MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə1/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
  1   2   3   4   5   6   7   8   9   ...   31


SONA  XƏYAL 

 

 



 

 

 



 

 

 



 

 

MƏDƏNİYYƏTİ 



İNCƏSƏNƏTİ 

YAŞADANLAR 

 

 

 



 

 

 



 

B A K I - 2010 

 

 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

 

Kitab ölməz bəstəkarımız 



ÜZEYİR HACIBƏYOVUN 

yubileyinə ithaf olunur 

 

 



 

Toplayib tərtib edən: 



İLAHƏ ZAUR KAMİYAB 

 

Redaktor: 



NƏRGİZ RÖVŞƏNQIZI 

 

Ön sözün müəllifi: 



RAUF SADIXOV 

filologiya üzrə fəlsəfə doktoru 

 

 



Sona Xəyal. “Mədəniyyəti, incəsənəti yaşadanlar”. 

Bakı-“MBM” – 2010. 100 səh. 

 

 

 



Kitabda Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutunun bö-

yük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İRS” komis-

siyasının sədri, 60-dən artıq kitabın (təlif və tərtib) müəllifi  Sona 

Xəyalın müxtəlif mətbu orqanlarında çap olunmuş  mədəniyyətlə, 

incəsənətlə bağlı məqalələri toplanmışdır. 

 

ISBN 978-9952-29-028-9 



 

© Sona Xəyal 



Bakı, MBM, 2010 

 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

3

 

 



 

SONA XƏYALIN 

 “MƏDƏNİYYƏTİ, İNCƏSƏNƏTİ YAŞADANLAR”  

KİTABINA RƏY 

 

Oxuculara öz maraqlı tədqiqatları, kitabları və yazıları ilə çoxdan 



tanış olan Sona Xəyal bu dəfə  də onların qarşısına yeni maraqlı bir 

kitabla gəlmişdir.  Əslində burada yeni bir şey yoxdur. O, sadəcə 

olaraq, vaxtilə bu və ya digər münasibətlə yazılmış  məqalələri 

“Mədəniyyəti, incəsənəti yaşadanlar” adı altında birləşdirmişdir. Bu 

məqalələrin bir ümumi mövzusu vardır ki, bu da incəsənət və onun 

aparıcı növlərindən olan musiqidir. 

Dörd hissədən ibarət olan kitabın birinci hissəsində müəllif bu gün 

yaşayıb-yaradan sənətkarlarımızın yaradıcılıqlarındakı incəsənətə 

münasibəti açıqlayır. Sona Xəyalın “Musiqişünas alim” məqaləsində 

bu sahənin görkəmli alimi, hazırda MEA-nın müxbir üzvü Zemfira 

xanım Səfərovanın milli musiqi tariximizin öyrənilməsindəki 

rolundan, musiqini bir elm kimi təqdim etmək bacarığından danışılır. 

Məqalə müəllifi Zemfira xanımın elmi fəaliyyətinə müxtəlif aspektdən 

yanaşır. Yaxşı cəhət odur ki, Sona Xəyal onu həm də bir həyat yoldaşı, 

iki övlad anası kimi də təqdim edir. 

Sona Xəyal sonrakı  məqalələrində  də musiqi mövzusunu davam 

etdirərək bu gün də  sıralarımızda olan istedadlı söz ustalarının 

yaradıcılıqlarındakı musiqi ilə bağlı cəhətləri açıqlayır. Çox qanuna-

uyğun olaraq növbəti məqalədə müasir ədəbiyyatımızın aparıcı 

simalarından olan Anarın yaradıcılığındakı musiqi ilə bağlı məqamlara 

toxunulur. Məqalənin  əvvəlində  əgər yazıçının bədii  əsərlərində 

musiqinin rolu göstərilirsə, sonrakı hissələrdə yazıçının özünün 

musiqiyə, onu yaradanlara münasibəti açıqlanır. Belə ki, yazıçı XX 

əsrin görkəmli dünya bəstəkarlarından biri olan Qara Qarayev 

haqqında danışarkən vurğulayır ki, onun “sənətindən keçmiş zamanda 

danışmaq düzgün deyil. Çünki, o təkcə bugünün deyil, həm də 

gələcəyin musiqisidir”. Sona Xəyal bu məqaləsində Anarın “Qara 

Qarayev musiqisinin ölümə meydan oxuduğu” fikrini bir daha 

oxuculara çatdırmaqla, sanki, yazıçının bu fikrinə şərik olduğunu bir 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

daha təsdiq edir. Məqalədə Anarın dünya musiqisinə, onun görkəmli 

yaradıcılarına verdiyi qiymət, habelə yazıçının bir  neçə mahnı 

mətnlərinin müəllifi olduğu, onun səhnə əsərlərində də ara-sıra mah-

nılara rast gəlindiyi göstərilir. 

Məlumdur ki, Anarın yaradıcılığında “Üzeyir ömrü” kinofilmi 

xüsusi yer tutur. Bu da yazıçının dahi bəstəkara olan sevgisindən irəli 

gəlir. Məqalə müəllifi “Anarın Üzeyirə sevgisi də  Dədə Qorquda, 

Mirzə  Cəlilə sevgisi qədər böyükdür” yazmaqla, yazıçının zəngin 

maraq dairəsinə malik olduğunu vurğulayır. 

Sona Xəyal hələ kitabda gedən ilk məqaləsində Anarın bir xü-

susiyyətini açıqlayır ki, bu da indiki zamanda bəzi sənət adamlarına bir 

nümunə ola bilər. Belə ki, məqalə müəllifi ondan “Ardı yaşanılır” 

kitabını istədikdə, o dərhal həmin kitabı  təqdim edir. Bəzən elə 

müəlliflərə rast gəlmək olur ki, and-aman eləyirlər ki, kitabdan bir-iki 

nüsxə qalıb. Bununla da göstərmək istəyirlər ki, guya onların kitabları 

alınır, oxunur... 

“Yaşayıb yaşadanlar” bölməsinin sonrakı  səhifələrində  Nəriman 

Həsənzadə, Fikrət Qoca, Vahid Əziz kimi tanınmış müasir şair-

lərimizin yaradıcılıqlarında musiqi ilə bağlı  məqamlar, onların 

musiqiyə verdikləri qiymət öz əksini tapır. Bu məqalələrdə  həmin 

şairlərin ayrı-ayrı müğənnilərə münasibətləri də açıqlanır. 

Sona Xəyal kitabın “Yaşadıb yaşayanlar” adlı ikinci bölməsində bu 

gün sıralarımızda olmayan söz ustalarının incəsənətə, o cümlədən 

musiqiyə  münanasibətlərinı, bu haqda onların fikirlərinı verir. Kitabın 

müəllifi dünyadan vaxtsız getmiş  və  hələ sağlığında XX əsr 

Azərbaycan poeziyasının zirvələrindən birini fəth etmiş Əli Kərimin 

yaradıcılığında sənət və sənətkara olan münasibətdən danışarkən, onun 

“Muğamı dinləyirəm”  şeirini “ən gözəl  şeirlərdən biri” kimi 

dəyərləndirir. Və  həmin  şeirin Sona Xəyal tərəfindən təhlili insanın 

gözü qarşısında bu zəngin musiqini dinləyənin obrazını canlandırır. 

Məqalədə  şairin “İlk simfoniya” poeması, “Salyeri” şeiri, görkəmli 

kaman ustası Habil Əliyevə həsr edilmiş “Habil” şeiri, habelə sənətə və 

sənətkarlara həsr olunmuş fkirləri diqqəti cəlb edir. Sonda məqalə 

müəllifi  Əli Kərimin say etibarilə az və  həcmcə  yıgcam olan bu 

şeirlərinin məna tutumu etibarilə qiymətli olduqlarını vurğulayır. 

Sona Xəyal yazdığı  məqalələrdən bəzən özünün incəsənətin hər 

hansı bir növünə münasibətini bildirmək üçün istifadə edir. Məsələn 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə