MəDƏNİYYƏt dünyasi



Yüklə 76,83 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü76,83 Kb.
#11784
növüСборник


 

124


 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXIIII buraxılış, Bakı, 2012 



 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХIII выпуск, Баку, 2012 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХIII edition, Baku, 2012 

 

 

UOT 101.1::316 

 

Sərdar Mahmudov  

kiçik elmi işçi 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

E-mail: 

huseynova_nigar@yahoo.com

  

  

 

SOSİAL



-FƏLSƏFİ İDEYALARIN  

QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ TƏTBİQİ 

 

 

Xülasə:  Məqalədə  Qərbi  Avropa  ölkələrində  cəmiyyətlərin  formalaşmasından 

müasir  dövrümüzə  qədər  irəli  sürülmüş  və  həmin  ölkələrdə  sosial  siyasətin  ideya 

əsasları rolunda çıxış edən sosial-fəlsəfi nəzəriyyə və təlimlərdən bəhs edilir. Mədəni və 

sosial rifaha nail olmuş həmin cəmiyyətlərdə sosial-siyasət konsepsiyaları modeli kimi 

tətbiq edilən fəlsəfi əsasların tətbiqi şərh edilir. 

Açar sözlər: sosial-fəlsəfi ideya, qərbi avropa, sosial siyasət, tətbiq

 

 

Bəşəriyyətin  tarix  boyu  yaratdığı  sosial-fəlsəfi  təlimlərin  və  ideyaların  müasir 

dövlətlərdə, müxtəlif sosial-mədəni mühitlərdə və sivilizasiyalarda tətbiqi onların bu cə-

miyyətlər tərəfindən dərk edilməsi ilə mümkün olmuşdur. İlkin addım ideyanın irəli sü-

rülməsi və təbliği prosesidir ki, bu özü tətbiqin birinci mərhələsi hesab edilə bilər, çünki 

cəmiyyət  sosial  varlıq  olmaq  etibarilə  ictimai  şüurun  yeni  tipi  kimi  sosial-fəlsəfi 

ideyaları əvvəlcə dərk etməli və qəbul etməlidir. Sosial-fəlsəfi ideya və təlimlərin tətbiqi 

müxtəlif ölkə və sosiomədəni mühitlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla 

həyata  keçirilir.  Bu  mənada  ilk  öncə  sosial-fəlsəfi  təlim  və  ideyaları  bir  anlayış  kimi 

xarakterizə etmək zəruridir.  

Sosial-fəlsəfi ideyaların

 

tərkibi iki hissədən ibarətdir. Birincisi sosial anlayışıdır 



ki,  latınca  “sosiotas”  sözündən  götürülüb  cəmiyyət  deməkdir,  ikincisi  isə  latınca 

“filosofiy”  sözündən əmələ gələn  fəlsəfə hissəsidir  ki, hikmət, hikmətli  deməkdir.  Bil-

diyimiz  kimi təlim isə  bir-birini tamamlayan,  sistem  təşkil edən ideyalar məcmusudur. 

Belə ki, fəlsəfi anlamda ümumi əlaqələri əks etdirən sosial-fəlsəfi təlimlər insan və cə-

miyyət  həyatı  üçün  faydalı  olacağı  iddia  edilərək,  mütəfəkkirlər  tərəfindən  irəli  sürül-

müş  ümümi  qanunauyğunluğu  əks  etdirən,  sosial  əhəmiyyət  kəsb  edən  ideyalar  toplu-

sudur.  Sosial-fəlsəfi  təlimləri  irəli  sürərkən,  onların  müəllifləri,  həmin  ideyaların  ger-



 

125


çəkliyi  tərəqqiyə  doğru  dəyişməyə  imkan  verəcəyi  fikirlərin  toplusu  kimi,  cəmiyyətdə 

tətbiq ediləcəyi halda pozitiv dəyişikliyə gətirib çıxaracaq konsepsiya olaraq ortaya qo-

yurlar. Başqa sözlə, sosial–fəlsəfi təlimlər cəmiyyətin tarixinə, bu gününə, gələcəyinə və 

real  durumuna,  daxili  özünəməxsusluqlarına  aid  ən  ümumi  qanunauyğunluqları  mütə-

rəqqi  yöndən  izah  edən  və  bu  qanunauyğunluqları  cəmiyyətə  faydalı  və  səmərəli  şə-

kildə,  ümumcəmiyyət  səviyyəsində  tətbiq  etməklə  həmin  cəmiyyəti  pozitiv  istiqamətə 

dəyişməyə  dəvət  edən  ideya  və  fikirlərin  vahid  ad  altında  birləşdirilmiş  cəmidir.  Bu 

yanaşmanı nəzəri mənada aşağıdakı fikir bir daha təsdiqləyir. “İlk baxışda belə təsəvvür 

edilir ki, sosial nəzəriyyələşdirmənin hüdudsuz sferasında heç bir orientir yoxdur. Sosial 

nəzəriyyə-bütövlükdə  sosial  hadisələrin  və  ya  cəmiyyətin  daxilən  əlaqəli  sahələrinin 

izahına  və  kifayət  qədər  geniş  başa  düşülməsinə  iddia  edilən  elmi  nəzəriyyədir”(1)

Sosial-fəlsəfi  təlimlər  həm  də  o  ideya  və  fikirlərdir  ki,  tarixən  cəmiyyətin  intellektli, 

yəni,  həmin  tarixi  cəmiyyət  tipində  yaşayan  insanların  ən  dünyagörüşlü,  ağıllı  üzvləri 

tərəfindən,  elə  həmin  cəmiyyətdə  olan  problemlərin  həllinə  istiqamətlənmiş  və  ya 

cəmiyyət həyatının, yaşam tərzinin təkmilləşdirilməsinə yönəlik ictimai şüur tipi olaraq 

irəli sürülmüşlər. Sosial fəlsəfə elmi barədə bir çox mütəxəssislərin fikri bundan ibarət-

dir ki, bəşəriyyət fəlsəfə yaradan andan, elə sosial fəlsəfəni də yaratmışdır. Doğrudan da 

hikmətli  sözü  deyən,  əsaslandıran,  cəmiyyətin  bunu  dərk  etməsinə  çalışan,  cəmiyyət 

həyatına tətbiqini zəruri hesab edib, bunu təbliğ edən filosofların hikmətli (yəni fəlsəfi) 

hesab  edilən  fərz  edək  ki,  üç  fikri  və  ya  ideyası  olubsa,  onlardan  ən  azı  biri  məhz 

cəmiyyətin  iqtisadi,  siyasi,  mənəvi,  ideoloji  məsələlərinə,  problemlərinə aid  olmuşdur, 

yəni fəlsəfə mövcud olandan sosial fəlsəfə də yaranmışdır. Tanınmış rus filosofu V. C. 

Barulinin  aşağıdakı  fikri  də  bunu  bir  daha  təsdiq  edir.  “...  Bu  mənada  demək  olar  ki, 

bütün fəlsəfə elə sosial fəlsəfədir, sosial olmayan fəlsəfə yoxdur və ola da bilməz. Bu-

radan  çıxış  edərək  demək  olar  ki,  o  bəşəriyyətin  fəlsəfi  inkişafının  hər  hansı  mərhələ-

sində başlamamış, elə fəlsəfə başlayandan vardır”(2.s. 4). Cəmiyyətə aid hikmətli fikir-

lərin  məcmusu  kimi  sosial-fəlsəfi  təlimlər  bir  qayda  olaraq  həqiqətən  insan  cə-

miyyətlərinin  yaranışından  başlamışdır.  Burada  cəmiyyət  anlayışını,  sadə,  hələ  şüurlu 

idarə olunmayan insan toplusuna deyil, artıq bir–birilə siyasi, iqtisadi və digər növ məq-

sədyönlü  fəaliyyətlərlə  əlaqədə  fəaliyyət  göstərən  insan  birliyi  mənasında  işlədirik. 

Daha  doğrusu,  ibtidai  icma  quruluşundan  sonrakı  dövrdən,  günümüzə  qədər  olan  top-

lumları  cəmiyyət  adlandırırıq.  Cəmiyyətin  həyatının  müxtəlif  tərəflərinin  inkişafı  və 

necə  inkişaf  etməsi,  məsələsi  sosial–fəlsəfi  nəzəriyyənin  bilavasitə  predmeti  da-

xilindədir. Sosial-fəlsəfi konsepsiyalar da öz növbəsində həmin nəzəriyyələrin yönəldiyi 

cəmiyyətin mənəvi, iqtisadi, siyasi, dünyagörüş və dəyərlər kimi zəruri beş sosial sahəsi 

arasında bağlılığı, ümumi qanunauyğunluğu əks etdirir.  

Qərbi Avropa ölkələrinin əsaslı şəkildə inkişafına səbəb olan, onların sürətlə də-

yişən ictimai həyatının  iqtisadiyyat,  mədəniyyət,  dünyagörüş  və  sosial həyat  kimi mü-

hüm sahələrində sosial-fəlsəfi təlimlərin tətbiqi XVII-XX əsrlərdə daha da intensivləşdi. 

İctimai dəyişikliklərə səbəb olan müxtəlif növ sosial əhəmiyyətli nəzəriyyələrin tətbiqi 

fonunda  daha  çox  insanların  sosial  həyatı  təkmilləşdi.  Son  üç  əsrdə  sosial  fəlsəfənin 

yönəldiyi,  yuxarıda  qeyd  etdiyimiz  zəruri  həyat  sferalarına  aid  çoxsaylı  nəzəriyyələr 

meydana  çıxmış  və  XX  əsrin  II  yarısı  boyunca  qərbi  Avropa  ölkələrində  tətbiq 

edilmişdir. Həm beynəlxalq səviyyəli paktlarda, həm də ayrı-ayrı ölkələrdə, prosesin bu 

məntiqi qanunauyğunluğa müvafiq davam etməsi bilavasitə dünyanın inkişaf etmiş bü-

tün ölkələrinin, həmçinin qərbi Avropa ölkələrinin cəmiyyətlərinin inkişaf dinamikasına 

uyğun baş vermiş, bu dinamika isə sosial-fəlsəfi təlim və ideyaların, qanun və qərarlarda 

tətbiqində daim öz əksini tapmışdır.  




 

126


Belə  hüquqi  konsepsiyalarda  sosial  fəlsəfi  humanist  ideyaların  tətbiqi,  Qərbi 

Avropa  ölkələrinin  vətəndaşlarının  və  sakinlərinin,  həmçinin  mühacir  insanların  öz 

hüquqlarını  qorumaq  və  insani  haqlarını  müdafiə  etmək  üçün  lazımi  imkan  yaradan, 

onların hüquqlarını qoruyan ideyalar, müvafiq hüquqi qaydada insan haqqı kimi praktik 

olaraq  məhkəmə  qərarları  və  hüquqi  aktlarla  təsbit  edilir.  Belə  ki,  məsələn  1789-cu  il 

fransız  inqilabının  bəyannaməsinin  əsas  bəndlərində  qeyd  edilmişdir  ki,  “maddə  1: 

İnsanlar  hüquq  baxımından  azad  və  bərabər  doğulurlar,  azad  və  bərabər  yaşayırlar..., 

“maddə  7:  heç  kim,  qanunun  müəyyən  etdiyi  hallar  və  əmr  etdiyi  formalar  xaricində 

ittiham edilə bilməz, tutula və saxlanıla bilməz...,”  (3.s. 27). Həmin bu ideyalar son 50 

ildə  və  hal-hazırda  qərbi  Avropa  ölkələrində  hüquqi  qayda  və  yaşam  tərzidir.  Çünki 

1950-ci ildə Romada qəbul edilmiş və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş “İnsan 

hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Konvensiya”nın  2-ci  maddə-

sinin 1-ci və 5-ci maddəsinin 1-ci bəndində deyilir. “hər kəsin yaşamaq hüququ qanunla 

qorunur...”, “hər kəsin azadlıq və toxunulmazlıq hüququ var, heç kəs qanunla müəyyən 

edilmiş  aşağıdakı  hallardan  başqa  azadlıqdan  məhrum  edilə  bilməz”...  (4.s.  3-4).  Bu 

bəndin  ardınca  sadalanan  konkret  bəndlərdəki  hüquq  və  azadlıqlar  məzmunu  etibarilə 

insanların  sosial  hüquqlarının  və  insani  haqlarının  humanizm  nöqteyi  nəzərindən  təs-

bitini ehtiva edir və sələfi hesab edilən Fransa inqilabının bəyannaməsi ilə tam səsləşir. 

XV-XVI  əsrlərdə  Qərbi  Avropa  cəmiyyətlərinin  psixoloji-mənəvi  atmosferi  və 

fəlsəfi fikir inkişafına müvafiq olaraq sosial iqtisadi həyatı da inkişaf edirdi. “Ruhi ya-

şamdakı  təsirli  bir  dəyişmənin,  əlbəttə  ictimai  sferada  da  yaradacağı  dəyişikliklər  ola-

caqdı,  getdikcə  bu  dəyişikliklər  ən  azından  güclü  bir  miqyasda  hansısa  nəticələr  ver-

məkdəydi. İntibah dönəmində tamamilə yeni özünüdərk düşüncəsi olan insan formalaş-

mışdır. Hərçənd ki, bu dönəm özünü əsasən antik düşüncə tərzinin, antik mədəniyyət və 

antik  həyat  tərzinin  bərpaçısı  kimi  biruzə  versə  də  əslində  intibah  dövrünün  insanının 

özünü  dərki  –  antik  dövrün  Yunan-Roma  insanının  düşüncə  tərzindən  əsaslı  surətdə 

fərqlənirdi.  Bu  yeni  intibah  özünü  orta  əsr  xristianlığına  qarşı  qoysa  da,  inkar  etmək 

olmaz  ki,  onun  ictimai  ədalət  ideyalarının  xüsusiyyətlərini  yeni  formada  özündə  əks 

etdirirdi”(5.s.  33-34).  İntibah  dövrünün  yeni  sosial  ideyaları  öz  mənşəyi  etibarilə 

ictimai-demokratik  konsepsiyaların  sadə  xalqın  düşüncə  tərzinə  söykənən  ideyaları  ilə 

zəngin idi və kifayət qədər mütərəqqi ictimai xüsusiyyətlərin daşıyıcısı idi.  

Yeni dövrdə isə Avropada iqtisadi və siyasi inkişafla bağlı olaraq dağılan feodal 

siyasi  qaydaları,  cəmiyyətin  alt  təbəqələrindən  başlayan  sosial  bərabərlik  qaydaları 

uğrunda mübarizə, mütləqiyyət rəhbərlərinin heç fərq etmədiyi halda vətəndaş haqq və 

müstəqilliyini  inkişaf  etdirib,  bir  təsisat  halına  gətirib,  təhlükəsiz  surətdə  möhkəmlən-

məsinə  səbəb  olması  ilə  əslində  cəmiyyətdə  mütərəqqi  sosial  ideyaların  möhkəmlən-

məsini sürətləndirdi. İqtidarların təkbaşına olmamağı və qeyri–mərkəzçi olmağa məcbur 

olması istər-istəməz vətəndaş müstəqilliyinin inkişafı şərtlərini yaratmışdı. Bunun kök-

ləri  isə  bildiyimiz  kimi  feodalların  1215-ci  ildə  Magna  Çartada  və  ona  müvafiq  sə-

nədlərdə qeyd edildiyi kimi, krallara qarşı bəzi hüquqlar və müstəqilləşdirici şərtlər əldə 

etməsindən başlayaraq inkişaf etmişdi. Sonradan bu hüquqlar burjuaziya üçün də təsbit 

edildi. Digər bir tərəfdən hegemon aristokrat təbəqənin iki qrupu – dünyəvi aristokratlar 

və dinçi aristokratlar arasındakı mübarizə müddətində vətəndaşların bir tərəfdən təzyiq 

gördükləri  vaxt,  digərinə  tərəfdar  durması  ilə,  hər  bir  tərəfin  onları  (vətəndaşları)  öz 

yanında saxlamaq məqsədilə onların haqqını və hüququnu müdafiə etməsi və qarşılıqlı 

mübarizəsi,  haqlar  siyahısını  siyasi  və  hüquqi  tələb  olaraq  meydana  gətirən  ictimai-

siyasi  hərəkat  praktikası  kimi  əslində  sosial-fəlsəfi  ideyaların  ilkin  praktik  tətbiqi  idi. 

Yəni xalq erkən orta əsrlərdən bəri irəli sürülən br çox sosial-fəlsəfi ideyalarda olduğu 

kimi ilk dəfə idi ki, öz haqqının reallaşmasında iştirak edirdi.

 

“Qərb demokratiyasındakı 




 

127


haqların  və  azadlıqların  kökündə  məhz  bu  faktor  durur.  Feodallarla  kralların,  kilsə  ilə 

dövlətin,  yerli  kilsələrlə  papalığın,  krallarla  parlamentlərin,  parlament  içində  isə 

aristokrat  məclisləriylə,  burjua  məclislərinin  toqquşmaları  və  bir–birlərinə  qarşı  irəli 

sürdükləri hüquqlar toqquşmalar boyunca hüquq və azadlıqların siyahısını yaratmışdır” 



(6.s.  289).  Avropanın inkişaf  etmiş  öncül  ölkələrində  sosial–fəlsəfi  ideya  və  təlimlərin 

nəzəriyyə  və  konsepsiya  şəklində  tətbiqinin  əsas  səbəblərindən  biri  də

 

bu  faktor  ol-



muşdur. Bu amilin kökündə duran ictimai-siyasi ideyalar təbliği onların nəzəri və prak-

tiki  gerçəkləşməsinə  şərait  yaratdı.  Monarxiya  və  mütləq  monarxiyaya  son  qoyulması 

və  respublikaların  qurulması, həmin  ölkələrin  inkişaf  etməsində ilk  siyasi  addım  oldu. 

Sosial siyasətin ictimai şüura söykənən və onunla tənzimlənən növbəti ciddi mərhələsini 

T.Hobs  irəli  sürdü.  Onun  haqqında  qeyd  edirlər  ki,  “O,  vətəndaş  cəmiyyəti  haqqında 

əsas təlim olan ictimai müqavilə nəzəriyyəsini hazırlamışdır”(7). Konstitutsiyalar məhz 

bu  vətəndaş  müqaviləsinin  konsepsiyalaşdırılmış  praktik  tətbiqi  hesab  edilə  bilər.  XX 

əsrin ikinci yarısı, xüsusən son rübü, həmin əsrə qədərki və XX əsrin birinci yarısındakı 

dönəmdə meydana çıxmış ən müxtəlif fəlsəfi zəminlərə söykənən sosial–fəlsəfi ideya və 

nəzəriyyələrin tətbiqi dövrü kimi yaddaşlara həkk olunub. Bu dövrdə sosial-fəlsəfi ideya 

və  təlimlərin  səmərəli  tətbiq  edilən  dəyərlər  olaraq  həqiqətən  sosial  anlamda 

yaşandığını,  ayrı–ayrı  ölkə  cəmiyyətləri  üçün  doğrudan  da  əhəmiyyətli  rol  oynamış, 

beynəlxalq və ölkələrdaxili hüquqi və siyasi aktların həyata keçirildiyinin şahidi oluruq. 

“Sosializmi,  konservatizmi  və  liberalizmi  “təmiz  sosial  fikir  tipləri”  adlandırmaq  olar. 

XX əsrdə artıq onların əsasında intişar tapan, çeşidli nəzəriyyələrin xüsusi aralıq müx-

təlifnövlülüyü  meydana  gəlir.  Liberal  və  ya  demokratik,  sosializm,  bəzən  “insanpərvər 

simalı adlandırılan sosializmlə” həmin konsepsiyanı müəyyən liberalizm ideyası ilə ta-

mamlayır; neoliberalizm konservatizmin müəyyən elementlərinin klassik liberalizm tə-

rəfindən  mənimsənilməsinin  nəticəsidir.  Aparılmış  təsnifat  son  dörd  yüz  ildə  irəli 

sürülmüş sosial konsepsiyaları əhatə edir. Onların hər biri üçün ayrı-ayrı ideya sələfləri 

tapmaq olar”(8). XX əsrin II yarısı heç də problemsiz ötüşmədi, lakin əsrlərin həll edə 

bilmədiyi  bəşər  səviyyəli  və  əhəmiyyətli  məsələlərin  reallaşdığının  şahidi  olduq. 

Bilavasitə  sosial əhəmiyyət  daşıyan  minlərlə  ideya  imzalanmış  önəmli  paktlar,  sazişlər 

və  qanunverici  orqanların  gerçəkləşdirdiyi  qanunlarla  cəmiyyətlərin  gündəlik  həyat 

(yaşam)  tərzinə  çevrildi.  Məsələn,  4  noyabr  1950-ci  ildə  “Avropa  Şurası  Ölkələrinin 

qəbul  etdiyi  konvensiyada  qeyd  edilir  ki,  “Avropa  Şurası üzvü  olub,  bu  Konvensiyanı 

imzalayan  hökumətlər,  1948-ci  il  dekabrın  1-da  BMT  Baş  Məclisi  tərəfindən  bəyan 

edilmiş  İnsan hüquqları haqqında  Ümumi  Bəyannaməni nəzərə alaraq;  bu  bəyannamə-

nin məqsədinin,  bəyan  etdiyi  hüquqların hamılıqla  və  səmərəli  tanınmasının  və həyata 

keçirilməsinin təmin edilməli olduğunu nəzərə alaraq; ... Razılığa gələn yüksək tərəflər 

onların  yuridiksiyasında  olan  hər  kəs  üçün  bu  Konvensiyanın  I  bölməsində  müəyyən 

olunmuş  hüquq  və  azadlıqları  təmin  edirlər”



 

(9.s.3-4).  Qeyd  edək  ki,  iki  dəfə  dünya 

müharibəsinin baş verməsi və XX əsrin birinci yarısında yaşanan çox ciddi geosiyasi və 

sosial–iqtisadi şərtlər daxilində baş vermiş proseslər bəşər cəmiyyətinin aktiv hissəsinin 

çoxalmasına,  bu  aktiv  hissənin  həm  də  şüur  baxımdan  inkişaf  etməsinə  səbəb  oldu. 

Elmi–texniki tərəqqi, iki qütblü dünyanın yarış və döyüş ruhu qarşıdurmalar və mühari-

bələrə səbəb olsa da, ETT ümumdünya inkişafını əngəlləyən hamını praktik anlamda iş 

birliyinə  çəkən  səbəblərin artımına  da təsir  etdi.  II  dünya  müharibəsindən məğlub  çıx-

mış  Almaniyanın  inkişafında  ETT-nin  naliyyətlərinin  tətbiqini  və  iqtisadi  məzmunlu 

sosial-fəlsəfi  ideyalara  əsaslanan  sosial-siyasəti  əks  etdirən  faktlara  nəzər  salsaq  bunu 

bir  daha  aydın  görərik.  Əvvəla  qeyd  edək  ki,  Almaniyanın  dövlət  borcu  1938-ci  ildə 

27,2 milyard marka idisə, 1945-ci ildə 377,3 milyard markaya qədər artmışdı. “Belə bir 

ağır  vəziyyətdə  ölkədə  azad  bazar  təsərrüfatı  qurmaq  üçün  bir  sıra  islahatlar  həyata 




 

128


keçirildi. Bunun nəticəsində ikinci dünya müharibəsindən on il sonra “Alman möcüzə-

si”  baş  verdi  və  Almaniya  güclü  çiçəklənən  dövlətə,  Avropanın  lokomotivinə  çevrildi. 

... Bu möcüzənin ideya müəllifi L.Erxard sosial yönümlü bazar təsərrüfatının formalaş-

dırılması  tərəfdarı  kimi  çıxış  edirdi.  Erxarda  görə,  bazar  iqtisadiyyatı  yalnız  istehlak 

azadlığı,  iş  yeri  və  peşə  seçmək  azadlığı,  azad  sahibkarlıq  fəaliyyəti, istehsal  vasitələri 

də  daxil  olmaqla  xüsusi  əmlak  üzərində  sərbəst  sərəncamvericilik  əsasında  fəaliyyət 

göstərə  bilər.  ...  Cəmi  iki  il  ərzində  istehlak  malları  istehsalı  iki  dəfə  artdı,  mağazalar 

məhsullarla  doldu,  “qara  bazar” möhtəkirlərlə  birlikdə  yox  oldu”(10.s.274-299).  Bu  il-

lərdə  sənaye  istehsalının  10-15%  artımı  isə  ETT-nin  naliyyətlərinin  səmərəli  tətbiqi 

nəticəsində mümkün olmuşdu. 

Qərbi  Avropa  ölkələrinin  50-ci  illərdən  sonrakı  inkişafı  və  cəmiyyətdə  insana 

yönəlik humanist, vətəndaşın hüquqlarını qoruyan, onların sosial rifahının yüksək səviy-

yəliliyinin davamlılığını təmin edən sosial siyasət prioritet təşkil etməkdədir, çünki ida-

rəedici  və  tətbiqedici  kadrların  ictimai  şüurunun  kökündə  humanist  sosial  fəlsəfi  ide-

yalar dominantlıq təşkil edir. 

Kommunikasiya  və  informasiya  vasitələrinin  sürətli  inkişafı  (xüsusən  XX  əsrin 

son  rübündə)  əslində  iqtisadi  və  siyasiyəqədərki  digər  səviyyələrdən  daha  mütərəqqi, 

humanist  ideya  və  fikirlərin  çoxluq  tərəfindən  onsuz  da  qəbul  edilməsini  şərtləndirən 

amil olaraq əsrlər, hətta onilliklər əvvəl qaba görünən sosial– fəlsəfi ideyaların gerçək-

ləşməsini  reallaşdırmış–mövcud  etmiş,  dəstəkləmiş  oldu.  Hələ  XVII  əsrdə  A.Smitin 

irəli  sürdüyü  iki  əsrdən  də  artıq  üzərində  mübahisələr  edilmiş  «əmək  dəyər  nəzəriy-

yəsinin»  tələbləri  Qərbi  Avropa  həmkarlar  ittifaqının  nizamnaməsində  və  dövlətin  so-

sial-iqtisadi siyasətində bilavasitə əks olunurdu. Məsələn F. Mitteran hökuməti 1981-ci 

il  iyun  ayı  ilə  1982-ci  ilin  iyun  ayı  ərzində  200-dən  çox  konkret  islahat  həyata  keçir-

mişdi. “İlk növbədə minimal əmək haqqı artırılmış, təqaüd və müavinətlərin miqdarı 40-

50% çoxaldılmışdı, bundan başqa, iş həftəsi əvvəlki əmək haqqı saxlanılmaqla 39 saata 

endirilmiş,  vətəndaşların  60  yaşında  təqaüdə  çıxılması  haqqında  qanun  qəbul  edilmiş, 

haqqı  ödənən  məzuniyyət  beş  həftəyə  çatdırılmışdır”(10.s.  274-299).  XX  əsrin  II  ya-

rısında sosial–fəlsəfi ideya və nəzəriyyələrin tətbiqi daha öncə beynəlxalq xarakterə ma-

lik  qurumlar  vasitəsilə  reallaşdırılmağa  başladı.  Belə  ki,  əsasında  tarixən  meydana 

gəlmiş fəlsəfi məktəb və cərəyanların və filosofların ortaya qoyduğu ideyalar dayanmış, 

iqtisadi,  siyasi,  mədəni,  ictimai  və  sosial  haqq  və  hüquqların  əks  olunduğu  konvensi-

yalar, paktlar qüvvəyə mindi. BMT–nin bu istiqamətlərdə xüsusi təşkilat və komitələri 

yaradıldı. Belə ki Ümumdünya insan haqları deklarasiyası (1948–ci il), İqtisadi, Sosial, 

Mədəni  hüquqlar  haqqında  beynəlxalq  Pakt  (1966–ci  il),  Mülki  və  siyasi  hüquqlar 

haqqında beynəlxalq Pakt (1966– ci il) və buna 2 əlavə protokol (protokol №1) (9.s. 3-

4)  qəbul  edildi.  İqtisadi,  sosial  və  mədəni  hüquqlar  bu  paktlarla  insanın  tam  qiy-

mətləndirilmiş şəxsiyyət kimi müdafiəsini təmin edir. Bu konsepsiyalar insana eyni za-

manda  azadlıq  və  yararlanmaq  hüquqlarından  sosial  ədalətin  tələbləri  səviyyəsində 

istifadəyə təminat verir. 

Sosial  fəlsəfi  təlimlər  insana,  cəmiyyətə  onların  həyat  prosesinə  kompleks  ya-

naşır. Cəmiyyət öz-özlüyündə ümumi qanunauyğunluğa sahib bir sistem kimi idarə edil-

məsində  ardıcıllıq  və  bağlılıq  tələb  edir.  Sosial-fəlsəfi  ideyaların  tətbiqi  zamanı  cə-

miyyət məfhumu özünün bütün mənalarında onun tərkib elementlərinin həyatını müəy-

yənləşdirən  qayda  və  qanunların  da  ayrılmazlığını,  bütövlüyünü,  bölünməzliyini  şərt-

ləndirir.  Vətəndaş  hüququnun  və  siyasi  hüquqların  tam  işlək  hala  gətirilməsi  iqtisadi, 

sosial  və  mədəni  hüquqların  təsdiq  edilməsilə  mümkün  olur,  bu  da  təbii  ki,  milli  və 

beynəlxalq səviyyədə sağlam və effektli iqtisadi və sosial siyasətlə həyata keçirilir.  

 



 

129


Ə

dəbiyyat

 

1.



http://dic.academic.ru/dic.nsf/enc_philosophy/1134/

 

 2. Барулин В.С.. Социальная Философия. Фаир-пресс. Москва 2000. 560 s. 



3. Dr.Toktamış Ateş. Siyasal Tarih. “GÜR-AY” mətbəəsi, İstn.1982. 460 s. 

4. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya 

 Bakı Qanun, 2002 36 s. 

5. Bochenski J.M. Cağdaş Avropa fəlsəfəsi. “Kabakcı” Yay evi. İstn. 1997. 380 s. 

6. Siyasi Düşüncələr Tarihi. Ankara. 1990. səh. 540 s. 

7. 


http://prepod.info/ru/article/socialnye_teorii_novogo_vremeni/

 

8. 



http://ariom.ru/wiki/SocialnajaTeorija

 

9. Avropa İnsan Hüquqları Konvensiyası (rəsmi tərcümə) AR QT N3.//AŞ Müqavilələr Seriyası. (CETS) N5, 



31.03. 2002, 76 s. 

10. Süleymanov N. İqtisadi Tarix. Bakı 1999, 352 s.  

 

 

 Сердар Махмудов 



Внедрение социально

-философских идей в странах Западной Европы 

Резюме

  

  

В данной статье исследуются социально-философские  учение  об  обществе.  Автор  объясняет, 

что первый шаг это в пдвигиение идей и процесс их пропаганды. Второй этап это созидание организа-

ций и генститутов, для успишного применения тех самых идей.  



 

Ключевые  слова

:  социально-философская идея,  социальная политика, Западная Европа, об-

щество 


 

 

 Serdar Makhmudov 



Implementation of the socially-philosophical ideas in the countries of Western Europe 

Summary  

 

The social-philosophical doctrines and teachings created for all history and their applications in west-



ern European countries are investigated in this article. The first step of application is the propagation of idea, 

and the second stage of application process is the formation of public institutions and organizations. Learning 

and appropriation of  social-philosophical  doctrines  is the long  process, that’s  why even in their  origin coun-

tries application of these ideas had been difficult problems. Western European societies began to apply social-

philosophical  doctrines  from  beginning  II  part  of  XX  centuries,  with  accepting  The  Convention  of  Human 

Rights and other regional and international pacts, lows of these types.  

Full  existence  of the  citizen and political rights is  possible acknowledgement  economic,  social, and 

cultural rights, and their realizing on national and international level effectively in economic and social policy. 



Keywords: social-philosophical idea, applying, social policy, western Europe. 

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi:02.04.2012 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 09.04.2012 

Məqalənin çapa qəbul olunma tarixi: 16.04.2012 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə doktoru, dosent Sevinc 

Şahhüseynova 



ADMİU

-nun Elmi Şurasının 01 iyun 2012-ci il, 8 saylı qərarı ilə çap olunur. 

 

Yüklə 76,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə