Mentalitet və azərbaycançılıq ideologiyası Sahibə Əliyeva



Yüklə 83,32 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü83,32 Kb.
#11785
növüMücərrəd


AMEA.Elmi əsərlər.Fəlsəfə, sosialogiya və hüquq institutu.-2013.-№ 11.-S.53-60. 

 

Mentalitet və azərbaycançılıq ideologiyası 

 

Sahibə Əliyeva 

Dissertant, ВDU 

  

Sosial-fəlsəfı  tədqiqatlarda  milli  özünütəsdiq  kateqoriyası  mücərrəd  anlayış  deyil,  sosiomədəni 



fenomen kimi qiymətləndirilən suveren Azərbaycan vətəndaşlarının həyat tərzinin ayrılmaz elementidir. 

Vətən  amalı  anlayışının  strukturunda  vətənə  xidmət  prinsipi  ilə  yanaşı  milli  özünütəsdiq  də  mühüm 

sosial-psixoloji  komponentdir.  Hər  bir  xalqın  yaşadığı  torpaq  onun  ruhi  beşiyidir,  çünki  vətən  hissi, 

millətin mənəvi-əxlaqi dəyərləri məhz bu etnomədəni məkanda, özünütəsdiq prosesində formalaşır. Milli-

mədəni yaddaşda, insanların əqidəsində vətən diyarı, doğma torpaq əcdadlarımızın beşiyi kimi müqəddəs 

anlayış  olaraq  daim  yaşayır.  Bu  kateqoriyada  ölkənin  təbii  landşaftı,  xalqın  sosial-iqtisadi  və  mənəvi 

dəyərləri haqqında təsəvvürləri, onun təfəkkürünün mental xüsusiyyətləri sabit struktur elementləri rolunu 

oynayır.  Həmin  struktur  elementləri  şəxsiyyətin  mənlik  şüurunda  öz  doğma  etnik  torpağına  məhəbbəti, 

doğma diyarına bağlılığı, xalqın ənənələrinə və adətlərinə dərin ehtiramı dönməz sosial fenomen kimi bu 

gün suveren Azərbaycan vətəndaşlarının vətən amalı ilə özünütəsdiq fəaliyyəti yeni mental keyfiyyətləri 

formalaşdıran faktora çevrilməkdədir. Doğma diyara və ata ocağına təbii bağlılıq onun tarixi yaddaşının 

və milli şüurunun vətən xislətində olduğu kimi xalqımızın görkəmli mütəfəkkirlərinin əsərlərində də öz 

əksini  tapmışdır.  Onlar  həmişə  millətin  bəşəri  təcrübəsində  xalqımızın  ləyaqətini  ucaldan,  onu  digər 

xalqlardan fərqləndirən mental keyfiyyətləri vəsf etmişlər. Xalqımızın sosiomədəni təcrübəsində mərdlik, 

cəsarət,  ləyaqət,  ulu  babaların  ənənə  və  adətləri,  xeyirxahlıq  və  əməksevərlik  həmişə  yüksək 

qiymətləndirilmişdir.  Abbas  Səhhətin  «Vətənim  verdi  mənə  nanu-nəmək,  Vətəni  məncə  unutmaq  nə 

demək» sözləri həmişə azərbaycanlıların şüurunda Vətənə məhəbbət hissi, milli mentalitetin xüsusiyyəti 

kimi həkk olunub. 

İngilis  fılosofu  Arnold  Toynbi  hesab  edir  ki,  yaşadığımız  tarixi  dövr  bütün  bəşəriyyəti  sınaqlara 

məruz qoyur (1, s.605). Bu mülahizə həqiqətən də hamımızı düşündürməlidir. Hazırda milli inkişafımız 

elə  bir  mərhələdədir  ki,  sosial  həyatımızı  müşayiət  edən  sosiomədəni  konfliktlər,  milli  mənlik 

şüurumuzun üzləşdiyi sosial sarsıntılar bəşəriyyəti həlli olduqca çətin olan böyük sosial-siyasi problemlər 

qarşısında  qoymuşdur.  Təfəkkürdə  ekoloji  məsələlərlə  bağlı  narahatlığın  artması,  transmilli 

korporasiyalar  insanların  gələcəyi  üçün  gözlənilməz  təhlükə  yaradır.  İnformasiya  böhran  və  artmaqda 

olan  millətçilik  meylləri  dövlətləri  yeni  geosıyası  şəraitdə  milli  mənafelər  naminə  bazar  qanunlarının 

məntiqindən  irəli  gələn  qüsurları  və  konfliktləri  aradan  qaldırmaq  məqsədilə  real  vəziyyətə  müdaxilə 

siyasəti yeritməyə məcbur edir gözlənilməz problemləri ortaya qoyan informasiya proseslərinin danılmaz 

nəticələri ilə hesablaşmağa vadar edir. 

Bu  günün  sosial  tarixi  reallıqlarında  bütün  xalqları,  xüsusilə  gənc  demokratları  narahat  edən 

problemlərin sınağa çəkilməsi milli mənlik şüurunun dinamikliyini, milli-etnik dünyagörüşündə düşüncə 

tərzindəki  mental  xüsusiyyətləri  üzə  çıxarır.  Bu  keyfiyyət  böhranlı  anlarda  xalqları  adətən 

özünürefleksiyaya,  öz  milli  təcrübələrinə  yenidən  baxmağa,  sosial-tarixi  yaddaşlardakı  sosiomədəni 

dəyərlərə  yeni  təfəkkürlə  yanaşmağa  sövq  edir.  Çünki  intensiv  transformasiya  prosesləri  dünyanın 

mənzərəsində dəyişən cəmiyyətə artıq ənənəvi təcrübənin məzmununa və sərvətlərinə yenidən baxmağı, 

yeni tarixi həqiqətin bərqərar olduğu gerçəklikdə yeni seçim etməyi tələb edir. Milli və bəşəri dəyərlərdən 

bəhrələnmiş xalqlar artıq başa düşmüşlər ki, öz milli mənliyinin başlıca qayəsi kimi müasir yeniliklərin 

sosiomədəni  dərki,  mentalitetin  saflaşdırılması  zamanın  tələbidir.  Məhz  genişmiqyaslı  təfəkkürün 

daşıyıcısı  olan  xalq  dərk  edir  ki,  əgər  tərəqqiyə  inam  onun  düşüncəsinə  hakim  kəsilmirsə,  onun  milli 

inkişafi yolunda üzə çıxan sosial maneələri aradan qaldırmaq mümkün deyildir. Konkret tarixi şəraitdə bir 

çox  situasiyalarda  neqativ  təsirlərlə  üzləşən  xalq  düzgün  dünyagörüşü  seçimi  etmirsə,  mənəviyyatını, 

əxlaqi  idealını  və  milli  varlığını  xilas  edə  bilmir,  vətən  amalı  və  millət  anlamları  onun  düşüncəsinin 

strukturunda dəyərincə yer tutmur. Bu kontekstdə, fikrimizcə, xalqın milli mənlik şüurunda vətən amalı 

problemi  milli-mədəni  düşüncəmizin  müqəddəs  anlayışı  kimi  təhlil  olunmalıdır.  Milli  dövlətçilik 

ideologiyasında mühüm nəzəri ideya budur ki, vətən amalı kateqoriyası və onun struktur elementləri milli 

mənlik  şüurunda  «milli  faktor»  problemi  kimi  milli  həmrəyliyin  dərkində  inteqrativ  mexanizm  kimi 

diqqəti cəlb etməlidir. 

Biz  sosial  fəlsəfə  elmində  «milli  faktor»  kateqoriyasını  millətin  real  iqtisadi,  sosial-psixoloji  və 

mədəni  həyatının  potensialını  hərəkətə  gətirən  mexanizm  kimı  başa  düşürük.  Bu  anlayışın   potensial 

məzmunu  ilk  növbədə  millətin  mənlik  şüurunun  xarakterik  xüsusiyyətlərində,  emosional-psixoloji 



cəhətlərində açılır. Bizə elə gəlir ki, məsələyə müasir azərbaycanlıların yeni mentalitetinin formalaşması 

baxımından yanaşılarsa, milli faktor probleminin xalqın mənəvi potensialı, onun təzahür Formaları, milli 

mədəniyyət və milli mənlik şüuru kontekstində nəzərdən keçirilməsi daha məhsuldar yanaşma olardı. 

Milli  mədəniyyətin  və 

milli  mənlik  şüurunun  mental  xüsusiyyətlərinin  inkişaf 

qanunauyğunluqlarından  biri  mənəvi  irsin  varisliyidir  (2,  s.71).  Ən  ümumi  mənada  varislik  inkişaf 

prosesində yeni ilə köhnə arasında obyektiv əlaqədir. Varislik proseslərinin düzgün başa düşülməsi onun 

yeni metodologiya baxımından təhlili-istər keçmişin nailiyyətlərinə qeyri-tənqidi yanaşılma və istərsə də 

mədəni  irsin  nihilistcəsinə  inkarı  ilə  mübarizə  nöqteyi-nəzərdən  xüsusi  əhəmiyyət  kəsb  edir.  Məlum 

olduğu  kimi,  mədəniyyət  bir  sistem  halında  insanların  maddi  və  mənəvi  fəaliyyətinin  nəticəsində 

təcəssümünü tapmış zəngin sosial təcrübədir. Bu isə о deməkdir ki, birincisi, konkret mədəniyyətdə hər 

xalqın  dünyagörüşü,  millətin  mənəvi  ideal  təmsil  olunur,  deməli,  onların  dünya  anlamı  və  ətraf  mühiti 

dərketməsi xüsusiyyəti həmi xalqın ıdeya-psixoloji baxışlarında öz əksini tapır. İkincisi, mənəvi irs ayrıca 

insanın  təcrübəsi  bilikləri  və  fəaliyyətini  deyil,  bütövlükdə  xalqın  tarixi  yaddaşını,  onun  dərk  olunmuş 

mənafelərini və məqsədlərini əhatə edir. Xalqı vəhdətdə birləşdirən bu sosiomədəni faktorlar onun milli 

inkişafının  mühüm  sosial  mexanizmləridir.  Bizcə,  bu  mənada  xalqın  milli  özünütəsdiqi  problemi,  milli 

mədəniyyət və milli mənlik şüuru milli təfəkkürün mental xüsusiyyətləri ilə six vəhdətdə götürülməlidir. 

Hesab  edirik  ki,  belə  yanaşma  sosial-fəlsəfə  elmində  mühüm  metodoloji  təhlil  mexanizmi  kimi 

araşdırmalıdır. Bunu da qeyd edək ki, mil özünütəsdiq ictimai görüşlərin kontekstində öz real strukturları 

baxımından  öyrənilməlidir  çünki  о  heç  də  milli  özünütəcrid  prinsipi  kimi  deyil,  əksinə  milli  inkişaf 

naminə  inteqrasiya  proseslərinə  qoşulmağın  zəruriliyini  bildirən  sosial-fəlsəfi  ideya  mənasında  başa 

düşülməlidir. Müasir qloballaşma proseslərinin gedişində baş verən dəyişikliklərin məntiqi belədir ki, ye 

cəmiyyət о zaman meydana gəlir ki, istehsal münasibətlərində, hakimiyyət və sosial təcrübə əlaqələrində 

yeni  mədəniyyətin  formalaşmasını  şərtləndirən  struktur  dəyişiklikləri  baş  verir.  Real  dəyişikliklərin 

məntiqi belədir ki, ən güclü dövlət belə, özünümövcud inteqrasiya proseslərində təsdiq etməsə, zamanın 

inkişaf  məhvərindən  qopmuş  olur.  Milli  özünütəsdiq millətin  sosial  varlığının,  eləcə  də  onun  dünyanın 

yeni sosial-siyasi strukturlarında tanınması üçün müqəddəsdir. 

Etiraf  edək  ki,  ölkəmizdə  demokratikləşmə  prosesləri  öz  gözlənilməz  xüsusiyyətləri  və  bəzən  də 

konfliktləri  ilə  xalqın  milli  mənlik  şüuru  üçün  siyasi-psixoloji  sınaq  amili  olmuşdur.  Bu  gün  vətənin 

təhlükəsizliyi  qarşısında  vicdan  məsuliyyəti  vətənçilik  anlayışının  strukturunda  mühüm  elementlərdən 

birinə  çevrilmişdir.  Yeniləşmə  prosesləri  xalqın  mənlik  şüurunun  mental  xüsusiyyətlərinin  bir  daha 

aşkarlanmasına  təkan  verərək  yeni  şəraitdə  «milli  tarixi  məsuliyyət»  fenomeninin  aktuallığını  daha  da 

artırmışdır.  Xalqın  mənlik  şüurunda  gələcək  nəsillərin  azad,  müstəqil,  öz  milli  ənənələrinə,  tarixi 

keçmişinin  pozitiv  məqamlarına  sədaqət  inamı,  ümumi  birgə  səylə  bütün  vətənin  mənəvi-siyasi 

potensialının  inkişaf  etdirilməsinin  zəruriliyi  ideyasının  dərki  və  özünütəsdiq  psixologiyasının  yeni, 

müsbət  çalarlarda  formalaşmağa  başladığı  belə  bir  tarixi  anda  hər  kəs  öz  əməli  üçün  fərdi  məsuliyyət 

daşımağı özünün vicdan işi hesab etmişdir. 

Sosiomədəni  kontekstdə  vətən  və  vicdan  anlamı  özünütəsdiqlə  bir  əxlaqi  meyarlar  sistemində 

təsəvvür edilən anlayışlardır. Xalqın mənlik şüurunda müstəqil Azərbaycanın taleyi qarşısında məsuliyyət 

hissini  itirmiş  bəzi  liderlərin  eqoist,  ambisiyalı  düşüncələri  həmişə  vətənçiliyə  neqativ  münasibət  kimi 

qəbul  edilmişdir.  Xalqın  gərgin  sosial-siyasi  anlar  keçirməsi  vətən  amalı  faktorunun  daha  da 

qabardılmasına,  onun  əxlaqi  mahiyyətinin  isə  böyük  tərbiyəvi  faktora  çevrilməsinə  səbəb  olmuşdur. 

Lakin biz bu fenomenin əsl mental mahiyyətini daha dərindən təhlil etmək məqsədilə «riskli tarixi seçim 

və milli dövlətçiliyə psixoloji etimad» probleminə toxunmaq istərdik. Millətin sosial varlığı onun mənəvi 

məsuliyyətli  seçimi  ilə  six  vəhdət  təşkil  edir.  Məsuliyyətli  addım  onun  mövcudluğunun  və  milli 

inkişafının  danılmaz  məntiqindən  doğur,  milli  mənlik  şüuru  özünütəsdiqə  meyilli  olan  insanlarımızın 

dühasının və təfəkkürünün predmetidir. Təcrübə göstərir ki, yüksək məsuliyyət hissi ilə müşayiət olunan 

riskli  seçmə-tarixin  ən  gərgin  anlarında  müxtəlif  həyat  tərzli  insanların  iradə  və  intellektinin  daim 

toqquşduğu, milli mentalitetin funksional təbiətinin açılmağa başladığı dövrdə ehtiyac duyulur. Bu tarixi 

məqam  bir  daha  göstərir  ki,  sosiumun  böhranlı  anlarında,  xüsusilə  yeni  demokratik  quruculuğa  keçid 

dövründə  konfliktli  vəziyyətin  yarandığı  mərhələdə  seçim  edərkən  milli  mentallıq  fenomeni  nəzərə 

alınmalıdır. 

Ölkəmizin kiçik bir tarixi kəsimində həyata keçirilməkdə olan demokratikləşmə proseslərin təhlil 

edərkən  bir  daha  aydın  olur  ki,  Azərbaycan  ziyalıları  milli  varlıqlarının  ən  çətin  və  gərgin  anlarında 

zamanın  tələblərinə  məsuliyyətlə  yanaşaraq,  öz  düşüncəsinin  pozitiv  mental,  mədəni  və  intellektual 

xüsusiyyətlərinə  söykənərək  düzgün  tarixi  seçim  və  riskli  qərar  qəbul  etməyə  hazır  olmuş,  dövlət 

müstəqilliyini  qorumaq  üçün  milli  lider-şəxsiyyətinə  milli  etımad  hissi  nümayiş  etdirərək  ölkənin 

konstruktiv qüvvələrini öz ardınca apara bilmişdilər. Həmin ağır illərdə xalqın müstəqillik idealını böyük 




risk qarşısında qoymuşdular. Belə bir sosial həqiqət dərk edilmişdi ki, siyasi azadlıq kimi ümidverici bir 

ictimai dəyərlə mänipulyasiya etmək xalqın mənliyinə və hissiyyatına toxunmaq, onun düşüncə tərzində 

demokratik  quruculuga  olan  inamı  sındırmaq  demək  idi.  Beləliklə,  cəmiyyətdə  daha  dəhşətli  psixoloji 

ovqat  müşahidə  olunurdu.  Ölkə  miqyasında  milli  sayıqlığın  kütləşməsi  mentaliteti  və  kütləvi  şüurda 

demokratiyanın  dəyərdən  düşməsilə  bağlı  təzahür  edən  psixoloji  sarsintilar,  eləcə  də  risk  vəziyyəti 

yaranmışdı.  Bu  sosial  gerçəkliyin  analitik  dərkində  mentalitetin  rolunun  öyrənilməsinə  böyük  ehtiyac 

vardı.  Məhz  Heydər  Əliyevin  hakimiyyətə  qayıdışı  real  seçimini  həyata  keçirə  bilməyən,  dövlətçiliyə 

etimad  hissini  itirmiş  və  real  alternativlərdən  məhrum  olmuş  xalqı  sosial-əxlaqi  fəlakətdən  azad  etdi. 

Tarixi təcrübə bir daha göstərirdi ki, yeniləşmənin təbiətindən irəli gələn qeyri-müəyyənlik daha çox risk 

vəziyyəti  yaradır  (3,  s.9-50).  Ümummilli  liderin  müdrik  rəhbərliyi  sübut  etdi  ki,  konyuktur  siyasətlə 

dərhal  və  tezliklə  uğur  qazanmaq  «strategiyası»  na  söykənən,  sosial  həyatın  riskli  reallıqlarını  dərk 

etməyən  cəbhəçi  liderlər  cəmiyyət  hadisələrinin  inkişaf  dialektikasına  zidd  mövqedə  durduqlarını  başa 

düşməkdə  aciz  idilər.  Bütün  bunlar  hazır  bolşevik  ideyalara,  şüarlara  və  proqramlara  əl  atmağa  gətirib 

çıxarır  ki,  bu  da  mentalitetin  pozitiv  dəyərlərlə  zənginləşməsində  ətalət  situasiyası  yaradır,  özlüyündə 

siyasi  mentalitet  faktoruna  biganəlik  psixologiyası  üçün  zəmin  hazırlayırdı.  Səriştəsiz  rəhbərlik 

nəticəsində  real  seçim  alternativlərinə  ehtiyac  duyul  siyasi  məkanda  geniş  xalqın  siyasi  düşüncəsində 

çaşqınlıqla bərabər, sağlam düşüncədən uzaq ehkamçı mentalitetə rəvac verən amorf bir mühit yaranırdı. 

Nəticədə belə hərəkət xətti labüd olaraq siyasətdə daha riskli zona yaradır, siyasi elitanın özünü sağlam 

mübarizədən yayındırır. 

Etiraf  edilməlidir  ki,  о  dövrdə  Heydər  Əliyevin  hakimiyyətə  gəlməsinə  qədər  kütlələrin  mənlik 

şüurunun  oyanışı  şəraitində  Azərbaycanın  özü  sosiomədəni  və  geosiyası  məkan  kimi  xüsusi  tarixi 

gərginlik zonası idi. Bizcə, respublikanın risk məkanına mənsubluğu daha çox onun Şərqlə Qərb arasında 

strateji mövqedə yerləşməsi, bu zonada iki müxtəlif mental mədəniyyətə malik dünyanın-Şərqlə Qərbin 

həm sosiomədəni dəyərlərinin, həm də geosiyasi. korporativ maraqlarının çulğalaşdığı «körpü zonası»nda 

müəyyən  mənada  mentalitetlərin  dialoqunun  baş  verməsi  ilə  bağlı  idi.  Digər  tərəfdən,  bu  məkanda 

sosiomədəni  dəyərlərin  sintezi  regionun  mənəvi  sferasında  özünəməxsus identikliyin  oyanmasına  təkan 

verir.  Azərbaycan  dünya  sivilizasiyası  ilə  dialoqunda  özünün  mənliyini  təsdiq  etdikcə  xari 

mədəniyyətlərlə münasibətlərində özünürefleksiya faktoruna üstünlük verir. Bir faktor nəzərə alınmalıdır 

ki,  cəmiyyət  üzvlərinin  bir  qisminin  mühafizəkar  şüuru  da  ümummilli  inkişafa,  xüsusilə  xalq 

düşüncəsinin  mahiyyət  qüvvələrinə  təsir  edə  bilər.  Amma  bəzən  şüur  yaddaş  özündə  məhz  pozitiv 

mühafizəkar  dəyərləri  qoruyub  saxlaya  bilir  ki,  bunun  sayəsində  potensial  risk  şəraitində  olan  milli 

mənlik şüurunun mental keyfiyyətinə zədə vura bilə başlıca çətinliklər aradan qaldırılır. Təsadüfi deyildir 

ki,  dahi  şəxsiyyətlər  həm  şüuru  çaşdı  inqilaba,  həm  də  mentalitetin  neqativ  cəhətlərini  üstün  say  an 

irticaya eyni neqativ sosial hadisə kimi baxmışlar. Həm inqilabi, həm də utopik ideyaları həyata keçirmək 

eyni  dərəcədə  riskli  seçimdir.  Lakin  riskin  potensialında  vəziyyəti  sabitləşdirən,  alternativ  variantlar 

axtarışını stimullaşdıran amillər də az deyildir (4, s.23). 

Vətənpərvərlik konsepsiyası funksional baxımdan bir-birilə qarşılıqlı əlaqədə olan komponentdən 

ibarətdir:  vətənpərvər  münasibət,  vətənpərvərlik  şüuru  və  vətənpərvərlik  fəaliyyəti.  Vətənpərvər 

münasibət-insanın  vətənin  faydası  üçün  lazım  olan  fəaliyyəti  həyata  keçirmək  niyyəti,  həmçinin 

Ölkəsinin  maddi-mənəvi  sərvətlərinə  daxili  pozitiv  münasibətdir  Vətənpərvərlik  şüuru  vətənpərvərlik 

obyekti ilə vətənpərvərin qarşılıqlı münasibətinin bütün növlərinin mənəvi tənzimləyicisi, onun şüurunun 

daxili  determinantıdır.  Vətənpərvərlik  fəaliyyəti  isə  vətənpərvərliyin  real  hiss  olunan  və  görünən 

tərəfləridir (5, s. 23). 

Vətənpərvərlik və millətçilik anlayışları, təbii ki, milli mentalitetin mühüm elementidir. Bu sözlər 

müxtəlif xalqlarda, məsələn, almanlarda öz Vətəninə və xalqına məhəbbət hissini bildirir. Millətçilik xalqı 

sevmək anlayışı kimi təqdim edilir. Millətçilik vətənpərvərlik anlayışını tamamlayaraq xalqı sevmək, öz 

ləyaqətini sevmək səviyyəsində səslənir (6, s.263 

Müasirlik  meyarlarından  yanaşılarsa,  vətənpərvərlik  şəxsiyyətin  ictimai  görüşlərində  hər  şeydən 

əvvəl real düşüncənin mental cəhətlərinin, vətən amalının mahiyyəti ilə vəhdətdə götürülür. Bu fenomen 

özündə  vətənə  məhəbbət,  vətən  amalını  uca  tutmaq,  əcdadların  ənənələrinə  hörmət,  əqidəsində 

özünütəsdiq hissi ilə vətənpərvərlik şüurunu dialektik vəhdətdə ehtiva edən, məzmununda coğrafi, sosial 

və mədəni mühitlə bərabər yeni keyfiyyətli dövlət idarəçiliyi ideyaları, demokratiyanın inkişaf səviyyəsi 

barədə  təsəvvürləri,  real  siyasəti  səciyyələndirən  siyasi  mühit  anlayışını  daşıyır,  bütövlükdə  yüksək 

mənəvi-əxlaqi  dəyər  olmaqla  sosial-fəlsəfı  tədqiqatlarda  milli  ideyanın  tərkib  elementi  kimi  araşdırılır. 

Şəxsiyyətin şüurunda vətən anlayışı mürəkkəb təkamül dövrünü keçirmişdir. Bu anlayışda vətən haqqında 

biliklər,  onun  tarixi  ovqatı,  ənənələri,  hissləri,  emosiyaları,  vətənpərvər  davranış  normaları  əks 

olunmuşdur.  Məhz  bu  keyfiyyətlər  sayəsində  vətənpərvərlik  şüuru  inteqrativ  funksiya  daşıyır, 



mənəviyyatda  vətən  amalı ideyasının  real  məzmununu  müəyyənləşdirir.  Beləliklə,  vətənpərvərlik  şüuru 

müstəqil  siyasi-əxlaqi  sərvət  olmaqla  xalqın  sosiomədəni  dəyərlərinin  həyata  keçirilməsində  müəyyən 

meyar rolunu oynayır, şəxsiyyətin mentalitetində ətraf hadisələrə dəyər münasibətini formalaşdırır. 

Hegel vətənpərvərlik barədə belə deyirdi: «Vətənpərvərlik sözü altında çox zaman yalnız fövqəladə 

qurban verməyi və davranışları başa düşürlər. Amma əslində о elə bir ovqatdır ki, adi vəziyyətdə və adi 

həyat  şəraitində  dövləti  substansional  əsas  və  məqsəd  kimi  başa  düşür…  Bu  ovqat,  ümumiyyətlə, 

etimaddır,  mənim  substansional  və  xüsusi  marağının  başqasında,  yəni  dövlətdə  yerləşdiyini  başa 

düşməkdir»  (7,  s.292).  Bu  mənada  vətənə  məhəbbət  hissi  bəlağət  sevmir,  vətənpərvərlik  hissinin 

daşıyıcısı  olan  hər  bir  kəs  bu  mənəvi-əxlaqi  keyfiyyətini  ölkəsinin  çiçəklənməsi  naminə  öz  konkret 

fəaliyyəti ilə nümayiş etdirməlidir. Dövlətçiliyə etimadın meyarı bundadır ki, о məhz sözü ilə işı arasında 

vəhdətlik  olan  dövlət  başçısına  etimad  kimi  qəbul  olunur.  Yalnız  mentalitetin  bu  sağlam  elementi 

sayəsində  vətən  amalını  dərk  etmək,  xalqı  böyük  məqsədlərə  və  ideallara  ruhlandırmaq,  öz  ardınca 

aparmaq mümkündür. 

Azərbaycan  gəncləri  milli  inkişafin  potensial  qüvvəsidir.  Yeni  müstəqil  dövlət  quruculuğunda 

gənclərin  cəmiyyətimizin  iqtisadi,  ictimai-siyasi  və  mədəni  həyatında  mövqeyinin  sosioloji  baxımdan 

öyrənilməsi,  sosial-əxlaqi  maraqlarının  müəyyənləşdirilməsi  və  nəzərə  alınması,  onlardan  istifadə 

olunması  vətənpərvərlik  şüurunun  inkişafında  mühüm  faktordur.  Bu  gün  vətənpərvərlik  tərbiyəsinin 

xüsusi  aktuallıq  kəsb  etdiyi  bir  vaxtda  ölkədə  gənclərin  yeni  təfəkkür  ruhunda  formalaşdırılması 

məqsədilə  xüsusi  sosioloji  xidmət  sahəsini  daha  da  gücləndirmək  son  dərəcə  vacib,  dövlət  əhəmiyyətli 

işdir.  Bu  kontekstdə  Azərbaycan  xalqının  mentalitetində  vətənpərvərlik  ideyalarının  formalaşması 

tarixinin  hərtərəfli  öyrənilməsi  ilə  yanaşı,  Azərbaycanın  siyasi  müstəqilliyinin  möhkəmləndirilməsi  və 

iqtisadi suverenliyinin inkışaf etdirilməsi sosiologiyanın mühüm tədqiqat işidir. Respublikanın filosof və 

sosioloqları,  psıxoloq  və  politoloqları  hər  şeydən  əvvəl  tələbə-gənclərin  siyasi  şüurunun,  siyasi 

mədəniyyətinin  İnkışafı  məqsədilə  əlverişli  şəraitin  yaradılması  ilə  bağlı  mühüm  tərbiyəvi-təlim 

texnologiyaları işləyib hazırlamalıdırlar. Bizə elə gəlir ki, müasir gənclərin mentalitetində vətənin siyasi 

mədəniyyət  elementlərinin  təbliğinə  xüsusi  diqqət  yetirmək,  onlarda  milli  özünütəsdiq  hissini 

stimullaşdırmaq  və  inkişaf  etdirmək  vacib  sosial-psixoloji  problemdir.  Gənclərimız  Ümummilli  Liderin 

“Azərbaycan  müstəqil  dövlətdir,  müstəqil  dövlət  kimi  yaşayacaqdır”  tövsiyyəsini  daim  yaddaşlarında 

saxlayırlar (8, s. 556). 

Təbii  ki,  Azərbaycanın  Milli  Ordusunda,  Silahlı  Qüvvələrində  xidmət  etmək  Vətənə  sədaqətin, 

Vətənin  müstəqilliyini  qorumağın  nümunəsi  kimi  olduqca  tərbiyəvi  faktordur.  Humanıtar  elmlərin 

gənclərə  aşıladığı  pozitiv  ideya  budur  ki,  onlar  xalqımızın  qəhrəmanlıq  ənənələrini  öyrənsinlər, 

azərbaycanlıların mənlik şüurunda Vətənə sevgi əqidəsini şüurun mental keyfiyyətinə çevirsinlər. İndiki 

gənclərin  fəal  həyat  mövqeyini  formalaşdıran  faktorlardan  biri  budur  ki,  onlar  tamamilə  yeni  bir  şüur 

formasına-öz  müstəqil dövlətini qoruyub çiçəkləndirmək amalına köklənmiş  məfkurəyə sahib olmuşlar. 

Bu  gün  hər  bir  azərbaycanlı  gənc  dərk  edir  ki,  hər  bir  həmvətənlisi  milli  mənlik  şüurunda  «Mən-

müstəqillik»  dixotomiyasını  yeni  təfəkkürün  mental  elementinə,  milli  özünütəsdiq  faktoruna  çevirməli, 

vətəndaşlıq  fəaliyyətində  psixoloji  mexanizm  kimi  qəbul  etməlidir.  Buna  görə  də  cəmiyyət  üzvlərinin 

vətəndaşlıq mövqeyini müəyyənləşdirməyə yönəlmiş sosial-fəlsəfı konsepsiyaların işlənib hazırlanmasına 

üstünlük verilməlidir. Vətənin ləyaqət və nüfuzunu yüksəldən vətəndaşın ləyaqətinə dərin hörmət xalqın 

milli  şüurunun  və  varlığının  yüksək  mental  keyfiyyəti  kimi  qiymətləndirilir.  Bu  gün  Azərbaycan 

cəmiyyəti qloballaşma, transmilli korporasiyalar əsrində yaşayır. Hazırda ölkəmizin insan potensialının, 

milli inkişafımızın sosial resursu olan gənclərimizin intellektual imkanlarının daha səmərəli reallaşması 

xüsusi  aktuallıq  kəsb  edir. Bununla  bağlı  belə  bir  sosial-psixoloji faktoru  yada  salmaq  istərdik: insanın 

intellekt  və  mentaliteti  həyata  gəldiyi  ilk  günlərində,  aylarında,  konkret  tarixi  məkan  və  zaman 

parametrlərində  formalaşmağa  başlayır.  Bu  proses  əsrlər  boyu  davam  etmiş,  mədəniyyətlərin  və 

sivilizasiyaların simasını müəyyənləşdirmişdir. 

Vaxtilə  siyasi  oyanışın,  milli  mənlik  şüurunun  yeni  müasir  keyfiyyətdə  formalaşdığı  dövrdə 

Əlimərdan bəy Topçubaşov yazırdı: «Hər bir kəs başa düşürdü ki, bu ülvi ideyalar (vətəndaşlıq, dini və 

siyasi  azadlıq  idealları-S.Ə.)  dərin  mənasını  dərk  etmək  üçün  ilk  növbədə  özünü,  öz  millətini  və 

bölgəsinin  tarixini  başa  düşməli,  cari  hadisələrin  içərisində  olmalı,  millətin  müasir  tələbatlarını, 

görüşlərini və ideyalarını bilməli, bir sözlə, millətin fərdiyyətliyi, necə deyərlər, öz milli siması olmalıdır» 

(9). Onu da qeyd edək ki, görkəmli ziyalı, universal biliyə malik Y.V. Çəmənzəminlinin 1918-1919-cu 

illərdə  yazdığı  «Xarici  siyasətimiz»,  «Milli  və  mədəni  irslərimiz»,  «Biz  kimik  və  istədiyimiz  nədir» 

əsərlərində azərbaycançılıq ideologiyasının formalaşması üçün mühüm obyektiv sosial-siyasi amillər olan 

Vətən millət və milli dövlət anlayışlarını vəhdətdə götürürdü (10). Odur ki, tarixən Azərbaycan xalqının 




mentalitetində  bu  anlayışlar  sintez  şəklində  həkk  olunaraq  milli  bütövlük  fenomeninin  təkamülündə 

mühüm rol oynamışdır. 

«Azərbaycançılıq  öz  milli  mənsubiyyətini  qoruyub  saxlamaq,  eyni  zamanda  onların  ümumbəşəri 

dəyərlərlə sintezindən, dünya sivilizasiyasına inteqrasiyasından bəhrələnmək, hər bir insanın inkişafının 

təmin olunması deməkdir» ideyası milli mentalitetin təşəkkülündə qırmızı xətt kimi keçir. İntellekti xalq 

düşüncəsinin,  onun  milli  təfəkkürünün  qaynaqlarından  bəhrələnən,  daha  mürəkkəb,  dinamik 

reallıqlarımızın mənimsənilməsi və dərkinin qüdrətli fenomeni, dərin fəlsəfi mülahizələrin nəticəsi-hər bir 

azərbaycanlının  özünütəsdiqinin  vacib  vasitəsidir.  Xalq  düşüncəsinin  ən  mürəkkəb  və  ən  ziddiyyətli 

sosial-siyasi hadisələrin mahiyyətinə nüfuz etməsi və milli dövlətçilik fəaliyyəti göstərir ki, sosial inkişaf 

və  azərbaycançılıq  siyasəti  ilə  bağlı  mümkün  potensial  imkanlar  real  gerçəklikdə  yalnız  sağlam 

mentalitetin  mühüm  daşıyıcısı  olan  əxlaqi  və  intellektual  düşüncə  gərginliyi  sahəsində  həyata  keçirilə 

bilər.  Milli-mənəvi  dəyərlərin,  əxlaqın,  adət-ənənələrin  yeni  nəslə  çatdırılması,  davam  etdirilməsi  üçün 

mədəni  abidələrin,  bədii  ədəbiyyatın,  milli  fəlsəfı  fikrin  rolu  böyükdür.  Lakin  milli  qorumaq,  inkişaf 

etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət 

ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu 

zaman  milli  ruh  həyat  tərzinə  çevrilir.  Dövlətçilik  ideologiyası  da,  milli  ideologiya  da  eyni  bir  təməl 

üzərində-milli fəlsəfı fikir zəminində formalaşır (11, s.22). 

Beləliklə, mədəniyyətini, onun cövhəri olan dilinin saflığını qoruyan hər bir azərbaycanlı belə bir 

həqiqəti  dərk  etməlidir  ki,  azərbaycançılıq  ideologiyası  gözəl  ifadə  xatirinə  deyilməmişdir. 

Azərbaycançılıq  ideologiyası  cəmiyyətimizin  ədalətli,  ləyaqətli  həyat  qanunları  əsasında  inkişafına, 

xalqımızın  mənlik  şüurunun  zənginləşməsinə,  yeni  mentalitetimizin  formalaşmasına  yönəlmişdir.  Bir 

sözlə,  ləyaqətli  cəmiyyət  qurub  ləyaqətlə  yaşamaq  ideyası-mədəniyyətimizin  və  milli  mentalitetimizin 

saflaşdırılması deməkdir. 

  

Açar sözlər: vətən amalı, özünütəsdiq, mental xüsusiyyət, azərbaycançılıq, milli mənlik şüuru. 



  

İstifadə olunmuş ədəbiyyat 

1.

 



Тойнби А. Постижение истории. М.: Прогресс, 1992, 605 с. 

2.

 



Əliyev Q. Mentalitet varlıq və şüar ölçülərində //“Respublika” qəzeti, 9 dekabr, 2001-ci 

il. 


3.

 

Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. B.: “Qismət”, 2003,248 s. 



4.

 

Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. B., Azərnəşr, 2003. 



5.

 

Мамедова  3.  Патриотизм  как  философская  проблема.  Дисс….  канд.  филос.  наук. 



Баку: 1999,28 с. 

6.

 



Абдулатипов Р.Г. Этнополитология. М.: Питер, 2004, 313 с. 

7.

 



Гегель. Философия права. М.: Мысль, 1990,292 с. 

8.

 



Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. В., Azərnəşr, 1997, 604 s. 

9.

 



Topçubaşov Ə. Paris məktubları. В.: Azərbaycan Dövlət Nəşriyyatı, 1998,119 s. 

10.


 

İbrahimli Ə. Yusif Vəzir Çəmənzəminli və milli məsələ. B.: Qartal, 2002,151 s. 

11.

 

Xəlilov  S.  İslam  dünyasında  milli  fəlsəfi  fikir  və  onun  tədrisi  məsələləri.  Bakı, 



Azərbaycan Universiteti”, 2008. 

  

Сахиба Алиева 

МЕНТАЛИТЕТ И ИДЕОЛОГИЯ АЗЕРБАЙДЖАНСТВА 

Резюме 

В  статье  рассматриваются  вопросы  морали,  мировоззрения,  патриотизма  и  национального 

самосознания в рамках азербайджанского менталитета. В ней также анализируются с современной 

точки зрения социальные взгляды личности и вопросы менталитета. 

Автор  акцентирует  внимание  на  таком  важном  социально-психологическом  аспекте,  как 

осознание нацией понятия «Родина». Он также высказывает мысль о сохранении и развитии среди 

молодежи национально-моральных ценностей. 

  

Ключевые 

слова: национально-моральные 

ценности, 

социально-психологический 

компонент, самоутверждение, менталитет, азербайджанство. 

Sahiba Aliyeva 

MENTALITY AND IDEOLOGY OF AZERBAIJANISM 

Summary 



The  article  considers  the  issues  of  moral,  world  outlook,  patriotism  and  nationalism.  within  the 

framework of the Azerbaijani mentality. As well the social views of personality and issues of mentality 

are analyzed using the modem approach. 

The  author  accentuates  on  such  important  socio-psychological  aspect  as  realization  by  nation  of 

notion «Homeland». He also expresses his thought on a maintenance and development of the national-

moral values among the youth. 



Keywords: national-moral  values,  socio-psychological  component,  self-assertion,  mentality, 

Azerbaijanism. 



 

[*]Məqalə fəlsəfə ü f d., dos. Hüseyn Məmmədov tərəfindən çapa məsləhət görülüb. 



 

Yüklə 83,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə