Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə1/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
  1   2   3   4   5   6   7   8   9   ...   265


Gülüstan müqaviləsi 

 

1



 

                  



MEHMAN SÜLEYMANOV 

 

 



 

 

 



 

 

 



 

 

 



GÜLÜSTAN 

 MÜQAVİLƏSİ 

 

 

II HİSSƏ 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Elm və təhsil” 

Bakı – 2014 

 

 



 

 



Mehman Süleymanov 

 

2



 

 

Mehman SÜLEYMANOV 



polkovnik, tarix elmləri doktoru 

 

 



 

 

 



 

 

 



 

Mehman Süleymanov. Gülüstan müqaviləsi – II hissə. 

“Elm və təhsil”, Bakı, 2014, 608 səh. 

 

 



 

 

Kitab XVIII əsrin sonu və XIX əsrin  əvvəllərində Azərbaycan 



xanlıqları ərazisində və bütnlükdə Cənubi Qafqazda baş verən hərbi-

siyasi proseslərə  həsr olunmuşdur. Nadir şah dövlətinin dağıl-

masından sonra Azərbaycan xanlıqlarının yaranması, xanlıqlar və 

qonşu xalqlar arasındakı qarşılıqlı münasibətlər, bu xanlıqların hərbi 

potensialı, xanlıqların işğalçı hücumlara qarşı mübarizəsi, xanlıqlar 

əhalisinin işğala qarşı mübarizəsi və "Gülüstan" müqaviləsinin imza-

lanmasına qədər bölgədə baş vermiş digər hərbi-siyasi hadisələr ge-

niş şəkildə tədqiq edilmişdir. 

 

 

 



 

 

2014



098

4603000000



N

 

грифли няшр

 

                       

© «Åëì âÿ òÿùñèë», 2014 

 

 



 


Gülüstan müqaviləsi 

 

3



 

 

  



 

 

 



 

I FƏSİL 

 

CƏNUBİ QAFQAZ BEYNƏLXALQ 

MARAQLARIN KƏSİŞMƏSİNDƏ 

 

1. İngilis siyasətinin bölgə maraqları 

 

Cənubi Qafqaz uğrunda müharibələrin aparılması bütünlükdə, böyük 



dövlətlərin dünyanın zəngin məntəqələrinin yenidən bölüşdürülməsi uğ-

runda apardığı mübarizənin kəskinləşdiyi dövrə təsadüf edir. Bu mübari-

zəyə qoşulmuş olan Rusyanın, Fransanın və İngiltərənin maraq dairələri 

yaxın şərqdə də toqquşurdu. Məlumdur ki, hələ XVIII əsrin birinci yarı-

sında Rusiya çarları Hind okeanının isti sularına çıxmağı qarşılarına məq-

səd qoymuşdular. Cənubi Qafqazı istila etmədən isə Rusiya isti okeanlara 

yol tapmaq planlarını reallaşdıra bilməzdi. Belə bir təcavüzkar planın hə-

yata keçirilməsi ehtimalı yalnız Qacarlar hakimiyyətinin deyil, artıq Hin-

distanda kök salmış ingilis sarayının da maraqlarına əks idi. Digər tərəf-

dən güclənməkdə olan və  bütün Avropaya meydan oxuyan Napoleonun 

da Hindistana yürüş etmək haqqında müəyyən planları özünü hiss etdir-

məkdə idi. Xüsusən, XVIII əsrin sonlarında Misiri işğal edəndən sonra 

Napoleonun Hindistana yürüş planları haqqında ehtimallar və söz-

söhbətlər artmağa başladı. Onun belə bir yürüşünün həyata keçirilməsi 

üçün isə İran ərazisindən istifadə edəcəyi Qacarlar sarayının və eləcə də 

Hindistandakı ingilis qoşunları  rəhbərliyinin gizli narahatçılığını 

artırmaqda idi. Doğrudur, Napoleon  dənizdən də Hindistan ərazisinə 

qoşun çıxara bilərdi. Lakin bu, konkret şərait üçün elə  də inandırıcı 

görünmürdü. Çünki dənizdə çox da güclü olmayan Napoleon Hindistana 

hücum edəcəyi təqdirdə öz uğuruna nail olmaq üçün İran  ərazisindən 

keçməsi daha real görünürdü. Başqa sözlə, daxili çəkişmələr istisna 

olmaqla Fətəli  şah hakimiyyəti həm  şimaldan, həm də  cənubdan ciddi 

təhlükə ehtimalı qarşısında qalmışdı. Malik olduğu hərbi qüvvələr və 

potensial isə Fətəli şaha dünyanın böyük dövlətlərindən olan Rusiyaya və 




Mehman Süleymanov 

 

4



Fransaya qarşı çıxmaq imkanı vermirdi. Ona görə Qacar sarayı Qafqazda 

fəal təcavüzkarlığa keçmiş Rusiyanın qarşısını saxlamaq və yenidən 

Cənubi Qafqaza sahib olmaq üçün müttəfiq axtarışına başladı və belə  bir 

seçim XIX əsrin ilk illərində İngiltərənin üstünə düşdü. 

İngiltərə ilə  əməkdaşlıq istəkləri yalnız geosiyasi maraqlardan irəli 

gəlmirdi. Ağa Məhəmməd  şahdan miras qalmış  vəzifələrin icrası, o 

cümlədən Cənubi Qafqazın geri qaytarılması niyyətləri də Fətəli şahdan 

güclü bir dövlətə  sığınmasını  tələb edirdi. Çünki Qacar sarayı  Cənubi 

Qafqaza iddialı olan Rusiyanın güclü qonşulara malik olduğundan 

xəbərdar idi. Rusiyanın güclü iqtisadiyyatı, böyük əraziləri,  ən yaxşı 

silahlarla təchiz edilmiş güclü qoşunları Qacar dövlətinin imkanlarından 

daha üstün imkanlara malik idi. Qacarlar dövlətinin mövcud vəziyyətdə 

Rusiyaya üstün gəlməsi çox mürəkkəb bir vəzifə idi. Qısa müddət 

ərzində Qacar dövləti daxilində inqilabi dəyişikliklər edilməsi və bu 

dövlətin Rusiyaya güclü müqavimət göstərmək səviyyəsinə çatdırılması 

isə reallıqdan uzaq idi. Belə bir şəraitdə Qacar dövlətinin güclü bir 

dövlətlə müttəfiqlik münasibətlərinin olması kifayət qədər ciddi 

əhəmiyyət tələb edirdi. XVIII əsrin sonu XIX əsrin ilk illərində belə 

müttəfiqlik münasibətlərinin yaradılması üçün Qacar sarayı  İngiltərə ilə 

əlaqələr qurulmasını mümkün saydı.  İngiltərə Avropanın güclü dövləti 

olmaqla bərabər,  şərqdə  də özünə güclü hərbi-siyasi mövqe tutmuşdu. 

Xüsusilə,  İranın  ərazilərindən çox da uzaq olmayan Hindistanda hərbi-

siyasi mövcudluğa malik olması Qacar dövlətinə ciddi köməyin 

göstərilməsini asanlaşdıra bilərdi. 

Qeyd etmək lazımdır ki, Napoleonun rəhbərlik etdiyi Fransanın 

möhkəmlənməsi və onun şərq işğalının genişlənməsi də XVIII əsrin sonu 

və XIX əsrin əvvəllərinə təsadüf edir. Bu dövlətin də şərqlə bağlı böyük 

planları var idi və Hindistanın işğalı bu planların  əsasını  təşkil edirdi. 

Hindistana qoşun çıxarılması üçün isə Napoleonun Qacar sarayı ilə 

əməkdaşlıq etməsinə ehtiyacı var idi. İstər  İngiltərə, istərsə  də Fransa 

şərq maraqlarının qorunması üçün Qacarlar dövləti ilə münasibətlər 

yaradılmasına ehtiyac duyurdu. Qacar sarayı isə bu münasibətlərdən öz 

qoşunlarının möhkəmləndirilməsi və onların Azərbaycan xanlıqları üzə-

rinə göndərilməsi fürsətini əldən buraxmaq istəmirdi. 

Qacar sarayı ilkin olaraq İngiltərə ilə əməkdaşlıq etməyi qərara aldı. 

Bu, heç şübhəsiz ki, həmin dövlətlə olan ortaq maraqlarından irəli gəlirdi. 

Fətəli  şahın hakimiyyətə  gəlməsindən dərhal sonra əfqanların Qacarlara 

qarşı ərazi iddiaları ilə çıxış etməsi Fətəli şahı İngiltərə ilə əməkdaşlığa 

meylləndirdi. Çünki əfqan  şahı Zaman şah həm də  İngiltərənin işğalı 

altında olan Hindistanın  şimal-qərb hissəsinə hücum etmək istəyirdi. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə