Merkantilistlər və Klassik məktəbin iqtisad elminin yaranması və formalaşması istiqamətində ümumi fikirləri



Yüklə 122,63 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü122,63 Kb.
#70214

background image
Merkantilistlər və Klassik məktəbin iqtisad 

elminin yaranması və formalaşması istiqamətində 

ümumi fikirləri 

 

 



İqtisadi nəzəriyyənin ilkin tarixi merkantilizmdir.  Merkantilizmə qədər iqtisadi nəzəriyyə müstəqil 

tədqiqat sahəsi olmamış, iqtisadi tədqiqatlar sistemsiz şəkildə aparılmış, hətta iqtisadi fəaliyyətin özü belə 

müstəqil  fəaliyyət  sahəsi  kimi  qəbul  edilməmişdi.  Merkantilizm  iqtisadi  fəaliyyəti,  iqtisadi  hadisə, 

prosesləri və qanunauyğunluqları ilk sistemli öyrənən nəzəri praktiki sistem olmuşdu. 

Kapitalist  iqtisadiyyatının  və  baza  münasibətlərinin  mahiyyətini  və  təzahür  formalarını  ilk  dəfə 

öyrənən  merkantilistlər  olmuşdu.  Merkantilizm  (italyanca  merkante  sözü  olub,  mənaca  tacir  deməkdir) 

kapitalist  iqtisadiyyatının  ilk  nəzəri  işlənilməsidir.  Bazar  iqtisadiyyatının  "ticarət  sistemi"  kimi 

öyrənilməsidir.  Merkantilizm  bazar  iqtisadiyyatının  konseptual  əsasını  təşkil  edir  və  bazar  təsərrüfatlı 

iqtisadi sistemin iqtisadi siyasəti və nəzəriyyəsi öz başlanğıcını ondan götürür. Sonrakı iqtisadi siyasət və 

nəzəriyyə sistemləri isə merkantilizmin tənqidi əsasında yaranmışdı. 

Merkantilizm XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas 

cərəyanı olmuşdu. Bunu həmin dövrlərdə Qərbi Avropa ölkələrinin iqtisadi inkişafında baş vermiş sosial 

iqtisadi  dəyişikliklərlə:  böyük  coğrafi  kəşflər,  ilkin  kapital  yığımı  prosesi,  əmtəə-pul  münasibətlərinin 

inkişafı, milli bankların yaranması, dünya bazarının yaranması və beynəlxalq ticarətin genişlənməsi və s. 

əlaqələndirmək lazımdır. 

Merkantilizmin əsas ideyaları və prinsipləri aşağıdakılardan ibarət olmuşdu: Qiymətli metalların və 

onların yığımı sərvətin mahiyyətini əks etdirməsi; dövlətin sərvətinin və gücünün qızıl və gümüş yığımı 

yolu  ilə  artırılması;  ölkəyə  qızıl  və  gümüş  axının  təmin  olunması  məqsədilə  xarici  ticarətin  tənzim 

edilməsi;  ucuz  xammalın  idxalı  yolu  ilə  sənaye  inkişafına  kömək  etmək;  idxal  olunan  sənaye 

məhsullarına  proteksionist  tariflərin  qoyulması;  ixracın,  xüsusən  hazır  məhsulun  ixracının 

həvəsləndirilməsi;  əmək  haqqının  aşağı  səviyyəsini  saxlamaq  üçün  əhalinin  artırılması  və  s.  öz  dövrü 

üçün bu ideyalar iqtisad elminin ciddi nailiyyəti idi. Merkantilist ideyalar və prinsiplər o dövrün iqtisadi 

inkişafının əsl qanunauyğunluqlarını və tələbatını əks etdirmişdi. 

"Siyasi iqtisad" terminin özünün də meydana gəlməsi merkantilizmlə bağlıdır. Bu termin ilk dəfə 

fransız merkantilisti A.Monkretyen tərəfindən işlədilmişdi. O, 1615-ci ildə "Siyasi iqtisadın traktatı" adı 

altında kitab nəşr etdirmişdi.  

Göstərildiyi  kimi  merkantilizm  həm  iqtisadi  siyasət  və  həm  də  iqtisadi  nəzəriyyələr  sistemi 

olmuşdur. Merkantilist iqtisadi siyasəti - ölkədə və dövlət xəzinəsində qiymətli metalların, yəni pulun hər 

vasitə ilə toplanmasından; nəzəriyyəsi isə iqtisadi qanunauyğunluqları tədavül sahəsində, xüsusən xarici 

ticarətdə və pul dövriyyəsində axtarılmasından ibarətdir. Merkantilist siyasətin yeganə məqsədi dövlətin 

sərvətini  və  qüdrətini  artırmaqdan  ibarət  olmuşdu.  Bunun  yollarını  "ticarət  sistemində"    axtarır. 

Merkantilizmin  ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini  



Yüklə 122,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə