Mən, Karandaş: Mənim səcərəm, Leonard E. Ridə danışıldığı kimi



Yüklə 78,47 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü78,47 Kb.
#21647


 

 

 

 

 

Mən, Karandaş: Mənim səcərəm, Leonard E. 

Ridə danışıldığı kimi 

Leonard E. Rid

 

Dekabr 1958 

 

“Azad Düşüncələr” Assosiasiyası



 


                                                                      www.azadliqciragi.org

 



Mündəricat 

 

Giriş ................................................................................................................................................................ 3 

Mən,  Karandaş: Mənim nəsil şəcərəm Leonard E. Ridə danışıldığı kimi ..................................................... 4 

Saysız-hesabsız sələflər ................................................................................................................................. 4 

Heç kim bilmir ................................................................................................................................................ 6 

Rəhbər yoxdur ............................................................................................................................................... 6 

Şahid Bolluğu ................................................................................................................................................. 7 

Epiloq ............................................................................................................................................................. 9 




                                                                      www.azadliqciragi.org

 



Giriş 

 

Leonard Ridin “Mən, Karandaş” adlanan heyrətamiz hekayəsi klassik əsərə çevrilmişdir və buna 



layiqdir.  Həm  Adam  Smitin  “gözəgörünməz  əl”  ifadəsinin  mənasını  –  məcburiyyət  olmadan 

əməkdaşlığın mümkünlüyünü, – həm də Fridrix Hayekin geniş yayılmış biliklərin vacibliyini və 

“fərdləri heç kimin onlara nə etmək lazım olduğunu demədən arzu olunan şeyləri etməyə məcbur 

edən” informasiyanın ötürülməsində qiymət sisteminin rolunu belə yığcam, inandırıcı və effektli 

surətdə nümayiş etdirən ikinci əbədi əsər tanımıram. 

Biz  Leonardın  hekayəsindən  televiziya  şoumuz  olan  “Seçim  azadlığı”nda  və  “bazarın  gücünü” 

(həm  televiziya şousunun birinci seqmentinin, həm  də kitabın birinci  fəslinin  adlarında istifadə 

edilir)  nümayiş etdirən eyniadlı kitabda istifadə etdik. Biz hekayənin aşağıdakı kimi xülasə edib, 

deyə bilərik: 

“Karandaş istehsalına cəlb edilmiş minlərlə adamdan heç biri öz üzərinə düşən işi ona karandaş 

lazım olduğu üçün yerinə yetirməmişdir. Onlardan bəziləri heç vaxt karandaş görməmiş və ondan 

nə üçün istifadə edildiyini belə bilmirlər. Hər bir şəxs öz işinə istədikləri mal və ya xidmətləri (o 

mal və xidmətləri ki, biz istədiyimiz karandaşı almaq üçün istehsal edirik) əldə etmək üçün bir 

vasitə kimi baxırlar. Hər dəfə karandaş almaq üçün mağazaya gedəndə öz xidmətlərimizin kiçik 

bir parçasını karandaş istehsalına yönəlmiş minlərlə adamın göstərdiyi xidmətlərin bir hissəsi ilə 

mübadilə etmiş oluruq.”  

“Karandaşın nə vaxtsa istehsal olunduğu hətta daha təəccüblüdür. Mərkəzi ofisdə oturanların heç 

biri  bu  minlərlə  insana  əmrlər  verməmişdir.  Heç  bir  hərbi  polis  verilməmiş  əmrlərin  yerinə 

yetirilməsini  təmin  etməmişdir.  Bu  insanlar  müxtəlif  torpaqlarda  yaşayır,  müxtəlif  dillərdə 

danışır, müxtəlif dinlərə qulluq edirlər, hətta ola bilsin ki, bir-birlərinə nifrət belə edirlər – lakin 

bu fərqlərin heç biri onlara karandaş istehsal etmək üçün əməkdaşlıqlarına mane ola bilməmişdir. 

Bu necə baş verdi? Adam Smit bizə bu cavabı iki yüz il əvvəl vermişdir.” 

“Mən,  Karandaş”  tipik  Leonard  Rid  məhsuludur:  obrazlı,  sadə,  ancaq  sirayətedici,  Leonardın 

yazdığı, yaxud etdiyi hər şeydə olduğu kimi azadlıq eşqi ilə nəfəs alan bir əsəridir. Bütün digər 

əsərlərində olduğu kimi o, insanlara nə etmək və ya özünü necə aparmaq lazım olduğunu deməyə 

heç də çalışmır. O, fərdlərin özlərini və yaşadıqları sistemi sadəcə dərk etmələrini gücləndirməyə 

çalışdı. 

Bu,  onun  əsas  kredosu  və  dövlət  xidməti  anlamına  gəlməyən  xalqa  xidmətinin  uzun  dövrü 

ərzində davamlı olaraq sadiq qaldığı prinsip idi. Hansı təzyiqlə üzləşməsindən asılı olmayaraq o, 

öz mövqeyində qalır və öz prinsiplərinə xəyanət etməkdən imtina edirdi. Məhz buna görə o, ilk 

vaxtlarda  aktual  və  sonralar  isə  insan  azadlığının  özəl  mülkiyyət,  azad  rəqabət  və  son  dərəcə 

məhdudlaşdırılmış hökümətə ehtiyacı  olduğu barədə əsas ideyalarının  yayılmasında çox efektiv 

ola bilmişdir.  

Milton Fridman 

1976-cı ilin İqtisad elmi üzrə Nobel mükafatçısı Professor Fridman Kaliforniya ştatındakı 

Stenford universitetinin Huver İnstitutunun Baş tədqiqatçı əməkdaşıdır.  

 



                                                                      www.azadliqciragi.org

 



Mən,  Karandaş: Mənim nəsil şəcərəm Leonard E. Ridə danışıldığı kimi 

Mən qrafit karandaşam –  yazmağı  bacaran bütün  oğlanlara,  qızlara və böyüklərə tanış olan adi 

taxta karandaş.

1

  



Yazmaq mənim  həm  qabiliyyətim,  həm  də əlavə məşğuliyyətimdir: Mənim edə bildiyim ancaq 

budur.  


Təəccüblənə  bilərsiniz  ki,  mən  niyə  genealogiya  yazmalıyam.  Bundan  başlayım  ki,  mənim 

hekayəm maraqlıdır. Sonrası isə, mən sirrəm – hər hansı ağacdan, günəş qürubundan, şimşəyin 

şöləsindən daha sirliyəm. Lakin, təəssüf ki, məni işlədənlər tərəfindən adi bir hadisə və keçmişi 

olmayan  bir  şey  hesab  edilirəm.  Bu  təkəbbürlü  münasibət  mənim  yerimi  adilər  səviyyəsinə 

endirir.  Bu,  bəşəriyyətin  uzun  müddət  təhlükə  yaratmadan  müqavimət  göstərə  bilmədiyi  ciddi 

səhflər  seriyasındandır.  Buna  görə  də  müdrik  Q.K.  Çesterton  demişdir:  “Biz  möcüzələr 

istəyindən yox, təəccüb ehtiyacından tələf oluruq.” 

Mən, Karandaş, sadə görünməyimə rəğmən, sizin  heyrət və pərəstişinizə layiqəm və bu iddianı 

sübut  etməyə  çalışacağam.  Əslində,  əgər  siz  məni  başa  düşürsünüzsə  -  yox  əlbəttə,  bunu 

kimsədən  xahiş  etmək  həddən  artıq  olardı  –  sizin  mənim  təcəssüm  etdiyim  heyrətamizlikdən 

xəbəriniz  olsaydı,  siz  bəşəriyyətin  bədbəxtliklə  itirdiyi  azadlığı  xilas  edə  bilərdiniz.  Mənim 

öyrətməli olduğum dərin mənalı dərsim var və mən bu dərsi hər hansı avtomobil, yaxud təyyarə 

və ya mexaniki qabyuyandan daha yaxşı öyrədə bilərəm, çünki – çünki mən çox sadə görünürəm.  

Sadə?  Lakin  bu  yer  üzündə  bir  nəfər  olsun  belə  məni  necə  düzəltməyi  bilmir.  Bu  fantastik 

səslənir,  elə  deyilmi?  Xüsusən,  aydın  olanda  ki,  ABŞ-da  hər  il  milyard  yarım  mənim  kimilər 

hazırlanır.  

Məni götürün və diqqətlə baxın. Nə görürsünüz? O qədər də çox şeyə gözə dəymir – biraz taxta, 

lak örtüyü, çap olunmuş yarlık, qrafit, bir qədər metal və pozan.  



 

Saysız-hesabsız sələflər 

Siz  öz  nəsil  şəcərənizi  geriyə  çox  uzaqlaradək  izləyə  bilmədiyiniz  kimi,  mənim  üçün  də  bütün 

sələflərimin adını çəkmək və izah etmək mümkün deyil. Lakin mən öz keçmişimin necə zəngin 

və mürəkkəb olması ilə sizi təsirləndirməkdən ötrü onlardan kifayət qədər danışacağam.  

Nəsil  şəcərəm  öz  başlanğıcını  faktiki  olaraq  Şimali  Kaliforniya  və  Oreqonda  yetişən  sidr 

ağacından  götürür.  İndi  isə  sidr  tirlərinin  kəsilməsində  və  dəmir  yollarının  yaxınlığına 

daşınmasında  istifadə  edilən  bütün  mişar,  yük  maşını  və  kəndirləri  və  saysız-hesabsız  digər 

alətləri  təsəvvür  edin.  Onların  istehsalında  iştirak  etmiş  insanları  və  buna  sərf  edilmiş  saysız 

bacarığı  düşünün:  filiz  çıxarılması,  poladın  tökülməsi  və  onun  mişar,  balta,  motorların 

hazırlanması  üçün  emalı;  kəndir  tutumun  yetişdirilməsi  və  onu  agır  və  möhkəm  kəndir  halına 

gətirilənədək bütün mərhələlərdən keçməsi; tir kəsilməsi üçün salınan düşərgələr, oradakı yaşayış 

                                                           

1

 Mənim rəsmi adım “Monqol 482”-dir. Mənim bir çox tərkib hissələrim Eberhard Faber Pensil Kompanı tərəfindən 



toplanmış, hazrlanmış və tamamlanmışdır. 


                                                                      www.azadliqciragi.org

 



yerləri və yeməkxanalar, xörək hazırlanması və ərzağın əldə olunması. Hələ, adı çəkilməyən ağac 

kəsənlərin içdiyi hər fincan kofedə əməyi olan minlərlə insan!  

Tirlər Kaliforniya ştatındakı San Leandro zavoduna daşınır. Açıq vaqonları, reysləri və dəmiryol 

mühərriklərini  hazırlayan  fərdləri  və  əlavə  olaraq  kommunikasiya  sistemlərini  inşa  edən  və 

quraşdıranları təsəvvür edə bilərsinizmi? Bu legionlar hamısı mənim sələflərimin arasındadır.  

San  Leandro  zavodundakı  işi  təsəvvür  edin.  Sidr  tirləri  kiçik  karandaş  uzunluğunda  qalınlığı  ¼ 

düym olan taxta parçalarına doğranılır. Onlar peçlərdə qurudulur və sonra da qadınlar sifətlərini 

rənglədiyi  kimi  rənglənilirlər.  İnsanlar  mənim    solğun  bəyaz  rəngdə  deyil,  gözəl  görünməyimi 

istəyirlər. Taxta parçaları  mumlanır və  yenidən  qurudulur.  Bu peç və  rənglərin hazırlanmasına, 

istiliyin işıq və enerjinin təchizinə, kəmərlərə, motorlara və zavodun tələb etdiyi digər şeylərə nə 

qədər  əmək  sərf  olunub?  Zavoddakı  süpürgəçilər  də  sələflərimizin  arasındadır?  Bəli,  həm  də 

zavodu enerji ilə təmin edən Pasifik Qaz və Elektrik Kompani şirkətinə məxsus olan su elektrik 

stansiyasının bəndi üçün beton tökən fəhlələr də buraya daxildir!.  

Bütün ölkə ərazisi üzrə altmış maşın taxta parçasının daşınmasında əməyi olan indiki və uzaqdakı 

sələfləri nəzərdən qaçırmayın.  

Karandaş  fabrikindəki  dəzgahlara  və  binaya  $4  milyon  xərclənmişdir,  bütün  kapital 

valideynlərimin  qənaətçiliyindən    toplanmışdır  –  hər  bir  taxta  parçasına  mürəkkəb  maşın 

vasitəsilə  səkkiz  novcuq  naxışlanır,  ondan  sonra  digər  bir  maşın  bütün  taxta  parçalarına  qrafit 

qoyur,  yapışqan vurur, və  üzərinə daha bir taxta  parçası  qoyur – bir sözlə qrafit sendviç  alınır. 

Yeddi qardaşım və mən mexaniki olaraq həmin bu “sıxılmış-taxta” sendviçdən kəsilmişik.  

Mənim  “qrafit”im  əslində  heç  də,  qrafitdən  ibarət  deyil  –  qarışıqdır.  Qrafit  Seylondakı 

mədənlərdə  çıxarılır.  Həmçinin  bu  mədəndə  işləyənləri  və  onlar  üçün  zəruri  olan  alətləri 

hazırlayanları, qrafiti daşımaq üçün lazım olan kağız torbaları hazırlayanları və onları bağlamaq 

üçün zəruri olan qaytanları hazırlayanları, onları gəmilərə yükləyənləri və gəmiləri qoruyanları da 

hesaba  almalıyıq.  Dünyaya  gəlməyimə  yardım  edən  bütün  yol  boyu  rastlaşdığım  mayak  işçiləri 

və liman pilotları da buraya aiddir.  

Bu  qrafit  Mississipidən  gətirilmiş  və  emalı  zamanı  üzərinə  ammonium  hidroksid  əlavə  edilmiş 

gillə  qarışdırılır.  Sonra  nəmləndirici  maddələr  –  salfonat  yağı  –  kükürd  turşusu  ilə  kimyəvi 

reaksiyaya  girmiş  heyvan  piyləri  əlavə  olunur.  Xeyli  maşınlardan  keçdikdən  sonra  qatışıq, 

nəhayət, sonsuz sıxılma halında meydana çıxır – sosiska kimi ölçülərlə doğranmış, qurudulmuş 

və  bir  neçə  saat  1,850  Farenqeyt  dərəcəsində  bişmiş  halda  peyda  olur.  Onların  gücünü  və 

hamarlığını  artırmaq  üçün  qrafitlər  sonra  Meksikadan  gətirilmiş  şam  mumu,  parafin  mumu  və 

hidrogenləşdirilmiş təbii piylərdən ibarət isti qatışıqla emal edilir. 

Mənim  sidrim  6  qat  lak  qəbul  edir.  Lakın  tərkibini  bilrisinizmi?  Kim  düşünə  bilərdi  ki,  kastor 

paxlasını  yetişdirənlər  və  kastor  yağını  emal  edənlər  onun  tərkib  hissəsidir?  Bəli,  bu  belədir. 

İlahi,  hətta  lakın  istehsalı  prosesi  gözəl  sarı  rəng  alındıqdan  sonra  belə  bir  kəsin  ağlına  gətirə 

biləcəyi daha çox insan əməyini özündə ehtiva edir! 

Yarlık vurulmasını müşahidə edin. Bu, qətran və duda qarışığını isitməklə alınmış nazik qatdır. 

Qətranı necə alırsınız və axı duda nədir?  

Mənim metal hissəciyim, yəni ucluğum misdəndir. Sink və misi çıxaran insanları və təbiətin bu 

məhsulundan parıldayan mis lövhəcikləri istehsal etməyi bacaran şəxsləri düşünün. Ucluğumdakı 

qara  dairələr  qara  nikeldir.  Qara  nikel  nədir  və  necə  işlədirlir?  Ucluğumun  mərkəzində  qara 

nikelin niyə olmaması haqqında tam hekayətim səhifələr aparardı. 



                                                                      www.azadliqciragi.org

 



Sonra  isə  ticarətdə  qeyri-eleqantcasına  “tıxac”  adlandırılan  tacımın  fəxri  gəlir,  bu  hissənin 

köməyi  ilə  insanlar  mənimlə  etdikləri  səhvləri  pozurlar.  Pozma  prosesini  “faktis”  adlanan 

inqredient  həyata  keçirir.  Bu  rezinə  oxşar  məhsul  olub,  Hollandiyaya  məxsus  İst-İndiyadan 

gətirilmiş  raps  toxumunun  yağı  ilə  sulfit  xloridin  reaksiyasından  hazırlanır.  Rezin  isə  ümumi 

təsəvvürə  zidd  olaraq,  ancaq  bitişdirici  məqsəd  üçündür.  Sonra,  çoxlu  vulkanlaşdırma  və 

sürətləndirmə maddələri işlədilir. Pemza İtaliyadan gətirlir, və tıxaca öz rəngini verən piqment isə 

kadmium sulfiddir.  

 

Heç kim bilmir  

Kimsə  mənim  erkəndən  dediyim  dünyada  heç  kəs  məni  necə  hazırlamağı  bilmir  fikrinə  etiraz 

etmək istəyirmi?  

Əslində mənim yaranmağımda milyonların əli var, lakin heç kəs bu haqda digərindən çox bilmir. 

İndi isə deyə bilərsiniz ki, mən uzaq Braziliyada kofe toxumları toplayanlar və digər  yerlərdəki 

ərzaq  yetişdirənləri  mənim  yaranışımla  əlaqələndirməklə  çox  uzağa  gedirəm;  bu,  ifratçı 

mövqedir. Mən öz iddiamı dəstəkləyəcəyəm. Karandaş istehsal edən şirkətin prezidenti də daxil 

olmaqla,  bu  milyonlarla  adamın  arasında  ele  bir  adam  yoxdur  ki,  nou-haunun  həddindən  artıq 

kiçik  bir  hissəsindən  artıq  töhvə  vermiş  olsun.  Nou-hau  nöqteyi  nəzərindən  Seylondakı  qrafit 

mədənçisi  ilə  Oreqondakı  tirçi  arasındakı  fərq  yalnız  nou-haunun  növündəndır.  Fabrikdəki 

kimyaçı,  parafinin  neft  məhsulu  olmasını  nəzərə  alaraq,    neft  mədənindəki  fəhləsiz  keçinə 

bilmədiyi kimi, mədənçi də tirçisiz keçinə bilməz. 

Budur heyratəmiz bir fakt: nə neft mədənindəki fəhlə, nə kimyaçı, nə qrafit yaxud gil çıxaranlar, 

nə gəmi, qatar və ya yük maşınlarını istehsal edənlər, nə mənim metal hissəciyimdə naxış açan 

maşını  əldə  edən,  nə  də  şirkətin  prezidenti  öz  yeganə  tapşırığını  məni  istədyi  üçün  yerinə 

yetirmir.  Hər biri  məni, ola bilər ki,  ibtidai sinifdə oxuyan  uşaqdan da az istəyir. Həqiqətən, bu 

geniş kütlə arasında elələri var ki, nə karandaş görüb, nə də onu necə işlətməyi bilirlər. Onların 

motivasiyası mən deyiləm. Bəlkə buna oxşar bir şey ola bilər: Bu milyonlardan hər biri görür ki, 

o,  malik  olduğu  nou-haunun  kiçik  bir  hissəsini  ehtiyac  hiss  etdiyi  və  ya  arzuladığı  məhsul  və 

xidmətlər üçün mübadilə edə bilər. Mən həmin predmetlərin arasında ola da bilərəm, olmaya da 

bilərəm. 

 

Rəhbər yoxdur  

Daha heyrətləndirici fakt da mövcuddur: məni dünyaya gətirən bu saysız fəaliyyəti diqtə edən və 

məcburən istiqamətləndirən rəhbərin  olmaması faktı.   Belə bir şəxsin  izini  də tapa bilməzsiniz. 

Əvəzində işdə Gözəgörünməz Əli görə bilərik. Bu mənim əvvəlcədən istinad etdiyim sirrdir. 

Belə deyirlər ki, “Ancaq Allah ağac  yarada blər”. Niyə bununla razılaşırıq? Ona görəmi ki, biz 

bunu  edə  bilməyəcəyimizi  dərk  edirik?  Həqiqətən  biz  hətta  ağacı  təsvir  edə  bilərikmi? 

Təbəkkürlü ifadələrdən başqa, heç nə edə bilmirik. Məsələn deyə bilərik ki, müəyyən bir molekul 

konfiqurasiyası  özünü  ağac  kimi  təzahür  etdirir.  Lakin  insanlar  arasında  elə  bir  zəka  varmı  ki, 

ağacın  ömrü  ərzində  molekullarda  daima  baş  verən  dəyişiklikləri  idarə  etmək  bir  tərəfə  qalsın, 

onları qeyd edə bilsin? Belə bir igidlik ağlasığmazdır!  




                                                                      www.azadliqciragi.org

 



Mən,  karandaş,  ağac,  sink,  mis,  qrafit  və  s.  möcüzələrin  mürəkkəb  kombinasiyasıyam.  Lakin 

Təbiətdə özünü təzahür edən bu möcüzələrə daha fövqəladəsi əlavə olunmuşdur. Yaradıcı insan 

enerjisinin  konfiqurasiyası  –  milyonlarla  kiçicik  bilgilər  hər  hansı  insan  rəhbərliyi  olmadan 

insanın ehtiyac və istəklərinə cavab olaraq təbii və spontan olaraq formalaşır. Ağacı təkcə Allah 

yarada bildiyi üçün təkid edrəm ki, məni də yalnız Allah yarada bilir. İnsan molekulları bir yerə 

qoyub  ağac  yarada  bilmədiyi  kimi,  mənim  həyata  gəlməyim  üçün  tələb  olunan  bu  milyonlarla 

bilgiləri idarə edə bilməz.  

Mən  yazanda  ki,  “Siz  mənim  təcəssüm  etdirdiyim  möcüzədən  xəbərdar  olsanız,  bəşəriyyətin 

bədbəxtliklə  itirməkdə  olduğu  azadlığını  xilas  edə  bilərsiniz”  –  məhz  yuxarıdakıları  nəzərdə 

tuturdum. Çünki Əgər kimsə bu bilgilərin təbii, bəli, avtomatik olaraq, özlərini insan ehtiyac və 

istəklərinə  cavab  olaraq  yaradıcı  və  məhsuldar  formada  təşkil  edə  bilməsindən,  yəni  heç  bir 

hökümət və ya digər məcburi rəhbərlik olmadan, xəbərdar olarsa, onda həmin şəxs, azadlıq üçün 

mütləq zəruri inqredientə malik olacaq: azad insanlara inam. Belə inam olmadan azadlıq qeyri-

mümkündür. 

Dövlət  hər  hansı  yaradıcı  fəaliyyət  üzərində  monopoliyaya  malik  olduqda  –  məsələn  poçtun 

çatdırılması  kimi  –  fərdlərin  çoxu  inanacaq  ki,  poçt  azad  şəkildə  fəaliyyət  gösətərən  insanlar 

tərəfindən effektli şəkildə çatdırıla bilməz. Və bunun səbəbi aşağıdakıdır: Hər kəs etiraf edir ki, o 

özü poçtun çatdırılması prosesinə xas olan işləri necə etməyi bilmir. O, həm də başa düşür ki, heç 

bir digər fərd də bunu edə bilməz. Bu fərziyyələr doğrudur. Heç bir fərd karandaş yaratmaq üçün 

kifayət  qədər  bilgiyə  malik  olmadığı  kimi,  heç  kəsin  də  Milli  Poçtun  çatdırılması  üçün  kifayət 

qədər  bilgisi  yoxdur.  Məhz  azad  insanlara  inam  olmadıqda  –  bu  ehtiyacı  ödəmək  üçün 

milyonlarla kiçicik bilgilərin təbii və möcüzəli şəkildə bir araya gəlməyindən və əməkdaşlığından 

xəbərsiz olduqda – fərd əlacsız qalaraq, poçtun ancaq dövlətin “rəhbərliyi” ilə çatdırıla biləcəyi 

qənaətinə gəlir.   



 

Şahid Bolluğu 

Əgər mən, Karandaş, kişi və qadınların azad surətdə çalışarkən nələrə qadir olacağı haqda şahid 

kimi çıxış edən yaganə obyekt olsaydım, onda buna az inamı olanları ədalətli prosess gözləmiş 

olardı. Buna baxmayaraq, bu işdə şahıd bolluğu var; bütün bunlar bizə və hər bir işçiyə aiddir. 

Poçt  çatdırılması,  məsələn  avtomobil  və  ya  hesablayıcı  maşın,  yaxud  taxıl  kombaynı  və  ya  un 

üyüdən  maşın,  yaxud  da  10  min  digər  şeylərin  istehsalı  ilə  müqayisədə  həddən  artıq  sadə 

prosesdir. Çatdırılma? Niyə ki, adamların sərbəst çalışmasına imkan verilən yerlərdə, onlar insan 

səsini  bütün  dünyaya  bir  saniyədən  az  müddətə  yayırlar;  onlar  hər  hansı  hadisəni  baş  verərkən 

vizual  olaraq  və  hərəkətdə  olarkən  hər  kəsin  evinə  çatdırırlar;  onlar  150  sərnişini  Sietldan 

Baltimora 4 saatdan da az vaxta çatdırırlar; onlar qazı həddən artıq aşağı qiymətə və subsidiyasız 

Texasdan  kiminsə  Nyu-Yorkdakı  peçinə  ötürürlər;  onlar  hər  dörd  funt  nefti  Fars  körfəzindən 

bizim şərq sahilimizə dünyanın yarısını dolanmaqla hökümətin bir unsiyalıq məktubu küçənin bir 

tərəfindən o biri tərəfinə çatdırmaq üçün aldığı puldan daha ucuz qiymətə göndərirlər! 

Öyrətmək istədiyim dərs budur: Bütün yaradıcı enerjiləri sərbəst buraxın. Sadəcə, cəmiyyəti bu 

dərslə  harmoniyada  hərəkət  etmək  üçün  təşkil  edin.  Qoyun  cəmiyyətin  hüquqi  aparatı  bütün 

maneələri gücü çatdığı qədər aradan qaldırsın. İmkan verin ki, bu yaradıcı bilgilər sərbəst surətdə 

axsın.  Azad  kişi  və  qadınların  Görünməz  Ələ  cavab  verəcəklərinə  inamınız  olsun.  Bu  inam 

təsdiqini  tapacaqdır.  Mən,  Karandaş,  sadə  görünməyimə  baxmayaraq,  öz  yaranma  möcüzəmi 




                                                                      www.azadliqciragi.org

 



şəhadət kimi təklif edirəm ki, Günəş, yağış, sidr ağacı, gözəl yer kürəsi praktik olduğu qədər bu 

da praktik inamdır. 

Leonard.E.Rid  (1898-1923)  1946-cı  ildə  İTT-ni  təsis  etmiş  və  ömrünün  sonunadək  onun 

prezidenti  olmuşdur.  Onun  ən  məhçur  essesi  “Mən,  Karandaş”  əsəri  ilk  dəfə  “Azad  insan” 

jurnalının 1958-ci il nömrəsində çap olunmuşdur. Son qırx il ərzində bəzi istehsal detalları və yer 

adları dəyişilsə də prinsiplər dəyişməz qalmışdır.  




                                                                      www.azadliqciragi.org

 



Epiloq 

 

İki  düşüncə  tərzi  mövcuddur:  bəsit  və  bəsirətli.  Bəsit  düşünənlər  qərəzli  ağılın  şüurlu 



planlaşdırılmasından  başqa,  digər  mənbələrdən  necə  kompleks  və  faydalı  sosial  sifarişlərin 

yaranmasını  dərk  edə  bilmirlər.  Bəsirətli  düşüncə  sahibləri  isə,  əksinə,  başa  düşürlər  ki,  fərdi 

hərəkətlər həmişə fərdlərin öz hərəkətlərini hər hansı yuxarıdakı planlaşdırmadan asılı olmayaraq 

digərləri  ilə  koordinasiya  etməyə  dəstək  verən  mühitdə  baş  verir.  T.A.  Hayek  belə 

planlaşdırılmamış, harmonik kordinasiyanı “spontan nizam” adlandırırdı.  

Bəsirətli  ağılın  əlaməti  təkcə  belə  spontan  nizamlar  ideyasını  qovmamaq  deyil,  həm  də  bu 

nizamları  şüurlu  surətdə  inkişaf  etdirmək  və  ya  imitasiya  etmək  cəhdlərinin  uğursuzluğa 

məhkumluğunu anlamaqdır. “Niyə belə?” – deyə bəsit düşünən soruşur. “Axı necə təsadüf şüurlu 

ağılın dərk etdiyindən və həyata keçirdiyindən daha ali olan mürəkkəb nizamı yarada bilər?”. Bu 

suala  cavab  olaraq  bəsirətli  düşünən  bildirir  ki,  spontan  nizamlar  təsadüfdən  yaranmır:  spontan 

nizmanların  daxilindəki  hər  bir  fərdin  həyata  keçirdiyi  davamlı  tənzimləmələr  dəqiq  məntiqə  - 

qarşılıqlı  razılıq  məntiqinə  əsaslanır.  Çünki  heç  bir  mərkəzi  planlaşdırıcı  hər  bir  fərdin  unikal 

şəraitinin bütün  detallarını bilə bilməz. Heç bir  mərkəzi  planlaşdırıcı  hər bir və bütün  fərdlərin 

hər bir və bütün hərəkətlərini digər saysız fərdlərlə birlikdə ən yaxşı formada necə təşkil etməyin 

yolunu bilə bilməz.  

XVIII əsrdə xeyli alim, xüsusilə David Yum və Adam Smit, özəl mülkiyyət hüquqlarının eqoist 

istehsalçı və istehlakçıları qarşılıqlı faydalı istiqamətdə hərəkət etməyə necə kömək etdiyini izah 

edən düşüncə tərzini inkişaf etdirdilər. Mürəkkəb spontan nizam qüvvələri belə kəşf olundu və bu 

kəşflə də müasir iqtisadçılar formalaşmağa başladılar.  

Ötən  iki  əsr  ərzində  iqtisadiyyat  bizim  təkcə  sənaye  və  kommersiya  deyil,  həm  də  cəmiyyət 

haqqında  anlayışımızın  genişləndirilməsi  sahəsində  böyük  uğurlar  əldə  etmişdir.  Müasir 

iqtisadiyyat,  yəni  spontan  nizamların  peyda  olmasını  tədqiq  edən  iqtisadiyyat,  dövlətin  şüurlu 

istiqamətləndirməsi  etibarlı  özəl  mülkiyyət  hüquqları  sistemində  insanların  həyata  keçirdikləri 

müştərək  tənzimləmələr  modeli  üzərində  daha  üstün  qüvvəyə  malik  ola  biləcəyi  haqqında  sadə 

anlayışa qarşı inamlı peyvənddir. 

Hər  hansı  sadə  düşüncə  tərzindən  azad  olmaq  müəyyən  cəhdlər  tələb  etdiyi  kimi  müasir 

iqtisadiyyatı  öyrənmək  də  bir  qədər  səy  tələb  edir.  Onda,  bu  heç  də  təəccüblü  deyil  ki,  bu 

mövzunun  geniş  dərkinə  ən  çox  töhfə  vermiş  iqtisadçılar  sonralar  ağlın  təbəkkürlü  düşüncədən 

mürəkkəb  daxili  xüsusiyyətləri  qavramağa  keçidini  asanlaşdıran  analogiyalardan  və  gündəlik 

müşahidələdən  bacarıqla  istifadə  edən  aydın  və  parlaq  yazıçılar  oldular.  Ən  yaxşı  iqtisadçı 

yazıçılar  bir  vaxtlar  sadə  düşüncə  tərəfdarı  olanların  belə  deməsinə  səbəb  olurlar:  “Aha!  İndi 

bunu başa düşürəm”. Bacarıqla təlimləndirimiş sadə düşüncə ağıla çevrilir.  

Azad  bazarların  dünyanın  hər  yerindən  olan  təxminən  milyonlarla  insanın  hərəkətlərini  uğurla 

bütöv bir istehsala koordinə etməsi kimi heyratəmiz faktı cəmi bir neçə səhifədə mütləq gücü ilə 

nümayiş etditmək nöqteyi nəzərindən iqtisadiyyata aid yazılmış heç bir əsər Leonard Ridin “Mən, 

Karandaş”  essesi  ilə  müqayisə  oluna  bilməz.  Esse  öz  gücünü  Ridin  təkzibolunmaz,  dərin  və 

effektli nəticə ilə bitən prozaik mənzərəsində əxz edir: saysız heasbsız insanların bilikləri təkcə 

bir karandaş istehsal etmək üçün toplanır.  

İqtisadiyyata  təzə  gələn  hər  bir  şəxs  “Mən,  Karandaş”ı  oxuduqdan  sonra  dərindən  sarsılaraq 

mərkəzi planlaşdırma və tənzimləmənin aliliyinə sadə inamını itirə bilər. Əgər mən dünyada hər 

bir  insanın  oxumalı  olduğu  esse,  yaxud  kitabı  seçməli  olsaydım,  tərəddüd  etmədən  “Mən, 



                                                                      www.azadliqciragi.org

 

10 



Karandaş”ı seçərdim. Bu oxucuların iqtisadiyyata dair bəsit anlayışları yeni, daha dərin və doğru 

anlamaya çevrilərdi.  



Donald. C. Budro 

Yüklə 78,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə