Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə1/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
  1   2   3   4   5   6   7   8   9   ...   74




 
Mahatma Qandi 
Tərcümə edən: Güntay Gəncalp 
 
Bütün insanlar qardaşdır
*
 
 
 
İçindəkilər: 
-
 
Tərcüməçidən önsöz 
-
 
Əski  Hindistan  Cümhurbaşqanı  Rada  Krişnandan  giriş 
söz 
-
 
Özkeçmişim. 
-
 
Həqiqət və məzhəb 
-
 
Araclar və amaclar 
-
 
Ahimsa və ya qeyri—aqressivlik 
-
 
Şəxsi ilkələr 
-
 
Dün
ya barışı 
-
 
Insan və teknoloji 
-
 
Bolluq içində yoxsulluq 
-
 
Demokratiya və xalq 
-
 
Eyitim 
-
 
Qadınlar 
-
 
Müxtəlif qonular 
-
 
Sözlük 
 
 
 
 
                                                 
*
 
Qandinin “Bütün insanlar qardaşdır” kitabını 20 ildir özümlə 
daşıyıram.  Həyatımın  çətin  günlərində  mütləqa  bu  kitabı 
təkrar—təkrar  oxuyub  ruhumu  sakitləşdirmişəm.  Sonunda 
qərara  gəldim  ki,  bu  böyük  insanın  önəmli  əsərini  dilimizə 
tərcümə edim. Kitaba əski Hindistan cümhurbaşqanı və dəyərli 
filosof  
S. Rada Krişnan bir ön söz yazmışdır. G.G   



 
Tərcüməçidən önsöz 
 
UNESCO´nun  ümumi  iclası  1956-cı  ildə  Yeni  Dehlidə 
keçirildi.  Bu  iclasda  qərara  alındı  ki,  Qandinin  görüşlərini 
yansıdan  bir  kitab  hazırlanıb  yayımlansın.  Hindistanda 
parlayan bu böyük insanın öyrətilərinin dünyaya çatdırılmasını 
UNESCO  qərarlaşdırdı.  Ktab  bu  qərardan  iki  il  sonra 
yayımlandı.  Böyük  filosofu  və  daha  sonra  Hindistanın 
cümhurbaşqanı  olan  Rada  Krişnan  bu  kitaba  bir  önsöz  yazdı. 
UNESCO  bu  qərarı  ilə  də  yetinməyib  1968-ci  ildə  Qandinin 
100 illiyi münasibəti ilə BMT-yə üzv olan bütün dövlətlərdən 
istədi  ki,  bu  kitabı  öz  dillərinə  tərcümə  edib  ölkələrində 
yayımlasınlar. Ən sonda UNESCO Qandinin görüşləri əsasında 
dərləyib “Bütün insanlar qardaşdır” olaraq adlandırdığı kitabın 
bütün millətlərin dillərinə tərcüməsini alqışladı.  
Bu  kitabın  ana  dilimizə  tərcüməsini  Qandinin  böyük 
ruhuna bir ərməğan olaraq sunuram.  
Güntay Gəncalp 
25.01.2011 
 
 
 
Giriş 
D
ünyaya  öyrədəcək  yeni  bir  sözüm  yoxdur.  Doğruluq 
və qeyri-aqressiv siyasət dağlar qədər əski bir mövzudur. 
(Qandi) 
 
 
Əsrlərdən əsrlərə böyük bir öyrətmən ortaya çıxar. Bu 
ərdəmli  insanın  ortaya  çıxması  üçün  bəzən  neçə  əsr  zaman 
lazım olur. Bu böyük ərdəmli şəxsiyətlər öncə öz yaşamlarında 
böyüklüyə əməl edirlər. Daha sonra başqalarına örnək olurlar. 
Qandi  böylə  bir  öyrətmən  idi.  Bu kitabda toplanan Qandinin 
yazılı görüşləri Şri Krişna Kirpalani tərəfindən seçilmişdir. Bu 



 
kitab oxucuy
a Qandinin dünyagörüşünün necə biçimlənməsi və 
onun  elmi  yöntəmləri  ilə  ilgili  gərəkən  bilgini  verəcəkdir. 
Qandi 
düşüncəsinin  kökü  Hindistanın  doğrunu  arayan  dini 
uyqarlığının  dərinliyinə  dayanmaqdadır.  Hindistanın  heç  bir 
şeyə  bağlanmama,  həyata  sayqı  ilə  yanaşma,  Tanrını  tanıyıb 
bilmək  üçün  hər  şeyi  fəda  etmə  gələnəyi  Qandi  yaşamını 
dərindən etkiləmişdi. O, bütün ömrü boyunca doğrunu aramışdı 
və  deyirdi:  “Yaşam  hərəkətdir  və  mənim  bütün  vücudum 
doğrunu axtarmağa adanmışdır.” 
Əski  gələnəklərin  dərinliklərindən  qaynaqlanmayan 
həyat  dayazdır.  Bəziləri  sanırlar  ki,  nəyin  doğru  olduğunu 
bildiyimizdən  sonra  onu  etmiş  oluruq.  Ancaq  böylə  deyildir. 
Bəzən nəyin doğru olduğunu bildiyimiz halda özümüzdən asılı 
olmayaraq doğru olanı seçmirik. Meyllərimizin basqısı altında 
yenilərək  doğru  olmayanı  seçmiş  oluruq.  Hind  nəzəriyələrinə 
görə  “İndiki  durumumuzda  biz,  ancaq  yarı  insan  sayılırıq. 
Yalnız  məhəbbətin  içgüdüləri  yenməsindən  sonra  bizim 
heyvani  özəlliklərimiz  ortadan  qaldırılmış  olur.”  Böyük 
çalışmalarla,  yanlışlıqlarla  iç-içə  olan  bir  hərəkətlə  nəfsimizi 
ci
ddi disiplinə tabe tutaraq, ağrılı addımlarla təkamül yolunda 
irəliləmək mümkündür.  
 
Məzhəb  Qandi  üçün  əqli  və  əxlaqi  özəllik  sayılırdı. 
Ağlı  və  vicdanı  ilə  örtüşməyən  heç  bir  inancı  qəbul  etmirdi. 
Əgər biz Tanrıya inansaq və bu inanc yalnızca bizim ağlımızda 
deyil,  bütün  vücudumuzda  yerləşmiş  olsa,  o  zaman  bütün 
bəşəriyəti  irqi,  milli,  məzhəbi,  sinfi,  cinsi  ayrımcılıq  etmədən 
sevə biləcəyik. Bəşəriyətin bütünlüyü və ortaq yazqısı yolunda 
çalışa  biləcəyik.  “Mənim  bütün  əməllərim  bəşər  toplumuna 
olan dəyişməz məhəbbətimdən qaynaqlanır. Mənim inancımda 
özgə yoxdur. Vətəndaş, yabancı, ağ-qara, hindistanlı və qeyri-
hindistanlı  anlayışlarının  mənim  üçün  bir  anlamı  yoxdur. 
Mənim  gözümdə  buddist,  müsəlman,  xristian,  yəhudi 
kimlikləri  heç  bir  imtiyaz  daşımır.  Hamısı  insandır.  Mənim 
ürəyim insanları bu biçim görə bilmir.” 



 
 
“Sürəkli  və düzənli  dualar  aracılığı  ilə  qırx  ildən  artıq 
bir  zaman  içində  kimsəyə  nifrət  etməməyi  başarmışam. 
İçimdən nifrət doğuracaq bütün etkənləri silmişəm.” 
 
Bütün  insanlar  qardaşdır  və  heç  bir insan dini, milli 
mənsubiyətindən  dolayı  bir  başqasından  üstün  deyildir. 
Sarvodaya
1
 
bəşərin  amacı  olmalıdır.  Tanrı  bütün  insanları 
birləşdirib bir-birinə  bağlayan  ortaq  bağdır.  Ən  qəddar 
düşmənlə  rastlandığımızda  da  bu  bağın  qırılması  Tanrını  heç 
sayma 
anlamına  gəldiyindən  dolayı  çox  zərərli  ola  bilər.  Ən 
şarlatan insanda da insanlıq bəlirtiləri var. 
 
Bu  nəzəriyə  milli  və  uluslar  arası  sorunların  çözümü 
üçün qeyri-
aqressivliyi  qəbul  etməyi  gərəkdirir.  Qandı  israrla 
deyirdi  ki,  xəyalcı  deyil,  tam  tərsinə  əməl  əhli  olan  bir 
ülküçüdür.  
“Qeyri-
aqressiv  davranış,  yalnız  müqəddəslərə  və 
dahilərə  xas  olan  bir  davranış  deyildir.  Qeyri—aqressivlik 
insanlıq yasasıdır. Aqressivlik heyvanların yasası olduğu kimi, 
qeyri-
aqressivlik  də  insanlığın  yasasıdır.  Heyvanda ruh 
yatmışdır bu üzdən də fiziki və maddi yasanın ötəsində bir şey 
tanımaz.  Ancaq  insanda  ruh  yatmamışdır,  hərəkət  halındadır. 
Bu  üzdən  də  insanın  daha  üstün  ruhi  gücə  tabe  olması 
gərəkməkdədir.” 
 
Bəşər  tarixində  qeyri-aqressivliyi  bireysəl  sahədən 
siyasi v
ə toplumsal sahəyə daşıyan ilk kişi Qandi olmuşdur. O, 
qeyri-
aqressivliyi  göstərmək,  onun  dəyər  və  etibarını 
yüksəltmək üçün siyasətlə uğraşırdı.  
“Bəzi  dostlar  deyirlər  ki,  siyasətdə  və  dünya  işlərində 
aqressivsizliyə yer yoxdur. Siyasət və həqiqət uyuşmazlarmış. 
Mən  bu  dostlarla  razılaşa  bilmirəm.  Sadəcə  fərdlərin 
qurtuluşuna  yönəlmiş  üsulları  dəyərsiz  sayıram.  Bu  üsulları 
gündəlik siyasi-sosial həyata tətbiq etmək mənim əsas amacım 
olmuşdur.” 
                                                 
1
. Sarvodaya- 
rifah və sosial güvənlik. Qandinin kitablarından birinin adıdır.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə