Mədəniyyət Naziriliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,51 Mb.
#77087


Azərbaycan Respublikası                                                                                                                            

Mədəniyyət Naziriliyi

 

 



Cəfər Cabbarlı adına 

Respublika Gənclər Kitabxanası 

 

 

 

 



 

 

 



   

 

 



 

 

 



 

 

TÖVSİYƏ-ƏDƏBİYYAT 



SİYAHISI 

 

 



 

 

 



BAKI-2018 


 

 



   

  

 



 

 

 

XX əsir  milli ədəbi-bədii fikir tarixinin görkəmli  nümayəndəsi, yazıçı 

Mir  Cəlal  Paşayevin  Azərbaycan  ədəbiyyatının  inkişafı  və  onun  məz-

munca  zənginləşməsində  mühüm  rol  oynamışdır.  Xalq  yaradıcılığı  ilə 

klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan 

və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni 

zamanda görkəmli tədqiqatçı alim olmuşdur. 

İLHAM ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

 

 

 



------------------------------------------------------------------------------------- 

 

 



Onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O, böyük pedaqoq 

kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli tələbə yetişdir -

mişdir. 

Mehriban Əliyeva, 

Heydər Əliyev Fondunun Preziden 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 



   

  

 



“Mənim  təsəvvürümdə  gecə-gündüz  tanımadan qələm işlədən Mir 

Cəlal ölməzdir.  Yetkinliklə,  dolğunluqla qələm işlədən, özündən sonraya 

cild-cild ölməz  əsərlər qoyan ədib də bir yolluq ölərmi, unudularmı? Yox! 

Ölməz,  unudulmaz,  onun bu dünya üzündə  ədəbiləşən yeri  vardır, onun 

ədəbiləşən surəti   öz  əsərlərində  yaradılmışdır. Məncə,  gözəl  insan, gözəl 

ailə başçısı Mir Cəlal öz əsərlərində, elmi   tədqiqatlarında yaşayacaqdır. 

Məncə, Mir Cəlalın pak surəti gecələr ayla işıqlanacaq, gündüzlər  günəşlə 

şölələnəcəkdir”.

                                                                                                

 

                                                                        Süleyman  Rəhimov

 

                                                      Azərbaycanın  xalq yazıçısı  

 

Mir Cəlal Paşayevin həyat və yaradıcılığı 

 

 

Mir  Cəlal  (Cəlal  Əli  oğlu  Paşayev)  1908-ci  il  aprelin  26-da  Cənubi  Azər-

baycanın Əndəbil kəndində anadan olmuşdur.  Lakin sonralar Gəncə şəhərinə gəlmiş, 

ibtidai təhsilini burada almış, uşaqlıq və ilk gənclik illərini burada keçirmişdir.  1924-

1928-ci  illərdə  Gəncə  Darülmüəllimində  oxumuş,  qurtaranda  Gədəbəy  yeddiillik 

məktəbinə  müəllim  göndərilmişdir.  1929-1930-cu  illərdə  l  saylı  Gəncə  şəhər  mək-

təbində  direktor  vəzifəsində  çalışmışdır.  1930-1931-ci  illərdə  Kazan  Pedaqoji 

İnstitutunun  dil-ədəbiyyat  fakültəsində  oxumuş,  1932-ci  ildə  Bakıya  qayıdaraq 

Azərbaycan  Dövlət  Elmi  Tədqiqat  İnstitutunun  aspiranturasında  təhsilini  davam 

etdirmiş, "Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA 

Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi götürülmüş, 

1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. 

1940-cı  ildə  "Füzulinin  poetik  xüsusiyyətləri"  tədqiqatına  görə  filologiya  elmləri 

namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərinə görə 

fİlologiya  elmləri  doktoru  adına  layiq  görülmüşdür.  Yazıçılıq,    alimlik,  müəllimlik 

sənətini  yanaşı-əlaqəli  davam  etdirərək uzun  müddət respublika  Elmlər  Akademiyası 

Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1961-cı ildən ömrünün sonuna 

kimi  Azərbaycan  Dövlət  Universitetində  kafedra  müdiri  və  müəllim  işləmişdir.  O, 

Füzuli  irsinin  sovet  dövründə  ilk  gözəl  tədqiqatçılarından  biri,  XX  əsr  Azərbaycan 

ədəbiyyatının  görkəmli  mütəxəssisi,  müasir  ədəbi  proseslə  ciddi  maraqlanan  nüfuzlu 

alim,  respublikanın  əməkdar  elm  xadimi,  milli  kadrların  hazırlanması,  gənc  nəslin 

yetişməsi və təlim-tərbiyəsi sahəsində böyük əməyi olan istedadlı pedaqoq idi.  

Xalqına  qeyrət  və vicdanla  xidmətlər  göstərmiş  Mir Cəlal  Paşayev  1978-ci il 

sentyabrın  28-də  vəfat  etmişdir.

 

Əbədiyyətə  qovuşmuş  görkəmli  yazıçının  çoxşaxəli 



yaradıcılığı  nəinki  müasirlərinə,  eyni  zamanda  özündən  sonra  gələn  nəsillərə  də  əsl 

örnəkdir. Bu nəcib şəxsiyyət təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından 




 

 



   

  

kənarda da xalqımızı layiqincə təmsil edib. Təhsilimizin, elmimizin, ədəbiyyatımızın və 



mədəniyyətimizin etibarlı hamisi, alovlu təbliğatçısı kimi çətin missiya daşıyıb. Buna 

görə də, Prezidentin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və 

əlamətdar  hadisələrin  qeyd  edilməsi  proqramına  Azərbaycanla  bağlı  daxil  olmuş 

yubileylərin keçirilməsi haqqında” Sərəncamına əsasən, yazıçı M.C.Paşayevin yubiley 

mərasimi  təntənə  ilə  qeyd  edilib.  Parisdə,  UNESCO-nun  iqamətgahında  XX  əsr 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq M.C.Paşayevin 100 

illiyinə  həsr  olunmuş  mərasim  keçirilib.  Bu  yubileyin  UNESCO  səviyyəsində  qeyd 

edilməsi,  ilk  növbədə,  Azərbaycan  elminə,  mədəniyyətinə  və  ədəbiyyatına  dünya 

miqyasında verilən dəyərin təzahürüdür. M.C. Paşayev yüksək poetik təfəkkür və bədii 

təxəyyülü ilə xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini çoxsaylı 

əsərlərində parlaq şəkildə təcəssüm etdirib. O, dəyərli hekayələri, məzmunlu roman və 

povestləri  ilə  oxucu  auditoriyasına  geniş  yol  tapıb.  İctimai  həyatın  tipik  lövhələrini 

ədəbiyyata gətirən sənətkarın elmi yaradıcılığı kimi bədii yaradıcılığı da fəlsəfi estetik 

görüşlərdən,  günün  aktual  problemlərindən  bəhs  edir.  Yaradıcılığının  mövzu 

rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı özünə məxsus yer tutur. Mir 

Cəlal ədəbiyyatşünas-alim, pedaqoq kimi də geniş aspektdə fəaliyyətini davam etdirib. 

Görkəmli  yazıçı  yaradıcılığının  bir  sahəsini  digəri  ilə  mükəmməl  şəkildə  uzlaşdırıb. 

Onun  ədəbi  görüşləri,  məntiqi  fikirləri  bədii  yaradıcılığına  ziyan  gətirməyib,  əksinə, 

sənətkarlıq xüsusiyyətlərinin daha da formalaşmasında yardımçı rol oynayıb. Bu böyük 

şəxsiyyətin  adı,  xeyirxah  əməlləri  bundan  sonra  da  qədirbilən  Azərbaycan  xalqının 

yaddaşında əbədi yaşayacaq. 

Bu  il  görkəmli  yazıçı,  ədəbiyyatşünas,  filologiya  elmləri  doktoru  Mir  Cəlal 

Paşayevin  110  illik  yubileyi  tamam  olur.  Bu  münasibətlə  Cəfər  Cabbarlı  adına 

Respublika Gənclər Kitabxanasının informasiya-resurs şöbəsi “Mir Cəlal həqiqətləri ” 

adlı tövsiyə-ədəbiyyat siyahısı hazırlayıb. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



   

  

 



MİR CƏLAL PAŞAYEVİN HƏYAT VƏ YARADICILIĞININ 

ƏSAS TARİXLƏRİ 

 

1908  

Mir Cəlal Əli oğlu Paşayev aprel ayının 26-da Cənubi Azərbaycanın 

Əndəbil kəndində anadan olmuşdur 

 

 



1924   

Gəncə  Darülmüəlliminə  daxil  olmuşdur  1926-1927  Gəncə 

Darülmüəllimində Tələbə Həmkarlar Təşkilatının sədri işləmişdir. 

 

1926-1927  Gəncə  Darülmüəllimində  Tələbə  Həmkarlar  Təşkilatının  sədri 

işləmişdir. 

 

1928   

Darülmüəllimi bitirib,Gədəbəy yeddiillik məktəbində direktor       

 

 



vəzifəsində çalışmışdır.  

1929-1930   1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir  

1930   

Qazan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuş- 

 

 

dur.  



1932   

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil  

 

 

olmuşdur. «Kommunist», «Gənc işçi» qəzetlərində işləmiş, «Sağlam  



 

 

yollarda» adlı ilk kitabı çapdan çıxmışdır.  



1933   

SSRI EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin Ictimai elmlər  

 

 

bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır  



  1934   

Aspiranturanı bitirmişdir.Nizami adına Ədəbiyyat Institutunun  

   

 

yaradılmasında yaxından iştirak etmiş və «XX əsr 8 Azərbaycan  



   

 

ədəbiyyatı» şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ümumittifaq  



   

 

Sovet Yazıçıları briqadasının tərkibində Ağ dəniz Baltik kanalında  



   

 

yaradıcılıq ezamiyyətində olmuşdur  



1936-1941   APİ-də və ADU-da müəllimlik etmişdir.  

1940           «Füzulinin poetik xüsusiyyətləri» adlı əsərini müdafiə edərək,  

 

 



filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada  

 

 



keçirilmiş Azərbaycan Ədəbiyyatı dekadasının iştirakçısı olmuşdur  

 

 



1944 Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil  

 

 



olmuşdur. SSRİ Elmlər Akademiyasının 220 illiyi ilə əlaqədar olaraq  

 

 



«Əmək igidliyinə görə» və «Qafqazın müdafiəsinə görə» medalları  

 

 



ilə təltif edilmişdir  

1944-1960   SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun Sovet  

 

 



Ədəbiyyatı şöbəsinin müdiri və ADUnun Azərbaycan Ədəbiyyatı  

 

 



kafedrasında dosent vəzifəsində işləmişdir  

1946   

«1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə  

 

 

görə» medalı ilə təltif edilmişdir  




 

 



   

  

1947   

«Azərbaycanda ədəbi məktəblər» əsərinə görə filologiya elmləri  

 

 



doktoru alimlik dərəcəsi almışdır  

1948   

Azərbaycan Dövlət Universitetində professor vəzifəsinə seçilmişdir  



1950   

Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti  

 

 

ongünlüyünün iştirakçısı olmuşdur  



1954   

SSRI Yazıçılarının II qurultayında nümayəndə kimi iştirak etmişdir.  

 

 

«Şərəf nişanı» ordeni ilə təltif edilmişdir  



1958   

Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq «Şərəf nişanı» ordeni  

 

 

və  «Qabaqcıl maarif xadimi» nişanı ilə təltif edilmişdir  



1959   

SSRI Yazıçılarının III qurultayında nümayəndə kimi iştirak etmişdir.  

 

 

Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Incəsənəti  



 

 

ongünlüyünün iştirakçısı olmuşdur  



1960   

«Əmək igidliyinə görə» medalı ilə təltif edilmişdir.Bir qrup sovet  

 

 

alimi  ilə birlikdə Fransa səfərində olmuşdur  



1967   

«Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuşdur.SSRİ Yazıçı- 

 

 

larının IV qurultayında iştirak etmişdir  



1968   

«Bir gəncin manifesti» əsəri Respublika mükafatına layiq görül- 

 

 

müşdür  



1969   

Azərbaycanın «Əməkdar elm xadimi» adına layiq   görülmüşdür.  



1978   

«Oktyabr İnqilabı» ordeni ilə təltif edilmişdir  

 

1978   

Mir Cəlal Paşayev 28 sentyabr 1978 - ci ildə vəfat etmiş, Bakıda   

 

 

Fəxri  Xiyabanda dəfn olunmuşdur. Xatirəsini  əbədiləşdirmək üçün  



 

 

ölkəmizin bir sıra yerlərində küçə, məktəb, kitabxana, mədəniyyət  



 

 

evi hal-hazırda onun adını daşıyır. 



 

 2008      

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin  

 

 

qeyd   edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının  



 

 

34-cü  sessiyası 2008-2009-cu illərdə yazıçı Mir Cəlal Paşayevin 100  



 

 

illik  yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir. 



 2008  

Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına  

 

 

əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd  



 

 

edilib.  



  2008 

 Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan    

 ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal    

 

Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. 



 


 

 



   

  

Görkəmli adamlar  



Mir Cəlal Paşayev haqqında: 

 



“ 1961-ci ildə Azərnəşrdə onun “İnsanlıq fəlsəfəsi” adlı kitabı çap olunmuşdu. 

Onu vərəqlərkən 1937-ci ildə Qiyabi İnstitutun Şəki sessiyasında dediyi sözlər 

yadıma  düşdü:”  Məktəblərdə  mütləq   “İnsanlıq”  bir  predmet  kimi  təlim 

olunmalıdır.” 

 

İnsanlıq və insanlıq fəlsəfəsi onun əsərlərində həmişə qırmızı bir xətlə keçirdi ” 



                                                                                                      Qılman İlkin 

                                         Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi 

 



 “ Mir Cəlal müəllimi bir yazıçı kimi, bir ədib kimi xarakterizə etmək üçün bu 

başdan deyim, onun həyatı çox qəribə olub. O, bir insan yox, üç insanın həyatını 

yaşayıb. Mən deyərdim ki, Mir Cəlal müəllimin romanist və novellist kimi ədəbi-

bədii yaradıcılığı eyni səviyyədə keçib. Bu, bir tərəfi. İkinci tərəfdən  - böyük 

ədəbiyyatşünas  alim  olub.  Onun  əsərlərində  bizim  böyük  klassiklərimizə  dair 

tənqidləri, təhlilləri var. Üçüncüsü də böyük bir pedaqoq, müdrik bir müəllim 

olub. Bu üç həyatı bu insan yaşayıb. Onun fəaliyyətində bu üç həyat bir-birini 

elə  tamamlayırdı  ki,  bir-birinə  elə  bağlı  idi  ki,  vahid  bir  Mir  Cəlal  obrazı 

yaranırdı.” 

                                                                                                             Arif Paşayev 



                                                                      Mir Cəlal Paşayevin  oğlu, akademik. 

 



“Mir Cəlal mahir bir hekayə ustasıdır. Onun hekayələri yığcam və ibrətlidir. 

Mir  Cəlalın  hekayələrindəki  sənətkaranə  sadəlik,  fövqəladə  təbiilik, 

heyranedici səmimilik təqdirəlayiqdir”  

Məmməd Arif 

 



“Qısa  və  mənalı  yazmaqda  Füzulini,  Mirzə  Cəlili,  Sabiri  həmişə,  hamıya 

örnək  hesab  elər,  nümunə  gföstərərdi.  Füzuli  poeziyası  və  poetikasının 

incəliklərini ümumiləşdirən tədqiqat əsəri ilə ədib özünü böyük qəlb şairinin 

incə bilicisi kimi tanıtmışdı.”  

 



 



Mİr Cəlal müəllim mənəvi cəhətdən saf,təmiz bir insan idi.Tamah hissindən 

uzaq,az-çoxa qane olan,gözü-könlü tox,təmiz bir ziyalı idi. 



Firidun Hüseynov, 

Professor 

 



 

 “Mir Cəlal intellektual aləmi zəngin və müxtəlif sahəli yazıçılarımızdandır.” 



Abbas Zamanov 

 



 

“Mir Cəlalda, heç şübhəsiz, əyləncəli hekayə yazmaq qabiliyyəti vardır. Hər 

hansı şəkildə təzahür edən bu qabiliyyət həmişə böyük bir ənənənin inkişafı 

ilə bağlıdır. Bu onun sənətinin güclü cəhətidir.” 



İ. Sats 

 



 

 



   

  



 

“Mir  Cəlal  sənətkardır,  yaradıcıdır.  Onun  romanının  hər  bir  sözü  öz 

avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyacanı dərhal 

oxucuya təsir edir...” 



Jak Rıkaçev 

 



 

“Aldığımız  cəbhə  məktubunda  bir  döyüşçü  yazır  ki,    Mir  Cəlalın  “Vətən 

yaraları”  hekayəsini  oxuduqdan  sonra  mən  düşmənə  qarşı  daha  kinli  və 

amansız oldum”  



Səməd Vurğun 

 



 

“Mir Cəlal intizar səhnələri yaratmağı sevir. Hekayələrində də nəzərə çarpan 

bu cəhət roman və povestlərində özünü daha çox hiss etdirir. 

Cəfər Xəndan 

 



 

“Onun satirik qələmində bəzən C Məmmədquluzadənin, bəzən də, Ə. Haq-

verdiyevin  cizgilərinə  rast  gəlirik.  Lakin  Mir  Cəlalın  yumor  və  satirası 

özünəməxsusdur.” 



Məmməd Arif 

 



 

“Bir gəncin manifesti” Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin 

vəhdətidir. Bu, nəinki Mir Cəlalın, mən deyərdim nəsrin ən gözəl nümunə-

lərindən sayıla bilər. 

 

 Mİr Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq 



və büllur dili idi. Onun dili,xalq danışıq tərzinə uyğun,son dərəcə canlı,təbii 

ifadələrlə zəngin və bədii dildir. 



Bəxtiyar Vahabzadə, 

Xalq şairi                                                                                                                   

 



Cəmiyyətin   sağlamlığını   ailənin  möhkəmliyində   görən   Mir  Cəlal,   bunu 

gözəl  ifadə  xətrinə  deyil, həqiqətən belə  düşündüyünə  görə deyirdi. Bəlkə də 

özü  uşaqlıq  çağlarından   ailə  məhəbbətindən  uzaq  düşdüyünə  görə,  ailə 

dəyərlərinə,  ailə  ünsiyyətinə  xüsusi  münasibət  bəsləyirdi.  ”Azərbaycan-

da   ədəbi   məktəblər  ”  adlı  məşhur   elmi   əsərin  müəllifi  həqiqətən  xüsusi 

bir  həyat  məktəbi, ailə  məktəbi  yaratmışdı”. 

                   Hafiz Paşayev  

  

 



              Mir Cəlal Paşayevin oğlu,  fizika – riyaziyyat elmləri  doktoru. 

 

 



Mir Cəlal müəllim XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan 

görkəmli yazıçılarımızdan biridir. 

*** 



 



Mir Cəlal təbiət etibarilə necə sadə idisə, danışığı da eimi və bədii təhkiyyəsi 

də eləcə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətində, həm də 

yaradıcılığındakı o sadəlik qətiyyən primitvlik yox, müdrikliyin nəticəsi idi. 

Elçin, 

Xalq yazıçısı,professor 



 

 



   

  

 



 

 



Mİr Cəlalın yaradıcılığının şahidi olmaq,əksər əsərlərinin ilk oxucusu olmaq 

taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi. 



Hafiz Paşayev, 

professor 

 



 

Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi.Xeyirxahlıq onun 

canında,qanindaydı.Mir Cəlal müəllim insanpərvər idi.İstedadlı adamların 

qədrini bilirdi. 



Nəriman Həsənzadə, 

Xalq şairi 

 



 

Mir Cəlal müəllim bir insan kimi çox sakit,işıqlı,müdrik simaya malik 

idi.Onun üzündə,gözlərinin dərinliyində daim işıqlı,munis,nurlu bir təbəssüm 

olardı. 


Şamil Salmanov, 

prifessor 

 



 

Mir Cəlal sənətkardır,yaradıcıdır.Onun romanının hər bir sözü öz tərcümeyi-

halının bir hissəsi kimi görünür,canlı və səmimi həyacanı dərhal oxucuya təsir 

edir. 


İsa Hüseynov, 

Xalq yazıçısı 

 



 

Mir Cəlalın insanlara,iş yoldaşlarına,ümumən onunla az və ya çox dərəcədə 

əlaqədar olan adamlara aydın,açıq münasibəti var idi.Adamlara şəxsi 

keyfiyyətinə,savadına,intizamına tapşırılan işi yerinə yetirmək qabiliyyətinə 

görə münasibət bəsləyirdi. 

Yusif Seyidov, 

professor 

 



 

Şerdən,sənətdən danışanda,həmişə ədəbiyyatın bəzi problemlərinə də 

toxunar,nəzəri məsələləri çox sadə bir tərzdə izah edərdi.Çox vaxt bizə bu 

fikri aşılamağı çalışardı ki, ədəbiyyata təsadüfi gəlib çıxanlar gec-tez səhfini 

anlayıb uzaqlaşacaq və sevdiyi sahəni özü axtarıb tapacaqdır. 

Əmirxan Xəlilov, 

Professor 

 



 

Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, 

mənimsəmək və dərk etmək üçün elmi açardır. 

Qara Namazov, 

professor 

 



10 

 

 



   

  



 

Mir Cəlal görkəmli ALİM idi. Alim sözünü böyük hərflərlə nəzərə 

çarpdırmağımın və ondan əvvəl görkəmli təyinini işlətməyimin səbəbi var. 

Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan elmdə müəyyən iz buraxan 

görkəmli bir alim kimi söz açardıq. 

Vaqif Yusifli, 

Filologiya elmləri doktoru 

 



 

Professor Mir Cəlal Paşayev geniş yaradıcılıq fəaliyyətinə malik olan bir 

şəxsiyyət idi: O, görkəmli yazıçı, tanınmış nəzəriyyəçi filoloq alim, nümunəvi 

müəllim kimi xatirələrdə əbədi yaşayır. Mir Cəlal müəllim nəzəri filoloq 

olmaqla yanaşı, çox gözəl müəllim kimi tanınırdı. O, təkcə bilik vermir, eyni 

zamanda hərəkətləri, adamlara münasibəti ilə tərbiyə edirdi 

***. 



 



Professor Mir Cəlal müəllimin mülayimliyi, humanizmi onun ciddiyyətinə, 

obyektivliyinə qətiyyən mane olmurdu. O, bu mülayimliyi ilə yanaşı, olduqca 

prinsipial və obyektiv bir şəxsiyyət idi. 

ŞƏMİSTAN MİKAYILOV, 

Professor

 

 



 

Vətəninə, xalqına bağlı olan yazıçının  

                                        ədəbi irsi bütün dövrlər üçün aktualdır. 

 

Mir Cəlal Paşayevin əsərləri:

 

1.



 

Seçilmiş əsərləri : 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov; 

red. Ş. Axundov.  

I cild : Hekayələr. - Bakı : Adiloğlu, 2013. - 438 s.  

 

2.



 

Seçilmiş əsərləri: 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov; 

red. Ş. Axundov. 

II cild : Hekayələr. - Bakı : Adiloğlu, 2013. - 440 s.  

 

3.



 

Seçilmiş əsərləri : 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov; 

red. Ş. Axundov.  

III cild : Hekayələr. - Bakı: Adiloğlu, 2013. - 452 s.  

 

4.



 

Seçilmiş əsərləri : 5 cilddə /Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov; 

red. Ş. Axundov.  

IV cild : Hekayələr. - Bakı : Adiloğlu, 2013. - 462 s.  

 

5.



 

Seçilmiş əsərləri: 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov; 

red. Ş. Axundov.  

V  cild  :  Feltetonlar,  şeirlər,  oçerklər,  tərcümələr,  xatirələr.  –  Bak:  Adiloğlu, 

2013. - 314 s. 

 



11 

 

 



   

  

6.



 

Seçilmiş əsərləri / Mir Cəlal; tərt. Y. İsmayılov.- Bakı: Şərq - Qərb, 2005. -384 

s. - (Müasir Azərbaycan ədəbiyyatı)   

 

7.



 

Azərbaycanda  ədəbi  məktəblər:  1905-1917  /Mir  Cəlal;  elmi  red.  T.  M. 

Mütəllimov. - Bakı : Ziya-Nurlan, 2004. - 391 s. 

 

8.



 

Dirilən adam: Roman və hekayələr.- Bakı: Yazıçı, 1978. 

 

9.

 



9.  Yuxu  və  külək  /  Mir  Cəlal;  red.  G.  Həsənzadə;  rəs.  H.  A.  Ağayev; 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Nağıl Evi-

N, 2016. - 12 s. 

 

 



 

 

Kiril əlifbası ilə olan kitablar: 



Əsərləri: 

10.

 

Бир ҝəнҹин манифести : роман / Мир Ҹəлал.- Бакы: Јазычы, 1984.- 223 с. 

 

11.


 

Бир  ҝəнҹин  манифести.  Јашыдлар:  романлар  /Мир  Ҹəлал.-  Бакы: 

Азəрнəшр, 1964.- 451 с. 

 

12.



 

Бир ҝəнҹин манифести: роман / Мир Ҹəлал.- Бакы: Ушаг вə Ҝəнҹлəр Əдə-

бијјаты Нəшријјаты, 1949.- 232 с.  

 

13.



 

Дағлар  дилə  ҝəлди:  һекајəлəр  вə  повест  /  Мир  Ҹəлал.-  Бакы:  Ҝəнҹлик, 

1978. - 175 с.  

 

14.



 

Фүзули  сəнəткарлығы:монографија  /Мир  Ҹəлал.  II  нəшри.-  Баkы:  Ма-

ариф, 1994. - 252 с.  

 

15.

 

Фүзули сəнəткарлығы / Мир Ҹəлал; ред. Һ. М. Араслы; С.М. Киров адына 

Азəрбајҹан Дөвлəт Университети.- Бакы: АДУ нəшријјаты, 1958.- 276 с.    

 

16.



 

Ҝүлбəслəјəн гыз: һекајəлəр / Мир Ҹəлал.- Бакы: Азəрнəшр, 1965.- 334 с.   

 

17.


 

Инсанлыг фəлсəфəси : һекајəлəр / Мир Ҹəлал.- Бакы, 1961.- 402 с. 

 

18.


 

ХХ əср Азəрбајҹан əдəбијјаты: дəрслик / Мир   Ҹəлал,  Ф.  Ҹ.  Һүсејнов; 

  елми  ред. Б. Ə. Нəбијев. - III нəшри. - Баkы: Маариф, 1982.- 426 с. 

 

19.



 

ХХ əср Азəрбајҹан əдəбијјаты: али мəктəблəр үчүн  дəрслик / Мир Ҹəлал, 

Ф. Ҹ. Һүсејнов; елми ред. Б.Ə. Нəбијев. II нəшри.- Бакы: Маариф, 1969.- 

  348 с.  

 

20.

 

Лəјагəт : һекајəлəр вə повест  / Мир Ҹəлал. - Бакы: Јазычы, 1984. - 359 с. 

 

21.


 

Силаһ гардашлары: һекајəлəр / Мир Ҹəлал. - Бакы: Ҝəнҹлик, 1974. - 292 с. 

 

22.


 

Шəфəгдəн галханлар: повест вə һекајəлəр / Мир Ҹəлал. - Бакы : Ҝəнҹлик, 

  1972. - 270 с. 

 

 



  

 

 



 

 

23.



 

Јолумуз һајанадыр: роман / Мир Ҹəлал. - Бакы: Азəрбајҹан Ушаг вə 

Ҝəнҹлəр Əдəбијјаты Нəшријјаты, 1964. - 246 с. 



12 

 

 



   

  

 



Elektron resurslar (CD-ROM) 

 

24.



 

Mir Cəlal yaradıcılığında vətən sevgisi: konfransın materialları / 

Regionların   İnkişafı İctimai Birliyi; tərt. İ. Əhmədov; red. T. Həmid.- Bakı: 

Çaşıoğlu, 2009. -   1 el. opt. disk (CD-ROM). - ("Nizami" layihəsi) 

 

25.



 

Seçilmiş əsərləri / Mir Cəlal; red. heyəti: Ə. Q. Quliyev [et al.]; tərt. Ə. 

Paşayeva;ön sözün müəl., red. N. Ə. Həsənzadə. - Bakı : Çaşıoğlu, 2005. –  

1 el. opt. disk  (CD-ROM). - ("Nizami" layihəsi). - (Azərbaycan   ədəbiyyatı) 

 

26.


 

Seçilmiş əsərləri / Mir Cəlal; tərc. A. Tomson, tərt. red. N. A.  

Paşayeva, T. 

M. Mütəllimov; Regionların  İnkişafı İctimai Birliyi 



I cild : Dirilən adam: roman / . Hekayələr. - Bakı : Çaşıoğlu, 2008. – 1 el. opt. 

  disk (CD-ROM). - ("Nizami" layihəsi) 

 

27.


 

Seçilmiş əsərləri / Mir Cəlal; tərc. A. Tomson, tərt. red. N. A.  

Paşayeva,  

T. M. Mütəllimov; Regionların  İnkişafı İctimai Birliyi 



II cild: Bir gəncin manifesti: roman / Hekayələr. - Bakı: Çaşıoğlu, 2008. –  

1 el. opt. disk (CD-ROM). - ("Nizami" layihəsi) 

 

28.


 

Seçilmiş əsərləri / Mir Cəlal; tərc. A. Tomson, tərt. red. N. A. Paşayeva,  

T. M. Mütəllimov; Regionların İnkişafı İctimai Birliyi 

III cild : Yolumuz hayanadir: roman / Hekayələr. - Bakı: Çaşıoğlu, 2008. –  

1 el. opt. disk  (CD-ROM). - ("Nizami" layihəsi) 

 

Rus dilində kitablar 

29.

 

Избранные  произведения  /  Общественная  Организация  Развития    Реги-

онов;   сост. и ред. А. Пашаева, А. Гаджиев; пер. А. Томсон 

Кн. 1. - Баку: Чашыоглу, 2009. - 440 с.  

 

30.



 

Избранные  произведения  /  Общественная  Организация  Развития  Реги-

онов;   сост. и ред. А. Пашаева,  А. Гаджиев; пер. А. Томсон.  

Кн. 2. - Баку: Чашыоглу, 2009. - 466 с.  

 

 



31.

 

Избранные произведения: роман / Общественная Организация Развития 

Регионов ; сост. и ред. А. Пашаева, А. Гаджиев; пер. А. Томсон.  

Кн. 3. - Баку : Чашыоглу, 2009. - 466 с.  

 

 



Mir Cəlal Paşayev haqqında 

Kitablar: 

32.


 

Əliyeva, Nurlana MÜzəffər qızı. Sovet dövrü Azərbaycan ədəbiyyatı:  1941-

1991: dərslik / N. M. Əliyeva; elmi red. N. Cəfərov; Azərbaycan Respublikası 

Təhsil Nazirliyi. - Bakı : Elm və Təhsil, 2013. - 664 s.  

 

 



 

33.


 

Gülgün, Rəhilə. Göylər adamı : yazıçı, alim, pedaqoq Mir Cəlal  haqqında 

esse-araşdırma : yeni yozum  / R. Gülgün; red., ön sözün müəl. N. Q. Cəfərov;   




13 

 

 



   

  

Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi.-  Bakı:  Kür-Araz 



Nəşriyyat Evi, 2008. - 246 s. - (Silinməz  

izlər) 


 

34.


 

Hüseynova, Həcər Emin qızı. Mir Cəlalın obrazlı dili / H. E.   Hüseynova; 

red. A. М. Qurbanov. - Bakı : Elm, 2007. - 164 s.   

 

 

   



 

35.


 

Mir Cəlal / Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. 

 

C.6.- Bakı, 1982.- 586 s.



 

 

36.


 

Mir Cəlal : həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti: iki cilddə / tərt. 

müəl. T. Ə. Əhmədov, red. Ə. M. Paşayeva.  



I cild. - Bakı : Nurlar NPM, 2014. - 348 s.  

 

37.



 

Mir Cəlal : fotosənədlər, əlyazmalar, epistolyar irs: iki cilddə / tərt. müəl.  

T. Ə. Əhmədov, red. Ə. M. Paşayeva.  



II cild. - Bakı : Nurlar NPM, 2014. - 380 s. 

 

38.



 

Mir Cəlal: 1908-1978 // Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.- 

Bakı, 1995.- S. 333-334. 

 

39.


 

Orucov, Hidayət Xuduş oğlu. Mir Cəlal dünyasından sətirlər : esse = Вехи 

  мира  Мир  Джалала  :  эссе  /  H.  X.  Orucov.  -  Bakı  :  Əbilov,  Zeynalov  və 

oğulları, 2006. - 84 s.   

  

 



 

 

 



40.

 

Пашајев,  Мир Ҹəлал Əли оғлу.  ХХ əср Азəрбајҹан əдəбијјаты  

/ М.Ҹ.Пашајев, Ф. Ҹ. Һүсејнов; елми ред. Б. Ə. Нəбијев. - Бакы : Маариф, 

1974. - 348 с.  



 

41.


 

Rəhimli,  İlham  Əziz  oğlu.  Məram:  məbədə  doğru  gedən  yol:  Mir  Cəlal 

yaradıcılığının səhnə həyatı / İ. Ə. Rəhimli; elmi red. N. A. Paşayeva; Regi-

onların  İnkişafı İctimai Birliyi. - Bakı :  Çaşıoğlu, 2009. - 383 s.   

   


 

Mir Cəlal Paşayev haqqında dövri mətbuatda: 

2018 

42.


 

Mir  Cəlalın  xatirəsinə  həsr  olunan  hekayə  müsabiqəsinin  qalibləri  mükafat-

landırılıb // Xalq qəzeti. - 2018.- 24 may. - № 116. - S. 5 . 

 

43.



 

Bir yazıçı ömrünün manifesti : böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal 

Paşayevin anadan olmasından 110 il ötür // Hərbi And. - 2018.- 4 may. -  

№ 17. - S. 10 . 

 

44.


 

Mir Cəlal Paşayevin “M. Ə. Sabirin sənət dünyası” kitabı elm ictimaiyyəti üçün 

mühüm hadisədir // Xalq qəzeti. - 2017.- 29 aprel. - № 90. - S. 12 . 

 

45.



 

Abasov, Abdulla. Böyük şəxsiyyətlər az-az yaranır : Mir Cəlal Paşayev - 110  

/ A. Abasov // Azərbaycan. - 2018.- 27 aprel. - № 94. - S. 10 . 

 

46.



 

Prezident  kitabxanasında  “Mir  Cəlal”  adlı  elektron  nəşr  hazırlanmışdır 

/AZƏRTAC // Respublika.- 2018.- 27 aprel.- №93.- S.5. 

 



14 

 

 



   

  

47.



 

Vəliyev, Rauf. Mir Cəlal Paşayev haqqında xatirələr /R. Vəliyev // Üç nöqtə. - 

2018.- 27 aprel. - № 74. - S.8 . 

 

48.



 

Alışanlı, Şirindil. XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni : Mir Cəlal  

Paşayev - 110 / Ş. Alışanlı // Azərbaycan. - 2018.- 26 aprel. - № 93. - S.7. 

 

49.



 

Hidayət. Ümmandan damlalar [Mətn]: Mir Cəlal -110 / Hidayət // Xalq qəzeti.- 

26 aprel.- №93.- S.8. 

 

50.



 

Mürsəlova, Ofelya. 110 ilin mübarək, dünya şöhrətli ədib Mir Cəlal Paşayev!  

/ O. Mürsəlova // Səs. - 2018.- 26 aprel. - № 80. - S.6. 

 

51.



 

Milli ədəbiyyatın patriarxı : Mir Cəlal Paşayev - 110 // Respublika. - 2018.-  

26 aprel. - № 92. - S.6. 

 

52.



 

Nəzakət.  Azərbaycan  nəsrinin  görkəmli  nümaəndəsi  [Mətn]:  bu  gün  böyük 

pedaqoq, alim, istedadlıyazıçı Mir Cəlal Paşayevin anadan olmasından 110il 

ötür / Nəzakət // Səs.- 2018.- 26 aprel.- №80.- S.6. 

 

53.


 

Seyidov, Yusif. Milli ədəbiyyatın patriarxı: Mir Cəlal Paşayev-110  

/ Y. Seyidov // Respublika.- 2018.- 26 aprel.- №92.- S.6. 

 

54.



 

Salmanoğlu, Təyyar. Mir Cəlal nəsri milli mücadilə kontekstində [Mətn]  

/ T. Salmanoğlu // Xalq qəzeti.- 2018.- 24 aprel.- №91.- S. 7. 

 

55.



 

Heydərova, Ulduz. Mir Cəlal Paşayev - 110 il : Kiçik hekayələrin böyük ustadı  

/ U. Heydərova // Təhsil problemləri. - 2018.- 16-23 aprel. - № 29/30. - S. 4 . 

 

56.



 

Zeynalov, əsgər. Görkəmli mifoloq alim [Mətn]:[ Mirəli Seyidov-100]  

/ Ə. Zeynalov // Respublika.- 2018.- 22 aprel.- №89.- S.6. 

 

57.



 

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı, əsl elm 

fədaisi olub: [Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına 

Ədəbiyyat İnstitutunda Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan 

elmi konfrans keçirilib] // Xalq qəzeti. - 2018.- 12 may. - № 106. - S. 7 . 

 

58.



 

Müşfiq,  Şahanə.  Mir  Cəlal  Paşayevin  Türkiyədə  çıxan  kitabının  Bakıda 

təqdimatı  olub:  Türk  ədəbiyyat  vəqfinin  nəşr  etdiyi  kitabin  təqdimatina 

Türkiyədən gəlmiş  nümayəndə  heyəti də qatılıb  /  Ş. Müşfiq  //  525-ci  qəzet.- 

2018.10 fevral.- № 27. - S. 16 . 

 

59.



 

Mir  Cəlal  Paşayevin  “Füzulinin  poetik  xüsusiyyətləri”  elmi  əsəri  Türkiyədə 

nəşr olunub // Xalq qəzeti. - 2018.- 8 fevral. - № 29. - S. 8 

 

2017 

60.

 

Azərbaycan  nəsrinin  görkəmli  nümayəndəsi:  böyük  pedaqoq,  alim  istedadlı 



yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 109 il ötür // Səs. - 2017.-  

26 aprel. – № 72. - S. 4.  

 

61.


 

Hüseynova, Aytən. Mir Cəlalın arxivindən tapılan hekayələr haqqında  

/ A. Hüseynova // Mədəniyyət.AZ. - 2017. - № 9/10. – S. 64-67. 

 



15 

 

 



   

  

62.



 

Məhərrəmova, Təranə. Həqiqət, düzlük, səmimiyyət aşiqi: Mir Cəlal Paşayev 

Azərbaycan ədəbi-bədii fikir və elm tarixində özünəməxsus yer tutur 

 / T. Məhərrəmova // Kaspi. - 2017.- 28 sentyabr. - № 159. – S. 6. 

 

63.


 

Məmmədli, Ruhiyyə. Düşündürən və kamilləşdirən poeziya / R. Məmmədli  

// Mədəniyyət.AZ. - 2017. - № 3/4. - S. 16-18. 

 

64.



 

Əhmədli, Bədirxan. Yazıçı və alim fədakarlığı / B. Əhmədli // Azərbaycan. - 

2017.- 28 sentyabr. - № 211. - S. 7. -  Ədəbiyyat xadimləri. 

 

65.



 

Əsgərli, Əlizadə. Mir Cəlalın elmi yaradıcılığında Sabir mövzusu / Ə. Əsgərli  

// Xalq qəzeti. - 2017.- 25 iyun. - № 136. - S. 12. 

 

66.



 

Qafarova, S. H. Mir Cəlal Paşayevin uşaq ədəbiyyatının formalaşmasında rolu  

/ S. H. Qafarova // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri: Ali 

məktəblər arası elmi məqalələr məcmuəsi. - 2017. - № 4. - S. 178-180 . 

 

67.


 

Əsgərov, Eldar. Mir Cəlalın yaradıcılığında Vətən sevgisi / E. Əsgərov  

// Respublika. - 2017.- 28 aprel. - № 89. - S. 6. – Mir Cəlalın əziz xatirəsinə. 

 

2016 

68.


 

Əliyev, Sabir. Mir Cəlal Paşayev çağdaş Azərbaycan ədəbiyyatının görkəmli 

simalarındandır  /S.Əliyev //Azərbaycan.- 2016.- 27 aprel.- S. 12. 

 

 



69.

 

Mürsəlova, Ofeliya. Müdrik insan - Mir Cəlal Paşayev] /O.Mürsəlov // Səs. -



2016.- 26 aprel.- S.5. 

 

70.



 

Həsənzadə,  N.  "Mir  Cəlal  Paşayev  oğluna  aldığı  evi  mənə  verdi"  /N. 

Həsənzadə; müsahibəni apardı S. Kərimova //Azərbaycan müəllimi.-2016.- 30 

yanvar.- S.7. 

 

71.


 

Məmməd,  Zakir.  "Bostan  oğrusu"ndan  bir  neçə  söz:  Mir  Cəlal  Paşayev 

haqqında /Z. Məmmə // Ədalət.- 2016.- 23 yanvar.- S.10. 

 

2015 

72.


 

Azalp, Akif. Əsrlərin romanı-nəsillərin manifesti : "Bir gəncin manifesti"nə  

yeni baxış / A. Azalp // Respublika. - 2015.- 8 oktyabr. - № 218. - S. 6-7. 

 

73.



 

Hüseynova, Aytən Qəzənfər qızı. Bədii sadəlik və mənəvi alilik  

/ A. Q. Hüseynova // Kaspi. - 2015.- 1 may. - № 77. - S. 7. 

 

74.



 

Hüseynova, Həcər. Yazıçı Mir Cəlal, şair Mir Cəlal / H. Hüseynova  // İki  

sahil. - 2015.- 7 aprel. - № 59. - S. 13. 

 

75.



 

Laçın, Sultan. Mir Cəlal və Lev Tolstoy / S. Laçın // Həftə içi. - 2015.-  

4 noyabr. - № 201. - S. 4-5. 

 

76.



 

Mirzəzadə, Reyhan. Mir Cəlal və rus ədəbiyyatı / R. Mirzəzadə // Həftə içi. - 

2015.- 20 noyabr. - № 213. - S. 4-5. 

 

77.



 

Mirzəzadə, Reyhan. İstedadlı yazıçı, böyük alim, sevimli ata / R. Mirzəzadə  




16 

 

 



   

  

// Həftə içi. - 2015.- 17 sentyabr. - № 169. - S. 4-5. 



 

78.


 

Quliyeva, Azadə. Mir Cəlal yaradıcılığında dil və üslub xüsusiyyətləri  

/ A. Quliyeva // Həftə içi. - 2015.- 18 noyabr. – № 211. - S. 7. 

 

79.



 

Yusifli, Vaqif. Sadəliyin və böyüklüyün mücəssəməsi / V. Yusifli // Azərbay- 

can. - 2015.-26 aprel. - № 88. - S. 6. 

 

2014 

80.

 

Alışanlı, Şirindil. Ədəbi-nəzəri fikrimizin görkəmli söz sahibi / Ş. Alışanlı  



// Azərbaycan. - 2014.-26 aprel. - № 85. - S. 6. 

 

81.



 

Ağayeva, Gözəl. Bir ziyalı ömrünün manifesti... / G. Ağayeva // Xalq qəzeti. - 

2014.- 26 aprel. - № 85. - S. 5. 

 

82.



 

Görkəmli  yazıçı,  ədəbiyyatşünas  alim,  əməkdar  elm  xadimi  Mir  Cəlal 

Paşayevin "Seçilmiş əsərləri"nin təqdimatı olmuşdur / AzərTAc // Azərbay- 

can. - 2014.-1 may. - № 89. - S. 6. 

 

83.


 

Mir  Cəlal  Paşayevin  əziz  xatirəsinə  həsr  edilmiş  ikicildlik  kitabın  təqdimatı 

olub // Azərbaycan. - 2014.- 27 sentyabr. - № 211. - S. 3. 

 

84.



 

Mir Cəlalın yaradıcılığına və ömür yoluna işıq salan dəyərli kitab // Azərbay - 

can. - 2014. - 9 dekabr. - № 269. - S. 6. 

 

85.



 

Vələdoğlu, Elçin. Mir Cəlal "Seçilmiş əsərləri" / E. Vələdoğlu // Respublika. - 

2014.-31 may. - № 113. - S. 6. 

 

86.



 

Yusifli, Vaqif. Mir Cəlal həqiqətləri / V. Yusifli // Azərbaycan. - 2014.- 28  

  sentyabr. - № 212. - S. 5. 

 

87.



 

Zeynalov, Samir. "Mir Cəlal" kitabının təqdimat mərasimi keçirilmişdir  

/ S. Zeynalov // Respublika. - 2014.- 27 sentyabr. – № 211. - S. 2. 

 

88.



 

Əhmədalılar, Tahir. Bir Ustadın manifesti / T. Əhmədalılar // Mədəniyyət.  - 

2014.- 25 aprel. - № 31. - S. 11. 

 

89.



 

Əlişanoğlu, Tehran. Mir Cəlal romanlarının xronotopu / T. Əlişanoğlu // 525-

ci qəzet. - 2014.-11 oktyabr. - № 184. - S. 18-19,30. 

 

90.



 

Əlişanoğlu, Tehran. Mir Cəlalın gülüşü / T. Əlişanoğlu // 525-ci qəzet. - 2014.- 

4 oktyabr. - № 181. - S. 18-19. 

 

 



 

 

 

 

 

 


17 

 

 



   

  

İnternetdə: 



 

 http://heydar-aliyev-foundation.org/  

 https://az.wikipedia.org/wiki/Mir_C%C9%99lal  

https://www.kitabyurdu.org/kitab/edebiyyat/1271-mir-celal-secilmis-eserleri.html  

http://www.ebooks.az/book_MwlNOJf1.html  

http://www.azkurs.org/mir-celal-secilmis-eserleri.html  

https://news.milli.az/society/46018.html  

https://az.trend.az/azerbaijan/politics/2195575.html  

http://www.clb.az/html/m-c-100.c1.html  

www.preslib.az/mircelal.htm  

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=95526  

http://www.respublica-news.az  

http://az.strategiya.az/index.php?do=xeber&id=40628  

https://525.az/site/?name=xeber&news_id=82823#gsc.tab=0  

https://oxu.az/society/23197  

http://muallim.edu.az/content/?category=arxiv&issue=04&content_id=25  

http://anl.az/el/m/mc_se.pdf  

http://kulis.lent.az/news/9333  

http://az.strategiya.az/index.php?do=xeber&id=44480  

https://az.trend.az/azerbaijan/politics/2195575.html  

http://kaspi.az/az/heqiqet-duzluk-semimiyyet-asiqi/  

https://news.milli.az/society/46018.html  

 

 

 



 


18 

 

 



   

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


19 

 

 



   

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


20 

 

 



   

  

 



 

Tərtib etdi:          İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı 

                               

                                    Məmmədova Tamella 

 

 

 

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri 

N.Nərimanov küç., 203 

 

 

Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 

 

 

 

 



 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə