaxud inkişafda olan mühitlərin formalaşmasını nəzərdə tutur. Bu sosial 

layihələndirmə  üçün  iki  metodoloji  xüsusiyyət  səciyyəvidir:  həyat  tərzi  və  əşyavi 

mühitin  funksional-aksioloji  uyğunlaşması  prinsipinin  tamamlanması;  ”mühitli  ya-

naşma”  kimi  adlandırılan  bu  prinsipin  mədəniyyət  və  həyat  tərzinin  istənilən  hadi-

sələrinə obrazlı, ritual-abidəvi və s. cəhətdən tətbiqinə kömək etməsi; 

Adətən, mühit  layihələndirməsi  obyektlərinə  tarix  və  mədəniyyət  abidələri, att-

raksionlar, parklar, sərgilər, şəhərlərin tarixi hissələrinin fraqmentləri daxildir. Bunlara 

real obyektlər (məsələn, Bakı şəhərindəki tarixi memarlıq kompleksi sayılan İçərişəhər), 

fantastik  (məsələn,  hələ  layihə  kimi  mövcud  olan  Xəzər  dənizinin  Nargin  adasında 

turist-istirahət şəhəri) aiddir. 

2.Tərbiyə  proqramları  layihələri.  Mühitin  təşkili  insanın  mədəni  fəaliyyətinin 

istənilən istiqamətlərini öz-özünə müəyyən etmir. Bu məqsədlə, onu həmin mühitə cəlb 

edərək  sosiallaşdırmaq,  yeni  dəyərləri  qavramağa  hazırlamaq  lazımdır.  Məhz  elə  ona 

görə  də,  bu  gün  hər  bir  şəxsiyyətin  fərdi  hiss  və  təəssüratlarına  və  onun  rəngarəng 

mədəni  və  həyat  situasiyalarına  cəlb  olunmasına  imkanlar  açılır.  Estetik  tərbiyənin 

layihələndirilmə  proqramları  insanın  müxtəlif  formalarla  bədii  həyatda  iştirakını 

nəzərdə  tutur.  Bu  gün  məşğələləri  teatrlaşdırmaya  gətirib  çıxaran  oyun  anlamı  daha 

populyardır. Burada süjet-rol strukturu (öz predmetləri, hadisələri, təsəvvürləri, rolları) 

təşəkkül tapır, oyun və onun psixoloji məkanının müxtəlif əşyavi mənzərəsi yaxşı görü-

nür. Beləliklə, ünsiyyətin “incəsənət xüsusunda” və incəsənət məkanında təbəqələşməsi 

baş verir. Nəhayət, burada məşgul olan başa düşməlidir ki, o, başqa cür ola bilər, yaxud 

artıq olub, yəni özüninkişafı baş verib. 

3. Mədəni xidmətlərin layihələndirilməsi. Tərbiyə proqramlarının məqsədi insanı 

fəaliyyətə hazırlamaqdırsa, xidmət proqramlarının məqsədi bunları həyata keçirtməkdən 

ibarətdir.  Bu  zaman  həmin  fəaliyyətin  vasitələlərini  məsləhət  görən  vasitəçi  fiquru 

(bələdçi, kitabxanaçı, ekspert, sənətşünas və s.) və təşkilat təşəkkül tapır. Buna nümunə 

olaraq avtomatlaşdırılmış muzey kataloqları; özündə informasiya, nəqliyyat, əyləncə və 

xidmətin digər növlərini birləşdirən kompleks ekskursiya xidmətinin müasir sistemlərini 

və s.göstərmək olar. 

Sosial  layihələndirmə  mədəniyyət  dəyərlərini  üç  səviyyəyə:  bədii  obrazlar, 

mühitli obrazlar və nəhayət,həyat tərzinin özünün “obrazlığı” vasitəsilə fəallaşdırır. 

Beləliklə,  sosial  layihələndirmə  mədəniyyətə  kənardan  gətirilmiş  hər  hansı  bir 

şey  deyil.  Buna  olan  tələbat  mədəniyyətin  dövrümüz  üçün səciyyəvi  olan  sosial  funk-

siyalarının  gücləndirilməsinə  gətirib-çıxaran  müxtəlif  proseslərlə  hazırlanmışdı.  Sosial 

inkişafın  idarəolunmasının  üsulu  kimi  sosial  layihələndirmə  həyat  tərzinin  yenidən-

qurulması  şəraitində mədəniyyətin reallaşmasının  vacib  tələblərinə  cavab  verir  və  fəal 

sosial siyasətin mövcudluğunun etibarlı vasitəsi ola bilər. 

 

 



54 

 

Ədəbiyyat:

 

 

1.



 

Антонюк  Г.А.  Социальное  проектирование  (некоторые  методологические  аспекты).Минск, 

«Наука и техника».:1979; 

2.

 



Антонюк  Г.А.  Социальное  проектирование  и  управление  общественным  развитием. 

Минск,1986; 

3.

 

Бестужев-Лада. Поисковое  социальное прогнозирование: перспективные проблемы общества. 



М.: Изд-во «Наука»,1984; 

4.

 



Социальное проектирование. М.; »Мысль»,1982; 

5.

 



Социальное  проектирование  в  сфере  культуры  (от  замысла  к  реализации).  Сб. 

науч.тр.М.;1988; 

6.

 

Методол



огические  проблемы  социального  прогнозирования.  Изд-во  Ленинградского 

университета. Л.: 1975. 

 

 

Лейлаханым Атакишиева

 

Культура 

- как объект социального прогнозирования и проектирования 

Резюме

 

 

Социальное  прогнозирование  и  проектирование  представляет  собой  одно  из  проявлений 



целенаправленной 

деятельности, 

когда 

разрабатываются 



различные 

варианты 

решения 

социокультурных проблем. Оно применяется также при подготовке социальных планов и программ по 

регулированию коренным образом преобразуемых культурных процессов и явлений, которые ранее не 

нуждались в детальной проработке и управлении. 



Ключевые слова: социальное, прогноз,

 проектирование, культура. 



 

  

  

Leylaxanim Atakişiyeva



  

Culture as an object of social prognosis and project 

Summary 

 

Social  prognosis  and  project  intends  expedient  activities  on  preparing  of  different  variants  of  the 

solution  of  social  cultural  problems.  This  surrounds  fundamentally  changed  cultural  process  and  social  plan 

on regulating events and preparing programs. 



Keywords: Social, prognosis, project , culture. 

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 02.09.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 09.09.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 08.10.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə fəlsəfə doktoru, 

dosent Yeganə Əliyeva 



ADMİU

-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur. 

Yüklə 69,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə