Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
  1   2   3   4   5   6   7   8   9   ...   25


Məmməd Əmin Rəsulzadə 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BİR TÜRK MİLLİYƏTÇİSİNİN  

STALİNLƏ  

İXTİLAL XATİRƏLƏRİ 

 

 



 

 

Kitab  Məmməd  Əmin  Rəsulzadənin  Stalin  və  stalinizm  haqqında  1954-cü 



ildə  Türkiyədə  çap  etdirdiyi  seriya  məqalələrindən  ibarətdir.  Buraya  böyük 

vətəndaĢ  XX  əsrin  əvvəllərində  çarizmlə  mübarizə  gediĢində  Stalinlə  bağlı 

hadisələr  xatırlayır,  bilavasitə  iĢtirakçısı  olduğu  hadisələr  fonunda  Stalinin  siyasi 

portretini  yaradır,  bu  proseslərin  xarakterini  açır.  Müstəqil  Azərbaycan 

respublikasının iĢğalından sonra baĢına gələn sərgüzəĢtlər, Stalinlə məĢhur görüĢü 

incələnir.  Azərbaycan tarixi və ictimai  fikri  üçün son dərəcə  maraqlı olan bir sıra 

mətləblər  açılır.  Vətən  tarixinin  çox  əhəmiyyətli  bu  dövrü  və  M.Ə.Rəsulzadənin 

Ģəxsiyyəti,  eləcə  də  stalinizmin  anatomiyası  ilə  maraqlananlar  üçün  nəzərdə 

tutulmuĢdur.  

 



Az 2 

 

 



Redaktoru: akademik Ziya Bünyadov 

 

Çapa hazırlayanı: Nəsib Nəsibli 



 

 

 



M.Ə.Rəsulzadə 

 

BİR TÜRK MİLLİYƏTÇİSİNİN 



STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ 

 

 



 

 

Bakı, elm nəĢriyyatı, 1991 



Bakı: qanun, 2010, 132 səh. 

 

 



 

Çapa imzalanmıĢdır: 10.11.2010. 

Formatı 70x100 1/32. Fiziki ç/v 8,25 

Tirajı 500 

Qiyməti: 3 AZN 

 

 



 

 

ĠSBN 978-9952-26-089-2 



 

 

 



“Qanun” nəĢrlər evi 

Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9. 

Tel: (+994 12) 431-16-62; 431-38-18 

Mobil: (+994 55) 212-42-37 

e-mail: info@qanun.az 

www.qanun.az 

 

 



ÖN SÖZ 

 

KeçmiĢini  bilməyən  bu  günün  dərki  edə  bilməz  həqiqəti  bayağı  olduğu 



qədər  də  acıdır.  Qoçaqları  illərlə  qılınc  və  qələm  çaldılar.  Lakin  elə  həmin  nəslin 

özünü-özgəni,  böyüyünü-kiçiyini,  xilaskarını-xəyanətkarını  tanımaq  istəyi, 

xoĢbəxtlikdən,  sonsuzdur.  Bu  istəyə  cavab  olaraq  əlinizdə  tutduğunuz  kitabçanı 

çapa hazırlamağı lazım bildik. 

Böyük  vətəndaĢ  Məmməd  Əmin  Rəsulzadənin  Stalinlə  bağlı  xatirələri 

Türkiyədə “Dünya” qəzetinin 1954-cü il may-iyun nömrələrində 28 məqalədə çap 

edilmiĢdir.  “M.Ə.Rəsulzadə  kimdir?”  adlı  bioqrafik  yazı  da  bu  məqalələrə  əlavə 

edilmiĢdir.  

M.Ə.Rəsulzadənin  xatirələrini  tam  adı  orijinalda  “Bir  türk  milliyətçisinin 

Stalinlə  ixtilal  xatirələri”  adlanır.  Bu  əsər  bir  qayda  olaraq  “Stalinlə  ixtilal 

xatirələri”  kimi  məĢhur  olduğundan  biz  də  onu  məhz  bu  adla  təqdim  etməyi 

münasib gördük. 

Onu  da  deməliyik  ki,  bu  məqalələrin  fotosurətini  dostu  doktor  Əli  Yavuz 

bəy  Ağpınar  göndərmiĢdir.  Xatirələrdə  Stalinin  və  stalinizmin  anatomiyasının 

açılması  ilə  yanaĢı,  əsrimizin  ilk  onillərində  Azərbaycanda  gedən  çox  maraqlı 

proseslər  təsvir  edilir.  Onu  çapa  hazırlayarkən  hər  hansı  izahat  verməkdən 

çəkindik.  Bizim  iĢimiz  Məmməd  Əmin  Rəsulzadənin  üslubunu  mümkün  qədər 

saxlamaqla,  geniĢ  oxucu  üçün  rahat  olsun  deyə  Ġstanbul  ləhcəsinə  xas  sözlər  və 

ifadələrin  (məs:  nasıl,  kəndi,  Ģöylə,  böylə),  artıq  arxaikləĢmiĢ  ərəb-fars 

tərkiblərinin qarĢılığını verməkdən, eləcə də yenə Ġstanbul ləhcəsi üçün xarakterik 

olan  fel  sonluqlarını  (məs:  gəliyorum,  gediyorum)  dəyiĢdirməkdən  ibarət 

olmuĢdur.  

Məmməd  Əminin  üslubuna  xələl  gəlməsin  deyə  ara-sıra  vacib  qarĢılıqlı 

sözləri mötərizədə verməyi lazım bildik.  

XX əsr  Azərbaycanın  ən dəyərli Ģəxsiyyətinin çox  maraqlı siyasi xatirələri 

ilə istəkli oxucuların görüĢünü ləngitməmək üçün yalnız onu deməklə kifayətlənək 

ki, orijinaldakı cümlələrin quruluĢu olduğu kimi saxlanılmıĢdır.  

 

 



 


MƏMMƏD ƏMİN RƏSULZADƏ KİMDİR? 

 

Sabahdan  etibarən  dördüncü  səhifəmizdə  çox  maraqlı  xatirələrini 



oxuyacağınız  Məmməd  Əmin  Rəsulzadə  Qafqazda  Azərbaycan  cümhuriyyətinin 

təĢəkkülündə  və  milli    qurtuluĢ  hərəkatında  tarixi  rolu  olan  Milli  Azərbaycan 

“Müsavat”  Xalq Partiyasının  liderliyinə  1917 və  1919-cu illərdə  Bakıda  toplanan 

partiya qurultaylarında yekdilliklə seçilmiĢdir.  

28  may  1918-ci  ildə  cümhuriyyətin  istiqlalını  elan  edən  Azərbaycan  Milli 

ġurasının  sədri  idi.  Mühacirətdə  Azərbaycan  milli  hərəkatını  illərdən  bəri  təmsil 

edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmiĢdir. 

Müsəlman  dünyasının  tanınmıĢ  bir  mühərriri  olan  Rəsulzadə  1905-1908-ci 

illər  arasında  Bakıda  intiĢar  edən  türkcə  qəzetlərdə  iĢləmiĢ;  1915-1917-ci  illərdə 

yenə Bakıda məĢhur “Açıq söz” qəzetini təsis və nəĢr etmiĢdir. 1908-1911-ci illər 

arasında Tehranda Ġran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “Ġrani-nou” 

qəzetinin müdir və baĢ redaktorluğunu etmiĢdir (bu xüsusda bax: E.Brown. Nisfory 

literary  of  Persia.  London).  Ġstanbulda  çıxan  çeĢidli  türk  qəzet  və  jurnallarında  (o 

cümlədən  “Türk  yurdu”)  çalıĢmıĢ  və  1923-cü  ildən  1929-cu  ilə  qədər  Ġstanbulda 

nəĢr olunan Azərbaycan jurnallarını idarə etmiĢdir. 

Qafqazlılar arasında tanınmıĢ siyasət adamıdır: Mavərayi-Qafqaz seymində 

(1918) müsəlman fraksiyasına sədrlik etmiĢ, Maverayi-Qafqaz hökumətinin 1918-

ci  ildə  Trabzona,  sonra  da  Batuma,  o  zamankı  Türkiyə  nümayəndələri  ilə 

müzakirəyə göndərdiyi heyətlərdə iĢtirak etmiĢdir. 

* * * 


1884-cü  ildə  Bakıda  doğulmuĢ  Məmməd  Əmin  Rəsulzadə  hələ  gənc  ikən 

siyasi  həyata  atılmıĢ,  1903  və  1904-cü  ildən  etibarən  çar  rejimi  əleyhinə  gizli 

fəaliyyətlərdə  iĢtirak  etmiĢdir.  Özünün  təĢkil  etdiyi  azərbaycanlı  gənc  inqilabçılar 

dərnəyinə  baĢçılıq  etmiĢdir.  Bu  arada  konspirasiya  Ģərtləri  içində  Stalinlə  təmasa 

girmiĢ  və  aralarında  yaxĢı  münasibətlər  təsis  olunmuĢdur.  1908-1910-cu  illərdə 

Ġrandakı məĢrutə hərəkatına qoĢulmuĢ, burada Ġran Demokrat Partiyasının Mərkəzi 

Komitəsinə  daxil  olmuĢ  və  bu  partiyanın  ideologiyasını  həmin  partiyanın  lideri 

Seyid Həsən Tağızadə (Ġran senatının sədri) ilə birlikdə iĢləmiĢdir. 

1910-cu  ildə  Ġranda  nüfuzu  qüvvətlənən  çar  hökuməti  səfarətinin  tələb  və 

təzyiqi  ilə  oranı  tərklə  Ġstanbula  gəlmiĢdir.  Burada  Türkiyə  siyasi  cəmiyyətləri,  o 

cümlədən  Türk  ocaqları  ilə  bərabər  çalıĢmıĢ;  eyni  zamanda  buradan,  Bakıda 

təĢkilatlanmaqda  olan  gizli  Azərbaycan  fəaliyyətilə  təması  davam  etdirmiĢ  və 

1911-ci ildə “Müsavat” Partiyasının təsisini təĢviq etmiĢdir. 

1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə 

elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmıĢ, burada həm nəĢriyyata 

baĢlamıĢ,  həm  də  gizli  “Müsavat”  Partiyası  çalıĢmalarına  və  yarım  gizli  bir  neçə 

təĢkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuĢdur. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə