MəKTƏB:İsmayilli şƏHƏR 5 sayli tam orta müƏLLİM: ruhiYYƏ camaləDDİnova



Yüklə 24,07 Kb.
tarix01.12.2017
ölçüsü24,07 Kb.
#13391

MƏKTƏB:İSMAYILLI ŞƏHƏR 5 SAYLI TAM ORTA
MÜƏLLİM: RUHİYYƏ CAMALƏDDİNOVA
FƏNN: COĞRAFİYA

MÖVZU:TÜRK XALQLARI BİRLİYİ

Türk dünyasının coğrafi səciyyəsi

Türk birliyi-tərkibi,tarixi keçmişi,dil qohumluğu,əxlaqi-təfəkkür yaxınlığı,tarixi-coğrafi məkan,adət-ənənə baxımından bir-birinə yaxın xalq və dövlətlərin məcmusudur.Müasir anlamda türklər –öz millətinə mənsub olduğunu düşünərək ondan qürurlanan,doğruluğun,cəsarətin,mənəvi təmizliyin rəmzi sayılan fərdlərin birliyidir.Bu birlik Adriatik dənizindən Çin səddinə qədər uzanan geniş coğrafi bir ərazidə tarixən yaşamış,varlığını qorumaq üçün daim əzmlə mübarizə aparmış,müasir dövrdə dünya dövlətləri ilə sıx əməkdaşlıq və dostluq şəraitində yaşamaq istəyində olan müstəqil ölkə və dövlət qurumlarından ibarətdir.

Dil ümumiliyi

Mənşə baxımından Türk dilləri aşağıdakı qollara ayrılır.

1. OĞUZ :-Türkiyə türkləri,azərbaycanlılar,qaqauzlar,türkmənlər,türkmanlar,Axisxa türkləri,Krım tatarları və s.

2.QIPÇAK:-Qazaxlar,qaraqalpaqlar,qumıqlar,qırğızlar,altaylar,noqaylar və s.

3.UYĞUR:-Özbəklər,salarlar,sarı uyğurlar,tıvalılar,şorlar,komasin-tobollar Baraba tatarları,Çulım tatarları,kumandılar,kızıllar,xakaslar,telengitlər,teleutlar,çiğillər və s

4.BULQAR:-Tatarlar,başqırdlar,qaraçaylılar,karaimlər və s.

Tarixi coğrafi məkan

Tarixin qaranlıq səhifələrindən şərqdə Ordos yaylasından tutmuş,qərbdə Şimali Qara dəniz çöllərinə qədər,Şimal Buzlu okeanının sahillərindən Tibetə qədər Mərkəzi Asiya(Qobi,Alaşan,Beysin,Qaşqariya,Cunqariya,Altay-Sayan-Baykal ətrafındakı ərzilər,Qazaxıstan,Sibir,Xəzərətraflı çöllər və səhralar),Güneyboyu ərazilərin ayrı-ayrı hissələri(müasir Macarıstan və Bolqarıstan)türk tayfalarının məskəni(vətəni)olmuşdur.Hazırda türk dövlət və qurumları Saxadan Kiçik Asiyaya və Balkanlara qədər təqribən 12 mln. kv.km.-dək geniş bir ərazidə yerləşir.

Türk xalqlarının yayılmasının tarixi zərurəti və səbəbləri

1.İqtisadi vəziyyət 5.Hərbi təcavüz

2.Arid iqlim şəraiti 6.Münaqişələr

3.Varislik 7.Məcburi köçmələr

4.Yüksək təbii artım 8.Fatehlik

Müstəqil Türk dövlətləri

1.Qazaxıstan Respublikası paytaxtı:Astana

2.Türkiyə Respublikası paytaxtı:Ankara

3.Türkmənistan Respublikası paytaxtı:Aşkabad

4.Özbəkistan Respublikası paytaxtı:Daşkənd

5.Qırğızıstan Respublikası paytaxtı:Bişkek

6.Azərbaycan Respublikası paytaxtı:Bakı

7.Şimali Kipr Türk Respublikası paytaxtı:Şimali Lefkoşa

Türk qurumları

Rusiya Federasiyasında

1.Altay Respublikası----paytaxtı:Qorno Altaysk

2.Başqırdıstan Respublikası----paytaxtı:Ufa

3.Qaraçay-Çərkəz Respublikası----paytaxtı:Çerkassk

4.Kabarda-Balkarıstan Respublikası----paytaxtı:Nalçik

5.Saxa(Yakutiya)Respublikası-----paytaxt:Yakutsk

6.Taymır(Dolqan-Nen)Muxtar Mahalı----paytaxtı:Dudinka

7.Tatarıstan Respublikası ----paytaxtı:Kazan

8.Tıva Respublikası----Qızıl

9.Xakasiya Respublikası-----paytaxtı:Abakan

10.Çuvaş Respublikası----paytaxtı:Çeboksarı

Çin Xalq Resublikasında

1.Sintszyan-Uyğur Muxtar Rayonu----paytaxtı:Urumçi

Moldova Respublikasında

1.Qaqauz Yeri ---paytaxtı:Komrat

Özbəkistan Respublikasında

1.Qaraqalpaq Muxtar Respublikası----paytaxtı:Nukus

Qədim Türklərdə yazı mədəniyyəti

Türklərin qədim yazı mədəniyyəti olmuşdur.Bu öz sübutunu Qazaxıstanın Almatı şəhəri yaxınlığında aparılan qazıntı işləri zamanı tapmışdır.Esik qəsəbəsində tapılmış Kurqanda «Altun geyimli adam»a məxsus qiymətli əşyalar içərisində qızıl cam üzərindəki 23 hərfdən ibarət yazının (»Esik xan,başın sağ olsun») 2500 il əvvələ aid olduğu təsdiqlənmişdir.Həmçinin 1893-cü ildə danimarkalı V.Tomsenin Orhun(Orhon) çayı sahilində aşkarladığı Orxon-Yenisey abidələrinin yazı dili Türk varlığının «Milli vəsiyyətnaməsi «kimi tarixdə yer almışdır.

Türk dünyasının əhalisi

Hazırda dünyada 250 mln.dan çox türk dilli xalqın nümayəndəsi var.Əhalisinin sayına görə ən böyük türk dövləti Türkiyədir.Təəssüf ki,tarixin gedişində müxtəlif türkdilli xalqlar qeyri-türklər arasında assımilyasiyaya məruz qalmışar.Məsələn çuvaşlar və qaqauzlar xristianlığı,karaimlər və kırımçaklar isə iudaizm dinini qəbul etmişlər.Təbii eyni zamanda qeyri –türklərin də türkləşmə prosesi baş vermişdir.Türklər dünya elm və mədəniyyətinin inkişafında böyük töhvə verməklə yanaşı ticarətin inkişafında ipək ,karvan yollarının yaranmasında da mühüm işlər görmüşdür.

Türk dünyasının təbii şəraiti

Türk xalqlarının yaşadığı ərazilər Avrasiya materikinin 1/4 –ni tutur.Ərazini genişliyi təbii şəraitində çox müxtəlif olması ilə səciyyələnir.Şimalda Şimal Buzlu okeanı sahillərindən,cənubda Kunlun dağlarına,qərbdə Aralıq dənizindən,şərqdə Böyük Çin səddinə qədər uzanan subtropik,mülayim,subarktik,arktik qurşaqlarda yerləşən torpaqları əhatə edir.Mürəkkəb geoloji quruluş fyadalı qazıntıların zənginliyinə səbəb olmuşdur.Çay və göl şəbəkəsinin yayılmasına iqlim və relyefin mürəkkəbliyi çox təsir göstərmişdir.

Türk dünyasının relyef və faydalı qazıntıları

Türk xalqlarının yayldığı ərazilər Alp-Himalay geosinklinal qurşağı qırışıqlığı zonasında ,Mərkəzi Asiyanın və Cənubi Sibirin yenidən fəallaşan dağlıq zonalarında,Şərqi Asiya mezazoy qırışıqlığı zonasında yerləşir.Qalan geniş bölgələr qədim Şərqi Avropa,Sibir,Çin və cavan Turan platformaları sahələrindədir.Relyefin əsas formaları sıra dağ sistemlərindən,yaylalardan,böyük dağarası düzənlik,çökəklik və ovalıqlardan ibarətdir.Türk dünyası ölkələri ərazisində dünyada elə bir faydalı qazıntı növü yoxdur ki,rast gəlinməmiş olunsun.Neft və qaz Qazaxıstan,Türkmənistan,Özbəkistan,Tatarıstan,Başqırdıstan,Azərbaycan,daş kömür Türkiyə,Özbəkistan,Qırğızıstan,Qazaxıstan,Sintszyan_Uyğur muxtar rayonu,Tıva və Saxa Respublikaları ,qara və əlvan metal filiz yataqları Türkiyə,Azərbaycan,Özbəkistan,Qazaxıstan,cənubi Yakutiyada sənaye əhəmiyyəti olması ilə seçilr.Özbəkistan,Saxa respublikaları zəngin qızıl yataqları ilə məşhurdur.

Azərbaycanın türk dünyasında mövqeyi

Azərbaycan Respublikası Avropa və Asiyanın sərhəddində “Qafqaz Bərxəz”ində olduqca əlverişli geosiyası mövqeyə malikdir.Azərbaycanın coğrafi mövqeyinin həm də strateji baxımdan “körpü”roluna malik olması onun beynəlxalq aləmdə inteqrasiya imkanlarını artırır.Azərbaycanın qərblə-şərqin qovuşağında yerləşməsi Türk dilli dövlətlərin daha sıx əməkdaşlıq etməsində məsafələri yaxınlaşdırmaq baxımından da ən böyük bir şansdır.

Türk dünyasına inteqrasiya



Bu layihə çərçivəsində bütün türk dilli dövlətlərlə daha sıx əməkdaşlığın davam edə biləcəyini düşünürəm.Türkün şanlı tarixində birgə addımlamaqla həm ölkələrarası mədəni əlaqələrin,həmçiniun də turizmin inkişafına müsbət təsirlər olacağını hesab edirəm.

İzlədiyiniz üçün təşəkkürlər !
Yüklə 24,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə