Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
  1   2   3   4   5   6   7


Mədəniyyət haqqında 

 

Azərbaycan Respublikasının Qanunu  

 

Bu  qanun  Azərbaycan  Respublikası  Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsinin  1-ci 

bəndinə  uyğun  olaraq,  Azərbaycan  Respublikasında  dövlət  mədəniyyət  siyasətinin  məqsəd  və 

prinsiplərini,  mədəniyyət  fəaliyyəti  subyektlərinin  hüquq  və  vəzifələrini,  mədəniyyət  sahəsində 

hüquqi,  təşkilati,  iqtisadi  və  sosial  təminatları  müəyyən  edir,  mədəni  sərvətlərin  yaradılması, 

toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. 

 

1-Cİ FƏSİL 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Əsas anlayışlar 

1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. mədəniyyət - ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların 

maddi,  mənəvi,  intellektual  və  emosional  xüsusiyyətlərini  müəyyənləşdirən,  insanların  həyat 

tərzini,  birgə  yaşayış  qaydalarını,  mənəvi  dəyərlər  sistemini  əhatə  edən  xüsusiyyətlərin 

məcmusu; 

1.0.2.  mədəniyyət  fəaliyyəti  (mədəniyyət  sahəsində  fəaliyyət)  -  mədəni  sərvətlərinin 

yaradılması,  yayılması,  qorunması,  bərpası,  mənimsənilməsi  və  təşviqi,  həmçinin  mədəniyyət 

xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət

1.0.3.  mədəniyyət  sahəsində  dövlət  siyasəti  -  mədəni  irsin  və    mədəni  sərvətlərin 

yaradılması,  müəyyən  edilməsi,  qorunması,  inkişafı  və  təbliği  sahəsində  həyata  keçirilən 

tədbirlərdə  dövlətin  rəhbər  tutduğu  məqsədlər,  prinsiplər,  normalar,  konsepsiya,  strategiya  və 

dövlət proqramlarının məcmusu; 

1.0.4.  mədəniyyət  məhsulları  -  kommersiya  dəyərindən  asılı  olmayaraq,  səciyyəvi 

xüsusiyyətləri,  istifadə  növləri  və  ya  məqsədləri  baxımından  mədəni  özünüifadə  formalarını 

ehtiva edən insan fəaliyyətinin nəticələri

1.0.5.  mədəniyyət  xidmətləri  -  şəxslərin  mədəni-mənəvi-estetik  ehtiyaclarının  ödənilməsi 

məqsədilə göstərilən xidmətlər və yaradılan şərait; 

1.0.6. mədəniyyət məkanı - mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi; 

1.0.7. mədəni məzmun - mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və 

mədəni dəyərlər; 

1.0.8.  mədəniyyət  sənayesi  -  mədəniyyət  məhsullarının  və  xidmətlərinin  istehsalını  və 

realizə edilməsini təmin edən fəaliyyət sahəsi

1.0.9.  bədii  dəyər  -  bədii  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olan  mədəniyyət,  ədəbiyyat  və 

incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər; 

1.0.10. milli  mədəni  irs  -  Azərbaycan xalqına məxsus,  ümumazərbaycan  əhəmiyyəti kəsb 

edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin məcmusu

1.0.11.  qeyri-maddi  mədəni  irs    -    şəxslərin,  qrupların  və  cəmiyyətin  özünün  mədəni  irs 

nümunələri  kimi  qəbul  etdikləri  ənənələr,  təsvir  və  ifadə  formaları,  bilik  və  bacarıqlar,  onların 

yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları; 

1.0.12.  maddi mədəni irs - daşınmaz və daşınar mədəni irs; 

1.0.13. daşınmaz mədəni irs - daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə 

abidələri,  dekorativ-tətbiqi  sənət  nümunələri,  o  cümlədən  mədəniyyət,  memarlıq,  bədii, 

etnoqrafiya,  təbiət  abidələri  və  tarixi  qoruqlar,  mədəniyyət  məkanları,  məqbərələr,  arxeoloji 

komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar; 

1.0.14. daşınar mədəni irs - tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-

tədqiqat,  rəsm,  incəsənət,  kinematoqrafiya,  numizmat,  filatelist,  heraldik,  biblioqrafiya, 

epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu; 




1.0.15.  mədəni  irs  nümunələri  -  özündə  bir  xalqın,  milli  azlığın  maddi  və  qeyri-maddi 

mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı 

mədəni irs nümunələri aiddir

1.0.16. sualtı mədəni irs - insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı 

su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri; 

1.0.17.  təbii  irs  -  universal  dəyərə  malik  fiziki  və  bioloji  birləşmələrdən  ibarət  təbiət 

abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar; 

1.0.18. dekorativ-tətbiqi sənət - müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına 

yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi; 

1.0.19.  mədəni  özünüifadə  müxtəlifliyi  (mədəni  müxtəliflik)  -  ayrı-ayrı  qrupların  və 

cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların 

daxilində  ötürülən  müxtəlif  formalar.  Mədəni  müxtəliflik  yalnız  dünya  mədəni  irsinin  ifadə 

olunduğu,  artırıldığı  və  ötürüldüyü  müxtəlif  mədəni  özünüifadə  vasitələrinin  tətbiqi  ilə  deyil, 

həmçinin  hansı  vəsaitlərdən  və  texnologiyalardan  istifadə  edilməsindən  asılı  olmayaraq,  bədii 

yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və 

onlara yiyələnmənin köməyi ilə meydana gəlir

1.0.20.  mədəni  özünüifadə  -  ayrı-ayrı  şəxslərin,  qrupların  və  ya  cəmiyyətlərin 

yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması; 

1.0.21. mədəni sərvətlər - mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, 

dialektlər  və  ləhcələr,  milli  adət  və  ənənələr,  tarixi  toponimlər,  folklor,  bədii  sənət  və  peşələr, 

mədəniyyət,  o  cümlədən  ədəbiyyat  və  incəsənət  əsərləri,  nəşriyyat  məhsulları,  mədəniyyət 

sahəsində  elmi  tədqiqatların  nəticələri  və  metodları,  tarixi-mədəni  əhəmiyyətə  malik  binalar, 

tikililər,  əşyalar,  tarixi-mədəni  əhəmiyyətli  unikal  təbii  ərazilər  və  obyektlər,  məqbərələr, 

qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar; 

1.0.22. milli kulinariya nümunələri - bir millətin mədəniyyətinə məxsus texnoloji, forma, 

naxış,  əşya,  avadanlıq  və  resept  komplekslərini  özündə  birləşdirən  ərzaq,    içki  və  qida 

məhsullarının hazırlanmasına yönəlmiş  insan fəaliyyətinin nəticələri

1.0.23.  sosial  əhəmiyyətli  tədbirlər  -  mədəniyyət  günləri,    festivallar,  baxış,  müsabiqə, 

təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin 

əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri; 

1.0.24. yaradıcılıq fəaliyyəti - mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət; 

1.0.25.  yaradıcı şəxs  - mədəni  sərvətlərin  yaradılması, o cümlədən mədəniyyət  sahəsində 

pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs. 

Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının  qanunvericiliyi 

Mədəniyyət 

haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  Azərbaycan 

Respublikasının  Konstitusiyasından,  bu  qanundan,  bu  qanunun  20.2-ci  maddəsində  nəzərdə 

tutulmuş  Azərbaycan  Respublikasının  qanunlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

  

2-Cİ FƏSİL 



 

MƏDƏNİYYƏT SİYASƏTİNİN 

DÖVLƏT TƏNZİMLƏNMƏSİ 

Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri 

3.1.  Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsində  dövlət  siyasəti  Azərbaycan 

Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir. 

3.2.  Azərbaycan  Respublikasının  dövlət  mədəniyyət  siyasətinin  əsas  istiqamətləri 

aşağıdakılardan ibarətdir: 

3.2.1.  dövlət  mədəniyyət  sisteminin  idarə  olunması  və  bu  sahədə  fəaliyyətin 

əlaqələndirilməsi; 



Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə