Məhkəmənin adı



Yüklə 14,12 Kb.
tarix21.10.2017
ölçüsü14,12 Kb.
#6222

nümunə

_____________________________________________

məhkəmənin adı
İddiaçı_________________________________________________

MPM-nin 149.2.2-ci mad. iddiaçı barədə göstərilən məlumatlar


Cavabdeh_____________________________________________

MPM-nin 149.2.2-ci mad. cavabdeh barədə göstərilən məlumatlar


İddianın qiyməti____________________________________________

(məbləğ manatla,əgər iddia qiymətləndirilməlidirsə)




Ailə başçısının ölümü nəticəsində

zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi haqqında

İDDİA ƏRİZƏSİ

Mənim ərim______________________(S,A,A) “___”________20_ci ildən__________________(işəgötürənin adı) əmək müqaviləsinə əsasən ___vəzifəsində işləməklə_______________(işin xarakterini,əmək funksiyasını göstərmək) işini görürdü.

“_____”__________20__ci ildə xidməti vəzifəsini yerinə yetirərkən_____________(vəziyyətini şərh etmək) istehsalatda bədbəxt hadisə nəticəsində mənim ərim həlak olmuşdur.

Mənim ərimlə baş verən bədbəxt hadisədə cavabdehin təqsiri qanunvericiliyə uyğun tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında “___”_______20_ci il tarixli aktla və bədbəxt hadisənin səbəbləri barədə verilmiş “___”_______20_ci il tarixli rəyə əsasən təsdiq olunur.

Həlak olmamışdan əvvəl ərimin orta əmək haqqısı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119-cu maddəsində göstərilən qaydada hesablamaya görə ______manat təşkil edir (arayış əlavə olunur).

Bundan başqa ərim hər ay _______manat miqdarında _________(pensiyanın növü) pensiya alırdı (arayış əlavə olunur).

Ərimin öhdəsində____________________(öhdəlikdə olan şəxsin S.A.A.,anadan olduğu tarixi),var idi hansı ki,____manat ayda ondan maddi yardım alırdı.

Beləliklə, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097 və 1122-ci maddəsinə əsasən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin hər ay_______manat miqdarında ödəməyə borcludur.

“___”_______20_ci il tarixdə cavabdehə ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi mövzusunda olan sifarişli məktub göndərmişəm.Həmin məktub bu günkü günə qədər cavabsız qalmışdır.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097,1121 və 1122-ci maddələrinə əsasən,



xahiş edirəm:
1.Cavabdehin təqsiri üzündən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin _______manat miqdarında hər ay “____”_______20_ci ildən ___________ilədək (ziyanın əvəzinin ödənilməsi müddətləri AR MM-nin 1121.2-ci maddəsində göstərilən qaydalarda kimin xeyrinə ziyanın əvəzinin ödənilməsindən aslı olaraq ödənilir) əsasən cavabdeh________________(işəgötürənin adı) tutularaq ___________(ailə üzvünün S.A.A.) xeyrinə ödənilsin.

2.Şahid qismində məhkəməyə______________________(S.A.A.,ünvan) çağırılsın.


Qoşma:
1.Ərimin ölüm haqqında şəhadətnaməsi (surəti)___vərəqə

2.Əmək müqaviləsi_____ vərəqə

3.İşə qəbul haqqında əmrin surəti (əmirdən çıxarış)____vərəqə

4.Bədbəxt hadisə haqqında akt___ vərəqə

5.Bədbəxt hadisənin səbəbi haqqında rəy___ vərəqə

6.Bədbəxt hadisədən əvvəl olan orta əmək haqqı barədə ayrayış___vərəqə

7.Bədbəxt hadisədən əvvəl olan pensiyanın miqdarı barədə ayrayış___vərəqə

8.Yaşayış yerindən ailə üzvləri haqqında arayış___vərəqə

9.Ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (şəx.vəsiqəsi,doğum haq.şəhad.)____vərəqə

10.Sifarişli məktubun surəti___vərəqə

11.Sifarişli məktubun cavbdehə təqdim olunması barədə qəbz___vərəqə

12.Digər sübutlar_____vərəqə



13.İddia ərizəsinin surəti.
Ərizənin verilmə tarixi: “____”_________20__ci il
İddiaçının imzası
Yüklə 14,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə