Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
  1   2   3   4   5   6   7   8   9   ...   51



 
Məhəmməd Əmin Rəsulzadə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Milli Birlik 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2009 
 
 
 



 
Tərtibçi və elmi redaktor: Yadigar Türkel 
 
Ərəb dili məsləhətçisi:   Əmir Teymuroğlu   filologiya elmləri namizədi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmməd Əmin Rəsulzadə 
Milli Birlik. Bakı. “Çıraq” nəĢriyyatı, 2009. 176 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
A  4800000000     2009. 
             067 
© “Çıraq” nəĢriyyatı, 2009. 
 



 
Azərbaycan Cümhuriyyətinin 
(1918-1920) 91-ci ildönümünə ərmağandır 
 
EY GƏNCLĠK! 
 
Sənin  öhdəndə  böyük  bir  vəzifə  var.  Səndən  əvvəlki  nəsil  yoxdan  bir 
bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müĢkülatla ucaldaraq dedi ki: 
-
 
Bir kərə yüksələn bayraq bir daha enməz! 
Əlbəttə  ki,  sən  onun  bu  ümidini  qırmayacaqsan,  bu  gün  parlament  binası 
üzərində  Azərbaycan  türklərinin  yanıq  ürəklərinə  enmiĢ  bu  bayrağı  təkrar  o  bina 
üzərinə dikəcək və bu yolda 
- Ya qazi və ya Ģəhid olacaqsan! 
 
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ 
 
 
 



 
AZƏRBAYCANIN SƏSĠ 
 
(Tərtibçi və elmi redaktordan açıqlama) 
 
Məhəmməd  Əmin  Rəsulzadə  Azərbaycan  türklərinin  XX  yüzillikdə 
yetirdiyi ən böyük dövlət qurucusu və milli ideoloqudur. 
O,  1918-ci  il  mayın  28-də  Azərbaycan  Cümhuriyyətini  elan  edən 
Azərbaycan Milli ġurasının sədri, Milli Azadlıq Hərəkatının öncülü idi. 
Məhəmməd  Əmin  Rəsulzadə  arxadaĢları  ilə  yüz  il  çar  Rusiyasının 
əsarətində  qalıb  var-yoxu  talanmıĢ  «Tarixi-coğrafi  Azərbaycan»ın  quzeyində 
Azərbaycan  Cümhuriyyətini  quraraq  milli  kimliyi  dolaĢdırılmıĢ  Azərbaycan 
türklərini XX yüzillikdə ilk dəfə siyasi millət halına gətirmiĢdir. 
Məhəmməd  Əmin  Rəsulzadə  deyirdi:  «Azərbaycan  Milli  ġurası  «Ġstiqlal 
Bəyannaməsi»ni  elan  etməklə  sözün  siyasi  mənası  ilə  bir  Azərbaycan  millətinin 
varlığını təsbit etmiĢdir». 
Məhəmməd  Əmin  gənc  yaĢlarından  tükənməz  bir  sevgi  ilə  «Azərbaycan 
davası»na qalxmıĢ və son nəfəsinədək andına bağlı qalmıĢdır. O deyirdi: «Rusiya 
idarəsindəki  müsəlmanlara  türk  dedirtmək  qazanılmıĢ  bir  davadır.  Yalnız  türk 
kəlməsi yox, Azərbaycan adı da qazanılmıĢdır». 
Azərbaycan  Cümhuriyyətində  «türkçülük,  vətənçilik,  milli  dövlətçilik, 
inqilabçılıq,  xalqçılıq,  cümhuriyyətçilik»  siyasi  millətçilik  -  azərbaycançılıq 
səviyyəsinə qaldırılmıĢdı. 
Məhəmməd  Əmin  Rəsulzadə  1918-ci  il  dekabrın  10-da  Azərbaycan 
Cümhuriyyəti 
Parlamentinin 
2-ci 
iclasında 
demiĢdir: 
«Bizim 
yaxın 
məqsədlərimizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, 
həm  də  soldan  hücumlara  düçar  olurduq.  Sağdakılar  bir  nöqtədən,  soldakılar  da 
baĢqa  bir  nöqtədən  Azərbaycan  muxtariyyətini  inkar  edirdilər.  Sağdan  deyirdilər 
ki,  Azərbaycan,  Azərbaycan  deyə-deyə  müsəlmanları  parçalayır,  türklük  bayrağı 
qalxızarkən  -  nəuzu  billah  (allah  eləməsin)  -  islama  xətər  vurursunuz.  Soldan  da 
iddia  edirdilər  ki,  Azərbaycan  davası  bizi  inqilabçı,  hürriyyətpərvər  Rusiya 
demokratiyasından  ayırır,  xan,  bəy  hökuməti  düzəltməyə  səbəb  olur...  daim 
Azərbaycan  məfkurəsinin  (rusca  mətnində:  azerbaydcanizm  -  azərbaycançılıq) 
müdafiəçisi  olan  firqəmiz  üçün  bu  gün  o  böyük  məqsəd  hasil  olmuĢdur.  Çünki 
artıq  gərək  sağlar,  gərəksə  sollar  Azərbaycanı  inkar  deyil,  var  qənaətlərilə  isbat 
edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafı-
nəzər  yoxdur.  Çünki  artıq  cəmiyyətimizin  zehnində  Azərbaycan  istiqlalının  fikri 
yer tutmuĢ, yerləĢmiĢdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı 
birləĢdirmiĢdir»  (Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament 
(stenoqrafik hesabatlar). I c, B., 1998, s.50). 



 
Azərbaycanın  millətçi,  dövlətçi,  azərbaycançı  aydınları  Azərbaycan 
Cümhuriyyətinin 23 aylıq qısa dönəmində millət üçün on illərlə də edilməsi çətin 
olan böyük siyasi-ideoloji, iqtisadi, milli-mənəvi iĢlər görmüĢlər. 
Ġnsanlığın,  daha  çox  da  türk  millətinin  baĢına  bəla  olmuĢ  rus-mason 
bolĢevizmi  Azərbaycan  Cümhuriyyətini  dağıdandan  sonra  yurdundan  getməyə 
məcbur  olan  Məhəmməd  Əmin  Rəsulzadə  Türkiyə  və  Avropada  açdığı  qəzet  və 
jurnallarda yazdığı siyasi məqalələri, çap etdirdiyi dəyərli kitabları ilə «Azərbaycan 
davası»nı  davam  etdirmiĢ,  millətinə  düzgün  ideoloji  yol  göstərməyə  çalıĢmıĢdır. 
«Mühacirət  həyatının  çəkilməz  Ģərtləri  içərisində»  etdiyi  bu  davanın  geniĢliyi 
heyrətləndirici olub bugünkü millətçi, dövlətçi, azərbaycançı gənclərə örnəkdir. 
Məhəmməd Əmin Rəsulzadənin oxucuları görüĢdürdüyümüz «Milli birlik» 
kitabındakı  Azərbaycan  bağı  ilə  bağlanmıĢ  «Millət  olmaq  əzmi»,  «Millətçilik-
patriotizm»,  «Milli  birlik»,  «Milli  əxlaq»,  «Əski  və  yeni  nəsil»,  «YanlıĢ  termin 
qullanmayaq»,  «Qısılmayan  bir  səs»,  «Demokratiya  və  Sovetlər»,  «Ortaqlı  bir 
gün»,  «Qorxudan  siyasət»,  «Rusiya  köləliyində»,  «Azərbaycanda  rus 
müstəmləkəçilik  siyasəti»  və  baĢqa  məqalə  və  araĢdırmaları  onun  Azərbaycan 
istiqlalçılığı  fikrini,  milli  dövlətin  bərpası  uğrunda  «Azərbaycan  davası»nı  bir  an 
belə kəsmədiyini göstərir. 
M.Ə.Rəsulzadə bolĢevizm dövründə Azərbaycanda yeridilən ideyaların türk 
millətinin,  azərbaycanlıların  həyatına,  milli  ruhuna  yad  olduğunu  göstərmək  üçün 
«Milli  təsanüd»  adlı  ideologiya  yaratmıĢdır.  O,  ərəb  sözü  «təsanüd»ü  Avropa 
deyimincə  «solidarizm»  kimi  vermiĢdir.  Ġndi  daha  çox  həmrəylik  sözü  iĢlənir. 
Sözün «birlik» anlamı isə çağdaĢ milli-mənəvi, siyasi düĢüncəyə və dilimizə daha 
uyğundur. Kitabda Məhəmməd Əmin bəyin «Milli birlik» adlı məqaləsi də vardır. 
Biz  də  Azərbaycanın  çağdaĢ  gənclərinin  millətçi,  dövlətçi,  azərbaycançı 
düĢüncəsini  və  yurdumuzdakı  ideya-siyasi,  milli-mənəvi,  sosial-psixoloji  durumu 
gözə alaraq, kitabın adını «Milli birlik» qoyduq. 
«Milli  təsanüd»  ideologiyasının  əsasları  bolĢeviklərin  Azərbaycanda 
qırğınlar, 
sürgünlər, 
repressiyalarkı 
«kommunizm» 
qurduqları 
illərdə 
yaradılmıĢdır.  Milli  ideoloq  kimi  borcunu  bilən  Məhəmməd  Əmin  bəy  Avropada 
yayılan liberalizm, kommunizm və baĢqa nəzəriyyələri araĢdıraraq, Azərbaycanda 
yağıların  yeritdiyi,  milli  ruha  yad  ideyaların  yox,  ancaq  «Milli  təsanüd» 
ideologiyasının yayılmasını düzgün saymıĢdır: «Madam ki, milliyyətçiyik, deyirik; 
madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit 
liberalizmə və nə də kommunizmə təhəmmül (yönəlmə) caiz (düzgün, uyğun) ola 
bilməz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir». 
«Nə  fərdi  hürriyyətlə  Ģəxsi  mülkiyyətin  mütləqiyyətindən  doğan  kapitalist 
anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və 
maĢın  halına  gətirən  kommunizm  əsarəti!  Nə  mütləq  liberalizm,  nə  də  mütləq 
kollektivizm! O halda: 
Ġkisini təlif (uzlaĢdıran) edən solidarizm = təsanüd. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə