MEHPARƏ MUXTARQIZI
Yerin, göyün
Xocalı,
qan ağladı
-
SAAA9~
«-öaycan Respublikası Prezidentinin
Iştür İdarəsi
' X İ D E N T K İ T A B X A N A S I
BAKI 2010
M 03(2010)
Redaktor
Hənifə Alışanoğlu
Bu kitab şairə Mehparə Muxtarqızının oxucular
la ikinci görüşüdür. Bu kitabda Vətən məhəbbətli
üdvi və müqəddəs hisslərlə dolu sevgi ünvanlı
şeirlər toplanmışdır.
M
051 (L-041)
--------------------- Sifarişlə
051-03(0160)2010
“Şuşa” nəşriyyattı 2010
Ulvi duyğuların arxasında
Arabir mətbuat səhifələrində şeirlərini oxusam da, açığı
bu şairə xanımla şəxsi tanışlığım yoxdu. İndi, budur, şairənin
"Nurlan" nəşriyyatı tərəfindən nəfis şəkildə yenicə işıq üzü
görmüş ilk kitabı ilə üz-üzəyəm. Əslən həmyerlim olan Meh
parə Muxtar qızının "Sevgi yollarnıda səni gözlədim" adlı
şeirlər toplusunu vərəqlədikcə, poeziya dünyasına yeni bir is
tedadlı qələm sahibinin gəldiyinə ürəkdən sevindim.
Bu yaxınlarda bu gözəl təbiətli, şirin dilli, son dərəcə sə
mimi və mehriban olan Mehparə xanımla ilk görüş duyğula
rımı tərpətdi. Şeirləri də özü kimi sadə və səmimi hissələrlə
dolu olan bu xanımı ürəkdən təbrik elədim və ona gələcək
poeziya yollarında inamlı addımlar arzuladım. Mehparə xa
nımın bu ilk kitabını sonadək tələsmədən oxudum. Sevgi yük
lü şeirləri məni ürəkdən "ovsunladı" desəm - səmimiyyətimə
inanın. Oxucularımız və xüsusilə də yüksək poetik duyumlu
qələm sahibləri yaxşı bilir ki, ürəyində-qəlbində yüksək sevgi
hissləri daşımayan, məhəbbət adlı ülvi duyğuları olmayan heç
bir kəs gözəl, lirik duyğularla zəngin olan şeirlər yaza bilməz.
Duyumsuz yazılan sevgi ünvanlı şeirlər isə söz yığımından
başqa bir şey ola bilməz. Belə ürəksiz, duyğusuz yazılmış mis
ralar heç bir oxucunun rəğbətini qazana bilməz.
Sevindim ki, ürəyi gözəl hisslərlə coşub-daşan, yüksək poe
tik ilhama malik olan şairə Mehparə Muxtar qızının elə ilk ki
tabı şeirsevərlərin stolüstü kitabına çevrilib. Xüsusilə, gənc
oxucuların duyğularıma yaxın olan şeirləri onun uğurları ta
pıntılarıdır.
Öyrəndim ki, Mehparə xanım ikinci kitabın nəşrə hazırla
yır. Bu kitabda o, öz lirik düşüncələrini qələmə almaqla yana
şı, həmçinin çox ağrılu bir mövzuya da toxunub. Əhməd Ca-
3
—
=
Mehparə Muxtarqızı
vad sevgisi şairəni əlinə qələm almağa və 1937-ci ilin günah
sız qurbanlarından biri olan Əhməd Cavab haqqında bir poe
ma yazmağa məcbur eləyib. Doğrudur, mövzunun ağırlığı və
tarixə çevrilmiş o acı günləri xatırlamaq nə qədər çətin olsa
da, Mehparə xanım hər halda bu işə girişib və qələmini sınaq
dan çıxarıb.
insafən, bu müəllifin ilk poeması olmasına baxmayaraq,
şairə bu işin öhdəsindən layiqincə gəlib.
Hörmətli oxucular, səmimiyyətlə etiraf edim ki, yüksək əx
laqa, gözəl mədəniyyətə malik olan bu şairə xanımla tanışlıq
dan məmnunluq duydum. Şirin-şəkər diliylə, səmimi danışığı
və qələmə aldığı sevgi ətirli şeirlərilə ürəyimə yol tapan şairə
xanım Mehparə Muxtar qızına gələcək poeziya yollarında
uğur diləməkdən başqa bir yolum qalmadı.
Sənə uğurlar arzulayıram, Mehparə xanım! İnanıram ki,
bizi yeni-yeni kitablarımızla sevindirəcəksiniz!
'k’k'k
Bu günlərdə eşitdim ki, həmyerlimiz, gənc şairə M eh
parə Muxtarqızının ilk şeirlər kitabı işıq üzü görüb. "Sev
g i yollarında səni gözlədim" adlanan bu ilk kitabındana
birini də mənə göndərmişdi. Və çox istəmişdim ki, y en i
kitab haqqında təəssüratlarımı bölüşmək üçün onunla gö
rüşüm. Və soyuq fevra l günlərinin birində onun qonağı
oldum. Bu görüşdən sonra şairə xanım Mehparə haqqın
da duyğularımı şeirə çevirdim...
Nəğmələnsin misraların
Biz görüşdük... şaxta, soyuq..
Qış sözünü çırpır üzə.
Qara, yağışa qarışıb
Səpələnir çölə, düzə.
İsindirdi ürəyimi,
Bu görüşün həyəcanı.
4
Yerin, göyün, Xocalı, qan ağladı
Duyğuların bulaq kimi.
Ürəyin sevgi məkanı.
Sevgi yüklü duyğuların.
Ovsunladı bir an məni.
Dilin şirin, sözün şirin,
Vallah, etdin heyran m əni
Yaz, ay bacım, neçə-neçə,
Arzuların hələ öndə.
Şair könlüm duydu səni,
İstedadın göz önündə.
Səmimisən... nəğmələnir,
Duyğuların öz-özünə.
Nə yaxşı ki, elə indii
Gəldim sənin görüşünə.
Arzuların qucaq-qucaq,
Söz-söhbətin tutdu məni.
Hopdurursan sətirlərə,
Ürəyinin həsrətini.
Gah od tutub tonqalında,
Alışırsan çatır-çatır.
Bacım, gah da şirin dilin
Sözlərinə şəkər qatır.
Haray çəkib Şuşam deyə,
Dağa-daşa ün salırsan.
Kəlbəcərin, Cəbrayılın
Həsrətindən saralırsan.
Vətən dərdi... şəhid dərdi,
Sızıldadır için-için.
Dostları ilə paylaş: |