Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   14


Mən  daha  çox  istəvdim  ki,  Naxçıvan  xanlığının  tarixi  çox 

gözəl yazılsın.  Naxçıvan xanhğmın  çox  böyiik  tarixi var.  Bu xanlıq 

nə  vaxt yarambdır, fəaliyyəti nədən  ibarət  olubdur? Axı,  Naxçıvanı 

idarə ediblər.  İrəvan xanlığı  var.  Naxçıvan xanlığı ilə İrəvan xanlığı 

bir-biriləri  ilə  çox  sıx  bağlı  idi...  Naxçıvan  xanlığını  siz  dəriııdən 

öyrənəndə,  mütləq İrəvan xanlığına gedib  çıxacaqsınız.  İrəvatı xan- 

lığı haqqında Ermənistanda tapmadığınız tarixi materialları Rusiya- 

nın  arxivlərində,  Sankt-Peterburqda,  rus  imperiyasının  arxivlərində 

tapacaqsınız  və görəcəksiniz ki,  dünyada nələr var.

HEYDƏR ƏLİYEV 

A zərbaycan xalqının ümummilli lideri

NA XÇIVA N

X A N L I Ğ I

Arxiv materiallarından istifadə edilərək çəkilmiş 

"Azərbaycan xanlıqları: Naxçıvan  və İrəvan xanlıqları, 

yaxud gecikmiş işğal" sənədli film i və həmin filmin 

ssenarisi əsasuıda nəşr olıınan kitab Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbovun 

sifarişi və məsləhəti ilə hazırlanmışdır.

Azerbaycan  Respublikası  Prezidentinin 

işlər İdarasi

PREZİDENT  KİTABXANASI

Naxçıvan-2009




Naxçıvan Muxtav Respublikasının 

85 illiyinə həsr o/unur

NAXÇIVAN XANLIĞI

Rəyçi:  akademik  İsmayıl  HACIYEV

Elmi redaktor:  akademik İsa  HƏBİBBƏYLİ

Tərtibçi:  Dövlət  qulluğumm  3-cü dərəcə 

müşaviri  Əli  HƏSƏNOV

Arxiv  materiallarına  istinad  olunmaqla  publisist 

Mehriban  Ələkbərzadə  tərəfindən  çəkilnıiş  "Azərbaycan 

xanlıqları:  Naxçıvan  və İrəvan  xanlıqları,  yaxud gecikmiş 

işğal" sənədli filminin materialları əsasında hazırlanmışdır.

Azərbaycanın  tarixində mühüm yer tutan  Naxçıvan 

xanlığının  tarixindən  bəhs  olunan  kitabda  Naxçıvan 

xanlığı,  onun  siyasi  tarixi,  Rıısiya-Iran  miiharibələri 

nəticəsində  xanlığın  işğalı  kimi  məsələlər  tədqiq  edilir. 

Kitaba nadirfoto şəkillər və sətıədlər əlavə olıınmuşdur.

"Naxçıvan  xanlığı”  kitabı  Naxçıvan  tarixi  ilə 

maraqlananlar  və  geniş  oxucu  kütləsi  üçün  nəzərdə 

tutulmuşdur.



Naxçıvan xanlığının xəritəsi

AZƏRBAYCAN  RESPUBLİKASI 

NAXÇIVAN  MUXTAR  RESPUBLİKASl

Naxçıvan M uxtar Respublikasının xəritəsi

7



NAXÇIVANIN 

M ƏŞH UR  GƏM İQAYASI..

Məlum  Nuh  tufamndan  qalan  bir  işarə,  bir  tarix 

onun bu torpağınm nə qədər qədim,  qədim olduğu qədər 

müqəddəs  olduğunu göstərir.  Bu yurdun  nə qədər qədim 

sivilizasiya nöqtələrindən birinin olduğunu, elə yaxm keç- 

miş də təsdiq edə bilər.  Ən sivil,  demokratik bir nümunə- 

Qul  bazarmdan  alınmış  40-cı  qul-yəni,  peşkəş  bir  qulun 

öz  ağlı,  istedadı,  bacarığına  görə  sonda  tutduğu  taxt-tac, 

sultanlıq.  Atabəylər  dövlətinin  banisi  Eldəniz  Atabəy. 

Ərazidə  ilk  dövlət  yaratmış,  dövlətçiliyini  varisliklə 

ötürməyi bacarmış hökmdarlar sülaləsi...

Azərbaycanm  nəqşi-cahanı  olan,  bu  torpağm 

məşhur və qədim Kəngərlilər nəsli-Kalbalı xan.  Azərbay- 

canın bu xanlığınm  taleyi  bir qədər fərqli  olsa  da,  aqibət 

eyni oldu.

Bu  ərazilərin  Azərbaycan  üçün  hərbi-strateji  və 

tarixi vacibliyini anlamaq üçün daha qədimdən başlayaq.

Naxçıvan  ərazisi  Azərbaycanm  ən  qədim  yaşayış 

mərkəzlərindən biridir.  Naxçıvan ərazisində əhalinin əsas 

məskunlaşdığı  ərazilərdən  olan  Gilançay  vadisində  təbii 

zənginliklər,  bol  ov  məskənləri,  yaşayış  üçün  əlverişli 

füsunkar mənzərəli yerlər vardır.

Gilançay  vadisinin  Araz  sahili  düzənlə  qovuşduğu 

ərazidə  m.ə.II-I  minilliklərdə  əhali  daha  sıx  məskunlaş-

mışdı.  Burada  Sabirkənd,  Plovdağ və Xaraba  Gilan  əra- 

zisində  m.ə.  II-I  minillliklərə  aid  mədəniyyət  qalıqları  ilə 

zəngin  olan  yaşayış  yerləri  və  nekropollar  (Muncuq- 

lutəpə,  Sabirkənd)  mövcuddur.  Bu  qədim  yaşayış 

yerlərinin  böyüyüb  inkişaf etməsində Yaxın  Şərq ölkələri 

ilə  Naxçıvanm  iqtisadi-mədəni  əlaqələri  mühüm  rol 

oynamışdır.  Tədricən  qədim  yaşayış  yerlərinin  iqtisadi 

qüdrəti  yüksəlmiş,  Xaraba  Gilan  ərazisində  ilk  antik 

dövrdə  (m.ə.V-IV  minilliklər)  şəhər  mədəniyyətinin  yeni 

inkişaf mərhələsi başlamışdır.

Gilançayın yuxarı axını boyunca-Gilankənd, Biləv, 

Parağa,  Tivi,  Nəsirvaz,  Xurs  kəndləri  ərazisində  də  m.ə. 

V-IV minilliklər və orta əsrlər dövrünə aid yaşayış yerləri 

və abidələr var.

Bu  maddi  mədəniyyət  yadigarları  əsas  verir  ki, 

Gəmiqaya  haqqında  tarixi  əfsanələrin  həqiqət  olduğu 

təsdiq  edilsin.  Gilançay  vadisinin  qədim  sakinlərinin 

dünyanm  ən  qədim  mədəniyyət  mərkəzlərindən  olan 

Şumerlə  sıx  iqtisadi-mədəni  əlaqədə  olması  da  bunu  bir 

daha sübut edir.

Arxeloji  qazıntılar,  tədqiqatlar  göstərir  ki,  Azər- 

baycanda  ibtidai  incəsənət  tunc  dövründə  (orta  və  son 

mərhələlərində)  özünün  çiçəklənmə  dövrünü  keçirmişdir. 

Qədim  incəsənətin  bu  yüksəliş  mərhələsi  Gəmiqaya 

petroqliflərində özünü daha parlaq göstərir.

Gəmiqaya  Kiçik  Qafqazın  Zəngəzur  dağ  silsilə- 

sinin ən hündür zirvəsi Qapıcığın  "Nuh"  əfsanəsi ilə  bağlı



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə