Məhərrəm Qasımlının “Yağmur qoxusu” şeir kitabının üzərində düşüncələr
Alim kimi tanıdığım Məhərrəm Qasımlıyla şair kimi qarşılaşdığım an bir həsrət qoxusu duydum
nəfəsindən:
Yerində saymaqmış, ay ömrüm, günüm,
Nə ki yol gəlmişik indiyə qədər.
Orxan Paşa
adı ilə şair olaraq qarşıma çıxan illərlə tanıdığım Məhərrəm müəllim bir eşq mütəfəkkirinə
çevrildi nəzərimdə. Mən də bu eşq dastanını oxuyan oxucu...
“İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə gedir. Bu anlamda hər kəsin sevgisinin
üç mərhələsindən keçməsi şərtdir”,
-
deyir Məhərrəm müəllim.
“Birinci mərhələ ana
-
bala sevgisidir”. Orxan Paşanın bu ilkin məhəbbətinin ən tutarlı ifadəsini
“Azərbaycan”, “Tovuz” şeirlərində tapırıq. Ananın dərdinə yanan övlad kimi qovurulur Orxan Paşanın
ürəyi Azərbaycanın dar günündə:
Sənin bu halına ürəkmi dözər?!
Gözlərim qaralır, Azərbaycanım!
Hər günün qəm yükü, hər günün kədər,
Bənizin saralır, Azərbaycanım!
Orxan Paşanın ana
-
bala məhəbbəti qoynundan çıxıb həyata atıldığı yurduna sevgi timsalında da
öz
ifadəsini tapır. “Hər yerin adamı o yerin daşına, torpağına, ağacına, suyuna oxşayır” deyə düşünən
Məhərrəm Qasımlının yaratdığı öz prototipi Orxan Paşa da Tovuz simasındadır:
Mən sənin havanam, sazın kimiyəm,
Suyunam, otunam, yazın kimiyəm,
Ayrı oxşarın yox, özün kimiyəm,
Gərək bu gerçəyi düz deyim, Tovuz.
Adına yaraşan söz deyim, Tovuz.
Şair sevgini bilirsə, həsrəti də bilir. Qovuşmağa can atırsa, ayrılığı da dadır. Qürbət acısını çəkməsə də,
alim Məhərrəm Qasımlı öz prototipinə qəribliyi də yaşadır:
Bir udum bürkü gəlsə
Vətəndən
-
Burda dönüb külək olar, vallah.
Bir qamış kolu gələ
Vətəndən,
halımı görüb
tütək olar, vallah.
Əl boyda bir çay daşı gələ
Vətəndən,
Götürüb sinəmə qoyam
-
döyünüb
ürək olar, vallah...
Ayrılıq, həsrət “Gülbahar qarı”, “Uzun Sayalı” kimi ana məhəbbətinin tərənnümü olan söz abidələri
ucaldır Orxan Paşanın ürəyində.
Ana-
bala məhəbbəti böyüyüb yaşa dolur bütün acıları, kədərləri, sevincləri
ilə bərabər Məhərrəm
Qasımlının qələmində. Özünü tanıtdırır bu sevgi ona. Özünü tanıyan
bütün yaradılışı tanıyar. Yaradılışı
tanıyan insanları tanıyır. Özündə onları, onlarda özünü görür Orxan Paşa. “Sənin gözlərindən mənə
taleyim baxır”,
-
deyən şair bir ömür boyu o baxışlarda özünü arayıb gəlir. Bu, məhəbbətin ikinci
mərhələsidir Məhərrəm Qasımlı üçün: “İkinci mərhələ yeniyetməlik və gənclik illərini çevrələyir. Bu,
oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirli və bilinməyən tərəfləri çoxdur”.
Gəncliyinin xatirəsi “nəğmə qoşduğu”, “könül xoşluğu” olan, “kimi, nəyi olduğunu” özünün də bilmədiyi o
“Gözəl qız” hansı obrazlarda gəlir xəyalına, bunu yalnız özü bilmir Orxan Paşa. “On beş yaşlı kənd
uşağının saflığı və duruluğu ilə” görüşümüzə gələn şair bizimlə də bölüşür ən məhrəm hislərini.
“Yasəmən ətri”, “O qızın adı nəydi?” şeirləri çıxır şeir olmaqdan. Dil açıb şairin ilk məhəbbətini hekayə
edir bizə:
... On beşə yetməyə vardı bir azca,
Ömür yaz üzünə sabahlamışdı.
Özümdən böyüyü sevirdim, ancaq
Ürəyim yaşımı qabaqlamışdı.
Bu nisgil, bəlkə də, bir ömür boyu izləyib onu. İzləməsəydi, indi yaşının bu çağında içindəki o uşağı duya
bilməzdi. Bu nisgil insanın ömür boyuna çəkilmiş tale yazısıdır. Olmasaydı, bitərdi məhəbbət ikinci
mərhələdə. Keçməzdi üçüncüyə, necə ki Məhərrəm Qasımlı yazır:
“Bu, ilahi mərtəbədir, uca Tanrıya
- Yaradana ol
an sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən
qazandığı ülvi duyğularını məhz uca Tanrıya
-
İlahiyə olan məhəbbətlə kamala çatdırır. Mən indi üçüncü
sevginin sehri və cazibəsi içindəyəm”. Bu mərhələdə əbədiyyətin qoxusunu alır Orxan Paşa eşqin
nəfəsindən:
Düşünürəm
bəlkə yenidən qurulmaqdı
dünyanın qəsdi
-
bəlkə bu bahar leysanı
bizim bilmədiyimiz
bir ismarışdı,
bir səsdi...
Hər nədirsə,
söykəndiyim qurumuş ağacın da
canına oyanıb təzədən yaşamaq
duyğusu gəlir.
Yoxsa, bu nə arınmaq,
nə durulmaqdı?!
Ruhum titrəyiş içində,
Havadan Tanrı qoxusu gəlir...
Ruhumuza “Yağmur qoxusu” çiləyən Məhərrəm Qasımlı sevgi dolu ürəyində bizə də öz yerimizi göstərir:
“2009
-
cu ildə ağır ürək əməliyyatı, 2014
-
cü ildə isə beyin
-
qan dövranının kəskin pozulması kimi çətin
tale imtahanları ilə üzbəüz qaldım, sağalmağım aylar çəkdi. Həkimlərin, ailə üzvlərimin diqqət və
qayğısı, eləcə də, dava
-
dərmanla yanaşı, isti duyğular, mehr
-
məhəbbət dolu sözlər canıma təpər verib
yenidən yoluma davam etmək üçün qolumdan tutdu. Sənin sevgin də...”
Bu sətirlər içindən mən də öz payımı götürdüm oxucu kimi. Oxucu kimi mənə üz tutub söylədiyi sözləri
sevə
-
sevə, dolu
-
dolu oxudum: “Yolumu gözlədiyini bilirəm. O səbəbdən bu dəfə “Yağmur qoxusu” ilə
qarşına çıxıram. Kitabı oxuyub qurtarandan sonra çəkinə
-
çəkinə bircə söz soruşacağam: “Yağmur
qoxusu” ürəyincə oldumu?” Üz
-
üzə söhbət edirmişik kimi, aldığım bu suala cavab vermək boynumun
haqqı oldu. Bu da sözün haqqı, Orxan Paşa:
Söz verdik, and içmədik,
Söz elə anddır, Orxan Paşa.
Sözün haqqını vermək
Məndə inaddır, Orxan Paşa.
Könlün Allah deyə
-
deyə,
Sığmayırsan yerə
-
göyə,
Qaf dağını keçməyə
Söz qanaddır, Orxan Paşa.
"Kun" ilə gəldi əmələ,
Genişlənib gedir hələ.
Bütün bu varlığı elə
Söz yaratdı, Orxan Paşa.
Könül Aydın Nəhmət,
filologiya üzrə fəlsəfə doktoru, AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi
* * *
Şuşanın “Xarı bülbül”ü
Ay ürəyim, gözüm gülü,
Nədən oldun hüzün gülü?