Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirdi



Yüklə 86,05 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü86,05 Kb.
#70096

background image
18.04.2012: 

Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirdi 

 

Mərkəzi  Bankın  Tədqiqatlar  və  İnkişaf  Mərkəzi  Almaniya  Əmanət  Banklarının  Beynəlxalq 

Əməkdaşlıq  Fondu  (AƏBBƏF)  ilə  birgə  “Maliyyə  savadlılığı”  layihəsi  çərçivəsində  Milli  Qəhrəman 

Mübariz  İbrahimov  adına  Biləsuvar  Liseyinin  bazasında  “Banklar  məktəblərə-məktəblər  banklara” 

mövzusunda  seminar  keçirib.  7-14  aprel  2012-ci  il  tarixlərində  keçirilən  seminarın  əsas  məqsədi 

gələcəkdə  məktəb  kurikulumlarında  maliyyə  maarifləndirilməsi aspektinin  gücləndirilməsi, bankların bu 

işə marağının artırılması, onların təkliflərinin öyrənilməsi olub. 

Seminar  tədbirlərində  Respublika  Təhsil  Nazirliyi  və  Təhsil  Problemləri  İnstitutunun  məsul 

işçiləri,  habelə  kommersiya  banklarının  əməkdaşları  və  Biləsuvar  Liseyinin  müəllimləri  iştirak  ediblər. 

Almaniyadan  dəvət  olunmuş  ekspert,  fəlsəfə  doktoru  Knut  Boykun  məşğələləri  seminar  iştirakçıları 

tərəfindən maraqla qarşılanıb. 

Seminarda  maliyyə  savadlılığı,  cib  xərcliyi,  büdcə  planlaşdırılması,  əmanətlər,  bank  məhsulları, 

sahibkarlıq  və  sair  mövzular  üzrə  məlumatların  müxtəlif  fənlərin  tədrisi  prosesində  istifadəsi,  həmin 

mövzuların  müxtəlif  fənn  kurikulumları  və  tədris  proqramlarına  inteqrasiyası  barədə  təqdimatlar 

keçirilmiş, interaktiv müzakirələr aparılıb. 

Lisey müəllimlərindən və kommersiya banklarının əməkdaşlarından ibarət yaradılan işçi qrupları 

tərəfindən cari ilin avqust ayına qədər əhalinin maliyyə savadlılığının artırılmasında istifadə oluna biləcək 

müxətlif alətlərin hazırlanması nəzərdə tutulub. 

Seminarın  yekununda  iştirakçılara  Mərkəzi  Bankın  strateji  fəaliyyət  istiqamətlərindən  biri  olan 

“Maliyyə  savadlılığı”  layihəsi  barədə  qısa  məlumat  verildi.  İştirakçılar  seminarda  əldə  olunmuş  uğurlu 

nəticələri yüksək qiymətləndirərək məktəb şagirdlərinin maliyyə maarifləndirilməsi işinin gücləndirilməsi 

üçün banklar və təhsil orqanlarının birgə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd ediblər. 



 

Yüklə 86,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə