74
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXIV buraxılış, Bakı, 2012
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХIV выпуск, Баку, 2012
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХIV edition, Baku, 2012
UOT 101.1::316
Şölə
t Zeynalov
AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun doktorantı
Az 1073, Bakı, H.Cavid pr.,31, 9
-cu mərtəbə
E-mail: sholet@mail.ru
SİVİLİZASİYALARARASI DİALOQ VƏ ƏMƏKDAŞLIĞIN
AZƏRBAYCAN PARADİQMASI
Xülasə: Məqalədə müəllif müasir dünyada sivilizasiyalararası dialoq və əmək-
daşlıqda Şərq və Qərbin qovşağında yerləşən Azərbaycan Respublikasının əhəmiyyətini
göstərmişdir. Bu münasibətlərdə onun yeni bir model Kim dünyaya nmunə ola biləcə-
yini nəzəri fikir prizmasında araşdırmışdır. Məqalədə müxtəlif mədəniyyətlərə məxsus
xalqlar, dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığın mümkünlüyünün zərurili-
yini vurğulamış və onun Azərbaycan paradiqması rakursunda təqdim etmişdir.
Açar sözlər: paradiqma, əməkdaşlıq, dialoq, tolerantlıq, sivilizasiya
Azərbaycan tarixən həm yerləşdiyi regionda, həm də qlobal sivilizasiyalar miq-
yasında gedən mühüm proseslərə ciddi təsir göstərmək ənənəsinə malik ölkədir.
Sivilizasiyalararası dialoq və əməkdaşlığın müasir Azərbaycan modeli birdən-
birə yaranmamışdır, onun dərin tarixi keçmişi və kökləri vardır. Tarixi, coğrafi və siyasi
baxımdan həmişə Şərq və Qərbin maraqlarının təmas və kəsişmə məkanı olan ölkəmiz-
də müxtəlif etnoslar, millətlər və dini konvensuslar əsrlər boyu dinc tolerantlıq şərai-
tində və qarşılıqlı əlaqələrdə yaşanmışdır. Bu prosesdə bu tərəfdən onlar özünəməxsus
spesifik mədəniyyətini inkişaf etdirmiş, digər tərəfdən isə malik olduqları mili-mədəni
dəyərləri bir-birilə geniş mübadilə etmişlər.
Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlığa verdiyi töhfə mili müs-
təqillik dövründə prinsipcə yeni keyfiyyət mərhələsinə yüksəliş və daim genişlənməkdə
olan miqyaslar kəsb etməkdədir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: "Ölkəmiz dünya miqya-
sında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehti-
yatlarından və böyük potensialından istifadə edərək, Şərq ilə Qərb arasında körpü ro-
lunu səmərəli surətdə həyata keçirməyə qadirdir" (1, 8).
Qeyd olunan mövqe müasir Azərbaycan ictimai və nəzəri fəlsəfi fikri üçün səciy-
yəvidir. Bunu S.Xəlilovun aşağıdakı sözləri də sübut edir: "Həqiqətən də bu gün Azər-
baycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə
siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu
75
və bir-birini qarşılıqlı surətdə tamamladığı siyasi-iqtisadi və mədəni-mənəvi mərkəzə
çevrilmişdir. Bu mənada Azərbaycan həm Şərq, həm də Qərb dəyərlərini ehtiva edir (3,
21).
Bu bir həqiqətdir ki, cəmiyyətdə siyasi ideologiyalar ilə müqayisədə mədəniyyət,
mədəni dəyərlərin inkişafı onların sivilizasiyalararası mübadiləsinin genişləndirilməsi
daha böyük önəmə malikdir. Bu həqiqəti dərk edən ölkəmizin indiki siyasi rəhbərliyi
sivilizasiya və mədəniyyətlərin inkişafına xüsusi diqqət yetirir. Bu istiqamətə gələcəkdə
daha çox üstünlük verməyi məqsədəuyğun hesab edir.
Milli müstəqillik dövründə Azərbaycanda baş verən əsaslı sosial-iqtisadi və si-
yasi transformasiyalar, demokratikləşmənin ardıcıl olaraq genişləndirilməsi, vətəndaş
cəmiyyəti və hüquqi dövlətin yaradılması yolunda atılan uğurlu addımlar, ictimai
inkişafın özünəməxsus modelini yaratdı. Ölkəmizin yeritdiyi balanslaşdırılmış və elmi
əsaslandırılmış xarici siyasi xətt strategiyasında dünya ölkələrini birliyi ilə yaxınlıq,
əlaqələr və dialoqun inkişafı mərkəzi yerlərdən birini tutur.
Ədalət naminə qeyd edək ki, 90-cı illərin əvvəllərində Azərbaycanda bəzi Şərq
ölkələri üçün səciyyəvi olan siyasi sabitsizlik problemi ilə üzləşmişdi. Lakin həmin
dövrdə siyasi hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və çox-
tərəfli fəaliyyəti nəticəsində bu problem tezliklə aradan qaldırıldı, sabitlik və vətəndaş
konsensusu əldə edildi.
Hazırda ölkəmiz Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin yaradılması və Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının hasilatı və Qərbi
Avropa bazarlarında satılması istiqamətində daim yeni-yeni uğurlara imza atır. Azər-
baycanın bilavasitə iştirak etdiyi müxtəlif beynəlxalq layihələrin reallaşması gedişində
ölkəmizin dünya birliyi ölkələri ilə əməkdaşlığı durmadan möhkəmlənməkdədir. Müs-
təqilliyə qədəm qoyduqdan sonra keçən qısa müddət ərzində Azərbaycan Birləşmiş Mil-
lətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Müstəqil Döv-
lətlər Birliyinin, İslam Konfransı Təşkilatının, Qara dəniz Ölkələri İqtisadi Əməkdaşlıq
Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma
və İnkişaf Bankının, İslam İnkişaf Bankının üzvü olmuş, Avropa Şurasının, Avropa Bir-
liyi Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqə-
lərini daim möhkəmləndirir.
Ulu Öndərin siyasi rəhbərlik kursunu dönmədən və yaradıcılıqla inkişaf etdirən
İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz sivilizasiyalararası münasibətlərin
təkmilləşməsinə, onların qarşılıqlı əməkdaşlığının təmin olunmasına verdiyi töhfələri
günbəgün artırmaqdadır. Akademik R.Mehdiyev yazır: "Prezident İlham Əliyevin siyasi
fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx
ünsiyyət saxlasınlar, problemləri açıq müzakirə etsinlər, öz fikirlərini sərbəst bildirsin-
lər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair san-
ballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir" (2, 249).
Respublikamızın Prezidenti İlham Əliyevin çoxtərəfli fəaliyyətində Azərbayca-
nın milli inkişafı strategiyasının əsas istiqamətlərinin reallaşdırılmasına, xüsusi diqqət
yetirilir. Onların sırasında güclü dövlət yaratmaq və yüksək rifahı təmin etmək Azərbay-
canı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq, insan kapitalını və xalqın kreativ
potensialını möhkəmləndirmək, iqtisadi, siyasi və mədəni sistemləri təkmilləşdirməklə
innovasiyalı inkişaf prinsipini həyata keçirmək xüsusi yer tutur.
Ölkəmizin müasir mərhələdə hərtərəfli və dinamik inkişafı həmin tarixi ənənəvi
daha yüksək səviyyədə yerinə yetirməyə şərait yaradır. Bunun nəticəsidir ki, bu gün
Azərbaycan mədəniyyətlərarası qarşılıqlı təsirin inkişafına özünün böyük töhfəsini
verir. Sözügedən istiqamət müasir mərhələdə ölkəmizin yeritdiyi ümumi siyasi xəttin,
76
xüsusilə də mədəniyyət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
XX əsrin sonlarından başlayaraq ölkəmizdə əsaslı və hərtərəfli transformasiya
ictimai həyatın bütün sahələrində surətli və dinamik inkişaf müşahidə olunur. Bu zəmin
üzərində onun Avropa və Qərb ölkələri ilə yaxınlaşması və tədricən inteqrasiyası pro-
sesi daha da möhkəmlənir. Onun gedişində Avropanın tərkib hissəsi kimi Azərbaycanda
Qərbin demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu bazar iqtisadiy-
yatının formalaşması sübut edir ki, burada Şərq sivilizasiyası ilə mütəmadi yaxınlaşma,
ümumi milli inkişaf strategiyasının başlıca istiqamətlərindəndir. Bütün bunların nəticəsin-
də ölkəmizlə Avropa arasında ümumi dəyərlər və təmas nöqtələri daim çoxalmaqdadır.
“Buraya həmçinin, Avropa və dünya ilə ümumi-iqtisadi, siyasi, elmi-intellektual, in-
formasiya, mədəniyyət və s. məkanların formalaşdırılması da bilavasitə daxildir” (2, 269).
Əgər əvvəllərdə dövlətlərarası münasibətlərdə rəqabət və əsas təzyiq vasitəsi
kimi fiziki güc tətbiqi əsas yer tuturdusa, indi həmin funksiyanı intellekt qüvvəsi yerinə
yetirir. Kütləvi informasiya və kommunikasiya vasitələrinin inkişafı, onun yeni
formalarının yaranması bu prosesi daha da stimullaşdırır. Bütün bunlar informasiya
sivilizasiyasının formalaşmasını ifadə edir. Bununla əlaqədar olaraq həm ölkə daxilində,
həm də müxtəlif dövlətlərarası münasibətlərdə KİV-in rolu və təsir gücü çoxalır.
Onlarda verilən informasiyalar beynəlxalq miqyasda ictimai rəyin formalaşmasında
mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi dövrü ölkəmizin sivilizasiyalararası dialoqda
fəal və hərtərəfli iştirakı artır və daha intensiv formalar kəsb edir. Bütün bunlar
Azərbaycanın dünya ölkələri birliyinə inteqrasiya olunması prosesini sürətləndirir.
Sözügedən prosesdə xalqımızın öz milli mədəniyyətinin milli özünəməxsusluğu və
unikallığını qorumaqla, beynəlxalq qlobal əlaqələrə və ümumi mədəniyyət məkanına
cəlb olunması güclənir. Azərbaycan öz inkişafının tarixi spesifikliyi üzündən qədimlik
və müasirliyi, ənənə ilə novatorluğu üzvü surətdə bağlayır, müasir dövrün rəngarəng
qloballaşma proseslərində fəal və hərtərəfli iştirak edir. Burada xalqımızın milli
ənənələri, müasir Avropa sivilizasiyası və dəyərləri ilə düzgün əlaqələndirilir. Bir
tərəfdən mədəni-tarixi irsə diqqət və qayğı ilə yanaşılır, digər tərəfdən isə onun dünya
ölkələri ilə mədəni dialoqu və əməkdaşlığı daim yeni, daha mükəmməl formalar alır.
Prezident İ.Əliyevin təşəbbüsü ilə 2011-ci il 7-9 apreldə Bakıda 102 dövlətin və 10-dan
çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun uğurla həyata keçirilməsi, deyilənləri bir daha sübut edir. Dövlət
başçısının sərəncamı əsasında Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər
iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edilməsi nəzərdə
tutulmuşdur. Onun əsas məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və
eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın
möhkəmləndirilməsindən mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər
arasında əməkdaşlıq üçün qlobal platformasının təsis edilməsi və Azərbaycan xalqının
tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılmasıdır".
Sivilizasiyalararası dialoq və əməkdaşlığın möhkəmləndirilməsində Heydər
Əliyev Fondu, onun Prezidenti Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı
Mehriban Əliyevanın çoxşaxəli uğurlu fəaliyyəti müstəsna rol oynayır. O, Azərbaycan
mədəniyyətinin beynəlxalq miqyasda geniş təbliğ olunması sayəsində böyük uğurlarına
görə, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri şərəfli adına layiq görülmüşdür.
Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanın bir çox maddi və mənəvi mədəniyyət
inciləri YUNESKO tərəfindən ümumbəşəri şedevrlər siyahısına daxil edilmişdir. İçəri
şəhər və Qız qalası isə ümumdünya mədəni irsinin unikal memarlıq nümunələri elan
olunmuşdur. Azərbaycanın birinci xanımının xalqımızın tükənməz mədəniyyət incisi
77
olan muğamın dünyaya tanıtdırılması sahəsindəki xidmətləri xüsusilə böyükdür. O bu
baxımdan qarşıya qoyduğu məqsədi belə formulə edir: Bizim məqsədimiz, muğamı
qoruyub saxlamaq və inkişaf etdirməklə, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək
nəsillərə çatdırmaqdır" (4, 63).
Azərbaycan xalqının çoxəsrlik milli mədəni sərvətləri xəzinəsində muğamın
xüsusi yer tutduğunu dərindən anlayan Mehriban xanım muğamı dünyada tanıtdırmaq
istiqamətində təkcə özünün çoxtərəfli fəaliyyəti ilə məhdudlaşmır o həm də göstərir ki,
hər bir vətəndaşın mənəvi borcudur. Onun yorulmayan fəaliyyəti nəticəsində ölkəmizdə
hər il muğam müsabiqələri keçirilir, bu sahədəki istedadlı gənclər aşkara çıxarılır və
dövlət qayğısı ilə əhatə olunur. Son illərdə "Qarabağ xanəndələri", "Muğam ensiklope-
diyası" musiqi albomlarının nəşr edilməsi, ölkəmizin paytaxtının ən görməli yerlərindən
birində – Dənizkənarı Parkda "Beynəlxalq Muğam Mərkəzinin" açılması, onun bu
sahədəki xidmətlərinin yalnız qısa bir siyahısıdır. 2009-cu ilin martında onun rəhbərliyi
ilə Bakıda təşkil olunmuş "Muğam dünyası" adlı Beynəlxalq festivalda dünyanın əksər
ölkələrindən muğam ifaçıları ilə yanaşı muğamın nəzəriyyəsi və fəlsəfəsinin tədqiqat-
çıları da iştirak etmişdi. Azərbaycan xalqının öz milli mədəni özgünlüyünü qoruyub
saxlaya bilməsi onun qloballaşmada olan dünya məkanını və mədəniyyətinə inteqrasiya
etməsinə çoxsaylı mədəniyyətlərarası qarşılıqlı təsir proseslərinə bərabərhüquqlu və fəal
tərəfdaş kimi cəlb olunmasına real şərait yaradır.
Qloballaşma Qərb və Şərq sivilizasiyalarının milli mədəniyyətlərini ciddi sınağa
çəkmişdir. Bu sınaqdan uğurla çıxmağın əsas yolu mədəniyyətlərin dialoqu və varisli-
yinin təşkil edilməsidir. Sonuncu məsələnin həllində görkəmli şəxsiyyətlərin, dövlət
başçılarının, ictimai xadimlərin iradəsi və fəaliyyəti çox böyük rol oynayır. Heydər
Əliyev Fondu bu sahədə əsil örnək olmaqla, mədəniyyət-sivilizasiya sistemlərinin
dialoquna xüsusi diqqət yetirir. Bunu Fondun Prezidenti M.Əliyevanın aşağıdakı fikrin-
dən də görmək olar: "Bizim dövrümüzdə Qərb-Şərq dialoqu son dərəcə aktual
əhəmiyyətə malikdir. Buna görə də xeyirxah səfir olmaqla mənim vəzifəm elm,
mədəniyyət və təhsil vasitəsilə islam dünyasının malik olduğu imkanları üzə çıxar-
maqdır. Biz onu göstərmək istəyirik ki, Qərb və Şərq müxtəlif sivilizasiyalar olsalar da,
biri-birimiz üçün maraqlı və faydalı ola bilərik (4, 11).
Nəzərdə tutmaq lazımdır ki, müasir dünya belə bir alternativ qarşısında durur: ya
sivilizasiyaların və mədəniyyətlərin dialoqu və tərəfdaşlığını həyata keçirmək, ya da
onlar arasında gərginlik və qütbləşməni artırmaq. Heydər Əliyev Fondu bu həqiqəti dərk
edərək öz fəaliyyətini mədəniyyətlərarası dialoqun sürətləndirilməsi istiqamətində
qurur. Bu gün bəşəriyyətin qarşısında duran çoxsaylı qlobal problemlər bir və ya bir
neçə ölkənin və ya regionun gücü ilə həll oluna bilməz, bunun üçün bütün xalqların
səyini birləşdirmək lazımdır. Son illərdə Fondun rəhbərliyi ilə Azərbaycanda
mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun genişləndirilməsinə həsr olunmuş bir
sıra beynəlxalq miqyaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2006-cı ilin aprelində
Bakıda "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" adlı Beynəlxalq
Konfrans olmuşdur. Latın Mədəniyyət Akademiyasının XII konfransı olan bu mühüm
tədbirin Azərbaycanda təşkil edilməsi təsadüf deyildi. Bu, ölkəmizin regionda oynadığı
böyük rola, güclü tarixi-mədəni ənənələrə malik olmasına verilən böyük qiymətin
ifadəsi idi. Konfransın işində dünyanın latın mənşəli 30 ölkəsindən çoxlu nümayəndələr
iştirak etmişdi. Ondan bir il sonra, yəni 2007-ci ildə noyabrda Bakıda "Gənclər siviliza-
siyaların alyansı (birliyi) uğrunda mübarizədə" adlı Beynəlxalq Konfrans keçirildi.
Onun təşkilatçıları BMT-nin inkişaf proqramı, İSESKO və Avropa Şurası kimi nüfuzlu
təşkilatları idi. Bu konfrans da Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutmuşdu.
Həmin konfransdakı çıxışında M.Əliyeva demişdi: "Sivilizasiyaların birliyinin (ittifaqı-
78
nın) məqsədi qarşılıqlı inam yaratmaq, dialoq təşkil etmək, etnomədəni dəyərlərin və
sivilizasiyaların rəngarəngliyinin qəbul olunması və ona hörmətlə yanaşılmasından
ibarətdir. Tarixdə mədəniyyətlər arasında ideyalar mübadiləsinin böyük fayda gətirdi-
yini təsdiq edən çoxlu nümunələr olmuşdur. İslam ilə digər dünya dinləri arasında çoxlu
ümumi əsaslar və dəyərlər vardır" (4, 397).
Azərbaycanın birinci xanımı M.Əliyeva mədəniyyətlərarası qarşılıqlı təsir
prosesinə qadınların fəal cəlb olunmasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki,
2008-ci ildə Neft Fondunun təşəbbüsü ilə YUNESKO və İSESKO-nun dəstəyi ilə
Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" adlı Beynəlxalq
Forum keçirildi. Ölkəmizin mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı təsirin
təşkilindəki böyük rolunu yüksək qiymətləndirərək, Bakı 2009-cu ildə İslam mədəniy-
yətinin paytaxtı elan olundu.
Heydər Əliyev Fondunun ölkələri, xalqları və mədəniyyətləri yaxınlaşdırmağa
yönələn çoxtərəfli və aktiv fəaliyyəti, dünya ictimaiyyəti tərəfindən yüksək qiymət-
ləndirilir. Belə ki, respublikamızın birinci xanımı 2007-ci ildə İslam Konfransı Təşkilatı
Gənclər Forumu tərəfindən mədəniyyətlərin dialoqu, əməkdaşlığı və yaxınlaşmasına
qiymətli töhfə verdiyinə görə "Qlobal miqyasda sivilizasiyalararası dialoqa kömək
üçün" adlı mükafata layiq görülmüşdür.
Yuxarıda deyilənlər sübut edir ki, Azərbaycanda dövlət, ictimai təşkilatlar və fəal
ziyalılar tərəfindən sivilizasiyalararası dialoqun təkmilləşdirilməsi və inkişafı sahəsində
çox geniş miqyaslı iş aparılır. Bu işin əhəmiyyəti və zəruriliyi hazırda dünyada baş
verən dəyişikliklərin yüksək dinamizmi, mürəkkəbliyi və ziddiyyətliliyi ilə şərtlənir.
Müasir dövrdə qərarlaşmış olan ümumi şəraiti səciyyələndirərkən, M.Əliyeva demişdir:
"Müasir dünyanın verdiyi tələblər eyni zamanda xalqların qarşılıqlı surətdə bir-birini
anlamaya bilməsinə kömək edir, digər tərəfdən isə buna mane olur" (4, 456).
Hazırkı zamanın bu ziddiyyətli vəziyyətini aradan qaldırmaq üçün bir tərəfdən
dövlət səviyyəsində xalqların milli mədəniyyətlərinin özəlliklərinin qorunması, digər
tərəfdən isə müxtəlif subyektlər səviyyəsində mədəniyyətlərarası əlaqələrin möhkəm-
ləndirilməsi zəruridir. Belə ki, ayrı-ayrı xalqların, xüsusilə də azlıq təşkil edənlərin, öz
mədəniyyətlərini inkişaf etdirmək üçün şərait yaradılması, onların öz mədəni iden-
tikliyinə qayğı göstərilməsi və bərabər hüquqlu surətdə mədəni əməkdaşlığının təmin
edilməsi, dünya miqyasında mədəniyyətlərin rəngarəngliyinin artmasına kömək edir.
Sonuncu isə öz növbəsində bəşəriyyətin mövcudluğu və gələcək fəaliyyətin mühüm
qarantlarından biridir.
Millətlərarası inteqrasiyanın, tolerantlığın və dialoqun Azərbaycan modeli mul-
tikulturalizmin müsbət cəhətlərini qəbul edir. Avropanın bir sıra ölkələrindən fərqli
olaraq Azərbaycanda immiqrant icmalar qarşısında yerli xalqın tərkibinə daxil olmaq
tələbi irəli sürülmür. Onlara lazım gəldikdə yüksək muxtariyyət verilir. Bunun aydın
nümunəsini ondan görmək olar ki, ölkəmizin rəhbərliyi Dağlıq Qarabağda məskunlaş-
mış, daha dəqiq deyilsə, məskunlaşdırılmış erməni icması əhalisinə ölkəmizin ərazi bü-
tövlüyü daxilində yüksək muxtariyyət verməyə razı olduğunu dəfələrlə bəyan etmişdir.
Multikulturalizm XX əsrin 90-cı illərinin əvvəllərində vaxtilə miqrasiya mənbəyi
olmuş İtaliya, Yunanıstan, İspaniya, İrlandiya kimi Avropa ölkələrinə qeyri-avropalıla-
rın yeni miqrasiya dalğası ilə əlaqədar gündəmə gəlməyə başladı. 1995-ci ildə Fransada
əhalinin 11%-ni onun sərhədlərindən kənarda doğulmuş insanlar təşkil edirdi. Bu gös-
tərici İsveçdə 10%-i təşkil edirdi. Həmin dövrdə London əhalisinin 20%, Brüsselin, ya-
xud Frankfurtun əhalisinin 25%-i qeyri-ağlar idi (2, 404-405).
Azərbaycanda multikulturalizmin bir mühüm və yeni yaranan sərkisi, ölkəmizin
iqtisadi inkişaf baxımından lider dövlətlər sırasına çıxması nəticəsində, buraya immiq-
79
rant axını ilə bağlıdır. Başqa sözlə deyilsə, respublikamızın "immiqrant" ölkəyə
çevrilməsi, burada mədəniyyətlərarası münasibətlərdə qarşıya çıxan problemlərin
həllində multikulturalizm əhəmiyyətli rol oynayır. Azərbaycanın siyasi rəhbərliyi və
xalq, immiqrantlara münasibətdə yüksək tolerantlıq nümayiş etdirir, onlara öz
mədəniyyətlərini inkişaf etdirmək və digər mədəniyyətlərlə qarşılıqlı təsirdə, əlaqədə
olmaq imkanı yaradır. Burada yerli xalqın mədəniyyəti təməl kimi götürülsə də,
immiqrant icmalara da biganə münasibət bəslənilmir. Ölkəmizdə müxtəlif etnosların və
konfessiyaların tolerantlıq, dinc şəraitdə yaşayaraq öz mədəniyyətlərini inkişaf
etdirmək, mədəni dəyərlərin qarşılıqlı surətdə mübadiləsini həyata keçirmək ənənəsini
reallaşdırmaq üçün hər cür imkanlar vardır. Müasir milli ideologiyanın əsasını təşkil
edən Azərbaycançılıq modeli bu mənada çox mühüm əhəmiyyətə malikdir. Həmin
modelin çox mühüm prinsipini ölkəmizin ərazisində yaşayan çoxsaylı mədəniyyətlərin
dialoqu və inteqrasiyası təşkil edir. Bu müddəa ölkəmizin Əsas Qanununda hüquqi
cəhətdən təsbit olunmuşdur. Burada göstərilir ki, multikulturalizmin müsbət cəhətləri
təqsirəlayiqdir, burada tolerantlıq başqa mədəniyyətlərə münasibətdə açıqlıq, həssaslıq
və qarşılıqlı anlaşılma kimi çıxış edir. Azərbaycançılıq ideyasının məna yükü təkcə milli
çərçivə ilə məhdudlaşmır, onun hüdudlarından kənara çıxır və qlobal miqyas kəsb edir.
Azərbaycanın paytaxtı sivilizasiyaların və mədəniyyətlərin dialoqu üçün əlverişli
məkana çevrilmişdir. Azərbaycanın siyasi rəhbərliyinin və Heydər Əliyev Fondunun
çoxsahəli, məhsuldar fəaliyyəti Azərbaycanın bu dialoqda əsas təşəbbüsü və aparıcı
tərəf olmasını təmin etmişdir. 2009-cu ildə Bakı bütövlükdə İslam mədəniyyətinin
paytaxtı elan olunmuşdur. Bakıda həm də Şərq ilə Qərbi birləşdirən Böyük İpək
Yolunun bərpası işinin təməli qoyulmuşdur. Bütün bunlardan əlavə ölkəmizin paytaxtı
"Şərq-Qərb" mövzusunda təşkil olunmuş bir çox kino festivalların, incəsənət
bayramlarının, beynəlxalq konfransların keçirildiyi məkandır. Diqqəti cəlb edən məqam
həm də budur ki, Şərq və Qərb arasında etibarlı şəfqət elçisi rolunu oynayan M.Əliyeva
bu forumlardakı çıxışlarında müasir dövrün irəli sürdüyü əsas sualları formulə edir və
onlara dərindən elmi cavablar verir. Özünün çoxtərəfli fəaliyyəti ilə sivilizasiyaların
yaxınlaşması istiqamətində çox mühüm əməli addımlar atır. Bu çıxışlarda daim belə bir
xüsus vurğulanır ki, maddi mədəniyyətin, elmin, texnologiyanın iqtisadiyyatın, fiziki
sağlamlığın, idmanın prioritetinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin,
əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qar-
şılıqlı surətdə tamamladıqda, kamil insanın formalaşmasına xidmət edir.
Cəmiyyətin həyatında iqtisadiyyat, elm, əxlaq və sair ilə yanaşı din də mühüm
rol oynadığından dünya birliyinin inkişafı baxımından dinlərarası dialoq da çox önəmli
yer tutur. Bu münasibətdə Azərbaycanın birinci xanımı M.Əliyevanın mədə-
niyyətlərarası dialoqa həsr olunmuş Bakı Forumunda söyləndiyi aşağıdakı fikir dərin
elmi, metodoloji məna kəsb edir: "Artıq mədəniyyətlərarası dialoqun sırf kulturoloji
problem çərçivəsindən çıxıb, böyük siyasətin probleminə çevrilməsi labüddür" (2, 416).
M.Əliyevanın mədəniyyətlərarası dialoq və əməkdaşlığını inkişaf etdirmək
sahəsində gördüyü böyük işlərin əhəmiyyəti təkcə mədəniyyət sferası ilə məhdudlaşmır.
O getdikcə daha geniş miqyas alaraq, siyasi və ümumi milli inkişaf strategiyasının
ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu baxımdan, həmin fəaliyyət xalqımızın son
onilliklərdə yaşadığı ən ağrılı problem olan Dağlıq Qarabağ probleminin həllinə də öz
layiqli töhfəsini verməkdədir. Bu mənada prof. R.Aslanovanın aşağıdakı sözləri öz
sərrastlığı ilə diqqəti cəlb edir: "Azərbaycanın birinci xanımı YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri M.Əliyeva öz yorulmaz fəaliyyəti ilə sübut etdi ki, mu-
ğamlarımız, xalqımızın tolerantlıq və humanizm irsi ilə də Qarabağın qələbəsi uğrunda
mübarizə aparmaq olar" (2, 294).
80
Bəşəriyyətin müasir modernləşməsi xəttinin tərkib hissəsi kimi tolerantlıq cə-
miyyətin hər bir üzvünə malik olduğu iqtisadi, siyasi və mənəvi-mədəni potensialını
sərbəst surətdə reallaşdırmaq imkanının yaradılmasını nəzərdə tutur. Bu meyardan ya-
naşdıqda, bugünkü Azərbaycan cəmiyyəti hətta ən inkişaf etmiş ölkələrə də nümunə ola
biləcək bir məkandır. Burada tolerantlıq və dözümlülük prinsipləri qanunvericilik, məh-
kəmə-prosessual və inzibati normalarla yanaşı və daha çox mədəniyyət həyatını əhatə
edir. Burada dünyəvi hakimiyyət və dövlət-din münasibətləri qarşılıqlı səmərəli fəaliy-
yətə əsaslanır. Hazırda ölkəmizdə "siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən,
ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan quruculuq
fəaliyyəti mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və
dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən böyük işlərlə tamamlanır. Bütün
bunlar bir tərəfdən Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir, digər
tərəfdən isə onun sivilizasiyalararası dialoq və əməkdaşlığa daha böyük töhfələr vermə-
sinə şərait yaradır.
Ə
dəbiyyat:
1.
Əliyev Heydər. Azərbaycan XXI əsrin və üçüncü minilliyin astanasında. Bakı: BDU nəşriyyatı, 2001,
132 s.
2.
Aslanova R. Müasir dövlət və dövlətşünaslıq elmi. Bakı: Azərnəşr, 2011, 440 s.
3.
Xəlilov S. Sivilizasiyalarası dialoq. Bakı: “Adiloğlu”, 2009, 256 s.
4.
Культура и культурные шедевры Азербайджана – уникальное послание будущим поколениям.
Баку: Чинар-чап. 2009, 349 с.
Ш
oлет Зейналов
Азербайджанская парадигма диалога и сотрудничества межцивилизационных отношений
Резюме
Статья посвящена одной из самых актуальных проблем современной теоретической мысли –
выявлению парадигмы диалога и сотрудничества межцивилизационных и межкультурных отношений
народов мира. Автор поставил целью выявления того как вести диалог и сотрудничества между наро-
дами. Речь идет о том, существует ли в мировом масштабе страна, которая может быть принята в каче-
стве эталона в области диалога и сотрудничества между народами разных религий и разных цивилиза-
ций. Подвергая анализу высказываний, исследовательных данных иностранных авторов, дипломатов,
ученых-азербайджановедов, посетителей, религиоведов и простых людей автор пришел к выводу о
том, что есть все основания принять Азербайджан в качестве парадигмы диалога и сотрудничества
цивилизаций мира.
Ключевые слова: парадигма,
сотрудничество, диалог, толерантность, цивилизация.
Sholet Zeynalov
Azerbaijan paradiqma of the dialog and collaboration of different sivilizations
Summary
The article is dedicated to one of the actual problem of modern theoretical thought – the problems of
dialog and collaboration of the different civilizations. Up to now philosophers and sosiologists couldn’t find a
model under which can be orqanized dialog and collaboration between the peoples of different religious and
beluef. The author issued the problem and became to the conclusion that Azerbaijan Republic can be taken as
a paradiqma of dialog and collaboration. Azerbaycan has all of the criteries of such a paradiqma.
Keywords: paradigm, cooperation, dialogue, tolerance, civilization.
Məqalənin redaksiyaya daxil olma tarixi: 05.10.2012
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 11.10.2012
Məqalənin çapa qəbul olunma tarixi: 13.11.2012
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə doktoru, dosent Tamilla
Əhmədova;
ADMİU
-nun Elmi Şurasının 27 dekabr 2012-ci il, 04 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |