Məhkəmənin adı



Yüklə 12,14 Kb.
tarix26.10.2017
ölçüsü12,14 Kb.
#6748

nümunə
_____________________________________________

məhkəmənin adı


İddiaçı_________________________________________________

MPM-nin 149.2.2-ci mad.iddiaçı barədə göstərilən məlumatlar


Cavabdeh_____________________________________________

MPM-nin 149.2.2-ci mad.cavabdeh barədə göstərilən məlumatlar


İddianın qiyməti____________________________________________

(məbləğ manatla,əgər iddia qiymətləndirilməlidirsə)




Nikah müqaviləsinin pozulması (dəyişdirilməsi) haqqında

İddia ərizəsi

Mənimlə cavabdeh__________________________________(S.A.A) arasında “_____”___________20__ci ildə _______________________________(nikahı qeydə alan orqanın adı) nikah qeydə alınmışdır( №___ilə qeyd edilmişdir).

Nikah müqaviləsi, nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş cavabdehlə aramızda “____”________20_ci il tarixdə bağlanılmış və müqavilə “____”________20__ci ildə notariat qaydasında təsdiq olunmuşdur.

Belə ki,______________________________________________________________________________________



(AR MM-də nəzərdə tutulduğu kimi, müqavilənin birtərəfli qaydada pozulması və ya dəyişdirilməsi səbəbini əsaslı şəkildə əsaslandırmaq;məsələn,ər və ya arvadın nikah müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması (421-ci mad.) tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi(422-ci mad.)

Göstərilən faktlar aşağıdakı sübutlarla təsdiq olunur:___________________________(sübutları gətirmək;



AR MM-nin 421-ci maddəsinə əsasən nikah müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi üçün aşağıdakıları sübut etmək lazımdır; ər və ya arvadın nikah müqaviləsinin şərtlərinin əhəmiyyətli dərəcədə pozmasını, tərəflərdən birinin digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını;müqavilənin şərtlərinin pozulması faktının zərərin vurulması faktı ilə əlaqəsinin olmasını. AR MM-nin 422-ci maddəsinə əsasən nikah müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi üçün eyni zamanda AR MM-nin 422.2.1,422.2.2 və 422.2.3-cü maddələrində nəzərdə tutulmuş üç şərti sübut etmək lazımdır).

Cavabdehə etdiyim nikah müqaviləsinin________________ (pozulması və ya dəyişdirilməsi) təklifim təmin olunmamışdır.Mənim cavabdehə həmin iş üzrə müraciət etməyim və onun imtinası faktı təsdiq olunur__(sübutları gətirmək).

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 40-cı maddəsinə ,Azərbaycan Respublikası Mülki Məcəlləsinin _____ maddəsinə (421 və ya 422)əsasən,

xahiş edirəm:
1.“____”________20__ci il tarixdə mənimlə cavabdehin arasında bağlanmış və “____”________20__ci ildə notariat qaydasında təsdiq olunmuş nikah müqaviləsini__________(variant;əlavə olunmuş mətn üzrə dəyişikliklər edəsiniz) pozasınız.

2. Əqdlərin etibarsızlığının nəticələri AR MM-də müəyyən olunmuş qaydada tətbiq olunsun


Qoşma:

1.Nikahın bağlanması haqqında şəhadətnamə_____ vərəqə

2.Nikah müqaviləsi____vərəqə

3.Nikahın müqaviləsinin etibarsız sayılmasına əsas yaradan sübutların mövcudluğu____vərəqə

4.Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd_____vərəqə

5.İddia ərizəsinin surəti.


Ərizənin verilmə tarixi “____”_________20__ci il
İddiaçının imzası
Yüklə 12,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə