31
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXIV buraxılış, Bakı, 2012
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХIV выпуск, Баку, 2012
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХIV edition, Baku, 2012
MUZEYŞÜNASLIQ,
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ
UOT 069
Yeganə Eyvazova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
AZ – 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 9
Email: sebiwka_ADMİU@mail.ru.
“TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏSİ” ANLAYIŞI: ŞƏRHƏ MÜASİR
YANAŞMALAR
Xülasə: Мягаля “tarix və mədəniyyət abidəsi” анлайышынын шярщиня мювъуд
мцасир йанашмаларын тящлилиня щяср олунуб. Tarix abidəsi kimi “mədəniyyət” və
”abidə” anlayışlarının üzvi şəkildə birləşdirilməsi bu ifadənin xarakteristikasının şərhinə
mədəni model kontekstindən yanaşmaqla, kulturoloji mahiyyətinin təhlilinə marağı
gücləndirir. Abidə fenomeninin mahiyyəti haqqında elmi səciyyəyə malik olduğumuz-
dan bu anlayışın “mədəniyyət” anlayışı ilə nisbəti məsələsinin araşdırılmasına ehtiyac
duyulur.
Açar sözlər: tarix abidəsi, mədəniyyət abidəsi, şərh, kulturoloji.
Tarixi yaddaş keçmiş təcrübənin məcmusu kimi mədəni-tarixi prosesin öz
varisliyi ilə vəhdətini təmin edir. Bu missiyada tarix və mədəniyyət abidələrinin dəyəri
ölçüyəgəlməzdir. Abidələrin əsasını tarix təşkil edir. Bəs geniş anlamda tarix abidələrdə
necə təcəssüm tapır ? Bu tarix və mədəniyyət abidələrində izi qalmış insan cəmiyyətinin
tarixi, mədəniyyətin, xüsusilə, ədəbiyyat və incəsənətin tarixi, elm və texnika tarixi ola
bilər. Məhz elə buna görə də, tarixi şüur tarix və mədəniyyət abidələri üçün təməl hesab
edilir. Elmi dairə və ictimaiyyətin son illərdə tarix və mədəniyyət abidələrinə marağının
birdən artması tarixi mənbə kimi abidələrə elmi yanaşmanın aktual problemlərinin
sayını artırdı, tarixi-mədəni irsin ictimai dəyərinin, onun təsnifatının müəyyənləşdiril-
məsində canlanmaya səbəb oldu. Abidənin “tarix abidəsi” statusunda dərki onun tarixi
mənbə kimi hansı komponentlərdən təşkil olunduğunun araşdırılmasını aktual edir. Bu-
nun üçün “tarixi mənbə” fenomeninin tarixşünaslıq aspektlərinə diqqət yetirək. Tarixi
32
mənbə dedikdə, tarixi informasiyanı özündə daşıyan obyekt nəzərdə tutulur. Tarixi mən-
bənin elmi-idraki əhəmiyyəti elmi-tarixi tədqiqatlarda zəruri zəmin roluna malik olması
ilə izah edilir. Tarixi mənbələrin nəzəriyyəsi, tarixi, həmçinin onların öyrənilməsi
metodikasını işləyib hazırlayan mənbəşünaslıq “tarix abidəsi” fenomeninin araşdırıl-
ması baxımından da əsaslı rola malikdir. Muzeyşünaslıq konteksti üçün tarixi mənbənin
elmi dərkindən başqa, emosional cəhətdən mənimsənilməsi də ən vacib xüsusiyyət
hesab edilir. Bununla bərabər muzeyşünaslıqda tarixi mənbəşünaslığın üsul və metodla-
rından istifadə olunur: üzə çıxarılmamış muzey əhəmiyyətli əşyaların seçilməsi (mu-
zeyşünaslıq evristikası), muzeyşünaslıq kontekstindən dəyərləndirilmə yolu ilə bunların
içərisindən müəyyən informasiya daşıyıcısı olan muzeal əşyanın seçilməsi. Muzeal
olanlardan tarixi mənbə kimi istifadə edilməsi muzey mənbəşünaslığının, muzeyşünaslı-
ğın və tarixi mənbəşünaslığın struktur elementi kimi tanınmasını obyektiv zərurətə
çevirir.
“Tarixi mənbə” fenomeni təkcə mənbəşünaslıqda deyil, ümumtarix prizmasından
da diqqəti cəlb edən problemlərdəndir. Bu fenomenə yanaşma tərzinə görə tədqiqatçıları
dörd istiqamətə təsnif etmək olar. Birincisinə, tarixi mənbəni “tarixi fakt” kontekstindən
tədqiq edən dünyaşöhrətli tarixçilər B.Kroçe, L.Bekker, Ç.E.Berd, R.D.Kollinqvud,
A.Y.Qureviç, L.S.Kleyn; ikincisinə, həmin fenomenə “tarixi sənəd “ kontekstindən
yanaşan O.P.Korşunov, Ş.N.Stolyarov, A.İ.Mixaylov, A.İ.Çernıy, R.S.Qilyarevski;
üçüncüsünə, “tarixi yaddaş”a üstünlük verən M.Blok, L.Fevr və nəhayət, “sosial-tarixi
yaddaş”ı tədqiq edən A.M.Pançenko, V.A.Beylis, İ.S.Kloçkov, A.Y.Qureviç, P.N.Mil-
yukov, N.Qumilyovun tədqiqatlarını misal çəkmək olar. Adları çəkilən tədqiqatçıların
tədqiqat predmeti kimi seçdikəri hər bir komponent (tarixi fakt, tarixi sənəd, tarixi
yaddaş, sosial-tarixi yaddaş) “tarix abidəsi” statusunun müəyyənləşməsinə zəmanət ve-
rən “tarixi mənbə” fenomeninin tərkib üzvləridir. “Tarixi mənbə” fenomeninə tarix-
şünaslıq prizmasından yanaşan bu tədqiqatçıların irəli sürdükləri tezislərin muzeyşünas-
lıq konteksti üçün əhəmiyyətli olan arqumentləri tarixi sənədlilik baxımından artefakt-
larda təzahür edilmiş məlumatların unikallığı, təkrarsızlığının qabardılmasıdır. Çünki
muzeallıq baxımından tarixi faktlardakı informasiyanın mühüm keyfiyyət göstəriciləri-
nə tipiklik, unikallıq, yaxud da bu və ya digər hadisə ilə bağlı memoriallıq əlamətləri
daxildir.
Muzeyşünaslıq elmi fənninin yaradıcıları hesab edilən Neusturp, Şmid, Fyodorov
muzeyşünaslıqla bağlı mülahizə və ideyalrında “tarix abidəsi” anlayışının istifadəsinə
üstünlük vermişlər. Lakin “tarix abidəsi” anlayışından istifadə edənlər, əslində onun
məna dərinliklərinə varmır, buna daha çox muzeyşünaslıq “görkəmi” vermək xətrinə
bunu edirdilər. Geniş xronoloji diapozonda götürülməklə ədəbiyyat və qanunvericilik
sənədlərində bu termin müxtəlif məna məzmunlarında tətbiq olunmuşdur. Məsələn,
tarixə Oktyabr inqilabı kimi daxil olmuş tarixi hadisənin 10 illiyinin bayram edilməsi ilə
bağlı xüsusi təlimatda “tarix abidəsi” anlayışının əhatə dairəsi “inqilab hərəkatı abidəsi”
məzmunundan çıxış edərək müəyyən olundu. Bu ad altında : inqilabi hadisələrlə və
inqilab xadimlərinin şəxsi həyatı ilə bağlı olan “süni tikililər (malikanə, ev, qəbir,
monumentlər), tikilmiş və tikilməmiş məntəqələr (şəhər və kənd keçidləri, yarğanlar,
ağaclıq, meşəlik, təbii səddlər) əsasən, memarlıq və təbii nümunələr başa düşülürdü (3.
25-27).
Rəsmi xronoloji dövlət sənədlərinin açılışları sübut edir ki, “tarix abidəsi” anla-
yışı tədricən ümumi olan “abidə” fenomeninin ayrıca bir təsnifat istiqaməti kimi
formalaşaraq öz əhatə sferası haqqında təsəvvürlər yaradırdı.
1948-ci ildə qəbul edilmiş adı çəkilən Qanunda “tarix abidəsi” məlum dörd qrup-
dan (memarlıq, incəsənət, arxeologiya, tarix) biri kimi rəsmi olaraq möhkəmləndirildi.
33
Bu təsnifatın elmi dəyəri üzərində ətraflı dayanmadan qeyd edək ki, tarix abidələri öz
mahiyyət əlamətlərinə -tarixi mənbə kimi baş vermiş hadisələrlə bağlılığına görə ayrıca
bir qrupa daxil edilmişdi.
İncəsənət tarixində ən dəyərli tarixi bir sənədin, məhz konkret bir incəsənət
abidəsinin köməkliyi ilə əldə olunması kimi faktlarına da rast gəlinməsi, həmin abdənin
“tarix abidəsi” kimi tanınma ehtimalını aktuallaşdırır. Beləliklə, buradan belə bir nəticə
çıxartmaq olar ki, “tarix abidəsi” fenomeninin müəyyənləşməsinin başlıca əlaməti cə-
miyyətin müxtəlif sahələri üzrə ( ictimai-sosial, mədəni, siyasi, iqtisadi, təsərrüfat) ən
mühüm və dəyərli tarixi hadisələr haqqında informasiya daşıyıcısına mənsub olma
faktıdır. Bu informasiya isə, tarixi fakt, yaddaş qismində çıxış edir. Qeyd etmək
vacibdir ki, eyni anlayış bir çox mənbəşünaslıq işlərində də istifadə olunur. Özü də bu
zaman tarixi abidələr tarixi mənşədən olan mənbələr kimi eyniləşdirilir. Tarix profilli
muzey təcrübəsi əsasında Lavıkina Q.K., və Xerbst V. redaktəsilə yazılmış “Muzeyşü-
naslıq” dərsliyində muzey əşyaları S.O.Şmidtin istinad etdiyi əsas prinsipə - mənbənin
zahiri forma əşyavi, təsviri, yazılı, sənədli fono materiallar kimi növlərə təsnif olunmuş
variantda təqdim olunur (6. 209-217). Eyni təsnifat, hətta digər profilli muzeylər üçün
yazılmış muzeyşünaslıq dərslik, dərs vəsaitləri üçün qəbul ediləndir.
Tarix abidəsi kimi “mədəniyyət” və ”abidə” anlayışlarının üzvi şəkildə birləşdi-
rilməsi bu ifadənin xarakteristikasının şərhinə mədəni model kontekstindən yanaşmaqla,
kulturoloji mahiyyətinin təhlilinə marağı gücləndirir. Abidə fenomeninin mahiyyəti
haqqında elmi səciyyəyə malik olduğumuzdan bu anlayışın “mədəniyyət” anlayışı ilə
nisbəti məsələsinin araşdırılmasına ehtiyac duyulur. Mədəniyyəti, məhz yaddaş
paradiqmasından təhlil edən D.S.Lixaçov onu “mədəniyyətin, mədəniyyət toplularının
əsası, ...mədəni dəyərlərin estetik dərkinin bünövrələrindən biri“ kimi qiymətləndirir
(7.198-203). Abidə, hər şeydən əvvəl, mədəniyyətin məhsulu, daha doğrusu, insani
fəaliyyətin nəticəsi kimi öyrənilir. Ona görə də, abidənin tədqiqi üçün onun yaradılması
mühiti, şəraiti və yaranma məqsədlərini, mövcud mədəniyyət kontekstində onun
əhəmiyyətini bildirən kulturoloji yanaşmanın tətbiqi tamamilə elmi cəhətdən əsaslı
hesab edilir. Abidənin muzeyşünaslıq aspektlərinin müəyyənləşməsi kulturoloji şərhlə
birbaşa əlaqəlidir. Abidə kulturoloji fenomen kimi bir sıra tədqiqatçıların araşdırma ob-
yekti olmuşdu: Belyayev A.A., Besonov U.B., Boyarski P.V., Vedenin Y.A., Dyaçkov
A.N. və başqaları mədəni-tarixi irsin mühafizəsi problemlərinə həsr etdikləri tədqiqatla-
rında “abidə” fenomeninin, məhz kulturoloji kontekstdən təhlilinə cəhd göstərmişlər. Bu
müəlliflər abidə fenomeninə mədəni-tarixi irsin aparıcı tərkibi kontekstindən yanaşmış-
lar. “Mədəniyyət abidəsi” fenomeninin muzeyşünaslıq kontekstində dərki onun ilk növ-
bədə, mədəniyyət hadisəsi kimi dəyərləndirilməsini zəruri edir ki, bu da abidəni
“mədəni fakt”, “mədəni yaddaş”, “mədəni mətn” müstəvisində araşdıran tədqiqatçıların
mühakimə və mülahizələrinin dərindən öyrənilməsini vacib bilir. Bunu da qeyd etmək
yerinə düşərdi ki, Azərbaycan mədəniyyətşünaslığı və muzeyşnaslığında bu problemin
dərindən öyrənilməsinə çox böyük ehtiyac vardır. Əslində, “tarix abidəsi”, nə də
“mədəniyyət abidəsi” fenomenini bir-birindən kəskin şəkildə təcrid edilmiş halda nə
tədqiq, nə də öyrənmək olmaz. Yuxarıdan apardığımız bəzi izahlardan məlum olduğu
kimi, bunlar eyni “vicud”a malik ayrı-ayrı mahiyyət qatlarından ibarət anlayışlar kimi
dərk edilməlidir: zamanın sınaqlarından keçərək tarixilik “qatı”nı özündə şərəflə qoruya
bilmiş dəyərlər “tarix abidəsi”, hər bir abidənin zamanından, mühit və şəraitindən asılı
olmayarq isə, konkret bir mədəniyyətin daşıyıcısı olması faktından irəli gələrək
“mədəniyyət abidəsi” adlandırılması elmi cəhətdən məntiqəuyğundur.
34
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Qanun”. B.: 13
iyun 1998;
2. Azərbaycan gömrüyü mədəni irsin keşiyində. B.: 2007;
3.Ежедельник Наркомпроса РСФСР. 1928, №23;
4.Eyvazova Y. Muzeydənkənar tarix və mədəniyyət abiələrinin mühafizəsi və istismarı. B.: 2010;
5. Mədəni irsin qorunmasına dair normativ hüuqi aktlar toplusu. B.: 2001;
6. Музееведение. Музеи исторического профиля. Учебное пособие для вузов по спец.»История»
/Под ред. К.Г.Лавыкина, В.Хербста.-М.: Высш.шк.,-1988;
7. Лихачёв, Д.С. Письма о добром и прекрасном [Текст]/ Д.С. Лихачёв.- Изд. 2-е, доп.- М.: Дет. лит.,
1988.- 238 с.: фотоил. - (Библиот. серия).
Егана Эйвазова
Понятие «памятник истории и культуры»: современные подходы к интерпретации
Резюме
Статья посвящена анализу современных подходов к интерпретации одного из важнейших по-
нятий культурологии - понятия «памятника культуры», в частности анализу подходов к пониманию
памятника культуры в рамках культурологической теории памятника.
Ключевые слова: памятник истории, памятник культуры, интерпретация, культурологиче-
ский.
Egana Eyvazova
The concept of "historical and cultural monument»: current approaches to interpretation
Summary
The article is devoted to the analysis of contemporary approaches to the interpretation of one of the
most important concepts of culture-the concept of "cultural monuments", in particular the analysis of the
approaches to the understanding of cultural monument within the cultures theory monument.
Keywords: historical monument, cultural monument, interpretation, cultures.
Məqalənin redaksiyaya daxil olma tarixi: 03.09.2012
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 08.09.2012
Məqalənin çapa qəbul olunma tarixi: 10.10.2012
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə elmlər doktoru,
professor İlqar Hüseynov
ADMİU
-nun Elmi Şurasının 27 dekabr 2012-ci il, 04 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |