Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
  1   2   3   4   5   6   7   8   9   ...   20


Mehdi Calal  
 
 
 
 
 
 
 
 
 
BAŞIN ÜSTƏ DOLAN BULUD 
 
ş e i r l ə r 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
Redaktor: f.e.d. Aydın Paşayev 
Naşir: Müşfiq XAN 
Bədii redaktor: Ziba Məmmədli 
Dizayn və qrafika: Teymur Fərzi 
Mətn tərtibatı: Esmira Kamal 
Korrektor: Jalə Dursunova  
Rəssamlar: Əbdülşərif və Ədalət 
  
 
 
 
 
Hədəf Nəşrlərinin rəsmi razılığı olmadan kitabın yaxud 
onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır
 
 
 
© Hədəf Nəşrləri / 2013 
 


 
 
 
 
 
 
Təşəkkür 
 
 
Kitabın  çapında  göstərdikləri  həm  mənəvi,  həm 
də  maddi  dəstəyə  görə  “Hədəf  Nəşrləri”  kollektivinə, 
sevimli  Zöhrə  x.,  Günel  x.,  Nailə  x.,  Aynur  x.  və  başqa 
tələbələrimə,  Mətləb  və  Mais  müəllimə  və  xidməti  olan 
hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.  


 



 
                “Əzəli bir, sonu bir” olanlar...  
 
Mükəmməl sufi şeiri budur: 
 
          Bu dünya bir qərib yerdi, 
          Əzəli bir, sonu birdi
          Ölüm ən gözəl şerdi 
          Onu da yaza bilmirəm. 
 
Bu, professor Tofiq Hacıyevin “Yeni 
ədəbiyyat yaranır” adlı  məqaləsindən götürül-
müşdür. Tofiq müəllim çağdaş ədəbiyyatımızda 
təsəvvüf  şeirinin  ənənələrini araşdırarkən  ən 
yaxşı nümunə kimi şeirləri ilə mətbuatdan tanış 
olduğu gənc  şair Mehdi Calalın yaradıcılığına 
müraciət etmiş, onun şeirlərini təhlil etmiş, 
qiymət vermişdir.  
Sufilər qəlblərində Allah sevgisini yaşa-
dırlar. Ən uca və sonsuz sevgini Ona aid edirlər. 
Bütün sevgilər bu Uca Sevgidən qaynaqlanır. 
Vətən, yurd, millət sevgisi, ata-anaya, ailəyə, 
övlada olan sevgilər onun davamıdır. Mehdi 
Calalın şeirlərində bunu duymamaq, hiss etmə-
mək mümkün deyil. Özü dediyi kimi “Bu dünya 
sevgi görküdü.” Yəqin ona görə ki, gözünü aç-
andan ağzı dualı anasının həzin, zümzüməylə 
dediyi bayatılarını  eşidib, atasının halal çörəyi 



 
ilə boy atıb, kamala dolub. İman ruhlu, həzin 
şeiriyyət anasından, halallıq, mübarizlik, atasın-
dan, xeyir-dua hər ikisindən ona miras qalıb. 
Demək olmaz ki, bu xətt onun şeirlərində qəm, 
kədər, pessimizm ifadə olunmasına şərait yara-
dır,  əksinə onun poeziyasında özünəməxsus 
sərtlik, döyüşkənlik ruhu var. 
 
Sağımın solumdan fərqi var axı, 
Qılıncın qolumdan fərqi var axı:  
“Ölüm”ün “Olum”dan fərqi var axı:  
Məni qoymursunuz şair olmağa. 
 
Şeirdəki misralar xalq dastanlarımızda 
qəhrəmanların döyüşqabağı deyişmələri ilə səs-
ləşir. Burada rəqib, düşmən tərəf görünmür. 
Onun ünvanını özü nişan verir: 
 
Anamın qəbrinə güllə atanlar! 
Mənim daş səbrimə güllə atanlar! 
Uzaq səfərimə güllə atanlar, 
Məni qoymursunuz şair olmağa. 
 
Mehdinin doğulduğu bölgə  təbiətinin 
gözəlliyi ilə seçilən yurd yerlərimizdəndir. Şai-
rin yurd ünvanlı, həsrət dolu şeirləri ümid üstə 
köklənmişdir.  



 
 
Yamac qalxdım, düzən keçdim, yal 
aşdım, 
Könlüm uman çox yerləri dolaşdım. 
Hər ötən gün sinəm üstdən yol açdı 
Dönəcəyəm, dönəcəyəm o yurda. 
 
Və ya  
 
Yurd yerində daş üstə daş qoyanlar  
Dönəcəyəm, dönəcəyəm o yurda. 
 
Amma onun üçün Vətən təkcə dünya 
işığına göz açdığı yalçın qayalı, zirvəsi dumanlı 
dağların, şaqraq şəlalələrin, buz bulaqların, əlik-
li-kəklikli yamacların, laləli, çiyələkli düzlərin 
arasından boylanan dağ vüqarlı  oğulları  və  bə-
növşə duruşlu qızları ilə secilən indi həsrət-həs-
rət yollara boylanan Başarat kəndi, Qubadlı ra-
yonu deyil, “Yarısı da yarımcandı” dediyi və ta-
rix boyu olanları düşünə-düşünə “qeylü-qallı” 
dünyada taleyinə öz körpə balasıtək yanıb-ya-
xıldığı o taylı, bu taylı böyük Azərbaycandı.  



 
 
Son anında qəlpələrim ağlayar, 
Ucalarım, təpələrim ağlayar. 
Bu tufanda ləpələrim ağlayar 
Bölünməzdi Azərbaycan,bölünməz! 
 
Professor Tofiq Hacıyev onun əksər şe-
irlərini oxuduğunu qeyd edərək yazır: “Mehdi 
Calalın imzasını 90-cı illərdən mətbuatımızda 
müntəzəm izləyirəm. O, müxtəlif mətbuat or-
qanlarında, xüsusi ilə  “Ədəbiyyat”, “Mədəniy-
yət”, “Rezonans” kimi nüfuzlu qəzetlərdə “Ul-
duz”, “Cahan”, “Azərbaycan” kimi sayılan jur-
nallarda çap olunub. Mehdi Calalın  şeirlərinə 
gənclik almanaxlarında da rast gəlirik. Mən bu 
gənc  şairin 50-dən çox şeirini oxumuşam. Bu 
şeirlər yetkin düşüncənin, aydın bədii üslubun, 
yüksək poetik zövqün məhsullarıdır. Hansı 
mövzuda yazır-yazsın, həyat həqiqətinə və oxu-
cu zövqünə hörmət bəsləyir. Şerlərində bu mis-
ranın doğruluğuna  şahid oluruq: “Doğulandan 
haqq gəzirəm”. Şair dünyanın bədii dərkini cə-
miyyətin gözəlləşməsinin  şərtlərindən bilir və 
dünyanın bədii təhlilinə  cəhd edir. “Bəlkə bu 
dünya yuxudu, Bəs niyə yoza bilmirəm”.  Şair 
məharətlə  cəmiyyətin ziddiyyətlərini misraları-
nın emosiyasına köçürür. Ona görə  də  şeirlə-


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə